Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə123/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İfadənin düzgün seçilməsi 
Fikrin düzgün ifadə olunması üçün 
çıxış edən şifahi nitqin xüsusiyyətlərini nəzərə almalıdır, yəni o öz 
fikirlərini kommunikativ məqsədə, nitqin predmetinə, həmçinin 
konkret vəziyyətə uyğun olaraq aydın və inandıncı şəkildə açıq­
lamalıdır.
İnandırıcılıq
yalnız natiqin problemi bilməsi ilə yox, həm də 
aşağıdakı məsələlərlə izah edilir:
• O, vəziyyəti yaxşıca «tutur» (ilk növbədə öz dinləyicilərinin 
təfəkkür tərzini və nitq üslubunu nəzərə alır);
• O, dinləyicilərə öz fikirlərini ən yaxşı şəkildə çatdınr, yəni 
onları düşündürməyə nail olur, bunu yaddaqalan, “ikibaşlı” olma­
dan və mütləq anlaşıqlı formada edə bilir.
Auditoriya qarşısında öz fikirlərini anlaşıqlı şəkildə şərh etmək 
zərurəti dinləyicilərin informasiyanı dərk etməsinin 
xüsusi şəraiti
ilə
əlaqədardır: dinləyici vəziyyətdən asılı olaraq, natiqə və onun 
söylədiklərinə (şifahi ünsiyyət forması) oxucunun kitab müəllifinə 
olan münasibətindən (yazılı ünsiyyət forması) fərqli münasibət 
bəsləyir.
Anlamanı asanlaşdırmaq məqsədilə öz fikirlərinizi kifayət 
qədər geniş və ətraflı izah edin. Bu məqsədlə psixoloji və funksi­
296


onal ehtiyatlardan - kommunikativ formalardan istifadə edin. 
Bura suallar, təkrarlar, ümumiləşdirmələr, sadalamalar, təsvirlər
keçidlər, şərh edilənə təkrar qayıdılması, əlavələr edilməsi və s. 
daxildir. ~
Nitq söyləyərkən fərasətlilik, dinləyicilərin diqqətini cəlb et­
mək və özündə saxlamaq üsullarını tətbiq edin. Nitqinizi rən­
garəng etməyə çalışın. Dinləyiciləri gərginlikdə saxlayın; bu, 
dinləyicilərin dörddə birinin çıxışda söylənilən informasiyanı qav­
ramaqla, dörddə üçünün isə yuxu ilə mübarizə aparmaqla məşğul 
olması vəziyyətindən sizi çıxara bilər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin