dərəcəsini, həmçinin bu keyfiyyətlərin yararlı olacağı vəziyyətlərin
əhatə dairəsini müəyyənləşdirməkdən ibarətdir. Beləliklə, konkret
keyfiyyətlərin konkret vəziyyətlərdə meydana çıxmasının öncədən
müəyyənləşdirilməsi təmin edilmiş olur.
I V
mərhələnin müsbət amillərinə aşağıdakıları a id etmək
mümkündür:
a) diqqətinizin tərəf- müqabilinizin artıq müəyyən edilmiş,
yaxud yeni meydana çıxmış keyfiyyətlərində cəmləşdirməməyə
yönəlmiş olması;
b) həmsöhbətinizin meydana çıxmış mənfi keyfiyyət və emo
siyalarının sizin tərəfinizdən tənqid edilməsi meylinin olmaması;
c) niyyətlərinizin qismən açılmış olmasının sabit münasibətlərin
qorunub saxlanması üçün əhəmiyyətinin dərk edilməsi;
ç) sizin də bəzi mənfi keyfiyyətlərinizin aşkara çıxacağına ha
zır olmaq.
M ənfi amillər:
a) Sizin davranışınız «keyfiyyətləri öyrənməyə çalışmaq»
kimi qiymətləndirilə bilər;
b) manevr etmə (keyfiyyətlər haqqında birbaşa suallara verilən
boyunqaçıncı cavablar, «başdan-başa suallar»);
c) həmsöhbətinizin mənfi keyfiyyətlərinə dair birbaşa verdiyi
niz suallar (əvvəldə bunlar «ayağına yazma», «boynuna qoyma»
kimi qiymətləndirilir).
IV
mərhələnin mexanizmləri keyfiyyətlərin aşkara çıxarılması
nı təmin edən və onların qüvvəsini yoxlamaq imkanı verənlər kimi
iki yerə bölünür. Məsələn, əvvəllər sizin həmsöhbətiniz tərəfindən
«təmkinlilik» kimi qələmə verilən keyfiyyətin onun davranışında
real şəkildə müşahidə olunan keyfiyyətlə müqayisə edilməsi. Əgər
bu keyfiyyət sizin müşahidə etdiyinizlə uyğun gəlirsə, deməli o,
heç nəyi gizlətməyib. Başqa halda, «özündən çıxmalar» və qəzəb
Dostları ilə paylaş: