Bu baxımdan əvvəlcədən yazılmış (oxunan nitq) nitq ilə
improvizə edilmiş (sərbəst) nitq bir-birindən fərqləndiriləir.
Nitqin hazırlanması zamanı natiq onun bütün məzmununu ta
mamilə kağıza qeyd edir: o, dinləyicilərə hazır
məmi oxuyaraq
müraciət edir.
Bu zaman o, müntəzəm olaraq auditoriya ilə göz təmasına gir
məli, həmçinin dinləyicilərə təsir edən digər nitq vasitələrini (vurğu,
nitqin sürəti, fasilələr, intonasiya və s.) nəzərə almalıdır. Əks hal
da, nitq «dolğunluq təsiri olan» yeknəsəq oxuya çevrilər; yeknəsəq
nitqlə isə aclığım dəf edə bilməzsən, amma boğazına qədər doymuş
olarsan.
Bu qeyd «hazır nitqlərin» əleyhinə yönəldilməyib; çox zaman
təcrübədə onlara ehtiyac yaranır (məsələn, söylənilənlərin dəqiq
yoxlanıldığı və sənədləşdirildiyi elmi məruzə zamanı).
Əgər şərh edilən materialın həcmi və onun əsas müddəalarının
əhəmiyyəti nitqin tezislər üzrə sərbəst şərhinin mümkünlüyü
nü
yolverilməz edirsə, yaxud çıxış zamanı meydana çıxa biləcək
mümkün «kələ-kötürlüyü» aradan qaldırmaq lazımdırsa, həmçinin
əgər natiqin hansısa bir qüsuru ona kağızsız çıxış etmək imkanı
vermirsə, əvvəlcədən tam mətni hazırlamaq lazım gəlir.
Yuxanda deyilənlərdən, əvvəlcədən yazılm ış mətn üzrə nitq
üçün hansı nəticələr meydana çıxır
?
Əgər siz «kağız üzrə» çıxış etməyə hazırlaşırsınızsa, özünüzdən
soruşun ki, improvizasiya etmək, yəni mətndən asılı
olmayan şərh
forması sizin məqsədlərinizin həyata keçirilməsi üçün sərfəlidirmi?
Sərbəst şərh formasının mümkünsüzlüyü obyektiv prinsiplərə
əsaslanırmı?
Hazır mətnlərə üstünlük verməyinizi lazımi təcrübənizin ol
maması ilə, yaxud digər subyektiv səbəblərlə izah etmək olarmı?
Şərh üsulunu seçərkən bütün nitq vəziyyətlərini kompleks şə
kildə nəzərə alın və nitqin məqsədini, predmetini və əhəmiyyətini
qarşınızda duran vəzifə ilə bağlayın.
Çıxışın mətnini hazırlayarkən dinləyicilərin xüsusi psixoloji
əhvalını nəzərdən qaçırmayın: onlar sizin fikirlərinizin məzmununu
asanlıqla və tez mənimsəməlidirlər.
301
Nitqinizin anlaşıqlı olması üçün aydın və asan yadda qalan
cümlələrdən istifadə edin.
Cümlələrin psixoloji baxımdan
məqsədyönlü quruluşuna və
həcminə üstünlük verin. Qısa, asan cümlələr mülahizəni dinləyicilər
üçün daha anlaşıqlı edər. Əgər elmi məruzədə 25 sözdən artıq
həcmə malik cümləyə rast gəlinirsə, bu, mətnin müzakirə edilən
problemlə daimi təmasda olmayan dinləyicilər tərəfindən qavra-
nılmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Əgər sizin nitqinizin mətni az anlaşılan
mürəkkəb quruluşlu
cümlələrlə ağırlaşdınlmışsa, onların «kökündən çıxarılması» ilə
əsaslı şəkildə məşğul olmaq lazım gələcək.
Çıxışa hazırlaşarkən mütləq evdə nitqin mətnini ucadan oxu
yun. Çox uzun, oxunması üçün nəfəsinizin, dinləyicilərinizin isə
səbrinin çatmayacağı dolaşıq cümlələri özünüz də görəcəksiniz.
Əgər fikirlərinizin dinləyicilərin şüuruna çıxışın
məqsədinə
müvafiq şəkildə çatmasını istəyirsinizsə, onları aydın ifadə edin.
Anlaşılmazlıqlardan qaçmaq üçün istifadə etdiyiniz terminlərin
mənasını düzgün müəyyənləşdirin.
Fikirlərin sadə şərhi sizin mülahizələrinizin inandıncılığının
əsas şərtidir. Əsaslandırmadan imtina edilməsi və siyasi şüarla
ra çox aludəçilik nümayiş etdirilməsi nitqinizin təsirliliyini əhə
miyyətli dərəcədə azaldır.
Nəzərə alın: nitqinizin inandıncılığı onun uzunmüddətliliyin-
dən (bu müddət normal ölçülərə müvafiq olmalıdır) yox, auditori
yaya stimullaşdırıcı təsir göstərən məzmunundan asılıdır.
Dinləyicilər söz çoxluğuna üstünlük
verən natiqin fikirlərini
çox da həvəslə dinləmirlər: doğrudur, ona danışmağa mane olmur
lar, lakin lazımi diqqəti də göstərmirlər.
Təntənəli nitqdər, məlum olduğu kimi, çox zaman «kağızdan»
oxunur. Bu halda yadda saxlamaq vacibdir ki, nitqin ikinci hissəsi
dinləyicilərə birincidən ikiqat uzun görünür (bu, hamıya məlum
olan psixoloji qanunauyğunluqdur).
Dostları ilə paylaş: