Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə121/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Nümayiş əleyhinə dəlillər 
(mübahisədə sübutlar) əsaslandırma 
və sübut əməliyyatlarının təftişi və onlann həqiqətə bənzər müla­
hizələrlə dəyişdirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Bura isbat­
da qəsdən yol verilən səhvlər, sofızmlər aiddir. Nümayiş əleyhinə 
yönəldilmiş aşağıdakı dəlilləri göstərmək mümkündür.
1. Nümunəvi əməliyyatlar əvəzinə istifadə edilən 
sofizm və pa-
ralogizmlər.
Paralogizm - qəsdən edilməmiş səhvdir. Ondan fərqli 
olaraq sofizm - qarşı tərəfi dolaşdırmaq məqsədi ilə buraxılan səhvdir.
Belə üsul üçün əsas dilin xüsusiyyətlərindən (sinonimlik, 
omonimlik, amfıboliya, çoxmənalılıq, qrammatik formanın iki­
mənalılığı) istifadə, məntiqi yanlışlıq (ardıcıllıqda, müəyyənləş- 
dirmədə, eyniləşdirmədə yanlışlıq), təfəkkür, yaxud əməli prinsip­
lərin qəsdən dəyişdirilməsi səciyyəvidir.
2. İsbatın uzadılması (kreditlə isbat və təkzib) - belə üsul adətən 
isbat əvəzinə «Biz bu fikrin həqiqiliyini isbat etməyəcəyik...», «Biz 
yalan olması hamı üçün aşkar olan bu dəlil üzərində dayanmayaca­
ğıq», yaxud «Hələlik daha əhəmiyyətli olanları nəzərdən keçirək» 
kimi boş ifadələrdən istifadə edilməsində ifadə olunur.
Belə dəlil ikimənalı şəkildə istifadə edilə bilər. Bir tərəfdən, 
polemikanın gərginliyi hansısa əsas olana üstünlük verməklə, 
ikinci dərəcəli olanları diqqətsiz qoymaq zərurəti yarada bilər. La­
kin digər tərəfdən, isbatın uzadılması metodu insanları yanıltmaq 
vasitəsi də ola bilər.
3. Yalançı aksiomatik dəlilin
əsasında belə bir inam dayanır 
ki, əgər hamıya məlum olan nə isə varsa (hamı tərəfindən qəbul 
edilən, hamı tərəfindən bəyənilən), deməli bu, həqiqətdir (bu ol­
malıdır, buna istənilən şəkildə çalışmaq lazımdır və s ).
291


4. 
Qəti şəkildə isbat olunmuş müddəa -
yuxarıdakı dəlilin 
növlərindən biridir. Əsaslandırmada belə dəlil «müasir elm sübut 
etmişdir k i.. . » tipli mülahizələrin köməyi ilə irəli sürülür. Belə bir 
dəlil bu gün qəzet səhifələrində daha çox rast gəlinən formada: 
«Alimlərin fikrincə, bu hadisə...» şəklində ola bilər. Bel dəlillərin 
qarşısına dəqiq suallar, konkret dəqiqləşdirmələrlə çıxmaq lazım­
dır və nəticədə, adətən, belə dəlillərin daşı daş üstündə qalmır.
Protokol əleyhinə yönəldilmiş dəlillər mübahisə predmeti üzrə 
hər iki tərəfin qəbul etdiyi hökmləri saxtalaşdırmaq məqsədi daşı­
yan üsullardan ibarətdir.
Dəlillərin köməyi ilə əsaslandırma sahəsi dəyişdirilir, qarşı 
tərəfə onun demədiyi fikirlər aid edilir yaxud əksinə, onun öz te­
zisini müdafiə etmək üçün əvvəl dedikləri inkar edilir. Bu qeyri- 
qanuni üsula qarşı yeganə əks üsul müzakirə protokolunun dəqiq 
aparılmasıdır.
Şəxsiyyətə yönəldilən dəlillər qeyri-qanuni üsulların ən əhə­
miyyətli qrupunu təşkil edir.
1. 
Dəyənək dəlilləri
elə dəlillərdir ki, qarşı tərəf nə isə qor­
xunc təhlükə qarşısında onları qəbul etməyə məcbur olur. Belə də­
lillərin aşkar mahiyyəti soyğunçunun «pul kisəsi, ya ölüm!» təkli­
fində əks olunur. İstənilən hədə dəyənək dəlilinin növlərindən biri 
hesab edilir.
Polemikada analoji dəlildən istifadə edildikdə, hədə mübadilə­
sinə keçməyin mənası yoxdur. Yadda saxlamaq lazımdır ki, qüvvə 
ilə təzyiq hansı yaxşı məqsədlərlə tətbiq edilməsindən asılı olma­
yaraq, qarşılığında yalnız əks təsir doğura bilər.
Mübahisədə də, mexanika qanunlarında olduğu kimi, təsir əks 
təsirə bərabərdir. Hədə mübadiləsinə çevrilmiş mübahisəni çox pis 
vəziyyət yaranmamış kəsmək məsləhətdir. Həyəcanların soyuma­
sı zəruridir. Bəlkə də, ağzından hədə qaçırmış opponentə özünə 
gəlmək və belə addımın nə qədər yanlış olduğunu görmək imkanı 
vermək lazımdır.
Mübahisənin sonrakı mərhələsinə yalnız belə növ dəlillərdən 
istifadəni pisləyən konvensiya qəbul edildikdən sonra başlamaq 
olar.
292


2. İftira, ifşaetmə cəhdləri -
siyasi əsaslandırmalarda geniş 
yayılmış dəlillərdən olub, düz yolla mübarizə aparmağı bacarma­
yan və “ağına-bozuna baxmayan” opponent tərəfindən istifadə edi­
lir. Bu, qarşı tərəfin dəlillərinə olan etibarı qırmaq səyləridir.
Bu zaman müxtəlif ifşaedici şaiyələr, “vicdansız” məlumatlar, 
sensasiyalı iftiralar və s. istifadə edilir. İfşa «nə qədər çox şərləsən, 
o qədər həqiqətə yaxın olar» (oğru elə bağırdı, doğrunun bağn ya­
rıldı) prinsipinə əsaslanılır.
Bu metodikada informasiyanın ağlasığmazlığı qəsdən - şüurlu 
surətdə təşkil edilir. Birincisi, ona görə ki, məhz belə informasiya 
şok vəziyyəti yaradır, ikincisi isə, qeyri-adi həqiqəti təsdiq etmək 
də, inkar etmək də eyni dərəcədə çətindir.
Bu növ dəlillərin əsasında müxtəlif şayiələrin şişirdilməsi durur. 
Şayiələr informasiyanın yayılmasının xüsusi, alternativ formasıdır. 
Şayiələr «qanunu»nun belə bir formulası mövcuddur: şayiə hadisəni 
mühümləşdirərək onu ikimənalılığa çevirmək funksiyasıdır.
Bu «qanun»a görə şayiələrə qarşı çıxmaq, onları təkzib və izah 
etmək, gecikmiş ətraflı məlumat vermək yalnız şayiələrin canlan­
masına səbəb olur, çünki bütün göstərilən vasitələr bu formulanın 
tərkib hissələrindən yalnız birinin - ikimənalılığın aradan qaldırıl­
masına istiqamətlənmişdir.
Lakin ikimənalılığı aradan qaldırmaq üçün göstərilən səylər nə 
qədər çox olarsa, o qədər də fakta diqqət artacaq, çünki mütənasib 
şəkildə ikinci gücləndirici vasitə - hadisənin mühümlük meyarı 
artacaq.
Bu səbəbdən, şayiənin aradan qaldırılmasının çarəsi ikimə­
nalılığın vaxtında aradan qaldırılmasından asılıdır. Hadisə haq­
qında tam (vaxtında və birmənalı) informasiya şayiəni çoxaldan 
ikimənalılığı heçə endirir.
Bu, şayiə yaratma funksiyasını sıfra yaxınlaşdırır. Ən yax­
şısı isə şayiə üçün əsəsın yaradılmamasıdır. Necə deyərlər, əgər 
şayiənin yaranması üçün səbəb olmasa, şayiə də olmayacaq.
3. Damğalar və birbaşa təhqirlər
- qeyri-mütəşəkkil mübahi­
sə zamanı əvəz çıxmağa rəvac verən üsuldur. Bu, siyasi polemika­
nın ən aşağı səviyyəsinin göstəricisidir.
293


Əgər onun ilkin məqsədi qarşıdurma yaratmaq, opponenti 
düşünülməmiş addım atmağa təhrik etməkdirsə, belə dəlildən isti­
fadə edilməsi vacib hesab edilə bilər.
Ancaq əslində qarşılıqlı damğalamalar (şərləmələr) və təhqir­
lərə əl atmaq təkcə özünə yox, həm də mübahisə mövzusuna hör­
mət baxımından yolverilməzdir.
Belə dəlillər mübahisənin davaya çevrilməsinin birbaşa əla­
mətidir. Bütün sahələrdə olduğu kimi, polemikada da geriyə dönü­
şü olmayan proseslər var. Bu səbəbdən, belə vəziyyətdən çıxmağın 
ən səmərəli yolu - təhqirə məruz qalmaq istəmədiyinizə görə mü­
zakirələrin dayandırılmasıdır.
Qarşı tərəfin qeyri-qanuni üsullardan istifadəsinin qarşışısının 
alınmasına təminat əsaslandırma dairəsinin dəqiq müəyyənləşdi­
rilməsi ola bilər.
Qeyri-qanuni üsulların qəbul edilməməsi - onların mübahisənin 
səmərəli təşkili qaydalarını, polemika mədəniyyətini, konsensusa 
doğru çalışmanı, fikir plüralizmini, müzakirə azadlığını və s. po­
zan fəaliyyət və dəlillər kimi qiymətləndirilməsi ilə bağlıdır.
Lakin mübahisə zamanı üsulların seçilməsində məsuliyyət da­
şımayan qarşı tərəfin “yersiz” dəlillərinin obyektinə çevrilməmək 
üçün opponentlərinizi seçərkən diqqətli olmalısınız. Hər kəslə, hər 
şeyə görə mübahisə etmək olmaz.
Aristotel «Topika» (ümumi dəlil, fikri ifadə edərkən ümumi 
dəlillərdən istifadə etmək bacanğı) əsərində bununla əlaqədar çox 
maraqlı, tam dəqiq tövsiyələr vermişdir. O yazırdı ki, hər qabağına 
çıxanla mübahisə etmə, ancaq o adamla mübahisəyə girişmək olar 
ki, onun deyəcəyi nalayiq sözlərə görə sonradan xəcalət çəkəcəyi 
qədər ağlı olsun ki, o sözləri heç deməsin.
Aristotelə görə, yalnız o kəslə mübahisə etmək olar ki, o, nəsi­
hətlərlə yox, dəlillərlə mübahisə edə bilir, qarşı tərəfin dəlillərini 
dinləyir.
Nəhayət, o adamla mübahisə etmək olar ki, o, kifayət qədər 
ədalətlidir və haqlı olmadıqda, həqiqətin qarşı tərəfə məxsus ol­
duğunu gördükdə bunu ləyaqətlə qəbul edə bilər. Aristotelin bu 
məsləhətləri bu gün də köhnəlməyib.
294



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin