I
• Məlumat dəlillərlə əsaslandırılmışdır. Yaxud, heç olmasa,
zərurət yarandıqda əsaslandırıla bilər;
•
Dəlillər, əgər mövcuddursa, məntiqi səhvləri yoxdur;
• Məlumat üçün seçilmiş dil vahidləri nitq vəziyyətini dəqiq
xülasə edir;
• Məlumat üçün seçilmiş dil vahidləri idealda birmənalıdır,
onların ifadə etdiyi anlayışlar dəqiq müəyyən edilmiş və dərəcələrə
ayrılmışdır.
Elə ünsiyyət
vəziyyətləri mövcuddur ki, onlarda birbaşa
nitq aktı mümkün deyil və arzuolunmazdır. Məsələn, etiket nitq
vəziyyəti: «Dostunuz sizi axşamı onunla birlikdə keçirməyə dəvət
edir. Dəvət edildiyiniz
kompaniya sizi təmin etmir, lakin dostu
nuz üçün əziz olan adamlardan ibarətdir. Özünüzü rədd cavabı
verməyə məcbur olmuş kimi hiss edirsiniz. Rədd cavabınız nitqdə
nə cür təqdim edilə bilər?»
Dolayısı ilə nitq taktikalarının qurulmasının ümumi prinsipi -
istənilən bilvasitə nitq təsiri taktikası oxucuya böyük, yaxud kiçik
çətinlik səviyyəsinə malik müəyyən tapmaca təklif edir - bunu ta
pan dinləyici həm məlumatın məzmunu barədə anlayış
əldə edər,
həm də məlumatın niyə dolayısı ilə verilməsinin səbəbini anlamış
olar.
Nitq təsirinin bilvasitə taktikası dinləyicinin şəxsi xüsusiy
yətlərini fəaliyyətə cəlb edir, dinləyiciyə məlumatın məzmununun
«qurulmasında» iştirak etmək imkanı yaradır, yəni nitq situasiyası
nın üfüqi modeli qurulur.
Əgər nitq təsirinin bilavasitə (birbaşa) taktikası həmişə dəqiq
formalaşdırılması mümkün olan düzgün qərarı (bəzən hətta onu
nümayişkaranə şəkildə göstərmək yolu ilə)
nəzərdə tutursa, do
layısı ilə (bilvasitə) taktika dinləyicini heç də həmişə yalnız bir,
vahid məqsədə doğru aparmır. Hər bir dinləyici bilvasitə taktikanı
özünəməxsus tərzdə «tapa» bilər.
Nümunə kimi eyni elanın iki variantını (Azərbaycan və Dani
marka) göstərək. Elanlar qoruq parkların girişində vurulmuşdur.
Azərbaycan variantı: « Qoruq parkın ərazisinə giriş qəti qada
ğandır. Cərimə 1000 manat.»
197
Danimarka variantı: «Qoruq park. Xahiş edirik bunu nəzərə
alasınız».
Yuxanda qeyd edildiyi kimi, nitq təsirinin bilvasitə taktikası
nitqin bədii ifadələrindən istifadəyə əsaslanır.
5.4. N itqin obrazlılığı və emosional ifadəliliyi
Sirr
deyil ki, dinləyici üçün söylənən hər yeni fikri anlamaq
çətindir. Ona düşünmək, fikri mənimsəmək, diqqətini istiqamətlə
ndirmək üçün vaxt vermək lazımdır. Ritorikada «forma ilə qüvvət
ləndirmə», özünəməxsus təkrar üsullan mövcuddur.
Lakin nitqdə uzun pauzalar
və fasilələr yolverilməzdir, əks
halda onun ritmi və lazımi sürəti olmaz. Təkrarın yorucu və darıx
dırıcı olmaması üçün təkrar olunan fikirləri nitqin m üxtəlif vəziy
yətlərində şərh etmək, predmeti m üxtəlif tərəflərdən təsvir edərək,
stereoobraz yaratmaq
(məs., aparıcı hər dəfə söz verəndə "söz ve
rilir filankəsə ” deyərsə, yeknəsəqlik yaranar. Yaxşı olar ki, "indi
isə təbrik(yaxud, salamlamaq) üçün fila n kəs dəvət olunur”, "öz
ürək sözlərini dem ək üçün söz verilir filankəsə ”, "m ikrofona y a
xınlaşm aq filankəsdən xahiş olunur ” və s. deyilsin)
lazımdır.
Təsvir vasitələri isə nitqi əyaniləşdirir, belə ki, təkcə anlama
səviyyəsində yox, həm də obrazlı
təsir edir, yəni görmə, eşitmə,
iybilmə, dadbilmə, taktil üzvlər vasitəsilə informasiya verir. Təsviri
nitq daha tez qavranılır, daha dərin emosional cavab alır, başqası
nın dərdinə şərik çıxma hissi yaradır, «yaxşı - pis» səviyyəsində
qiymətlə daha sıx bağlıdır və yaddaşda daha yaxşı qalır.Bu baxım
dan tədris prosesində son dövrlər istifadə edilən elektron lövhələr,
animasiya filmləri, interaktiv metodlar çox səmərəli nəticələr verir.
Dostları ilə paylaş: