Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə84/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ritorik məcaz anlayışı 
Artıq qeyd edildiyi kimi, bədii nitqdə 
və danişiq nitqində semantik sözün təsviriliyi və ifadəliliyi böyük 
əhəmiyyətə malikdir, bu isə yazıçı, yaxud natiqin sözü məcazi, ey­
hamla istifadə etməsi deməkdir. Belə sözlər məcaz adlanır.
Məcaz (yunan sözü 
tropos
- döngə)- nitqdə sözün, yaxud ifa­
dənin daha böyük bədii ifadəlilik əldə etmək üçün məcazi mənada 
istifadə edilməsidir. Bu zaman həm danışanın, həm də eşidənin 
şüurunda belə sözün və ya ifadənin eyni zamanda iki - həqiqi və 
məcazi mənası mövcud olur.
Məcazların mühüm xüsusiyyətlərini nəzərdən keçirək.
1. M əcazlar - dünyam dərk etmək, fikir və sözlə mənimsəmək 
vasitəsidir. Mənanın bir əşyadan digərinə köçürülməsi (yəni müx­
təlif, lakin hansı şəkildə isə bir-biri ilə əlaqədar olan əşya və ha­
disələrin bir sözlə adlandırılması) insanın dərketmə fəaliyyətinin 
gedişini əks etdirir. Ə traf aləmi nəzərdən keçirən insan orada a) 
oxşar hadisə və əşyaları qruplaşdıraraq eyni bir sözlə adlandırır 
(metafora): «O, 
sərt idi, qış gələndə təzə əkini, hər bəladan hifz
eləyən qalın qar kim i
»-atası haqqında(Ə.Kərim); b) insan həm də 
əşya və hadisələri yaxınlığına, bir-biri ilə əlaqələrinə görə qruplaş­
dırır (metonimiya): «Ağır, enli, cod əli vardı, 
Tale kim i endirərdi
çiynimə
hərdən» (Ə.Kərim).
2. Mənaların köçürülməsi, məcazlar canlı obraz yaradır, 
dünyaya subyektiv baxışları əks etdirir, danışanın emosiyalan-
200


nı, qiymətlərini ifadə edir, bir növ, hər kəsə rəssam, yaradıcı ol­
mağı təklif edir. Sözün, yaxud ifadənin obrazlı, məcazi mənada 
işlədilməsi heç bir zaman dinləyicini laqeyd qoya bilməz, çünki 
bu hal yalnız nitqi yaradanın dünyaya diqqətli, maraqlı baxışları 
nəticəsində müşahidə olunur. Ritorik məcazlar ritorikanın qanun­
larından birinin - nitqin emosionallığı qanununun həyata keçiril­
məsini təmin edir.
3. Ritorik məcazlar (və bədii ifadələr) dinləyiciyə ona ünvan­
lanan nitqdən həzz almaq imkanı yaradır. Məcazlar - sözün ünvan­
landığı şəxsin də qoşulduğu sözlə yaradıcılıq oyunudur. Buna görə 
də məcazlar nitqi xoşagələn, dinləyici üçün cəlbedici edir.
4. Dünyanın obrazlı dərk olunmasının öz qanunları vardır. 
Obraz, metafora olduqca mürəkkəb bir məzmunu qısa şəkildə çat­
dırmağa kömək edir (istənilən atalar sözü, yaxud frazeologizmi xa­
tırlayın). Əmin olmaq üçün, məsələn, «bir əldə iki qarpız tutmaq» 
ifadəsinin mənasını dəqiq izah etməyə çalışın.
5. Obrazlı ifadə, bir qayda olaraq, əyanidir, gözlə görünəndir, 
deməli, yaxşı və asan başa düşülür, yaddaşda uzun müddət qalır. Bü­
tün bunlar dinləyicinin obrazlı nitqə maraq və diqqətinə səbəb olur.
Beləliklə, obrazlı nitqin üstünlükləri göz qarşısındadır: 
məzmunlu, lakin qısa, emosional, anlaşıqlı, asan yadda qalma (xalq 
dilinin obrazlılığı, atalar sözü və məsəllərin, frazeologizmlərin bö­
yük ehtiyatı heç də təsadüfi deyil).
Adətən, məcazlar haqqında söhbət metaforadan başlayır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin