I
Ritorikaya aid bir çox müasir dərs vəsaitlərində ritorik üsulla
rın bədii ifadə vasitələri və məcazlara bölünməsi o qədər də «tari
xi», hətta tam «məntiqi» olmayan kimi təsnif edilir.
Məsələ bundadır ki, antik fəlsəfə məcazları obrazlı
ifadələrin
tərkibində öyrənirdi, həm də onların fərqli əlamətləri dəqiq forma
laşdırılmamışdı. Bununla yanaşı, bu fərqlər həqiqətən çətin hiss
edilirdi. Bu səbəbdən, eyni üsulların izahı zamanı son dərəcə bö
yük fərqlilik yaranır, olduqca mürəkkəb
və çox zaman son dərəcə
süni təsnifatlar meydana çıxırdı ki, onlarda məcazlar gah ayrıca
qrup kimi təqdim olunur, gah da əksinə, yanm qruplara bölünürdü.
Obrazlı ifadələrlə məcazlar arasındakı münasibətləri təsvir etmək
olduqca mürəkkəbləşirdi.
Rəsmi nəzər nöqtəsi məcazları ifadə vasitələrinin növlərindən
biri kimi nəzərdən keçirir, ənənəvi olaraq yenidən mənalandırmanın
ifadə vasitəsi kimi təsnif edir. Bu zaman həm də göstərilir ki, ifadə
vasitələri ilə məcazlar arasındakı münasibətlərdə hər hansı sistemi
aşkarlamaq çətindir.
Buna baxmayaraq, «Ümumi ritorika»mn
müəllifləri tərəfindən
aşkarlanmış sistem, əslində, məcazlar və obrazlı ifadələr arasında
kifayət qədər şəffaf münasibətlərin varlığım nəzərdə tutur: onların
fikrincə, məcazlar yalnız bir sözə, həm də yalnız həmin sözün se-
mantikasına aid olur, ifadə vasitələri isə söz qrupları ilə əməliyyatdır.
S.Todorovun semiotik yanaşması (semiotika- işarələr və işarə
sistemləri haqqında elm) bəzi məcazların əhəmiyyətinin təbii
şəkildə genişlənməsinə, məsələn, «metafora» və «metonimiya»
anlayışlarının kino sahəsinə köçürülməsinə səbəb oldu.
Bu səbəbdən «məcazlar və bədii ifadələr nəzəriyyəsi» sırf fı-
loloji aspektdən başqa sahələrə keçir və
onlarda əhəmiyyətli rol
oynayır (məsələn, sənətşünaslıqda). Neoritorika bütövlükdə bədii
nitqin inkişafı ilə əlaqədar məcazların təkamülünü öyrənir.
Fikrimizcə, məcazlar problemi təkcə sistemli yox, həm də
tarixi yanaşma tələb edir. Məcazların
və bədii ifadələrin klassik
tərifi (hər ikisi Kvintiliana məxsusdur) divergent (əlamətləri bir-
birindən fərqləndirən) əlamətləri görmək üçün o qədər də çox im
kan yaratmır. Müqayisə edək:
199
«Məcaz sözün öz mənasının, yaxud ifadənin başqası ilə elə
dəyişilməsidir ki, bu zaman mənanın zənginləşməsi baş verir».
Obrazlı ifadəyə iki cür tərif verilir: birincisi, «
fikrin ifadə
edildiyi hər hansı forma kimi»; ikincisi, obrazlı ifadə, sözün dəqiq
mənasında «fikrin ifadəsinin şüurlu surətdə adi və sadə formadan
uzaqlaşması» kimi izah edilir.
Bu təriflərdən az da olsa, başa düşmək mümkün olur ki, məcaz
lar mənaların m üxtəlif variantlarını, bədii
ifadələr isə hər şeydən
əvvəl strukturun variantlarını nəzərdə tutur.
Ritorikadakı ənənəvi təsnifatı qəbul edərək ifadə vasitələrini
ritorik məcaz və bədii ifadələrin birliyi, sistemi kimi nəzərdən ke
çirək.
Dostları ilə paylaş: