Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Diskussiyanın gedişində psixoloji təsir



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə113/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Diskussiyanın gedişində psixoloji təsir 
Diskussiyanın iştirak­
çıları arasında aşağıdakıları göstərmək olar:
• Problemin müəyyən şəkildə həllinin tərəfdarları;
• Başqa həll üsulu təklif edən opponentlər;
• Müəyyən mövqe tutmamış iştirakçılar - bu səbəbdən onları 
bu və ya digər nəzər nöqtəsinə yönəltmək mümkündür.
Diskussiyanın strategiyası 
Diskussiyanın gedişi onun iştirak­
çılarının hansı strategiyadan istifadə etməyi nəzərdə tutmasından 
asılıdır. Davranışın beş variantı mümkündür.
1. 
Yarış strategiyası
- konfliktin tərəflərdən birinin qalib, digə­
rinin məğlub olması ilə nəticələnməsini nəzərdə tutur. Qrup halın­
da diskussiya şəraitində yarış strategiyasından istifadəyə meyl 
edən şəxslər düşünməlidirlər, gələcəkdə davam etməsi zəruri olan 
münasibətlər nəticədə dağıla bilərmi? Qələbəyə təminat vermək
271


üçün qüvvələriniz kifayətdirmi? Rəqabət strategiyası iflasa uğra­
sa, nə baş verər? Onun tətbiqi digər sahələrdə münasibətlərin gər­
ginləşməsinə səbəb olmayacaq ki? Bu strategiya daha çox arzu 
olunan nəticəyə gətirəcəkmi?
2. 
Qaçmaq
- m üxtəlif formalar ala bilir: neytrallıq («Hazırda 
bizim bu məsələ ilə bağlı fikrimiz yoxdur» kimi ifadələr konfliktli 
diskussiyalarda iştirakdan qaçmağa imkan verir); təcrid (tərəflər 
məhdud qarşılıqlı fəaliyyət göstərir, öz maraqlarını hər biri ayn- 
aynlıqda qoruyur); çıxıb getmə (tərəflərin tam ayrılması).
3. 
Uyğunlaşma
- opponentin maraqlarına istiqamətlənmə ilə 
bağlıdır. Bu, yaxşı münasibətləri qoruyub saxlamaqdan ötrü şəxsi 
m araqlann bir qisminin qurban verilməsi zamanı baş verir; opponen­
tin birlik ifadə edən davranışlarım rəğbətləndirmək üçün dostyana- 
lıq nümayiş etdirmək tələb olunur; münaqişə edən tərəflərin başqa 
strategiyaları həyata keçirmək üçün güc və eneıj iləri çatmır; konf­
liktin nəticəsi tərəflərdən biri üçün az əhəmiyyətə malik olur.
4. 
Kom prom is
- bu strategiya tərəflər münaqişənin həllini tap­
madıqları zaman, onların maraqlarının bir-birindən asılı, yaxud 
razılaşdırılmış görünməməsi halında seçilir. Bu zaman qüvvələrin 
təxmini bərabərliyi qeyd olunur, tərəflər hər ikisini bütünlükdə razı 
salacaq həll yolunu tapmaq üzərində birgə işləmək üçün bir-birinə 
kifayət qədər etibar etmirlər.
5. 
M araqların m ərkəzləşdirilm əsi
- bu strategiya münaqişənin 
bütün iştirakçılarının razı qalmasına gətirib çıxarır və münaqişə 
edən tərəflərdə bir-birinə müəyyən inamın mövcudluğu şəraitində 
mümkün ola bilir. Bundan başqa, m araqlann müəyyən qarşılıqlı 
əlaqəsi, qüvvələrin təxmini bərabərliyi (yaxud daha güclü tərəfin 
rəqabətdən imtina etməyə hazırlığı), münaqişə edən tərəflərin don­
muş tarazlıq şəraitində, yaxud gələcəkdə yaxşı münasibətlər qur­
maq arzusu ilə hazırda daha böyük itkilərə məruz qalmaqdan qaça­
raq qarşılıqlı qəbul edilə bilən qərarlarda tərəflərin maraqlı olması 
tələb edilir.
Diskussiya iştirakçılannm söylədikləri fikirlər üç sahədən 
birinə aid edilə bilər:
1) emosiorıal-pozitiv:
272


• həmrəylik nümayiş etdirilməsi, digərinin mövqeyinin yük­
səldilməsi, kömək, rəğbətləndirmə;
• gərginliyin aradan qaldırılması, razı qalmamn nümayiş etdi­
rilməsi, təbəssümlər, zarafatlar;
• razılaşma, anlaşma, müsbət münasibətin nümayiş etdirilməsi;
2) vəzifəyə istiqamatlanma:
• digərinin muxtariyyətini nəzərdə tutan göstərişlərin verilməsi;
• hisslərin, arzuların, fikirlərin, qiymətlərin ifadə edilməsi, təhlil;
• məlumatın, istiqamətin, təsdiqetmənin, dəqiqləşmənin verilməsi;
• məlumat haqqında xahişlər;
• xahişlər, fikirlər, qiymətlər, hislərin ifadəsi;
• göstərişlər, fəaliyyət üsulları haqqında xahişlər;
3) em osional-neqativ saha:
• razı olmadığını ifadə etmək; qeyri-fəal inkarın nümayişi, 
köməkdən imtina etmək;
• gərginlik nümayiş etdirmək;
• fərqlərin qabardılması, qarşı tərəfin mövqeyinin aşağı salın­
ması, özünü müdafiə etmək.
A çıq diskussiyaların təhlili zam anı aşağıdakı masalalarə
diqqət yetirilm əsi vacibdir:
-
kütlə qarşısındakı diskussiyaların iştirakçıları dinləyicilərə 
məhz hansı vasitələrin köməyi ilə təsir göstərməyə çalışırlar;
- diskussiyanın gedişi boyu təsiretmə taktikası nə şəkildə 
dəyişir.
İstanilan diskussiyada iki nəzar nöqtəsi fərqləndirilir.
1. Məzmunla bağlı, müzakirə edilən mövzu ilə əlaqədar olan.
2. Mövqe ilə bağlı, iştirakçıların şəxsiyyətlərarası qarşılıqlı 
fəaliyyəti ilə əlaqədar olan.
M əzm unun planına aşağıdakı ünsürlər daxildir.
• Həll edilməsi hazırkı diskussiyanın məqsədi olan müəyyən 
problemin formalaşdırılması və yaranması tarixinin təsviri;
• Bu problemin həllinin konrket yolunun formalaşdırılması və 
əsaslandırılması;
• Problemin həlli üçün qarşı tərəfin təklif etdiyi üsullarla bağlı 
nəzər nöqtəsinin təkzib edilməsi.
273


K onflikt zam anı davranış taktikasının əsas növləri (təsir gös­
tərmə taktikası)
• Səmərəli inandırma (öz mövqeyini təsdiq etmək və oppo- 
nenti inandırmaq üçün faktlardan və məntiqdən istifadə edilməsi);
• Təzyiq (tələb, əmr, hədələr);
• Hakimiyyətinə əsaslanma, sanksiyalar (töhmət və mükafat­
landırmadan istifadə);
• Dostyana münasibət (opponentdə onun cəlbedici keyfiyyət­
lərinin mövcudluğu təəssüratımn yaradılması);
• Koalisiya taktikası (dəstək verilməsi haqqında xahiş, ittifaq 
yaratmaq haqqında təklif);
• Saziş bağlanması (maddi nemətlərin qarşılıqlı mübadiləsi, 
vədlər);
• Opponentin həyəcanlı, çaşqın vəziyyətə salınması;
• Onun diqqətinin idarə olunması;
• Gözlənilməzlik effektinin yaradılması;
• Ləğv edilməyən vəzifələr (tərəflərdən biri irəli sürdüyü 
şərtlər qəbul edilənədək müəyyən fəaliyyətlə məşğul olur) və s.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin