Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   12

 
İntellektual  sistemlər üçün nəzərdə  tutulan 
paralel arxitekturalı maşınPAMİR sisteminin ən vacib 
xüsusiyyəti  odur  ki,  bunun  arxitekturası  dalğavari 
asinxron  proseslərə  əsaslanır.  Bu  proseslərin  dinamikası 
məsələlərin həll  dinamikasını  əks  etdirir.  PAMİR 
sistemində, həmçinin,  assosiativ  axtarışla,  qeyri-
mərkəzləşdirilmiş  mübadilə  üsulları,  “elan  lövhələri”nin 
köməyi ilə  idarəetmə,  axınlar  sxemləri və  s.  ilə  bağlı 
müxtəlif ideyalar reallaşdırılmışdır. 
PAMİR  sistemində  statik və  dinamik  şəbəkələrdə 
dalğavari  proseslərin vahid mövqedən təşkili  nəzərdə 
tutulmuşdur. Biliklərin təqdim edilməsi sistemləri, məntiqi 
nəticəçıxarma,  sorğulara  cavabların  axtarışı 
aktiv  şəbəkə 
verilənlər  bazası  (AŞVB)  arxitekturasında  gerçəkləşdirilir. 
Aktiv  şəbəkə  verilənlər  bazası  müntəzəm  əlaqəli bircins 
mühitdir.  Buradakı  təpələrdə  birtip  ixtisaslaşdırılmış 
prosessorlar yerləşdirilmişdir.  Aktiv  şəbəkə  verilənlər 
bazasının  daxil  olduğu  multiprosessor mühiti məhz bu 
dalğavari  paralel  prosessorlarla  gerçəkləşdirilir. Sözü 
gedən  dalğavari  paralel  prosessorların  hasil  etdiyi 
verilənlər istifadəçilər üçün və  həmçinin, məntiqi 
nəticəçıxarma alt sistemi üçündür. Aktiv şəbəkə verilənlər 
bazasında  olan bloklar həm bütövlükdə  sistemin 
tərkibində, həm də ayrıca fəaliyyət göstərə bilir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------193------------------------------------ 
 
Bütün  blokların  birgə  fəaliyyəti xüsusi sistem 
vasitələri ilə elə təmin edilir ki, bloklar arasındakı qarşılıqlı 
fəaliyyət paralel asinxron xarakter daşısın. 
Biliklərin təqdim edilməsi alt sistemi iki 
komponentdən, verilənlər  maşınından  və  biliklər 
maşınından  ibarətdir.  Bu  maşınların  arasında  interfeys 
bloku  vardır.  Maşınlar  arasındakı  fərq ekstensional və 
intensional biliklər  arasındakı  fərqdir.  Bunların  arasındakı 
interfeys monitorun köməyi ilə gerçəkləşdirilmişdir. 
PAMİR sistemində paylanmış idarəetmə modelindən 
maksimum istifadə  edilməsi nəzərdə  tutulduğundan, 
monitor bir fiziki blok olaraq olmaya da bilər. 
Məntiqi nəticəçıxarma  alt  sistemi  2  maşından  təşkil 
edilmişdir: 
1) Deduktiv nəticəçıxarma maşını; 
2) Gerçəyəbənzər nəticəçıxarma maşını. 
Bu  iki  maşın  arasında  interfeys  bloku  və  bir  sıra 
xarici interfeys blokları var. 
Yeni nəsil EHM-lərin 
yeni 
versiyalarında 
(
informasiya-hesablayıcı 
məntiqi sistem 
istisna 
olunmaqla)  rast gəlinməyən nəticəçıxarma  alt sisteminin 
fərqləndirici cəhəti deduktiv və 
gerçəyəbənzər 
nəticəçıxarma maşınlarının eyni zamanda paralel işləməsi 
imkanının  olmasıdır.  Halbuki  müəyyən  deduktiv  addımlar 
induktiv və ya traduktiv addımlarla növbələnir. 
Qeyd etmək  lazımdır  ki,  məntiqi nəticəçıxarma  alt 
sistemi PROLOQ dilinə  deyil, nəticəçıxarmanın  dalğavari 
dillərinin xüsusi versiyalarına yönləndirilmiş olur. 
Deduktiv nəticəçıxarma  maşını  aktiv  şəbəkə 
verilənlər  bazasına  bənzər vasitələrlə  reallaşdırılır.  Odur 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------194------------------------------------ 
 
ki,  PAMİR  sistemində  əzəl-başdan  semantik  şəbəkədə 
dalğavari  nəticəçıxarma  problemi  qoyulur.  Semantik 
şəbəkənin təpələrində xüsusi prosessorlar (nəticəçıxarma 
transpüterləri) yerləşir.  Bunlar  isə  öz növbəsində  3 
blokdan təşkil  edilmişdir:  unifikasiya  bloku,  parçalama 
(yarma) bloku və mübadilə bloku. 
PAMİR  sistemində  ünsiyyət bloku istifadəçi ilə 
məhdud təbii dildə  əlaqə  təmin edir. Bu ünsiyyət bloku 
digər ünsiyyət  bloklarından  fərqli olaraq linqvistik biliklər 
bazası və aktiv semantik şəbəkə əsasında təşkilolunmanın 
nəticəsi olan dalğavari 
xarakterli 
proseslərə 
istiqamətləndirilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------195------------------------------------ 
 
 
İNTELLEKTUAL SİSTEMLƏRİN 
QURULUŞU VƏ 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
 
 
Süni intellekt sistemlərinin  quruluşu  dedikdə, 
konkret predmet oblastında biliklərin tətbiqi və problemin 
həllini icra edən təşkilati struktur başa düşülür. 
Süni intellekt sistemlərinin təşkiledici  elementləri 
zəruri quruluş yaradarkən onların fərdi xüsusiyyətləri, icra 
edəcəkləri funksiyalar və  istehsal özəllikləri üzrə  mühən-
dislik prinsipləri rəhbər tutulur. Bu prinsiplər,  əsasən, 
predmet  oblastının  təsiri  altında  formalaşandır.  Bu  isə  o 
deməkdir ki, həll edilən məsələ və funksiyaların xarakteri 
intellektual sistemlərə 
həvalə 
edilir. Bunun 
gerçəkləşdirilməsi isə  intellektual sistemin standart 
quruluşunun  predmet  oblastına  uyğunlaşdırılmasını  tələb 
edir.  
Sistemin 
predmet 
oblastı 
ilə 
inteqrasiyası 
probleminin  uğurlu  həlli  və  istehsalın  avtomatlaşdırılmış 
idarə 
edilməsi 
müxtəlif 
səviyyədə 
onların 
intellektuallaşdırılması  ilə  bağlıdır.  Avtomatlaşdırılmış 
istehsalın  əsas  funksional  və  təşkilati  hissələrinə 
layihələşdirmə,  planlaşdırma,  istehsalın  təşkili  və 
dispetçerlənməsi,  texnoloji  proseslərin  idarə  olunması, 
diaqnozun  təyin  olunması  və  çevik  törəmə  sistemlərində 
texnoloji hissələrin robotlaşdırılması aiddir. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------196------------------------------------ 
 
Funksiyalarının  xarakterinə  və  fəaliyyət  sahəsinə 
görə  ekspertlərin  bir  neçə  tipik  vəzifəsi  vardır.  Bu 
vəzifələrin  araşdırılması  biliklərə  əsaslanan  törəmə 
sistemlərin  layihələşdirilməsində  istiqamətverici  amil  kimi 
çıxış  edir.  Sözü  gedən  vəzifələr  sırasında,  ilk  növbədə, 
şərhetmə  (interpretasiya),  planlaşdırma,  idarəetmə, 
layihələşdirmə, 
proqnozlaşdırma, 
dispetçerləmə, 
monitorinq və diaqnostika kimi vəzifələri göstərmək olar. 
Əsas  məqam  budur  ki,  ekspert  öz  biliklərini  yeniləşdirə 
bilir, yəni, öyrənmək qabiliyyəti var; öz hərəkətlərini izah 
edə  bilir;  qərarları  əsaslandırmağı  bacarır;  vəziyyətin 
dəyişməsini  proqnozlaşdıra  bilir;  xarici  mühitlə  fəal 
əlaqədə  olub  müxtəlif  xarakterli  informasiya  ala  bilir; 
verilən  tapşırıqları  bilikləri  əsasında  həll  edə  bilir;  lazım 
olan  informasiya  və  faktoqrafik  verilənləri  yadda  saxlaya 
bilir və s. Ona görə də öz bilikləri ilə işləyən və müəyyən 
mənada eksperti əvəz edən və ya ona kömək edən sistem 
yaratmaq üçün bütün bu sadalanan funksiyalar 
sözügedən sistemin quruluşuna daxil edilməlidir.  
Hər  bir  biliklər  bazasının  idarəetmə  sistemi  (BBİS) 
üçün müvafiq biliklər  bazası  və  bu  biliklərlə  işləyən  çıxış 
mexanizmi  olmalıdır.  Adətən  intellektual  sistemlər  son 
istifadəçi ilə, ekspertlə, bilik mühəndisi ilə, daxili verilənlər 
bazası ilə və tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqədə 
olurlar. 
İntellektual  istifadəçi  interfeysi  məhdud  təbii  dildə 
danışığın  daxil  edilməsi  və  həm  də  vizual  təqdimatla 
(qrafika,  texniki  görmə)  ünsiyyət  yaradır.  İstifadəçi 
qismində 
insan-operator 
və 
ya 
qapalı 
dövri 
əməliyyatlardan  ibarət  olan  istehsal  prosesinin  özü  çıxış 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------197------------------------------------ 
 
edə bilir. Bir çox istehsal prosesində verilənlərin avtomatik 
qəbulu, emalı və idarəetmə üzrə əks əlaqə vasitələri lazım 
olur.  Bilik  mühəndisi  ilə  intellektual  sistemlər,  adətən, 
biliklər bazasının komponentlərini almağa və modifikasiya 
etməyə  icazə  verən  quruluş  redaktorlarının  köməyi  ilə 
əlaqələndirilir. 
İntellektual  sistemlərin  tətbiqi  proqram  təminatı  ilə 
qarşılıqlı  əlaqəsi  xüsusi  hesablamalar  vaxtı  hiss  olunur. 
Belə  ki,  tez-tez  verilənlərin  emalı  üzrə  standart 
əməliyyatların  alt  məsələ  qismində  istifadə  edilmə 
məcburiyyəti yaranır.  
İstehsalın  idarəetmə  sistemi  ilə  inteqrasiya  edilən 
intellektual  sistemlər,  həmçinin,  İnternetlə  paylanmış 
verilənlər  bazalarının  birgə  fəaliyyəti,  verilənlər  və 
biliklərin  tədarükü  sistemləri  idarəetmənin  müxtəlif 
ierarxiyalarında istifadə olunur.  
Adətən  istehsalın  idarə  edilməsi  məsələlərində 
ekspert  tərəfindən  biliklərin  üç  səviyyəsindən  istifadə 
edilir:  

 
Reflektiv,  yəni  qeyri-iradi  reaksiyaların  səthi 
biliklərinə uyğun “qabiliyyət”; 

 
Standart mühakimə halları üçün qaydalar;  

 
Qeyri-adi  və  çətin  hallar  üçün  qaydalara  deyil, 
konkret prinsiplərə əsaslanan dərin biliklər.  
Biliklər bazasının layihələşdirilməsi zamanı intellektin 
daha çox dərin biliklərə əsaslanmasına cəhd edilməlidir. 
İntellektual  sistemlərin  layihələşdirilməsi  və  onların 
arxitekturasının  seçilməsində  yalnız  mövcud  istehsal 
obyektini  qiymətləndirən  müstəqil  proqram  təminatı 
hazırlamaq lazım deyildir. İntellektual sistemlərin prosesin 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------198------------------------------------ 
 
müxtəlif  elementlərinə  daha  çox  yaxınlaşmasına, 
idarəetmə  və  təşkilatın  texnoloji  zəncirinin  əsas  həlqəsi 
kimi çıxış etməsinə cəhd etmək lazımdır. 
İntellektual  sistemlərin  yaradılması  zamanı  predmet 
oblastı haqqında biliklərin təqdim olunma üsulu və insanın 
xəyalının  modelləşdirilməsi,  düşüncə  metodları  və  qərar 
qəbulunda  seçimlər  mühüm  əhəmiyyət  kəsb  edir. 
İntellektual  sistemin  yaradıcısı  (biliklər  mühəndisi)  uzun 
müddət  biliklər  bazasının  yaradılması  üçün  informasiya 
mənbəyi  rolunu  oynayan  mütəxəssis-ekspert  ilə  həmin 
sahə  üzrə  birgə  işləyir.  Bir  neçə  iterasiya  (təkrar) 
nəticəsində  sistemdə  biliklərin  təqdim  olunma  sxemi  və 
məntiqi nəticəçıxarma strategiyası seçilir. 
Biliklərin  biliklər  bazasında  yerləşdirilməsi  və 
nəticəçıxarma  mexanizminin,  düşüncələrin  və  seçimin 
təşkili  problemlərindən  başqa  izahetmə  qərarlarının 
funksiyaları  və  çıxarılışları  mühüm  əhəmiyyət  kəsb  edir. 
Bir  qayda  olaraq  intellektual  sistemlər  istifadəçilərin 
onlara olan inamının  artmasından  sonra  öz  nəticə  və 
məsləhətlərini izah edir və təsdiqləyirlər. 
Mövcud intellektual sistemlərdən heç biri sadalanan 
komponentlərin  hamısını  özündə  birləşdirmir.  Bununla 
yanaşı, bu elementlərin varlığı abstrakt (mücərrəd) deyil, 
tətbiqi  aspektdə  intellektuallığa  iddia  edən sistemin 
müxtəlif funksiyalarının reallaşdırılmasını əks etdirir. Bu və 
ya digər komponent və  əlaqələrin intellektual sistemə 
qoşulması  müəyyən səviyyədə  onun təyinatından, 
funksiyalarından,  tədqiqat sahəsindən və  istehsal 
prosesindəki  qarşılıqlı  əlaqə  formasından  asılı  olaraq 
müəyyən edilir. Məsələn, izahetmə  funksiyalarının 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------199------------------------------------ 
 
nizamlama intellektual sistemlərinin  bazası  əsasında 
texnoloji proseslərin idarə 
edilməsi sistemində 
reallaşdırılması əlverişli deyil.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------200------------------------------------ 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------201------------------------------------ 
 
 
BİLİKLƏR BAZASININ 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
 
İstənilən  intellektual  sistemin  özəyini  biliklər  bazası 
və  sistemə  qoyulmuş  həllin  çıxış  mexanizmi  təşkil  edir. 
Ümumiyyətlə,  bu  komponentlər  sistemin  iki  əsas 
intellektual  xarakteristikasını  təyin  edir:  istənilən  bir  şey 
haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə 
əməliyyatların aparılması.  
Biliklərə  əsaslanan  qismən  inkişaf  etmiş  sistemlərə 
öyrənəbilən,  yeni  bilikləri  qavrayan,  biliklər  bazasını 
genişləndirən,  tədqiqat  sahəsində  dəyişən  şərtlər  və 
hadisələrdə  biliklərin  korrektə  edilməsini  təmin  edən 
sistemlər  aiddir.  İntellektual  sistemlərin  layihələşdirilməsi 
zamanı  daha  çox  vaxt  və  əmək  sərfi  biliklər  bazasının 
yaradılmasına  gedir.  Belə  ki,  biliklərin  yığılması,  biliklərin 
təqdim  olunma  modelinin  təşkili,  onun  quruluşunun 
verilməsi,  biliklər  bazasının  tam  dolğunluğu  ilə 
tamamlanması və onun daha sonra da  aktual vəziyyətdə 
saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir. 
Biliklər 
bazasının 
layihələşdirilməsi 
və 
reallaşdırılmasına  keçməzdən  əvvəl  sistemi  işləyib 
hazırlayanlar  biliklər  bazasının  və  intellektual  sistemlərin 
ümumilikdə  hazırlanması  prosesi  ilə  bilavasitə  bağlı  olan 
bir neçə məsələni həll etməlidirlər.  
İntellektual  sistemlərin    hazırlanmasının  ilkin 
mərhələsində  həll  ediləcək  tapşırıqların  əhatə  dairəsinə 
aşağıdakılar daxildir:  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------202------------------------------------ 
 

 
Problem oblastının (obyektin, tapşırığın, məqsədin) 
tədqiqi, yəni “Biliklər  bazası  nəyi ifadə  edir” və 
“nəyə görə ifadə edir”;  

 
Tədqiq olunan problem oblastı kontekstində “bilik” 
anlayışının təyini;  

 
Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və 
ciddi cəhdlə işləmək;  

 
Tapşırıqların  həlli üçün biliklərin tipinin müəyyən 
edilməsi;  

 
Biliklərin  quruluşunun  müəyyən edilməsi üsulu, 
yəni “bilikləri necə təqdim etməli”;  

 
Biliklərin təqdimatı üsulunun seçilməsi;  

 
Biliklər bazası quruluşunun müəyyən edilməsi;  

 
Biliklər  bazasının  quruluş  bölmələri  arasındakı 
qarşılıqlı xarakterin müəyyən edilməsi;  

 
Biliklər bazasının doldurulması prosesinə hazırlıq.  
Aydındır  ki,  intellektual  sistemlərin  yaradılmasının 
ilkin mərhələsində bu məsələlərin sayı, tərkibi və ardıcıllığı 
dəyişə bilər. Bu, bir çox amildən asılıdır. Belə ki: obyektin 
və  problem  oblastının  xarakteri  və  çətinliyindən;  sistemi 
işləyib  hazırlayanın  layihələşdirilmiş  sistemə  və  özünə 
qarşı  qoyduğu  məqsəddən;  biliklərin  müəyyənlik  və 
quruluş  pillələrindən;  biliklərin  uğurlu  toplanması  üçün 
şərtlərdən, həmçinin ekspertlərlə qarşılıqlı əlaqədən və s.  
Əsas  məsələ  biliklər  bazasının  hazırlanmasından, 
onun quruluşunun seçilməsindən, biliklərin təqdim olunma 
üsulundan,  intellektual  sistemlərin  layihələşdirilməsində 
ekspertlərlə  görülən  işin  çətinliyindən  və  vacibliyindən 
ibarətdir.  
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------203------------------------------------ 
 
 
B
İLİKLƏR BAZASININ QURULUŞU 
V
Ə ONUN İNTELLEKTUAL 
S
İSTEMLƏRİN DİGƏR 
KOMPONENTL
ƏRİ İLƏ QARŞILIQLI 
ƏLAQƏSİ  
 
 
 
Biliklər  bazasının  təşkili  zamanı,  ilk  növbədə,  onun 
saxlamalı olduğu informasiyanın xarakteri ön plana çəkilir.  
Biliklər  bazasının  məzmunu,  əsasən,  tezdəyişən  və 
azdəyişən  fakt  və  biliklərdən  və  həmin  biliklərin  və 
qaydaların modellərindən ibarətdir.  
Qaydalar  obyektlər  haqqında  vacib  məlumat 
saxlayıcıları  olan  fəal  elementlərdir  ki,  bunlar  da  biliklər 
bazasında  olan  məlumatlar  əsasında  yeni  fakt  və 
fərziyyələr yarada bilirlər.  
Biliklər  bazasınin  quruluşu  qarşılıqlı  əlaqəli  iki 
hissədən formalaşdırılır:  

 
Qaydalar bazası (QB); 

 
Verilənlər bazası (VB).  
Verilənlər bazasında qeyd olunan predmet oblastına 
aid  həll  olunacaq  məsələ  və  verilənlər  haqqında 
faktoqrafik  informasiya  saxlanılır.  Qaydalar  bazası 
predmet  oblastı  haqqında  biliklərin  təqdim  olunması 
modeli və həmçinin bu biliklərin aktivləşdirilməsi əsasında 
verilənlər  bazasında  saxlanılan  verilənlərin  elementləri 
arasında münasibətləri müəyyən edir.  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------204------------------------------------ 
 
Biliklərdən  əlavə,  biliklər  bazasında  predmet  oblastı 
haqqında digər tip biliklər də saxlanılır: saxlama mühitinin 
modeli,  istifadəçi  haqqında  biliklər,  məqsədlər  və  s.  Bu 
biliklər  əsasən  təqdim  olunmaların  ikinci  səviyyəsində 
bloklar  və  qaydalar  bazasının  quruluş  hissəsi  şəklində 
saxlanılır. Adı çəkilən bir neçə bilik tipinin həm də birinci 
səviyyədə (Verilənlər bazasında) saxlanması mümkündür. 
Bilik  və  qaydaların  həcmi  böyük  olduqda 
informasiyanın  emalına  sərf  olunan  vaxt  artır.  Bu  zaman 
həll  seçimi  oblastının  kiçildilməsi  zərurəti  meydana  çıxır. 
İntellektual  sistemlər,  onların  qarşısına  qoyulan 
məsələlərin  həllində  hərəkətlərin  məqsədyönlülüyünə, 
biliklərlə  iş  zamanı  müəyyən  mərhələdə  (pillədə)  “dərk 
edilmiş”  və  konstruktiv  mövqeyə  malik  olmalıdırlar.  Buna 
görə  də  real  vaxt  rejimində  işləyən  bir çox intellektual 
sistemlərdə  yeni,  biliklərin  təqdim  olunmasının  üçüncü 
səviyyəsi  –  biliklər  bazasında  əməliyyat  proseslərinin 
səmərələşdirilməsini  təmin  etmək  üçün  vacib  olan 
metabiliklər səviyyəsi reallaşdırılır. 
Metabiliklər    sistemin  özü  haqqında,  yəni  öz 
bilikləri,  onların  quruluşu  və  öz  fəaliyyəti  barədə  biliklər 
məcmusudur. 
Beləliklə, 
biliklər 
bazasında 
biliklərin 
strukturlaşdırılması lazımi informasiya axtarışı problemi ilə 
sıx  əlaqədardır.  Ən  yaxşı  axtarış  strategiyası  məsələnin 
həllinin  bütün  mərhələlərində  biliklər  bazasında  olan 
bütün  informasiyanın  deyil,  ona  uyğun  olan  hissəsinin 
istifadə 
olunmasıdır. 
Biliklər 
bazasının 
düzgün 
strukturlaşdırılması  zamanı  verilən  məsələnin  həlli  üçün 
axtarış və lazımi biliklərin seçilməsi problemi asanlaşır. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------205------------------------------------ 
 
Rasional  obrazda  həllərin  çıxış  mexanizmini 
reallaşdıran  qaydalar  interpretatoru  funksiyalarını  biliklər 
bazasının  yüksək  pilləsi  olan  metabiliklər  bloku  yerinə 
yetirir.  
Biliklər  bazasının  təşkili  və  onun  intellektual 
sistemlərin  digər  komponentləri  ilə  qarşılıqlı  əlaqəsinin 
müxtəlif variantlar vardır. 
Məsələnin həlli, qayda və verilənlərlə iş, xüsusi blok 
olan  işçi  sahəsində  həyata  keçirilir.  İşçi  sahəsində 
sorğunun  təsviri  və  ya  həll  olunan  məsələnin,  biliklər 
bazasının  qayda  və  verilənləri,  çıxış  mexanizminin 
prosedur və ya strategiyası təqdim olunur. 
Predmet  oblastı  haqqında  faktlar  və  evristikalar 
məhsuldar  qaydalar  şəklində  saxlanılan  zaman,  biliklər 
bazası bir çox hallarda “qaydalar bazası”, çıxış mexanizmi 
isə  “qaydalar  interpretatoru”  kimi  təqdim olunur. Biliklər 
bazasında  predmet  oblastının  fakt  və  təsvirləri,  həmçinin 
problemlə bağlı olan evristikalar saxlanılır. Qaydaların çıxış 
və  interpretasiyası  mexanizmini  reallaşdıran  idarəedici 
quruluş  problemin  həllində  biliklər  bazasından  istifadə 
edir.  İşçi  yaddaşında  (və  ya  qlobal  verilənlər  bazasında) 
konkret  məsələyə  daxil  olan  verilənlər,  problem  və  ya 
məsələnin vəziyyəti haqqında informasiya saxlanılır.  
Layihələşdirilən intellektual sistemin biliklər bazasının 
hazırlanması zamanı, qeyd edildiyi kimi, sərəncamda olan 
bilikləri, yəni məlum olan fakt və informasiyaları təyin və 
tədqiq  etmək  vacibdir.  Bunlar,  ölçülər  haqqında  istehsal 
informasiyaları, 
dəyişənlər 
arasında 
əlaqələr, 
tənzimləmənin  avadanlıq  və  əməliyyatları,  prosesin  idarə 
edilməsi zamanı müxtəlif vəziyyətlər ola bilər. 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------206------------------------------------ 
 
İstehsal informasiyalarının əsasını biliklərin iki tipi – 
əsas  (dərin)  və  ekspert  bilikləri  təşkil  edir.  Əsas  biliklər 
fundamental  prinsiplərə  əsaslanan  iqtisadi  proseslər  və 
onun  funksiyalarının  hissəvi  anlayışını  əks  etdirir. 
Mühəndislər  riyazi  əməllər  vasitəsi  ilə  istiliyin  ötürülməsi, 
maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması 
və s. prosesləri təsvir edə bilirlər. Riyazi həllərin bərabərlik 
və  qaydaları  biliklər  üçün  ardıcıllıq  və  ya  təşkilat 
quruluşunu  müəyyən  edir.  Dolğun  və  hərtərəfli  istismar 
prosesləri  prosedur  məsələləri  üçün  əsas  biliklərlə  eyni 
qiymətləndirilir. 
Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır. 
Prosesin  ölçülmə  şərtləri  keyfiyyət  terminlərində  asan 
verilir  və  asan  da  təsvir  olunur.  Prosesin  gedişi  çoxlu 
müxtəlif  vəziyyətlərdə  özünü  biruzə  verir.  O,  keyfiyyət 
xarakteristikalarının  istifadəsi  ilə  müşahidə  və  proqnoz 
oluna  bilər.  Lakin  proses  fundamental  prinsiplər 
terminində heç də hər zaman başa düşülən olmur. Bir çox 
göstəricilərin  keyfiyyət  təbiəti,  bərabərliklərin  məntiqi 
formada  ifadəsi  riyazi  əməllərin  köməyi  ilə  birlikdə  təsvir 
olunan  mütəmadi  olmayan  münasibətlər  və  nəticələri 
şərtləndirir. 
İntellektual  sistemlərin  biliklər  bazası  təcrübədə 
adətən  ekspert  və  əsas  biliklərin  kombinasiyasını 
birləşdirir.  Biliklərin  bir  hissəsi  tamamilə  keyfiyyət,  digər 
hissəsi isə kəmiyyət xarakteri daşıya bilir. 
 
 
 
Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin