Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə112/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

«Müzakirə» 
və 
«debatlar» 
anlayışlarının 
məzmununun izahında daha böyük müəyyənlik əldə edilmişdir. 
Onlar lüğətlərdə sinonim hesab olunur (hər ikisi məsələnin açıq 
müzakirəsini, məruzədə işıqlandırılan məsələ üzrə fikir mübadilə­
sini bildirir).
«Disput» 
termini daha çox gənclər arasında mənəvi tərbiyə, 
ictimai təcrübə, həyatın mənası kimi məsələlərlə bağlı fikir müba­
diləsini bildirmək üçün istifadə edilir. «Polemika» və «diskussiya» 
terminlərinin izahı ilə bağlı vəziyyət daha mürəkkəbdir, çünki nitq 
praktikası və nəzəri tədqiqatlarda onları tamamilə eyniləşdirən
həm də praktik olaraq qarşılaşdıran mövqelər mövcuddur.
Bolqar tədqiqatçısı Q.Qirqinov hesab edir ki, diskussiya açıq 
mübahisə aparan və bu zaman məntiqi mütənasibliyə və mülahi­
zələrin möhkəmliyinə nail olmaqdan ötrü elmi cəhətdən az və ya çox 
əsaslandırılmış dəlil və sübutlardan istifadə edən insanlar arasında 
nəzəri baxımdan dərk edilmiş dialoji ünsiyyətdir. O, 
polemikanı
«kütlə qarşısında öz nəzər nöqtəsini müdafiə etmək və opponentinin 
fikrini rədd etmək məqsədilə istifadə edilən kəskin dialoq forma­
sı» (burada sözün etimologiyası parlaq şəkildə əks olunur: «yunan 
dilində polemikos - döyüşkən, düşməncəsinə») kimi qiymətləndirir.
Q.Qirqinov bunların arasında aşağıdakı həddi təklif edir: dis­
kussiyada yeni ideya ilə bağlı problemlərin çoxtərəfli tənqidi-ya­
radıcı müzakirəsi həyata keçirilir, polemikada tərəflərin öz nəzər 
nöqtəsini müdafiə etmək və opponentin nəzər nöqtəsinin düzgün 
olmadığını sübut etmək səyləri əsas olur. Həm diskussiya, həm də 
polemika qaldırılan məsələlərin mahiyyəti üzrə aparılır və proble­
min özəyi dialoq obyektinə çevrilir.
268


Yuxanda deyilənləri nəzərə alaraq, diskussiya terminini bütün 
janr qrupunu, yəni dialoji mətnin dəlillərlə əsaslandınlmış növünü 
də göstərməkdən ötrü istifadə etmək hüquqi cəhətdən düzgündür.
Diskussiyada da nitq yaradıcılığında olduğu kimi əsas mətn 
əlamətləri əks olunmuşdur. Hər bir nitq yaradıcılığı müəyyən 
praqmatik göstərişlə qurulur. Diskussiyadakı bu ünsiyyət məqsədi, 
adətən, apancı tərəfindən müəyyən edilir, lakin nitq davranışının 
psixoloji qaydalarına əməl edilməsinə görə iştirakçılar tərəfindən 
həyata keçirilir.
Diskussiyanın mövzusu diskussiyalı mülahizənin adi, deduk- 
tiv, «tezis- dəlillər-nəticə» sxemi üzrə qurulandan fərqlənən və on­
ların bərabər surətdə dəlillərlə əsaslandırılmasını tələb edən tezisi­
ni ifadə etməlidir.
Diskussiyalı mülahizələrin tərif verilən anlayışın məntiqi bir­
ləşməsindən çıxan tezislərinin (mülahizənin predmeti) yaradılması 
diskussiyalı (problemli) sualın qoyulması və onun əks xassələrinin 
aşkara çıxarılması zamanı mümkündür.
Ümumi halda tezisin məzmunu tərif verilən (izah edilən) anlayı­
şı və üstəgəl bir-birini qarşılıqlı surətdə istisna edən xassələrdən 
birini əks etdirəcəkdir.
Diskussiya tipli mülahizənin və mətn kimi diskussiyanın möv­
zusu aşağıdakı formulla tərtib edilir: tərif verilən anlayış üstəgəl 
mənaca bir-birinə zidd olan iki predikat, yəni tezislərin cəmi.
Diskussiya - çox zaman qeyri-müstəqil olan bir neçə hissədən 
yaranmış tərtibi mətndir (dialoqun replikalarının mətndaxili nata- 
mamlığı). Belə mətnin məzmunu verballaşdınlmış və nəzərdə tu­
tulmuş mənadan əmələ gəlir. Fikir qeyri-verbal siqnalları nəzərə 
almaqla, həmçinin nitq kontekstinə istiqamətlənməklə danışanla­
rın ümumi təcrübəsinə, vəziyyətə əsaslanır.
Diskussiya iştirakçılarının sosial rolları müxtəlifdir. Apancı 
reqlamentləşdirici vəzifəni yerinə yetirir: mövzunu elan edir, möv­
qeləri dəqiqləşdirir, opponent tərəfləri təqdim edir, prosesin gedişi­
ni izləyir, yekunlaşdmr.
Bir-birinə zidd nəzər nöqtələrini irəli sürən şəxslər müxtəlif 
müəlliflərin əsərlərində müxtəlif şəkildə adlandınlır: 
kommunikator-
269


lar
(O.Q.Dzyubenko), 
opponent-proponent
(L.QPavlova), 
induktor
- resipient
(E.Melibruda). Sual verən və deyilənlərə aid şübhələrini 
bildirən şəxslər 
replikator
adlandınlırlar. Müzakirələrə qoşulmayaraq, 
yalnız orada iştirak edən şəxslər- dinləyici, yaxud tamaşaçı adlanır. 
Onların rolu kommunikatorlann psixoloji vəziyyətinə təsir edən xü­
susi, yaxud rahatlıq mikro-iqlimi yaratmaqdan ibarətdir.
Diskussiyanın hər bir iştirakçısının müzakirə edilən məsələ ilə 
bağlı müəyyən anlayışları mövcuddur.
Diskussiyanın 
vəzifəsi -
bu məsələ haqqında iştirakçıların anla­
yışlarının bir qisminə əsaslanan və onların hamısı tərəfindən qəbul 
edilən bir ümumi biliyi tapmaqdır. Diskussiyanın 
yekunu
- möv­
cud anlayışların sadəcə riyazi cəmi, kiminsə şəxsi fikri olmayıb, 
nə isə daha obyektiv, diskussiyanın bütün iştirakçıları tərəfindən 
müdafiə edilən bir fikir olmalıdır.
Diskussiyanın 
m əqsədi -
həmsöhbəti əsaslandırılan nəzər 
nöqtənizin düzgünlüyünə inandırmaq - məntiqi dəlilləşdirmənin 
yüngülləşdirilməsi üçün yanlış, yaxud aldadıcı üsullardan fərqli 
olaraq, «mübahisənin doğru üsulları» adını almış xüsusi texniki 
üsulların tətbiqini nəzərdə tutur.
Birincilər daha çox texniki xarakterə malikdir, onlarda biclik 
ünsürü var, amma birbaşa aldatma yoxdur. Onlara taktiki göstə­
rişlər aid edilir: təşəbbüs göstərmək; müdafiə olunmamaq, hücum 
etmək; qarşı tərəfin dəlillər sisteminin mərkəzinə, yaxud onun 
daha zəif hissəsinə yönəldilmiş hərəkətləri istiqamətləndirmək; 
gözlənilməzlik effektindən istifadə etmək və s.
İkincilər şüurlu şəkildə tətbiq edilən və təbii ki, yolverilməz 
olan m üxtəlif aldadıcı hərəkətlərdən ibarətdir. İstifadə etdiyi vasi­
tələrin düzgün olub-olmadığına əhəmiyyət verməyən qarşı tərəf­
dən nələri gözləmək mümkün olduğunu öncədən görmək və onu 
ifşa etmək üçün onları bilmək vacibdir.
Bir çox fəndlər mövcuddur ki, onlardan aşağıdakılar daha tez- 
tez işlədilir:
• Sofızmlər - məntiqin tələblərinin qəsdən, lakin cidd-cəhdlə 
ört-basdır edilərək pozulması (paralogizmlərdən - qeyri-iradi 
məntiqi səhvdən fərqli olaraq);
270


Tezisin dəyişdirilməsi;
• Qəsdən dolaşdınlma, yaxud çaşdınlma;
İkincilər arasında çox hissəsinin şəxsi ad aldığı «yolverilməz» 
dəlillər adlandınlanlar ayrıca nəzərdən keçirilir:
• «auditoriya dəlili» - dinləyicilərin münasibətinə, hiss və 
əhval-ruhiyyəsinə müraciət;
• «şəxsiyyət dəlili» - qarşı tərəfə onun real, yaxud uydurma 
qüsurlarla xoşagəlməz şəkildə təqdim edilməsi;
• «kütlələr dəlili» yaxud demaqoqluq - qrup halında eqoizm, 
mövhumatdan istifadə edərək dinləyiciləri həyəcanlandırmaq 
cəhdləri;
• «şöhrətpərəstlik dəlili» - yaltaqcasına tərif;
• «cəsarətsizlik dəlili» - qarşı tərəfin etiraz edə bilmədiyi, ya­
xud zidd gedə bilmədiyi şəxsin fikrinə müraciət;
• «kötək dəlili» - elementar hədələr və s.
Diskussiya monoloji mətnin bütün əlamətlərinə malik olan 
(mövzu və quruluş baxımından rabitəlilik, genişlik, praqmatik gös­
tərişlər), lakin özünəməxsus fərqli xüsusiyyətlərlə səciyyələnən 
(rolların ünsiyyət baxımından şərtləndirilmiş dəyişdirilməsi, işti­
rakçıların sosial möhkəmləndirilmiş vəzifələri, dialoji birlik quru­
luş vahidi kimi) tərtibi mətndən ibarətdir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin