Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Əsaslandırma fəndləri və üsulları



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə119/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Əsaslandırma fəndləri və üsulları 
Bəzi taktiki üsulları qanu­
ni fəndlər, bicliklər kimi təfsir etmək mümkündür. Qanuni(loyal) 
fəndlər qeyri-qanunilərdən (qeyri-loyal) onunla fərqlənir ki, onlar 
səmərəli təşkil edilmiş əsaslandırmanın başlanğıc qaydalarını və 
konvensiyasını pozmur.
E tirazın gecikdirilm dsi
(uzadılması) - elə fənd növüdür ki, 
mürəkkəb vəziyyətdə qarşı tərəfin dəlilinə layiqli cavabı həmin 
anda tapıb vermək çətin olur. Bu halda cavab gecikdirilir, qarşı 
tərəfin məsələyə bələdlik səviyyəsini müəyyənləşdirəcək suallar, 
dəlilin özünə aid suallar və s. verilir.
Göstərilən üsulun tətbiqində qanunilik (loyallıq) və qeyri- 
qanunilik(qeyri-loyallıq) ölçüsü olduqca şərtidir. Əgər gözlənilməz 
sual nəticəsində şok (pərtlik) yaranmışdırsa, onda özünüzə gəlmək 
üçün vaxt qazanmağınız tamamilə yolveriləndir.
Gözlənilməz dəlil, sadəcə, əlavə izahat verilməsini tələb edə 
bilər. Bu kimi hallarda, yəqin ki, etirazın gecikdirilməsi tamamilə 
yerinə düşər. Lakin qarşı tərəf qüvvətli dəlilə cavab verməkdən 
tamamilə qaçmağa çalışırsa və bu məqsədlə reqlamentin uzadıl­
masından istifadə edirsə, bu üsul qeyri-qanuni hesab edilə bilər.
Təzyiqin artırılması taktiki üsulunun tətbiqi zamanı dəlillər 
silsiləsindəki hər bir dəlil özündən əvvəlkindən daha qüvvətli
əhəmiyyətli və əsaslandırılmış olmalıdır.
Belə sistem
qarşı tərəfin ona çətinlik yaratmış hansısa sualı 
ört-basdır etmək, cavabdan qaçmaq təşəbbüsünün dərk edilməsi 
zamanı işə salınır. Bu halda təzyiq, dəlillərin məhz bu hissəsinə 
basqı taktikası əsaslandırılmış olar.
Belə əsaslandırmanın məqsədi aydın və şəffafdır: qarşı tərəfin 
dəlillər sistemindəki zəif bəndi axıradək «sıxmaq», təşəbbüsü 
əldən verməmək, elə bu mərhələdəcə qalib gəlmək.
286


Nəzərdən keçirilən üsulun qanuni, yaxud qeyri-qanuni olması 
da olduqca şərtidir və əsaslandırmanın əxlaqi sahəsinə aiddir.
Əgər qarşı tərəf, boks terminlərindən istifadə etsək, nokdaun- 
dadırsa, ona özünə gəlmək üçün vaxt vermək, yoxsa «son zərbə»ni 
vurmaq sizin əxlaqi keyfiyyətlərinizin seçimidir.
Əgər qarşı tərəfin dəlillər sistemindəki zəif bənd sizin məqsəd­
yönlü fəaliyyətiniz nəticəsində aşkar olmuşdursa, bu zaman həmin 
sistem yeni dəyər qazanır - onun darmadağın olması taktikanın zə­
ruri şərtinə çevrilir.
Tələ
- bu üsul - bu dəlil qarşı tərəfi müəyyən mövzu sahəsinə 
cəlb etmək üçün xüsusi olaraq dövriyyəyə buraxıla bilər.
Əsaslandırma üsulu kimi tələ çox m üxtəlif şəkilli ola bilər. 
Məsələn, qarşı tərəfin diqqətini dəyişdirmək məqsədilə, özünüzün 
guya zəif cəhətinizi - «axilles dabanınızı» təsvir etməklə fikirləri o 
hissəyə yönəltmək.
Bu, aşağıdakı faydalan qazanmaq imkam yaradır:
1) opponentin fəaliyyəti müəyyən mənada nəzarət altında olur;
2) o sizin əvvəlcədən hazırladığınız sahədə dəlillər mübadilə­
sini həyata keçirir;
3) opponentin diqqəti sizin mövqeyinizin həqiqətən zəif hissə­
lərindən yayındınlır;
4) qarşı tərəfə təqdim edilmiş suallann gücləndirilm iş m üza­
kirəsi mübahisəyə aynlm ış vaxtın limitinin, sadəcə, bitməsinə 
səbəb olur. Bəzən məğlubiyyətdlən qaçmaq üçün məhz bu tələb 
edilir.
Tələ qarşı tərəfin təzyiqinə, yaxud onun qeyri-qanuni fəndlərinə 
qarşı müdafiə reaksiyası da ola bilər.
Belə ki, əgər qarşı tərəf sizin istənilən dəlilinizə qarşı onun 
isbatsız olduğunu söyləyirsə, onda onun əsaslandırmasını məhz 
onun özünə qarşı çevirmək və bununla onu özünün qurduğu tələyə 
salmaq lazımdır.
Məsələn, əgər mübahisədə hər şeyi tamamilə inkar edən qarşı 
tərəfin mövqelərini sarsıtmaq üçün mühüm olan bir fikri yeritmək 
lazım gəlirsə, onu sizin öz mövqeyinizə zidd olan hökm şəklində 
irəli sürmək lazımdır.
287


Əgər opponentiniz bu tələni hiss etməyəcəksə, ətalət qanunu­
na uyğun şəkildə onu da rədd edəcək və bununla da sizin mövqe­
yinizi təsdiq etmiş olacaq. Sizə də yalnız bu müddəanı öz dəlillər 
sahənizdə qeydə almaq qalacaq.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin