Diqqətin cəlb edilməsi və saxlanılması üsulları
Aşağıda sa
dalanan ixtiraçılıq üsullarının hansından istifadə etməyiniz konk
ret situasiyadan, səbəb və məqsəddən, nitqin predmetindən, sizin
niyyətlərinizdən və auditoriyadan asılıdır.
Bu üsullardan istifadə yuxu effektindən qaçmağa kömək edə
bilər.
1. Gözlənilməzlik.
Nitqdə dinləyicilər üçün naməlum və göz-
lənidlməz olan informasiyadan, həmçinin «canlandıncı təsir» gös
tərən ifadələrdən istifadə edin.
2.
«Fitnəkarlıq».
Qısa müddət üçün dinləyicilərdə şərh edilən
informasiya ilə razılaşmamaq reaksiyası yaradın, bu mərhələdən
dinləyiciləri konstruktiv nəticələrə gəlməyə hazırlamaq, fikrinizi
dəqiqləşdirmək və mövqelərinizi daha dəqiq müəyyənləşdirmək
üçün yararlanın.
3. Hiperbola.
Auditoriyanın çıxışın predmetinə olan marağını
artırmaq üçün şişirtməkdən çəkinməyin; bu, hadisələr, proseslər
və insanların davranışı arasında əlaqələri aşkara çıxarmağa kömək
edər. Lakin sonradan, artıq şişirtmə olmadan toxunulan problemlə
bağlı öz mövqeyinizi dəqiq ifadə etməyi də unutmayın.
4. Proqnozlaşdırma.
Real faktlara əsaslanaraq, gözlənilən ha
disələri proqnozlaşdırın ki, dəyərləri, əsas maraqlan, tələbləri, is
təkləri lazımi qədər qabarda biləsiniz.
5. Bütün «lehinə» və «əleyhinəələrin qarşılıqlı müqayisəsi.
Dinləyiciləri icmal şəklində hər hansı fikrə, tədbirə, konsepsiyaya
aid özünüzün «lehinə» və «əleyhinə» dəlillərinizlə tanış edin. Bü-
297
tiin dəlilləri qarşılaşdırdıqdan sonra problemin düzgün həlini tapın,
bu zaman zidd dəlillərdən istifadə edin: «Lakin əslində...»
6.
Qərar qəbul etmək imkanının başqasına verilməsi.
Müza
kirə predmetini aydınlaşdırmaq üçün tərəfdaşlarınızın qərar qəbul
etmək və komplektləşdirmək qabiliyyətlərindən geniş şəkildə istifadə
edin; müvafiq sualların qoyulması hesabına tərəfdaşlarınızı təfəkkür
proseslərinə cəlb edin; bu zaman öz dəlillərinizi gətirməkdən çəkinin.
7.
Nüfuza müraciət edilməsi.
Fikirlərinizin düzgünlüyünü təs
diq etmək üçün dinləyicilərin və elmin nüfuzlu şəxsiyyətinə isti
nad edin.
8. Həyəcanlanma.
Sizi dinləyicilərəbağlayanxüsusi hadisələri
həvəslə təsvir edin, auditoriya və mövzu üçün əhəmiyyətli ola bilə
cək ən xırda ünsürləri və dinləyiciləri həyəcanlanlandıran mövzula
rı əldən buraxmayın.
9. Qeyri-formal elementin daxil edilməsi.
Nitqin predmetini,
auditoriyanın davranışını nəzərə alaraq özünüzün bir vaxtlar bu
raxdığınız səhvləri və onların nəticələrini açıqlayın. Bu və ya digər
problemə belə səhv yanaşmadan necə qaça bildiniz? Onun yeni
həllini göstərin. Bu, dinləyicilərin gərginliyini və qabaqcadan ya
ranmış yanlış qənaətə əsaslanmalarım aradan qaldırmağa və onla
rın fikrinin sizin xeyrinizə dəyişilməsinə kömək edər.
10. Dramatikləşdirmə.
Əyani və cəlbedici şəkildə izah edin,
nitqi şüurlu surətdə dramatikləşdirin ki, dinləyicilər özlərini həm
tamaşanın iştirakçıları, həm də həyatda hiss etsinlər.
11. Birbaşa daxil olma.
Əgər sizin tərəfdaşlarınız nitqin pred-
meti ilə tanışdırlar və zəruri ilkin biliklərə malikdirlərsə, uzun gi
rişdən imtina edin; həmin anda əsas olandan danışmağa başlayın.
Bu sizi onlara hər şeyi lap əvvəldən izah etmək zərurətindən xilas
edər və problemi şərh etmək üçün vaxt qazanmaq imkanı yaradar.
12. Yumor.
Öz nitqinizi «qurutmayın». Gülməli, paradoksal nü
munələr gətirin, nəqlinizi sizi əhatə edən insanlann həyatından şən
zarafatlar, məzəli əhvalatlarla qanşdınn. Dinləyicilərə düşünmək
və istirahət etmək imkanı verin.
13. Ekspressiya (təsirli danışıq
). Əlbəttə, konkret nitq vəziyyə
tindən (rəsmi və qeyri-rəsmi nitq) asılı olaraq, nitqin ifadəliliyini
298
artıran vasitələrdən imtina etməyin. Şüurlu surətdə, xüsusilə, əgər
əvvəlcədən hazırlanmış mətn olmadan çıxış edirsinizsə, vərdiş et
diyiniz üslubdan hiss olunacaq qədər fərqlənən ifadələrdən (qəfil,
üslubi baxımdan gözlənilməz, yadda qalan, diqqəti cəlb edən təsirli
leksik vasitələrdən) istifadə edin.
Hər hansı bir fikri daha çox qabartmaq üçün bəzi natiqlər təsirin
tədricən artırılması üsuluna müraciət edirlər: onlar üslub baxımın
dan neytral ifadələri təsir qüvvəsi çox olan ifadələrlə (məsələn, ob
razlı müqayisələrlə) müşayiət edirlər.
Bir daha qeyd olunmalıdır ki, yuxanda haqqında danışılan bu
və ya digər üsuldan istifadə konkret nitq vəziyyətindən və nati
qin şəxsiyyətindən asılıdır. Belə üsullann kommunikasiya aktının
nəzərə alınması ilə tətbiqi kifayət qədər səmərəli ola bilər, lakin on-
lan ayırmaq və nitqin məzmunundan kənarda nəzərdən keçirmək
düzgün deyil.
Onlar özlüyündə xüsusi bir dəyərə malik deyil və vəzifələrinə
müvafiq dəyərləndirilməlidirlər: bu üsullardan ağıllı şəkildə, iş
güzar ünsiyyət zamanı fikirlərin çatdırılması
vasitəsi kimi
istifadə
etmək lazımdır.
Elm i m əlum atlarda obrazlılıq Təcrübəli natiqlər obrazlı
nitqin təsirli üslub vasitələrini şüurlu şəkildə tətbiq edirlər: onlar
yeknəsəq nitqin yuxugətirici təsirinə qarşı «yumulan gözlərə qarşı
üsyan!» prinsipinə əsasən mübarizə aparır, həmsöhbətlərinin iclasda
sadəcə iştirakı ilə kifayətlənmirlər: onlar üçün müvafiq problemin
müzakirəsində hər kəsin konstruktiv və tənqidi iştirakı mühümdür.
Öz fikirlərini tərəfdaşlarına əyani şəkildə izah etmək üçün
natiq obrazlı müqayisələrdən geniş istifadə edir. O, dinləyicilərin
təxəyyülündə müvafiq mənzərələri canlandırır, onların diqqətini
gəlb edir, bəhs olunan mövzuya maraq oyadır və təfəkkürü fəal
laşdırır.
Elmi mətnlərin
fərqləndirici əlamətləri, hər şeydən əvvəl, pred-
metin obyektiv (mücərrəd) şərhi, terminlərin maksimal dəqiqliyi
və informasiyanın yığcamlığıdır.
Burada söhbət obrazlı ifadələrin, sətiraltı fikirlərin, yaxud ori
jinal cümlələrin tətbiqi hesabına dinləyicilərə estetik təsirdən yox,
299
anlayışların son dərəcə dəqiq seçilməsindən, nitqdə informasiya
nın sıxlığından, əsaslandırılmış işgüzar üslubdan (elmin funksio
nal üslubu) gedir ki, o da özünəməxsus estetik təsirə malikdir.
Bununla yanaşı, natiq dinləyicilərini təkcə məlumatlandırmaq
yox, həm də inandırmaq istədikdə, obrazlılığa elmi mətnlərdə də
rast gəlinir; dilin ifadə vasitələrindən (məsələn, metaforalardan)
təfəkkür və əsaslandırmanın mühüm istiqamətlərini qabartmaq
məqsədilə istifadə olunur.
Kütləvi auditoriya qarşısında çıxışdan əvvəl elmi üslub təq
dim olunan informasiyanın ümumi anlaşıqlılığını təmin etmək
məqsədilə danışıq nitqinin elementləri ilə: dinləyicilərin səmərəli
və emosional təfəkkür proseslərinin formalaşdınlmasına və dərk-
edilmənin fəallaşdınlmasına xidmət edən şərhlə dolğunlaşdınla
bilər.
Əgər fikirlərinizin dinləyicilərin şüuruna çatmasını və asan
yadda qalmasını istəyirsinizsə, orijinal cümlələrdən çəkinməyin.
Dinləyicilərə kompüterlə idarə olunan və hər cür duyğudan
məhrum «danışan maşın» lazım deyil; onlar natiqin şəxsiyyətini
görmək istəyirlər.
Bu səbəbdən.
• Öz fikirlərini dinləyiciləri heç cəlb etməyən qəlib ifadələrlə
çatdırmaq;
• Yazılı elmi nitqin anlaşılması çətin, yığcam dili ilə danışmaq
lazım deyil.
Elmi konfransa uyğun olan (müvafiq sahə üzrə mütəxəssis -
iştirakçılar bəzən gündə 10-15 qısa elmi məruzə dinləməli olur
lar) mətnlər heç də həmişə digər nitq vəziyyətlərinə və istehsalat
təcrübəsinə uyğun olmur.
Natiq özündən fərqli olaraq, müzakirə edilən məsələyə o qədər
də bələd olmayan, daxilən həmin məlumatları qəbul etməyə hazır
olmayan, o cümlədən, bu həcmdə informasiyanı anlamağa vərdiş
etməmiş insanlar qarşısında çıxış etməli ola bilər.
Dostları ilə paylaş: |