Beləliklə, sərbəst nitq tezislər üzrə nitqdir. Əsas məsələlər
əvvəlcədən qeyd edilir, lakin natiq öz fikirlərini yalnız əsaslandırma,
isbat, qiymətləndirmə mərhələlərində, yəni nitq fəaliyyəti zamanı
təfəkkür hesabına formalaşdırır.
Natiq tərəfindən qeydə alınmış açar söz, yaxud sözlər qrupu
onun şüurunda geniş həcmli məzmuna çevrilir. Assosiasiyanın
köməyi ilə meydana çıxan bu məzmun nitq prosesində üslubi və
qrammatik baxımdan formalaşdırılır və hazır cümlə şəklini alır.
Bu proses zamanı şüurda aşağıdakı fikir planlaşdırılır və tələf
füz edilmək üçün hazırlanır:
• Bu -yaradıcılıq prosesidir: dinləyicilər tərəfindən axtanş,
qərarın qəbul edilməsi prosesi kimi qiymətləndirilir. Bununla da
improvizə edilmiş nitqin canlılığı və cazibə qüvvəsi izah edilir
(təsadüfi deyil ki, hazır mətndən istifadə etməyən natiqlərin daha
sərbəst və təravətli danışdıqları qəbul edilir);
• Natiq nitqin materialına nə qədər yaxşı bələddirsə, o öz fikir
lərini o qədər asan formalaşdıra bilir.
Müstəsna hallarda, təcrübəli natiqlər predmetə və şifahi nitqin
vərdişlərinə tam yiyələnmiş olduqda çıxışlarının tezislərini kağıza
qeyd etməkdən imtina edə bilərlər.
Nitqin planını düşünərkən, ilk növbədə aşağıdakıları nəzərə
almaq vacibdir. Çıxış üçün materialı artıqlaması ilə seçin. Bu sizə
həmin materialdan inamla istifadə etmək imkanı verir.
İlk növbədə, müvafiq sahədə sanballı biliklərin mövcudluğu
nitq zamanı inamlı olmağa imkan verir. Əgər bu biliklər mövcud
deyilsə, natiq materialdan sərbəst şəkildə istifadə edə bilmirsə, o
halda uğursuzluq labüddür.
Natiqə qarşıdakı çıxışa lazımi şəkildə hazırlaşmağa aşağıdakı
Dostları ilə paylaş: