• Birbaşa opponentə xahişlə, razılaşmağa çağırışla, yaxud
hədələrlə müraciət edilməsi («Mən hökuməti bu qanun layi
həsindən imtina etməyə çağırıram»),
3. D inləyicilər
Birbaşa dinləyicilərə xahişlə, hədələrlə və s. müraciət edilməsi.
• Xahişlər, çağırışlar, tələblər - bunlar dinləyiciləri bilavasitə
müəyyən fəaliyyətə yönəldən sözlərdir. Ya müzakirə edilən prob
lemin məzmununa («Xahiş edirəm, mənim mövqeyimi müdafiə
edəsiniz»), ya da diskussiyanın formal tərəflərinə («Düzgün və
bitərəf olun») aid olur, bir-birindən nüfuzluluq dərəcəsinə görə
fərqlənir.
• Aşağıdakı prinsiplə qurulan hədələr: «Əgər mənim fikrim
qəbul edilməzsə, bu, gələcəkdə sizin üçün mənfi nəticələrə gətirə
bilər».
• «Öz tərəfinə çəkmək» - ya dinləyicilərin əhəmiyyətliliyini,
özünəhörmətini yüksəldən («Vaxtınızı uzun müddət almayaca
ğam»), ya da çıxış edənə müsbət münasibət yaradan («Partiya
nı təşəbbüslərin həyata keçirilməsinin təminatçısı hesab edin»)
fikirlər.
• M əcbur etmə («Siz bunu etməlisiniz»),
• Vadar etmə («Bunu bilməməyiniz mümkün deyil ki...»).
• «Emosional zərbə» - dinləyicilərin diqqətini cəlb etmək, ya
xud onları təəccüb, çaşqınlıq vəziyyətinə salmaq məqsədilə onla
rın emosional qıcıqlandınlmış reaksiyasını doğuran faktların çat
dırılması.
Beləliklə, istənilən diskussiyanın gedişində onun bütün işti
rakçılarına psixoloji təsir həyata keçirilir. Lakin strategiyaların,
məzmun və mövqe təsirlərinin bütün çoxluğuna baxmayaraq,
başlıca məsələ dəyişilməz olaraq qalır: opponentlərin fikirləri nə
qədər fərqli olsa da, ehtiraslar nə qədər qızışsa da, hamı tərəfindən
qəbul edilmiş etik sərhədləri pozmaq olmaz, çünki hələ Aristotel
Dostları ilə paylaş: