Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

I  s i n i f 
Əsas biliklər 
 
              Bədən tərbiyəsi zalında və idman meydançasında davranış qaydaları. Bədən tərbiyəsi dərslərini 
digər fənlərdən fərqləndirən cəhətlər vardır. Dərslərin idman zalında və meydançasında keçirilməsi onun 
fərqli cəhətlərindən biridir. Bədən tərbiyəsi dərsinin səmərəli təşkilində  şagirdlərin xüsusi davranış 
qaydalarına əməl etməsi başlıca şərtdir. Burada müəllimin göstərişlərinə riayət etmək, mövsümə uyğun 
idman geyimlərindən istifadə etmək, hərəkətin icrası zamanı utanmamaq, cibdə  və ya əldə  əşya 
gəzdirməmək (xüsusilə iti, kəsici  əşyalar) daxildir. Fiziki hərəkətlərin yerinə yetirilməsi dövründə 
tənəffüs əsasən burunla edilməklə, müntəzəm, sakit və düzgün edilməlidir. Hər hansı qüvvə və sürət tələb 
edən bədən tərbiyəsi hərəkətlərini icra etməzdən  əvvəl hazırlıq hərəkətləri yerinə yetirilməlidir. Bütün 

 176
bədən əzələləri hərəkətə gətirilməlidir. Əks halda zədələnmələr yarana bilər ki, bu da əlilliklə nəticələnə 
bilər. 
              Alətlərdə  hərəkətlər icra edilərkən danışmamalı  və qüvvəni cəmləşdirməyə  səy göstərməli, 
yoldaşına toxunmamalı  və zarafatlaşmamalıdır. Yoldaşqlardan kimsə intizamı pozarsa, onu intizama 
dəvət etməli, bədən ağrıları və əzələ dartınmaları zamanı onu masaj etməlidir. 
              Həddindən artıq yorulma vaxtı, yəni qeyri-normal ürək döyüntüləri və  təngnəfəslik zamanı 
müəllimə deməli və temperatur qalxanda və xəstəlikdən sonra məşğələdə iştirak etmək üçün həkim və ya 
müəllimlə məsləhətləşməlidir. Saz olmayan qurğu və alətlərdə hərəkət etməməli və məşğələ üçün lazımi 
şərait olmadıqda həmin yerdə məşğul olmamalıdır. 
              Məşğələ yerini zibilləməməli, dırnaqları kəsməli, həmçinin dərsdən qabaq yeməməlidir. Dərsdən 
sonra duş qəbul etməli, çimməli və yaxud qurşağa qədər yuyunmalıdır. 
 
                     
 
Gün rejimi və şəxsi gigiyena haqqında məlumat 
              Gün rejimi. Gün rejiminin düzgün təşkili şagirdlərin zehni və işgörmə qabiliyyətinin artmasına 
kömək edir. Buna görə də gün rejimində icra edilən hərəkətlər uşaqların yaşına, fiziki inkişafına uyğun 
olmalı, yeksənək deyil, maraqlı və müxtəlif olmalıdır. Rejimə müntəzəm olaraq əməl etməli, hərəkətlərin 
açıq havada icrasına çalışmaq lazımdır. 
              I sinif üçün ümumi gün rejimi, yəni şagird fəaliyyəti və onun istirahətinə ayrılan vaxt aşağıdakı 
kimi müəyyənləşdirilməlidir: məktəbdə  məşğələlər 3-4 saatdan artıq olmamalı, ev tapşırıqlarının yerinə 
yetirilməsinə bir saat vaxt sərf olunmalı; sinifdənkənar və  məktəbdənxaric məşğələlərə, ictimai faydalı 
əməyə 1-2 saat vaxt ayrılmalı: səhər gimnastikasına və  bədəni möhkəmləndirmə proseduralarına: qida 
qəbul etməyə və tualetə 2,5 saat, açıq havada gəzməyə isə 3-4 saat vaxt   sərf edilməli; yuxu 12 saatdan az 
olmamalıdır. 
              Pedaqoji  Elmlər Akademiyası  Uşaq və Yeniyetmələrin Fiziologiya institutu ibtidai sinif 
şagirdlərinin gün rejimi üzrə uzun illərdir ki, tədqiqatlar aparırlar. Həmin institutun elmi əməkdaşı 
M.V.Antropovanın tədqiqatına uyğun olaraq gün rejiminin təxmini sxemini veririk. 
 
 
                        Birinci növbədə oxuyan məktəblilərin gün 
                        rejiminin təxmini sxemi 
                                    (M.V.Antropovaya görə) 
 
Sıra sayı 
Rejimə daxil 
olan məsələlər 
7-8-9 yaşlı 
məktəblilər 
üçün 
Qeyd 
 
I-II-III-IV 
siniflər üzrə     
saatlar 
 
 
 
 
 
 
       1. Yuxudan durmaq                                               6.35 
       2. Səhər gimnastikası, bədəni yaş dəsmalla 
           silmək, yaxud duş qəbulu, yatağı yığış- 
           dırmaq, əl-üzü yumaq, geyinmək.                    6.35 – 7.05 
       3. Səhər yeməyi                                                    7.05 – 7.25 
       4. Məktəbə qədər olan yol                                    7.25 – 7.50 
       5. Məktəbdə məşğələ, səhər gimnastikası, 
           böyük tənəffüsdə səhər yeməyi, sinifdən- 
           kənar işlər və ictimai işlər.                               7.50 – 12.00 
       6. Məktəbdən evə qayıtmaq                                 12.00 – 12.00 
       7. Nahar                                                                 12.25 – 12.55 

 177
       8. Nahardan sonra istirahət (7 yaşlı uşaqlar üçün 
           yuxu)                                                                 12.55 – 13.55 
       9. Açıq havada olmaq, hərəkətli oyunlar, əylən- 
           cələr                                                                   13.55 – 15.25 
      10.Evdə dərsə hazırlaşmaq (hər 45 dəqiqədən 
           bir 5-10 dəqiqə fasilə), iş yerini təmizləmək 
           və kitabları yığışdırmaq                                     15.25 – 16.55 
      11.Açıq havada olmaq                                             16.55 – 18.25 
      12.Axşam yeməyi və sərbəst məşğələ (yaradıcı- 
           lıq fəaliyyəti, qiraət, musiqi ilə məşğul olmaq, 
           ailəyə kömək etmək)                                          18.25 – 19.25 
      13.Yatmağa hazırlıq (paltar və ayaqqabının tə- 
           mizlənməsi,otağın havasını dəyişmək, əl-üzü  
           və ayaqları yumaq)                                             19.25 – 20.05 
      14. Yuxu                                                                  20.05 -  6.36 
              Saatlar Azərbaycanın şəraitinə uyğunlaşdırılmışdır. 
 
                               II növbədə oxuyan məktəblilərin gün 
                                           rejiminin təxmini sxemi 
                                          (M.V.Antropovaya görə) 
 
Sıra   Rejimə daxil olan məsələlər 
Sayı 
8-9yaşlı 
məktəblilər 
üçün 
II-III-IV siniflər üzrə 
saatlar 
Q E Y D 
1. Yuxudan durmaq 
2. Səhər gimnastikası,bədəni yaş  dəsmalla 
silmək, yaxud duş  qəbulu, yatağı  yığışdırmaq, 
əl-üzü yumaq, geyinmək 
3. Səhər yeməyi 
4. Açıq havada olmaq 
5. Evdə dərsə hazırlaşmaq (hər 45 dəqiqədən 5-
10 dəqiqə fasilə), iş yerini təmizləmək və 
kitabları yığışdırmaq 
6. Sərbəst məşğələ(qiraət, musiqi ilə  məşğul 
olmaq, ailəyə kömək) 
7.Açıq havada olmaq, hərəkətlərlə oyunlar, 
əyləncələr 
8. Nahar 
9. Məktəbə qədər olan yol 
10.Məktəbdə məşğələ, günorta yeməyi, 
sinifdənkənar işlər və ictimai işlər) 
11.Məktəbdən evə qayıtmaq 
12.Açıq havada olmaq, hərəkətli oyunlar, 
əyləncələr 
13.Axşam yeməyi və 
sərbəst məşğələ 
(yaradıcılıq fəaliyyəti, qiraət, musiqi ilə  məşğul 
olmaq, ailəyə kömək) 
14.Yatmağa hazırlıq, paltar və ayaqqabını 
təmizləmək, otağın havasını dəyişdirmək, əl-üzü 
və ayaqları yumaq 
15. Yuxu 
6.35 
 
6.35 – 7.05 
 
 
7.05 – 7.25 
7.25 – 7.55 
 
 
7.55 – 9.35 
 
9.35 – 11.05 
 
11.05 – 12.35 
12.35 – 13.05 
13.05 – 13.35 
 
13.35 – 17.35 
17.35 – 18.05 
 
18.05 – 18.35 
 
 
18.35 – 19.35 
 
 
19.35 – 20.05 
 

 178
20.05 – 6.35 
 
              Şəxsi gigiyena. Şəxsi gigiyena şagirdlərin sağlamlığının möhkəmləndirilməsində, onların həyata 
hazırlanmasında böyük əhəmiyyətə malikdir. Orqanizmin möhkəmləndirilməsi və müxtəlif növ 
xəstəliklərə tutulmanın qarşısının alınmasında  şəxsi gigiyena tədbirlərinin düzgün təşkili olduqca 
vacibdir. Bura bədənin, geyimin və yaşadığın yerin təmiz olması və s. daxildir. 
              Bədənin təmizliyi.  Tərləmə  və  bədəndən duzların çıxması  nəticəsində insan bədəni tədricən 
çirklənir. O, tozla örtülür, çirklənir və mikroblarla qarşılaşır. Həmin mikrobların nəticəsində  dəri 
xəstələnə və bədəndə də müxtəlif xəstəliklər yarana bilər. 
              Bədənin təmizliyini qorumaq üçün vaxtlı-vaxtında  əl-üzü, boynu sabunla yumalı, həftədə bir 
dəfə hamamda çimməli və yataq örtükləri dəyişdirilməlidir. İsti duş qəbul edərkən maçalkadan, kisədən 
istifadə etməli və  bədəni sürtməlidir. Bədən tərbiyəsi məşğələlərindən sonra isə mütləq isti duş  qəbul 
edilməlidir. 
              Dişlərin təmizliyi.  Hər gün səhər yeməyindən və yaxud axşam yatmazdan əvvəl dişləri 
təmizləmək lazımdır. Bu dişlərin arasında qalan xırda qida qırıntılarının təmizlənməsinə imkan verir. Hər 
qida qəbul etdikdən sonra dişlərin aralarının təmizlənməsi, ilıq su ilə  ağız boşluğunun yaxalanması 
məsləhətdir. 
              Ayaqlara qulluq. Ayağın iylənməməsi üçün hər axşam yatmazdan əvvəl qışda 20-22 
o
, yay 
mövsümündə isə bir qədər aşağı temperaturda onun isti su ilə yuyulması çox vacibdir. Ayaqqabı rahat, 
yüngül, yayda sərinləşdirici və qışda isə istilik buraxan materiallardan olmalıdır. Bədən tərbiyəsi zalına 
ayaqqabı ilə ilə daxil olmaq qadağandır. Çünki bu zalın tozlanmasına səbəb olur. 
              Geyim. Geyim insan orqanizmini xarici mühitin təsirindən qoruyan başlıca vasitədir. Geyim 
bədənin ölçülərinə uyğun olmalı, dar, sıxıcı, hərəkətlərə mane olmamalıdır. Bu qanın orqanizmdə normal 
hərəkətinə şərait yaradır. 
              Yataq örtükləri. İnsanın rahatlığı və sağlamlığında yataq örtüklərinin əhəmiyyəti böyükdür. O, 
təmiz olmalı və vaxtaşırı dəyişdirilməlidir. Yorğan, yorğan üzü və yataq örtüyü hər gün günə verilməlidir. 
Yastıq və döşəklər isə iki həftədə bir dəfədən az olmayaraq çırpılmalı, havaya verilməlidir. Yatmazdan 
qabaq açıq havada gəzməli və bir neçə tənəffüs hərəkətləri icra etməlidir. 
              Fiziki hərəkətlərin insan sağlamlığı üçün əhəmiyyəti. Fiziki hərəkətlərlə müntəzəm və düzgün 
məşğul olmaq sağlamlığın möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Yeriş, qaçış, gimnastika, 
oyunlar və turizm bədənin bərkidilməsində, insan orqanizminin davamlığını artıraraq xarici mühitin əks 
təsirlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bədən tərbiyəsi ən vacib sağlamlıq vasitəsi olub, 
ürək əzələlərinin qüvvəsini artırır, ağ ciyərlərin həyat tutumunu genişləndirir. Eyni zamanda, tənəffüsün 
yaxşılaşmasına, xüsusilə bronxial astmaya tutulanların müalicəsinə kömək edir. 
              Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi idman nəticələri və rekordlar dalınca 
qaçmaq deyil, adamların can sağlamlığının möhkəmləndirilməsinə istiqamətləndirilmişdir. Buna görə də 
ölkəmizdə kütləvi bədən tərbiyəsi – sağlamlıq işləri ön plana çəkilmişdir. 
              Bədən tərbiyəsi ilə  məşğul olarkən bəzən  şəxsi gigiyena qaydalarına  əməl olunmur. Bu isə 
məşğul olanların tez-tez angina, qrip və s.  xəstəliklərə tutulmasına səbəb olur. Bütün bunlar isə zehni və 
fiziki işgörmə qabiliyyətini azaldır və əhval-ruhiyyəyə mənfi təsir göstərir. 
 
 
 
 
                                              II  s i  n i f 
                                        Ə s a s    b i l i k l ə r 
              Səhər gimnastikasının  əhəmiyyəti.  Şagirdlər səhər yuxudan durarkən özlərini  əzgin hiss edir, 
bəzən də onlarda ruh düşgünlüyü  əmələ  gəlir. Bundan əlavə, bədəndə  fəaliyyətsizlik hiss edilir. Onlar 
ümumiyyətlə, gün rejimində qarşıya qoyulmuş  vəzifələri lazımınca yerinə yetirə bilmirlər. Yuxudan 
duran vaxtda əzələlərin iş qüvvəsi aşağı düşmüş olur. Ürək fəaliyyəti nisbətən zəifləyir, bəzən də baş 
ağrıları, huşsuzluq meydana çıxır. Səhər gimnastikası isə ürək fəaliyyətini artırır,  əzələnin iş qüvvəsini 

 179
yüksəldir, tənəffüsü yaxşılaşdırır. Belə ki, gün ərzində insanın zehni və işgörmə fəaliyyətini tənzimləyir 
və normalaşdırır. O, həm də  nəbz vurğularının sürətini artırır, udulan oksigenin miqdarını 10-30 %-ə 
qədər artırır, qamətin gözəlləşməsinə kömək edir. 
              Fiziki hərəkət məşğələlərinin  əhəmiyyəti. Bu yarım mövzu keçirilərkən I sinif üzrə verilən 
materiallardan istifadə etmək lazımdır. Lakin II sinifdə bu mövzu müəyyən qədər dərinləşdirilməklə 
yanaşı, həm də  həmin sinifdə öyrədilən digər fənlərin materiallarına uyğun  şəkildə keçirilməlidir. Yəni 
gigiyena ilə bağlı mövzularla əlaqələndirilməlidir.  
              Fiziki  hərəkətlərin icrası zamanı gigiyenik qaydalar. Bədən tərbiyəsi məşğələlərinin 
özünəməxsus keçirilmə qaydaları mövcuddur. Bunlardan biri fiziki hərəkətlərin icrası dövrundə  tələb 
edilən gigiyenik qaydalardır. Gigiyenik qaydalara riayət olunmadıqda, həmin məşğələlərin nə sağlamlıq,  
nə də ki, təlim-tərbiyəvi əhəmiyyəti olmur. 
              Qeyd  etmək vacibdir ki, bütün bədən tərbiyəsi məşğələlərində hazırlıq və  bədəni «qızışdırıcı» 
hərəkətlər yerinə yetirilməlidir. Bura hər  şeydən  əvvəl, yeriş, qaçış, müxtəlif növ hoppanmalar, 
gimnastika hərəkətləri və s. daxildir. Məşğələdə verilən fiziki iş temperatura və yerli meteoroloji 
göstəricilərə uyğunlaşdırılaraq keçirilməlidir. Həddindən artıq     yüksək temperatur olduqda, ürək 
vurğularını artırır və orqanizmdən daha çox enerji tələb edir. Temperatur aşağı olduqda isə  hərəkət 
fəaliyyətini azaldır, daha çox elastiklik yaradır və zədələnmələrin baş verməsini asanlaşdırır. 
              Bədən tərbiyəsi zalının havası müntəzəm olaraq dəyişdirilməlidir. Gimnastika zalında 
temperaturun 15,0 – 15,5 olması normal hal sayılır. Örtülü yerlərdə temperatur -10 
o
 olsa, məşğələnin 
keçirilməsi mümkündür. 
              Yay  dövründə  gün vurmadan özünü qorumalıdır, açıq havada oynayarkən, çimərkən baş 
dəsmalla bağlanmalı və ya papaq qoyulmalıdır. 
              Turist  yürüşlərində isə ayaqların iylənməməsi üçün onu axşamlar yumalı, dırnaqları  təmiz və 
qısa saxlamaq lazımdır. Yürüş zamanı qabarlar çıxır. Həmçinin zədələnmələr yarana bilər. Bunun üçün də 
səfər zamanı özünlə vazelin və sarğı materialı götürmək lazımdır. 
 
Su  proseduralarının, hava və günəş vannalarının 
qəbulu qaydaları 
Su ilə bədənin möhkəmləndirilməsi. Bədəni soyuq və sərin su ilə möhkəmləndirmək xüsusilə vacibdir. 
Bədəni soyuq su ilə möhkəmləndirmədə suyun temperaturu 20
 o
-dən aşağı, sərin su ilə 
möhkəmləndiriləndə isə 21
o
-dən 30 
o
 –dək olur. Orqanizm soyuq su ilə möhkəmləndirilərkən dəri 
bozarırsa, insanın canına üşütmə düşürsə, bu zaman onu davam etdirmək məsləhət görülmür. Əksinə, 
orqanizm soyuğa dözürsə, istilik buraxmaqla soyuğun qarşısını alırsa, onda heç bir qeyri-adi dəyişiklik 
hiss olunmursa, onda həmin   prosesi davam etdirmək olar. Bu zaman ürək daha enerji ilə işləyir, dəridə 
damarlar genişlənir, qan daxili orqanlardan dəriyə doğru axır. Bu vaxt dəri qızarır və bədənə xoş istilik 
gəlir. 
              Günəş vannaları ilə bədənin möhkəmləndirilməsi. Günəş şüası əhval-ruhiyyəni yaxşılaşdırır, iş 
qabiliyyətini artırır. Eyni zamanda, mikroorqanizmlərə  məhvedici təsir göstərməklə  ətraf mühiti 
sağlamlaşdırır və zərərli təsirdən azad edir. 
              Günəş altında həddindən artıq olduqda insan xəstələnə bilər. Günəş altında qaçdıqdan sonra 
çimmək və qurulanmaq lazımdır. Çiməndən sonra günəş vannası  qəbul etmək zərərlidir. Günəş 
vannasından sonra kölgədə dincəlmək lazımdır. 
              Hava ilə bədəni bərkitmək. Hava ilə bədəni bərkitmək onun bir hissəsinin və ya  bütün bədəni 
açıb havaya verməkdən ibarətdir. Bu məqsədlə ilıq hava vannalarından istifadə olunur. Hava vannaları 
havanın temperaturundan asılı olaraq aşağıdakı növlərə bölünür: Soyuq hava vannası -6
o
-dən 10 
o
-yə 
qədər; sərin hava vannası -15 
o
-dən 20 
o
-yə qədər; isti hava vannası -30 
o
-dən yüksək. 
              Hava  vannasının səhər gimnastikası ilə birlikdə  qəbul edilməsi daha faydalıdır. Birinci hava 
vannası 10-15 dəqiqədən artıq olmamalıdır. Bunu hər gün 5 dəqiqə artıraraq 2-3  saata qədər çatdırmaq 
olar. Hava vannası 20 
o
-dən az olmadıqda qəbul olunmalıdır. Bədəni möhkəm olan şəxslər istiliyi 0 
o
-dən 
aşağı olan havada da hava vannaları qəbul edə bilərlər. 

 180
              İşıq hava vannaları. Günəşli gündə kölgədə qəbul edilən hava vannalarına ilıq hava vannaları 
deyilir. Bu vannaların faydası havadan başqa, əks olunmuş günəş şüalarının  təsirindən ibarətdir. İşıq hava 
vannaları meşədə, açıq havada yelkən altında, dəniz və çay kənarlarında qəbul edilə bilər. 
              VMH kompleksi. «Vətənin müdafiəsinə hazıram» kompleksi fiziki tərbiyə sisteminin əsas tərkib 
hissəsidir. VMH kompleksinin əsasnaməsində onun məqsədi, ideya istiqaməti göstərilmişdir. VMH 
kompleksi  şagirdləri  əməyə  və  vətənin müdafiəsinə hazırlayır, kompleks sağlamlığı möhkəmləndirir, 
qüvvə, sürət və dözümlülüyü artırır. 
              Bədən tərbiyəsi kompleksi 5 pillədən ibarətdir: 
I pillə – 10-14 yaşlılar üçün 
II pillə – 15-18 yaşlılar üçün 
III pillə – 19-27 yaşlılar üçün 
IV pillə – 28-39 yaşlılar üçün 
V pillə – 40-60 yaşlılar üçün 
VMH -  kompleksinin pillələri  əsas normativlərdən ibarət olub, fiziki keyfiyətlərin güc, sürət, qüvvə, 
dözümlülük, cəldlik, inkişaf səviyyəsini müəyyənləşdirir, üzgüçülük, atıcılıq, alətə tullanmaq, ilk tibbi 
yardım göstərmək kimi bacarıq və vərdişlərin mənimsənilməsini təmin edir. 
Hər bir pillə öz yaş xüsusiyyətinə uyğun normativlərdən ibarətdir.  İlk tibbi yardım hazırlığının 
yoxlanılması aşağıdakı suallar üzrə keçirilir: 
1.
 
yaralanma və sınıqlar zamanı ilk tibbi yardım. 
2.
 
qanaxmalar zamanı ilk tibbi yardım. 
3.
 
suda boğulma zamanı ilk tibbi yardım. 
4.
 
sarğının qoyulması. 
5.
 
yaralananın daşınması. 
Bütün normativlərin yerinə yetirilməsi üçün 5 ballıq qiymətləndirmə sistemi müəyyən edilmişdir.  
Normativlərin ödənilməsində  iştirak edən hər bir şəxsin topladığı xallar aşağıdakı kimi 
qiymətləndirilir: 
Əla – minimum 31 xal; 
Yaxşı – 26-30 xal; 
Kafi 20-25 xal; 
Qəbul olunmuş əsasnaməyə görə, iştirakçı hər hansı bir növdə 3 qiymətə vermiş norma tələbindən 
aşağı nəticə göstərərsə, onun nəticəsi 0-balla qiymətləndirilir. 
Mükafatlandırma aşağıdakı kimidir: 
- qızıl medal – 36 xal və ondan yuxarı; 
- gümüş medal 31- xala qədər; 
- bürünc medal – 26 xaldan 30 xala qədər. 
 
              Təhlükəsizlik qaydaları.  Təhlükəsizlik qaydalarına düzgün riayət edilmədiyinə görə  bədən 
tərbiyəsi məşğələləri zamanı yüngül və  ağır zədələnmə alınır. Bura əzələ dartınmaları, sümük sınması, 
çıxıqlar və s. daxildir.  Bunların yaranmaması üçün bədən tərbiyəsi məşğələlərinin metodiki cəhətdən 
düzgün təşkil edilməsi, xüsusilə fiziki yük tədricən artırılmalı və uşaqların gücünə uyğun olmalı və dərs 
sadədən mürəkkəbə keçmə prinsipinin əsasında qurulmalıdır. 
              Bundan  əlavə, hərəkətlər icra edilərkən  şagirdlər mühafizə olunmalıdır. alət və avadanlıqların 
sazlığı yoxlanıldıqdan sonra, hərəkət yerinə yetirilməlidir. Müəllimin icazəsindən sonra hərəkəti icra 
etməlidir. Məşğələ üçün idman geyimi yüngül və rahat olmalı  və  bədəni sıxmamalıdır. Çox yorulmuş 
halda hərəkətlər icra olunmamalı  və  kənardan diqqəti cəlbedici hallar (səs, toxunmaq, itələmək) 
yaradılmamalıdır. Hərəkət icra olunarkən mühafizə edəndən başqa, heç kəs alətə yaxın dayanmamalıdır. 
Mühafizə edən  özünə elə yer seçməlidir ki, hərəkəti icra edənə mane olmasın.   
 
III  s i n i f 
Ə s a s   b i l i k l ə r 
              Hərəkət rejimi. III sinifdə I və II siniflərdə öyrədilən hərəkət rejimi  haqqında məlumatlar bir 
qədər də ətraflı şəkildə şagirdlərə mənimsədilir. 

 181
              Fiziki  hərəkətlərin sağlamlığa, qamətə,  əqli və  iş qabiliyyətinin artmasına təsiri. Sağlamlığın 
möhkəmləndirilməsi fiziki hərəkətlərlə müntəzəm olaraq məşğul olmaq sağlamlığı möhkəmləndirir. O, 
daxili üzvləri məşq etdirir və onların fəaliyyətini artırır. 
              Fiziki  hərəkətlərlə sinif sistemi möhkəmləndirilir. Xarici mühitin mənfi təsirlərindən mühafizə 
olunur. Məşq tənəffüsü yaxşılaşdırır, dərin, normal nəfəs alıb-verməyə şərait yaradır. Fiziki hərəkətlərlə 
bronxial astma, quru plevrit, qrip və ya baş gicəllənməsinin  qarşısı alınır. 
              Əqli qabiliyyətin inkişaf etdirilməsi.  Əqli qabiliyyətin inkişafında fiziki hərəkətlərlə  məşğul 
olmaq vacib şərtdir. Zehni və fiziki iş arasında müəyyən sıx əlaqə vardır. Bədən tərbiyəsi hərəkətləri ilə 
müntəzəm və ardıcıl olaraq məşq etmək adamın çevikliyini və  dəqiqliyini artırır. Təşəbbüskarlığı, sinir 
sistemini möhkəmləndirir. Bunun nəticəsində də hərəkətlər müəyyən bir dəqiqliklə və tələb olunan qüvvə 
ilə icra olunur. Bunlar isə görmə, eşitmə, duyğu üzvlərinə, diqqətə, iradəyə müsbət təsir edir. Təfəkkürün 
inkişafına səbəb olur. Duyğu üzvlərinin inkişafı isə başqa hisslərin fəallığının artmasına, iş qabiliyyətinin 
yüksəlməsinə zəmin yaradır. 
              Zehni  inkişafa kömək edən  əsas amillərdən biri də oyunlardır. Oyunlar uşaqların həyatı  dərk 
etmələrinə kömək edir. Oyun vasitəsilə elm və texnikanın, təbiətin sirlərini öyrənməyə  səy göstərirlər. 
Hərəkətlərin musiqi ilə icrası isə  bəzi idman tədbirlərinin mahnı ilə başa çatması, uşaqların zehninin 
inkişafına zəmin yaradır. 
              Fiziki hərəkətlərin iş qabiliyyətinin artmasına təsiri. Fiziki hərəkətlər və oyunlar bədəni məşq 
etdirir. Sümük, əzələ  və sinir sistemini möhkəmləndirir. Onların iş qüvvəsini artırır.  Əlavə müntəzəm 
məşq etmək tənəffüs üzvlərini inkişaf etdirir, ürəyin fəaliyyətini artırır. Bütün bunlar şagirdlərin fiziki iş 
qabiliyyətini artırır, onları həyata hazırlamaqla qarşıda duran çətinlikləri aradan qaldırmağa kömək edir. 
              Qamətin tərbiyəsi. Bədən tərbiyəsi məşğələlərinin düzgün təşkili qamətin inkişafına müsbət təsir 
göstərir. Düzgün qamət zamanı baş düz tutulur, çiyinlər bir qədər arxaya gedir, sinə bir az qaldırılır, qarın 
yüngülcə dartınır. Bu qanın bədəndə rahat dövr etməsi və iş qabiliyyətinin artması üçün vacibdir. 
              Qamətin düzgün inkişafı yalnız sağlamlıq baxımından deyil, həm də estetik tərbiyə nöqteyi-
nəzərindən olduqca əhəmiyyətlidir. İnsan daha gözəl, qəşəng və ahəngdar görünər. 
              Qamət üçün xüsusi hərəkətlər vardır. O dərs zamanı icra edilir. Bununla bərabər gün rejimində 
şagirdlərin qamətinin tərbiyəsi ilə    də  məşğul olmaq lazımdır. Bura parta və stol arxasında düzgün 
oturmaq, düzgün yerimək və durmaq, əldə eyni ağırlıqda əşyalar aparmaq daxildir. 
              Qaməti  əyri olan uşaqlarla həkim məsləhəti üzrə xüsusi gimnastika hərəkətlərini icra etmək 
faydalıdır. 
              Yeriş və qaçış zamanı tənəffüs. Ürəyin işi ağ ciyərlərin işi ilə sıx əlaqədardır. Buna görə də fiziki 
hərəkətlər tənəffüsə təsir etdiyi kimi, eyni ilə qan dövranına da təsir göstərir. Sakit halda adam dəqiqədə 
14-15 dəfə tənəffüs edirsə, fiziki hərəkətlərin icrasından sonra dəqiqədə 30 dəfə tənəffüs edir. 
              Yeriş. Yeriş ürəyi və  tənəffüsü məşq etdirərək adamı qarşıdakı yükə hazırlayır. Sürətli yeriş 
əzələlərini hərəkətə gətirir. Ürəyin damarlara vurduğu qanın miqdarını artırır. Yeriş vaxtı qabağa baxmalı,  
qaməti düz saxlamalıdır. Tənəffüs sərbəst olmalı, burunla alınıb-verilməlidir. Hər 2 – 3 addımdan bir 
nəfəs almalı, 3-4 addımdan bir isə buraxılmalıdır. Düzgün yeriş sağlamlığa bu baxımdan mühüm rol 
oynamaqla əzələ gücünün qənaətlə işlədilməsinə imkan verir. 
              Qaçış. Bu zaman bütün bədən orqanları  fəal iştirak edir. Ürək və  tənəffüs  üzvləri öz işini 
artırmalı olur. Qaçışda ürək qapaqları tez-tez yığılıb-açılır.  Hər dəfə  yığılıb – açıldıqda ağ ciyər 
arteriyasına və aortaya vurulan qanın miqdarı çoxalır. Həmçinin qanın oksigenlə  təchiz olunması  və 
karbon qazının xaric olunmasını  təmin edən tənəffüs aparatının işi sürətləndirilir. Gərgin qaçış zamanı 
şagirdlərdə  nəbz vurğunu 1 dəqiqədə 16 
o
 – 18 
0
-a çatsa belə, lazım olan oksigeni qan vasitəsilə 
hüceyrələrə çatdıra bilmir və baş gicəllənməsi  əmələ  gəlir. Bunun üçün də qaçış dövründə  tənəffüsü 
dayandırmamalı, normal tənəffüs etməyə çalışmalıdır. 
              Təhlükəsizlik qaydaları. II sinifdə  təhlükəsizlik texnikası üzrə keçirilən materialı  təkrar etməli 
və dərinləşdirməlidir. Burada şagirdlərin diqqəti aşağıdakılara cəlb olunmalıdır: 
1.
 
Müəllimin verdiyi bütün tapşırıqlar dəqiqliklə yerinə yetirilməli; 
2.
 
Nəzərdə tutulmayan artıq hərəkətlərə yol verilməməli; 
3.
 
Tam intizam gözlənilməli; 
4.
 
Təmizliyə riayət edilməli, alət və avadanlıqlar yoxlanıldıqdan sonra hərəkəti icra etməli; 

 182
5.
 
Heç bir kənar təsir diqqəti dərsdən yayındırmamalıdır; 
6.
 
Hərəkəti icra edənlərə toxunmamalı, onları tələsdirməməli və danışdırmamalıdır; 
7.
 
İdman geyimi təmiz, səliqəli, bədənin ölçüsündə olmalıdır. 
 
                                      IV s i n i f 
                                 Ə s a s   b i l i k l ə r 
     Möhkəmləndirmənin əhəmiyyəti və əsas qaydaları 
 
              Möhkəmləndirmənin  əhəmiyyəti. Orqanizmin möhkəmləndirilməsində fiziki hərəkətlərlə 
yanaşı, təbii amillərdən də istifadənin (hava, su, günəş) mühüm əhəmiyyəti vardır. Hava, su, günəş 
vasitəsilə orqanizmi möhkəmləndirmək onun dözümlülüyünü artırır, xarici mühitin təsirlərinə 
davamlılığını yüksəldir. Təbii amillərdən istifadə edərək orqanizmi möhkəmləndirərkən fiziki 
hərəkətlərdən də istifadə xüsusi ilə faydalıdır. Bu soyuqdəymə, qrip və bronxial astma xəstəliklərinin 
qarşısının alınmasında və müalicəsində mühüm əhəmiyyət kəsb edir. 
              Orqanizmin hava, günəş vannaları ilə, su ilə bərkidilməsi onu tədricən həmin təsirlərə qarşı 
hazırlayır, möhkəmləndirir. Dərinin küləyə, soyuğa qarşı müqavimətini artırır. Hava, su və günəş 
vasitəsilə bədəni nəinki soyuğa, eləcə də istiliyə də alışdırmaq olur. 
              Bədəni möhkəmləndirmənin əsas qaydaları. II sinifdə bədənin möhkəmləndirmə haqqında 
qısa da olsa bəzi məlumat verilmişdir.  İndi isə orqanizmin hava, su və günəş vasitəsilə 
möhkəmləndirmə qaydalarını müəyyən dərəcədə ətraflı şərh etməyi zəruri bilirik. 
              Su  ilə  bədəni möhkəmləndirmə qaydaları.  Bədəni soyuq və isti su ilə möhkəmləndirmək 
olar. Bədəni soyuq su ilə möhkəmləndirmək üçün çalışmaq lazımdır ki, orqanizmdə istilik olsun. 
Bunun üçün də əvvəlcə bədəni «qızışdırmaq» həmin prosesə hazırlamaq zəruridir. Burada gimnastika 
hərəkətlərindən istifadə olunmalıdır. Su proseduru səhər gimnastikasından sonra aparılması faydalıdır. 
              Bədəni su ilə möhkəmləndirməyə yaxşı olar ki, yay və payızda başlayıb, qış  fəslində isə 
davam etdirilsin. Ümumiyyətlə, bədəni 31-35 
o
-də olan su ilə başlamalı, 12-15
 o
-yə qədər olan su ilə 
qurtarmalıdır.  
              Bədəni möhkəmləndirməyin mühüm vasitələrindən biri də onun soyuq su ilə isladılmış 
dəsmalla silməkdir. Bundan ötrü iki dəsmal lazımdır. Dəsmalın biri ilə sinə və qarnı sürtürük. Digər 
dəsmalla isə bədəni quruduruq. Sonra isə yaş dəsmalın hər iki ucundan tutub kürəkləri, boynu, qolları 
sürtür və yenə də dəsmalla onu qurulayırıq. Bu proses eyni ilə aşağı ətraflarda da aparılır. Ən sağlam 
adamlar 18-20 
o
 su ilə orqanizmini bərkidə bilər. Təxminən 10-15 gündən sonra duş qəbul etmək olar. 
Bu  şərtlə ki, o, 2-3 dəqiqə davam etsin. Duşu  əvvəlcə  bədənin müəyyən hissələrində, sonra isə 
bütövlükdə aparmaq olar. 
              Su proseduralarının qəbulu əhval-ruhiyyəni, səhhəti yaxşılaşdırır və əsəbləri sakitləşdirir. 
              Çimməyin özü də orqanizmin möhkəmləndirilməsində vacib rol oynayır. Açıq havada və ya 
örtülü binada çimmək olar. Havanın temperaturu 18-20 
o
-dən və suyun temperaturu 16-17 
o
-dən az 
olmadıqda çimmək məsləhət görülür. 
              Günəş vasitəsilə  bədəni möhkəmləndirmə. Yuxarıda günəş vasitəsi ilə  bədəni 
möhkəmləndirməyin  əhəmiyyəti barədə danışıldığını  nəzərə alıb,  indi yalnız onun əsas qaydalarını 
göstərəcəyik: 
1.
 
Günəş vannaları toz olmayan yerdə – dəniz, çay, göl kənarlarında qəbul etmək faydalıdır: 
2.
 
Günəş vannaları qəbul etmək üçün ən yaxşı vaxt saat 10-dan 12-yə qədərdir; 
3.
 
Günəş vannaları yeməkdən 2-2,5 saat keçdikdən sonra qəbul etmək olar; 
4.
 
Başı nazik ağ parça ilə, gözləri ilə tünd rəngli çeşməklə günəşin şüalarından qorumaq olar; 
5.
 
Birinci günəş vannaları 5-10 dəqiqədən artıq olmayıb, onları gündə 5 dəqiqə artıraraq axırda 30-
40 dəqiqəyə çatdırmaq olar; 
6.
 
Günəş vannaları qəbul etdikdən əvvəl arxası üstə, sonra sol və sağ böyrü üstə, nəhayət qarnı üstə 
uzanmaq lazımdır; 
7. Günəş vannaları qəbul edən vaxt ürəkbulanma, ürək döyünmə, baş ağrısı və b. əlamətlər hiss edən 
zaman dərhal əməliyyətı dayandırmaq lazımdır; 

 183
8. Günəş altında qalandan sonra, çimmək və bədəni qurulamaq məsləhətdir. Çiməndən sonra günəş 
vannası qəbul etmək olmaz; 
9.
 
Günəş vannası qəbul etdikdən və çimdikdən sonra kölgə yerdə dincəlmək vacibdir. 
              VMH kompleksi. VMH kompleksi haqqında yuxarıda qeyd edilmişdir.  
Kompleks bilik və bacarıqlardan, hərəki fəaliyyət üzrə  sınaq növlərindən və normativlərindən 
ibarətdir. Nəzəri biliklərə  şağirdlərin sağlamlığını möhkəmlətməklə  tədris fəaliyyətini yüksəltmək üçün 
hərəki məşğələlərin gigiyenik qaydaları, səhər gimnastikası, və  bədən tərbiyəsi fasilə  və  dəqiqələrinin 
icraetmə qaydaları, və s. daxıldir. 
Bacarıqlar isə  bədən tərbiyəsi fasiləsi üçün kompleks hərəkətlər icra etmək, ilk tibbi yardım 
göstərmək, həftəlik hərəki yardım göstərmək, həftəlik hərəki rejimə verilən tələblərdən ibarətdir. 
Hərəki fəaliyyət növləri seçilərkən oğlan və qızların fiziki imkanları nəzərə alınmış və onların hər 
biri üçün ayrılıqda müəyyənləşdirilmişdir. Qaçış, turnikdə dartınma, qolların bükülüb açılması, 
üzgüçülük, güllə atıcılığı, topun atılması, yükün aparılması, zədə almışlara və yaralananlara ilk tibbi 
yardım etmək və s. Nəzərdə tutulmuşdur. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin