YARADICILIQ
PROSESLƏRİNİN
MODELLƏŞDİRİLMƏSİ
Yaradıcılıq proseslərinin modelləşdirilməsi süni
intellektin ilk inkişaf istiqamətlərindən biridir. Yuxarıda
qeyd edildiyi kimi, bu məsələnin həllinə iki cür yanaşma
mövcud olmuşdur: bionik və praqmatik yanaşma.
Bionik yanaşma insandakı bioloji və psixik
mexanizmlərin və proseslərin dərinliklərinin üzə
çıxarılması və bunların EHM-də və ya xüsusi avtomatlarda
modelləşdirilməsinə cəhd edilməsi ilə bağlıdır. Buraya baş
beynin sol və sağ yarımkürələri problemi ilə əlaqəli
tədqiqatlar, neyron şəbəkələri və assosiativ yaddaş üzrə
tədqiqatlar aid edilir.
İnsanın görmə obrazlarını necə qavraması ilə bağlı
olan tədqiqatlar daha böyük əhəmiyyət daşıyır. Çünki
insan ətraf mühit barədə informasiyanın 80%-ni görmə
kanalı ilə alır.
Məlumdur ki, gözdən əlil doğulmuş yaşlı adamın
gözünü açsalar, bir neçə il ərzində normal adamın
gördüyü kimi görməyi öyrənə bilir. Odur ki, insanın görmə
mexanizmini, gözlə beyin arasındakı qarşılıqlı fəaliyyəti
aşkarlamaqla görmə obrazlarını tanıya bilən daha
mükəmməl sistemlər yaratmaq mümkün olar.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------159------------------------------------
Ümid etmək olar ki, bionik yanaşmanın əhəmiyyəti
elektronika sahəsində yeni ideyaların yaranması ilə
əlaqədar olaraq artacaqdır.
Lakin süni intellekt, o cümlədən, ekspert sistemləri
sahəsində əsas uğurlar praqmatik yanaşma istiqamətində
əldə edilmişdir. Bu yanaşmada isə, artıq qeyd edildiyi
kimi, EHM-ə sadəcə alət kimi baxılır və psixofizioloji
xarakterli problemlər tədqiqatdan kənarda qalır.
Bu
yanaşmada,
yaradıcılıq
prosesləri
modelləşdirilərkən son nəticə əsas götürülür. Yəni, insani
davranışın hansı üsulla təqlid edilməsi əhəmiyyət daşımır.
Lakin qərar qəbul edən istifadəçi vaxt defisiti ilə bağlı olan
çətin məqamda EHM-lə məsləhətləşməli, bəzən isə
bilavasitə maşına etibar etməli olur. Bu halda, qərarın
keyfiyyəti, yerinə düşüb-düşməməsi, mümkün fəsadları ilə
bağlı olan bütün məsuliyyət verilmiş predmet oblastı
sahəsinə aid nəhəng həcmli qabaqlayıcı işlər görən
mütəxəssislərin, yəni, riyaziyyatçıların, proqramçıların
üzərinə düşür. Buna baxmayaraq, bu və ya digər maşın
variantının seçimi ilə bağlı olan son qərarın əsas
məsuliyyəti yenə insanın öhdəsində qalır.
Yaradıcılıq
fəaliyyətinin modelləşdirilməsi
problemlərinin müxtəlif səviyyəli həlləri üzrə aşağıdakıları
göstərmək olar:
•
Oyun məsələləri (şahmat, dama, domino və s.);
•
Musiqi əsərlərinin sintezi;
•
“Sərt” mətnlərin sintezi (sehrli nağıllar);
•
Naxışların
(ornamentlərin)
yaradılması
(o
cümlədən, avtomatik hörmə, toxuma);
•
Teorem isbatı və proqramların avtomatik sintezi;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------160------------------------------------
•
Mətn və danışığın təhlili və sintezi, avtomatik
tərcümə;
•
Situasion idarəetmə (vaxt defisiti və stresslı
situasiyalarda qərar qəbulu);
•
İnsan mühakimələrinin imitasiyası (təqlidi - Tarixi
xadimlərin düşüncəsinin modelləşdirilməsi, qrup
liderlərinin niyyətlərinin aşkara çıxarılması).
Yaradıcılıq məsələlərinin alqoritmləşdirilməsinin və
proqramlaşdırılmasının təməlində iki psixoloji model
durur:
•
Təfəkkürün labirint modeli (20-ci əsrin əvvəlində
E.Torndayk tərəfindən təklif edilmişdir);
•
Təfəkkürün semantik modeli (60-cı illərin sonunda
V.N.Puşkin tərəfindən təklif edilmişdir).
Təfəkkürün labirint modelinin mahiyyəti ondan
ibarətdir ki, burada fərz edilir ki, istənilən yaradıcılıq
məsələsinin həlli hər hansı labirintdə məqsədəçatma
imkanları ilə bağlı olan yollar axtarışıdır. Aydındır ki, bu
yanaşma külli miqdarda variantların götür-qoy edilməsi
yolu ilə teorem isbatında, oyunun davam etdirilməsində
və s. olduğu kimi atılan addımlarla bağlıdır. Bu yanaşma
evristik
axtarış
nəzəriyyəsinin və
evristik
proqramlaşdırmanın inkişafının başlanğıcını təşkil etdi.
Burada isə həllin uğurlu olması perspektivsiz variantların
perspektivlilərdən seçilib atılmasında istifadə edilən
evristik priyomların (fəndlərin) mükəmməlliyindən asılıdır.
Məhz buna görə təfəkkürün labirint modeli geniş tətbiq
tapmadı. Buna baxmayaraq, labirint modeli və evristik
axtarış nəzəriyyəsi hələ də süni intellekt mütəxəssislərinin
əlində çox güclü vasitə olaraq qalır. Çünki yaradıcılıq
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------161------------------------------------
proseslərinin modelləşdirilməsinin bütün problematikası
necə olur-olsun yaradıcılıq məsələlərinin həllinin evristik
axtarışı ilə bağlıdır. Bu sinif məsələlərin həlli üçün EHM-də
informasiyanın simvol emalı (təhlili) və külli miqdarda
variantların saf-çürük edilməsi xarakterikdir.
Seçmə alqoritmlərinin tərtibi zamanı kombinator
partlayışın qarşısını almaq və seçmə əməliyyatlarının
sayını ixtisar etmək üçün müxtəlif təbiətli evristik “tapıntı-
lar”dan istifadə edilir. Evristik qaydaların tərkibi və
uğurluluğu predmet oblastı ilə müəyyən edilir. Buna görə
Nyüel, Şou və Saymon tərəfindən təklif edilmiş evristik
proqramlaşdırma
prinsipləri
özünü
tam
şəkildə
doğrultmadı.
Süni intellekt üzrə bütövlükdə və o cümlədən,
yaradıcılıq proseslərinin modelləşdirilməsi üzrə olan işlər
üçün maşın proqramları yazılarkən evristik metod və
qaydalardan istifadə edilməsi tipik məqam kimi ortaya
çıxır. Lakin bu, bir sıra başqa məsələlər (məsələn,
əməliyyatların tədqiqi, cədvəllər nəzəriyyəsi və ya
kommivoyajör haqqında klassik məsələlər) üçün də
xarakterik məqamdır. Çünki bu məsələlər də kombinator
məsələləridir və evristik qaydalar tətbiq edilmədən həll
edilə bilmir.
Təfəkkürün semantik modelinin mahiyyəti isə ondan
ibarətdir ki, burada fərz edilir ki, hər cür yaradıcılıq
prosesi
başlanğıc
və
məqsəd
situasiyalarının
strukturlaşdırılmış əlaqələndirilməsidir. Başlanğıc və
məqsəd situasiyalarının əlaqələndirilməsi dedikdə,
məsələnin həllinin axtarılan yolunun yerləşdiyi labirint
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------162------------------------------------
əvvəlcədən məlum olmur, məsələnin həlli gedişində
yaradılır.
Təfəkkürün semantik modeli məntiqi-linqvistik
modelləşdirmə və situasion idarəetmə ilə birbaşa bağlıdır.
İstənilən predmet oblastında müşahidə edilən
situasiyaların böyük əksəriyyəti müəyyən miqdar
invariantlara malik olur ki, bu strukturları da az-çox
dəyişikliklərlə bir oblastdan digərinə köçürmək mümkün
olur. Bunu, yəni, invariantlığı və köçürülə bilən strukturları
dəniz limanının, hava yollarının, küçə kəsişmələrinin idarə
edilməsi, istehsalın operativ idarə edilməsi və s. kimi
müxtəlif obyektlərin dispetçer idarə edilməsi üzrə təcrübi
olaraq D.A.Pospelov, musiqi əsərlərinin təhlili zamanı R.X.
Zaripov, bundan xeyli əvvəl isə sehirli nağılların
struktururnun təhlili zamanı V.Propp təyin etmişdir.
Zaripov Ravil Hammatoviç 20 iyun 1954-cü ildə
Başkir Muxtar Respublikasının Bakalin rayonunun Novo
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------163------------------------------------
-Tumyuk kəndində anadan olmuşdur. Kazan aviasiya
institutunu bitirmişdir. Alman dilində müstəqil danışır.
Müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildən Tatarstan
Respublikası prezidendinin koməklçisidir. Texnika
elmləri namizədidir. Rusiya Federasiyasının Texnologiya
Elmləri Akademiyasının müxbir üzvüdür. Dövlət
səviyyəli müxtəlif orden və medallar ilə təltif edilmişdir.
Vladimir (Qerman Voldemar) Yakovlevic Propp
(1895-1970) – rus və sovet alimi, filoloq-folklorçu. Bir
alim kimi dünya elmində tanınmış, folklorçuluqda
istifadə olunan müqayisəli-tipoloji metodun yaradıcısıdır,
müasir mətn nəzəriyyəsinin banilərindən biridir. Müasir
strukturçular onu öz sələfləri hesab edirlər. Alimin ən
məşhur elmi işi “Morfologiya nağılları” əsərədir. Propp
narrativin struktur-tipoloji öyrənilməsinin əsasını
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------164------------------------------------
qoymuşdur (narrativ ingiliscə və fransızça narrative
sözündəndir, oxucuya və ya dinləyiciyə sozlər və ya
rollar ardıcıllığı ilə təqdim edilən, bir-biri ilə qarşılıqlı
əlaqəsi olan hadisələrin izah olunması anlamını verir).
Proppun araşdırdığı elmi işlər mifoloji, folklor, bədii
mətnlərin struktur baxımdan inkişafına böyük təsir
göstərmişdir. Alimin diqqəti çəkən digər elmi işi
“Rusların
aqrar
bayramları”
monoqrafiyqasıdır.
Monoqrafiyada slavyanların çoxlu sayda bayramlarının
və etqadlarının xarakteri araşdırılmış, tutarlı səviyyədə
oxucuya təqdim olunmuşdur.
Mətnlərin təhlili və avtomatik tərcümə zamanı,
ümumi halda, ayrı-ayrı cümlələrin morfologiyasının,
sintaksisinin,
semantikasının
və
praqmatikasının
formallaşdırılması problemlərini həll etmək lazım gəlir.
Morfologiya və sintaksisin formallaşdırılmasının kifayət
qədər ciddi səviyyədə olduğunu söyləmək mümkündür. O
ki, qaldı, semantikaya, yalnız səthi-semantik təhlil barədə
danışmaq olar. Praqmatika isə ən zəif formallaşdırılmış
komponentdir. Buna baxmayaraq, əldə edilmiş formal-
laşdırma səviyyəsində olan dil modeli imkan verir ki,
cümlənin mənasını kompüter “anlasın”, kifayət qədər
yüksək keyfiyyətli avtomatik söz tərcüməsi etmək və
səmərəli sual-cavab sistemləri yaratmaq mümkün olsun.
Dil modelinin sonrakı təkmilləşdirilməsi cümlələrin
məna dərinliyinin üzə çıxarılması, ayrı-ayrı cümlələrin
təhlilindən mətnlərin təhlilinə keçilməsi, nəinki təkcə sual-
cavab və
avtomatik tərcümə
sistemlərinin
təkmilləşdirilməsi üçün, həm də əsas etibarı ilə, mətnlərin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------165------------------------------------
prosedur tamamlanması üçün lazımdır. Bu problemlərin
həlli isə linqvistikada inkişaf etmiş məntiqi nəticəçıxarma
sistemlərinin yaradılması yolu ilə mümkündür ki, bu da
linqvist (dilçi) və məntiq mütəxəssislərinin sıx
əməkdaşlığını tələb edir.
SÜNİ İNTELLEKTLİ DİALOQ SİSTEMLƏRİ
Kompleks dialoq interfeysin meydana çıxması ilə
hesablayıcı texnikadan istifadə edilməsinin yeni stili (tərzi)
yarandı. Çünki bu interfeys müxtəlif intellektual
sistemlərdən quraşdırılmışdır. Sözü gedən sistem bir
tərəfdən ekspert sistemlərinə, digər tərəfdən isə
intellektual tətbiqi proqram paketlərinə və hesablama-
məntiq sistemlərinə xas olan alt sistemlərdən tərtib
edilmişdir. Həm də burada ekspert sisteminə xas olan alt
sistemlərlə intellektual tətbiqi proqram paketlərinə və
hesablama-məntiq sistemlərinə xas olan alt sistemlərdən
müxtəlif kombinasiyalarda müxtəlif süni intellekt sistem
variantları almaq mümkündür. Göstərək ki, bütün
variantlarda ünsiyyət sistemi iştirak edir. Bu isə,
mahiyyətcə, proqram və ya aparat həlli ilə
gerçəkləşdirilmiş linqvistik prosessordur. Həmin prosessor
təbii dilin peşəkar dialektlərindən EHM dilinə və əksinə
avtomatik tərcümə edə bilir. Linqvistik prosessor dil
modeli (lüğət və qrammatika) və predmet oblastı modeli
əsasında işləyir. Ümumi halda, linqvistik prosessor
sorğularn morfoloji, sintaksis və semantik təhlilini həyata
keçirir və verilənlər bazasının köməyi ilə müvafiq olaraq
cavabların semantik, sintaksis və morfoloji sintezini
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------166------------------------------------
gerçəkləşdirir. Səs dili qoşulduqda fonetik təhlil və sintez
də aparılır.
Məntiqi nəticəçıxarmanın proqram-aparat vasitələri
biliklərin
tamamlanması,
ümumiləşdirilməsi və
ziddiyyətlərin olub-olmamasının
yoxlanması
prosedurlarının həyata keçirilməsi üçün lazımdır.
Məntiqi nəticəçıxarma sistemini qurmaq üçün həm
də qeyri-klassik, yəni psevdofiziki məntiqlər inkişaf
etdirilməlidir. Bu, istifadəçiyə imkan yaradır ki, EHM-in
köməyi ilə elmi eksperimentlərin nəticələrinə əsasən
qanunauyğunluqları aşkarlasın və fərziyyə irəli sürüb
yoxlasın.
İNTELLEKTUAL İNFORMASİYA-AXTARIŞ
SİSTEMLƏRİ
İntellektual informasiya-axtarış sistemləri ünsiyyət
sistemindən, biliklər bazasından və verilənlər bazasından
ibarətdir. Bu sistemlər ilk süni intellekt sistemləridir və
bunlar EHM-in inkişafı ilə yanaşı inkişaf etdirilir.
İntellektual informasiya-axtarış sistemləri həm də təbii
dilli ünsiyyət sistemləri (TD-sistemlər) adlanır. Bu
sistemlərin təməlini təbii dilin söz və ifadələrini təhlil edə
bilən linqvistik prosessor təşkil edir. Sual-cavab sistemləri
təbii dilli ünsiyyət sistemlərin sadə variantıdır. Çünki
burada yalnız dilin modeli, yəni lüğət və qrammatika
istifadə edilir, predmet oblastı modeli barədə biliklər
nəzərə alınmır. Təbii dilli ünsiyyət sistemlərində isə adı
çəkilən modellərin hamısı iştirak edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------167------------------------------------
İNTELLEKTUAL TƏTBİQİ PROQRAM
PAKETLƏRİ
İntellektual tətbiqi proqram paketləri son istifadəçiyə
imkan yaradır ki, o öz məsələsini və həmin məsələyə aid
ilkin verilənləri özünəmünasib şəkildə təsvir etsin və
məsələnin həllini proqramlaşdırmadan bütün zəruri
əməliyyatların icrasını maşına həvalə etsin. Çünki sözü
gedən məsələ verilmiş predmet oblastına aid olan hazır
proqram modulları yığımının köməyi ilə planlaşdırıcı-
proqram tərəfindən avtomatik qaydada həll edilir.
Biliklər bazası funksional semantik şəbəkə şəklində
təşkil edilir ki, bu da özünü, ümumi halda, iki tip təpələrə
malik iki qatlı qövslərləri olan qraf kimi təqdim edir. Bu
təpələrin bir tipi hesablama məsələsinin parametrlərini və
ilkin verilənlərini əks etdirir. Parametr-təpələr riyazi
münasibətləri ifadə edən digər tip təpələrlə qövslə
əlaqələndirilmişdir.
Funksional semantik şəbəkə istiqamətsiz qrafdır.
Çünki yalnız hesablama məsələsinin qoyuluşundan sonra
giriş və çıxış məlum olur. Giriş və çıxış məlum olan kimi
planlaşdırıcı-proqram istiqamətsiz qrafı istiqamətlənmiş
həll qrafına çevirir. Münasibətlərin də girişi və çıxışı aşkar
edilir. Bunlar funksiya şəklinə salınır. Hər bir funksiya bu
və ya digər üsulla reallaşdırılmalı olduqda həmin
funksiyanı
reallaşdıracaq
proqram
modulları
istiqamətlənmiş qrafa müvafiq surətdə işçi proqram
modullarından ibarət bir zəncir yaradır.
İlk intellektual tətbiqi proqram paketlərindən biri
SSRİ-də yaradılmışdı və PRİZ adlanırdı. Bu paketdə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------168------------------------------------
semantik şəbəkə layihələşdirici və ya istifadəçi tərəfindən
xüsusi qeyri-prosedur UTOPİST dilinin köməyi ilə
qurulurdu. Yəni istifadəçi əvvəlcə bu dili öyrənirdi, sonra
öz məsələsini bu dildə formalaşdırırdı. DEKART dilində
işləyən SPORA sistemi də PRİZ kimi işləyirdi. Sonra hər iki
sistemdə proqramçının işi avtomatlaşdırıldı. Lakin
funksional semantik şəbəkə şəklində qurulan riyazi model
yenə də yuxarıda sözü keçən qeyri-prosedur
proqramlaşdırma dillərindən istifadə edilməklə tərtib
edilirdi.
Blok-modul tipli texniki sistemlərin
avtomatlaşdırılmış layihələşdirilməsi sistemlərində PRİZ
dilindən istifadə edilərkən hər bir morfoloji sistem variantı
üçün ayrıca funksional semantik şəbəkə (Bu, həm də
layihələşdirilən sistemin riyazi modelidir) qurmaq lazım
gəlir.
MAVR sistemində növbəti addım atıldı. Belə ki,
burada riyazi modelin qurulması avtomatlaşdırldı. Yəni
layihələşdirilən sistemi istifadəçi öz dilində təsvir edir.
Riyazi model avtomatik qurulur. Bu imkan predmet
səviyyəsində biliklər bazası qurmaq üçün süni intellekt
formalizmlərindən, daha doğrusu, freymlərdən istifadə
sayəsində yaranmışdır. Çünki freymlər sistemin modelini
predmet səviyyəsində avtomatik surətdə funksional
semantik şəbəkə şəklində olan riyazi modelə çevirir. Bu
halda, ünsiyyət sistemi, adətən, sadə sxem üzrə qurulur
və təbii dildə təqdim edilən standart menyu kimi işləyir.
Yəni istifadəçi təbii dildən istifadə edərək özünün
hesablama məsələsini dialoq rejimində həll edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------169------------------------------------
HESABLAMA-
MƏNTİQ SİSTEMLƏRİ
İntellektual tətbiqi proqram paketlərinin sonrakı
inkişafı planlaşdırma və layihələşdirmə, elmi tədqiqatlar
və s. üzrə məsələlərin kollektiv paylanmış həllini
gerçəkləşdirən hesablama-məntiq sistemlərinin
yaradılmasına gətirib çıxarmışdır.
İntellektual tətbiqi proqram paketləri süni intellekt
sistemlərinin elə sinfidir ki, onları yalnız monosistem
adlandırmaq mümkündür. Çünki bu sistemlərdə bir
istifadəçi və ya bir qrup istifadəçi məhdud deklarativ və
prosedur biliklər sisteminə əsaslanaraq məhdud sayda
məsələlərin həlli ilə məşğul olur. Bununla belə, hər hansı
bir ümumi məsələ (məsələn, planlaşdırma və ya layihələş-
dirmə məsələsi) həll edən kollektivlərdə bilik, bacarıq,
ixtisas, məsuliyyət ayrı-ayrı mütəxəssislər, mütəxəssislər
qrupu, təşkilati altsistemlər və s. arasında paylanmış olur.
Dekompozisiya zamanı ümumi məsələ rəhbər təşkilati
mərkəz tərəfindən daha kiçik təşkiledici məsələlərə
bölünərkən kollektivin məhz həmin xüsusiyyətləri nəzərə
alınır.
Ümumi məsələnin uğurlu həlli üçün həm mütəxəssis
qrupları, həm də qruplarla mərkəz arasında təşkilati
(iyerarxik tabeçilik mənasında) və informasion aspektli
qarşılıqlı fəaliyyət təmin edilməlidir.
Beləliklə, ümumi məsələnin həlli üçün EHM tətbiqi və
kollektiv daxilindəki kommunikasiya münasibətlərinin
prosesə təsiri altında uzağa işləyən sosial-psixoloji
nəticələri olan mürəkkəb problem meydana çıxır. Bu
halda, süni intellektin bir-biri ilə bağlılığı olmayan
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------170------------------------------------
monosistemləri çoxluğu əvəzinə multisistem və ya
hesablama-məntiq sistemi meydana çıxır ki, bunu da
paylanmış süni intellekt sistemi adlandırmaq mümkündür.
Ümumi məsələlərin paylanmış həlli üçün xarakterik
olan cəhət lokal məsələlərin ayrı-ayrı işçi yerlərində həll
edilib rabitə kanalları ilə qarşılıqlı fəaliyyətlərin
əlaqələndirilməsindən ibarətdir. Qeyd edək ki, alt
sistemlər və ya ayrı-ayrı istifadəçilər arasında qarşılıqlı
fəaliyyət həm bir EHM-də, həm də EHM-lər şəbəkəsində
təşkil oluna bilər ki, bu halda da səlahiyyət, bilik,
məsuliyyət bir-biri ilə həm şaquli, həm də üfqi qarşılıqlı
əlaqələndirilmiş çoxsaylı altsistemlər arasında paylanmış
olacaqdır.
Məsələlərin paylanmış həlli EHM şəbəkəsində
verilənlərin geniş məlum olan emalından prinsipial surətdə
fərqlənir. Çünki paylanmış həll multisistemdə gedir, maşın
resursu kifayət etməyən halda böyük həcmli verilən emalı
isə EHM şəbəkəsindən istifadə edilməklə həll edilsə də, bu
həll monosistemdə həyata keçirilir. Çünki bu zaman
həmin məsələni həll etmək üçün istifadəçidən ötrü
sadəcə, daha güclü virtual maşın yaradılır.
Multisistemlər, o cümlədən, paylanmış süni intellekt
sistemləri özlərini hesablama-məntiq sistemləri kimi aparır
ki, bunları da ekspert monosistemlərinə çevirmək
mümkündür.
EKSPERT SİSTEMLƏRİ
Ekspert sistemlərinin böyük sürətlə populyarlaşması
və aktuallaşması ona gətirib çıxarmışdır ki, müxtəlif insan-
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------171------------------------------------
maşın sistemləri üçün tərtib edilmiş proqramları onların
müəllifləri ekspert sistem kimi təqdim etməyə cəhd
edirlər.
Ekspert sistemi dedikdə, insan-ekspert bilikləri və
mühakimə texnikasından istifadə edən EHM proqramı
nəzərdə tutulur. Ekspert sisteminin digər insan-maşın
sistemlərindən əsas fərqləndirici xüsusiyyəti tərkibində
izahedici altsistemin olmasıdır.
İzahedici alt sistem çıxardığı nəticəni istifadəçiyə
“necə” və “nə üçün” çıxardığını izah edir. Bununla da
izahedici alt sistem istifadəçiyə çıxarılmış nəticəyə
güvənmək üçün əsas verir. İzahedici alt sistem olmazsa,
iki qəbuledilməz alternativ mümkündür:
•
EHM-in verdiyi həllə inamın inkar edilməsi;
•
EHM-in verdiyi həllin gerçək olduğunun qeyd-
şərtsiz qəbul edilməsi.
Yuxarıda göstərdik ki, tətbiqi proqram paketləri
kitabxanası
hesablama-məntiq sistemlərində
və
intellektual tətbiqi proqramlar paketlərində riyazi
modelləşdirmə və hesablayıcı eksperimentlərdə geniş
istifadə edilən proqram modulları yığımıdır. Bunlar
fundamental fizika və mexanika qanunlarına əsaslanan
modellər, həmçinin, əməliyyatların tədqiqində və
iqtisadiyyatda tətbiq edilən optimallaşdırma modelləridir.
Halbuki ekspert sistemlərində süni intellektin xüsusi
formalizmlərində qurulmuş və məntiq-linqvistik modelləri
adlanan modellərdən istifadə edilir. Bir halda ki, ekspert
sistemləri biliklərə və biliklərin manipulyasiyasına
yönəldilmişdir, deməli, modelləşdirmənin yeni növü –
“idrak fəaliyyətinin modelləşdirilməsi” yaranmışdır ki, bu
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------172------------------------------------
da, elmi tədqiqatlar da daxil olmaqla, geniş tətbiq
sahəsinə malikdir.
Elmi tədqiqatların
xarakterik
mərhələləri
aşağıdakılardan ibarətdir:
-ilkin empirik verilənlərin yığılması və emalı;
-verilənlərin, yeni faktların aşkara çıxarılması
məqsədi ilə, riyazi və nəzəri-məntiqi emalı, obyektiv
gerçəkliyin nəzəri və empirik əsaslandırılması;
-elmi faktların ümumiləşdirilməsi əsasında tədqiq
edilən proses və hadisələrin fundamental münasibətlərini
və əlaqələrini əks etdirən yeni nəzəriyyələrin yaradılması.
Elmi tədqiqatların bu günədək davam edən birinci
mərhələsi verilənlərin emalı sistemlərinin tətbiqi, verilənlər
bazaları və verilənlər bazalarını idarəetmə sistemlərindən,
həmçinin, sənədli və faktoqrafik informasiya-axtarış
sistemlərindən istifadə edilməsi hesabına kifayət qədər
tam avtomatlaşdırılmış olsa da, ikinci və üçüncü
mərhələnin avtomatlaşdırılması ilə bağlı görüləcək iş
olduqca mürəkkəbdir. Bu sahədə riyazi modelləşdirmə və
hesablayıcı eksperiment həlledici əhəmiyyət daşıyır.
Lakin bu sonuncu fikir yalnız riyazi model qurmaq
mümkün olan elmlərə aiddir.
Tibb, biologiya, geologiya, kimya və s. kimi elmlərdə
alimlərin fəaliyyəti bu mərhələlərdə avtomatlaşdırılmamış
qalır. Buna görə də idraki aktivliyin modelləşdirilməsi
məsələlərini həll edən ekspert sistemləri elmin bu
sahələrində daha çox populyarlaşmışdır.
İdraki aktivlik ona əsaslanır ki, insanların
(ekspertlərin):
1)
Bilikləri toplamaq;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------173------------------------------------
2)
Bilikləri ümumiləşdirmək;
3)
Problemləri dərk etmək və aşkarlamaq;
4)
Problemin həlli üçün mühakimə yürütmək,
natamam informasiyadan gerçəyəbənzər nəticə
çıxarmaq;
5)
Öz davranışına haqq qazandırmaq və yürütdüyü
mühakimələri izah etmək;
6)
Başqa insanlarla qarşılıqlı fəaliyyət göstərmək və
bu yolla biliklər toplamaq;
7)
Öz biliyini yenidən qurmaq və yenidən təşkil
etmək;
8)
Davranış haqqında mühakimə yürüdərkən tətbiq
edilən qaydaların mahiyyətini anlamaq;
9)
Problemin onun (və ya onların) səlahiyyətinə aid
olub-olmamasını, bu problemi onun (və ya
onların) həll etməyə məsul olub-olmamasını təyin
etmək kimi qabiliyyətləri vardır.
Bu siyahıdan hansıları ekspert sisteminin köməyi ilə
gerçəkləşdirmək olar?
Biliklərə əsaslanan sistem olmaqla, ekspert
sistemləri bugün ilk iki xassəni (bəndi) gerçəkləşdirə bilir,
dördüncü xassə (bənd) isə dialoq rejimində məsləhətlər
vermək şəklində həyata keçirilir. Üçüncü xassə (bənd) –
insanın müstəsna hüququ olsa da, ekspert sistemi ilə
dialoq zamanı insanın bu qabiliyyəti əhəmiyyətli dərəcədə
intensivləşir. Beşinci xassə (bənd) yalnız ekspert
sistemində izahetmə və etibaretmə alt sistemlərində
gerçəkləşdirilir. Yeddinci xassə (bənd) ekspert sisteminin
layihələşdiriciləri və sonra istifadəçiləri tərəfindən
reallaşdırılır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------174------------------------------------
Ekspert sistemləri aşağıdakı funksiyaları icra edə
bilir:
•
Verilənlərin qiymətini təyin etmək məqsədi ilə
onların interpretasiyası (şərhi);
•
Texniki və bioloji sistemlərin vəziyyətinin, küysəl
(Küylə, uğultu ilə zibillənmiş, entropiyalı, pis
yazılan, pis oxunan, düzgünlüyü şübhə doğuran və
s.) verilənlərin interpretasiyası əsasında, təyini və
ya həmin vəziyyətə diaqnoz qoyulması;
•
Monitorinq sistemləri vasitəsilə yoxlama müşahidəsi
və ya müşahidə edilən obyektlərin (məsələn,
reanimasiya şöbələrinin, nüvə reaktorlarının və s.)
kritik vəziyyətlərinin verilənlərinin real vaxt
miqyasında kəsilməz müşahidə altına alınması;
•
Keçmişdəki və indiki vəziyyətlərin modelləşdirilməsi
əsasında gələcək inkişafın proqnozlaşdırılması;
•
Qoyulmuş məqsədlərə çatmaq üçün tədbirlərin və
fəaliyyətin planlaşdırılması və işlənib hazırlanması;
•
Qoyulmuş tələblərə cavab verən obyektlərin
qurulması üzrə layihələşdirmə və dəqiq icra
cədvəllərinin hazırlanması.
İdraki aktivliyin modelləşdirilməsi və ekspert
sistemləri nəzəriyyəsi baxımından, yeni informasiya
texnologiyaları daha geniş aspektdə müəyyən qədər
başqa anlam daşıyır.
Yaxın gələcəkdə ekspert sistemləri biliklərin təqdim
edilməsini, yığılmasını, istifadə edilməsini və ötürülməsini
kütləvi surətdə elektron texnologiyasına keçirəcəkdir.
Nəşriyyat materiallarında toplanmış biliklər təqdimat
baxımından, passiv mahiyyətlidir. Belə ki, daim meydana
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------175------------------------------------
çıxan problemləri həll etmək üçün kitablarda toplanmış
bilikləri tətbiq etməzdən əvvəl, onları axtarıb tapmaq,
şərh etmək lazım gəlir. Bilikərin yenilənməsi baxımından
da, kitablar passivdir. Bundan əlavə, kitablardakı biliklərin
başqa adamlara ötürülməsi prosesləri də çevik deyildir.
Əlbəttə, biliklərin elektron təqdimatı dedikdə, heç də
kitablardakı mətnlərin EHM yaddaşına sadəcə, yalnız
köçürülməsi nəzərdə tutulmur. Kitablardakı ekspert
biliklərinin EHM yaddaşına daxil edilməsindən əvvəl onlar
biliklərin təqdim edilməsi üçün yaradılmış xüsusi dillərə
tərcümə edilməli, yəni yenidən kodlaşdırılmalıdır. Bunlar
məntiq, şəbəkə və produksion tipli dillərdir. Aydındır ki,
nadir (unikal) mətnlər, zəruri olan hallarda yaddaşa
ənənəvi mətn formasında yazılacaqdır.
Mövcud olan proqramlaşdırma sistemləri də çevik
deyildir və onlarda saxlanan biliklərdə hər hansı dəyişiklik
etmək üçün yenidən proqramlaşdırma tələb olunur.
Görünür, burada proquksion sistemlər nəzəriyyəsinə
əsaslanan və qeyri-formal proqramlaşdırma adlanan
proqramlaşdırma sistemi müəyyən rol oynayır.
Ekspert sistemlərinin yaradılması adi “sifarişçi –
icraçı” sxemi üzrə getmir, çünki icraçı-layihələşdirici
texniki tapşırığa müvafiq olaraq sifarişçiyə istismara hazır
sistem təhvil verməlidir. Lakin bu mümkün olmur, ona
görə ki, konkret ekspert sistemin yüklənəcəyi biliklər
icraçıda deyil, sifarişçidədir.
İcraçı təşkilat (layihələşdirici) xüsusi instrumental
vasitələrin köməyi ilə ya “boş” ekspert sistemi, ya da
ekspert sistemlərinin bir sinfinə yönəldilmiş metasistem
yaradır. “Boş” sistemin biliklərlə doldurulması sifarişçinin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------176------------------------------------
yanında ya layihələşdirici təşkilata, ya da sifarişçi təşkilata
aid olan xüsusi mühəndislər tərəfindən həyata keçirilir.
Biliklər mühəndisi bir tərəfdən, ekspert sistemləri
nəzəriyyəsi sahəsində tam səlahiyyət sahibi, digər
tərəfdən də, predmet oblastını bilən, bu sahənin
ekspertləri ilə işləməyi bacaran olmalıdır ki, onların
biliklərini verilmiş ekspert sisteminin formalizmlərinə
çevirə bilsin. Mətnlərdəki bilikləri və ekspertlərdən
intervyü (müsahibə) almaqla əldə edilən bilikləri
formallaşdırmaq üçün xüsusi dillər hazırlanmışdır.
İnstrumental
sistemlər, mahiyyətcə, ekspert
sistemləri yaratmaq üçün istifadə edilən ekspert
sistemləridir. Bunun təbii genişlənməsi sistem və tətbiqi
proqramlaşdırma üçün nəzərdə tutulan ekspert
sistemlərinin yaradılması oldu.
Paylanmış
ekspert
sistemləri.
Ayrı-ayrı
sistemlərdən tərtib edilən paylanmış süni intellekt
sistemləri mürəkkəb obyektlərin xassələrinin çoxcəhətli
diaqnozda tanınması zamanı ayrı-ayrı mütəxəssislərin
qarşılıqlı fəaliyyəti zəruri olan hallarda fəaliyyət planları
hazırlamaq üçün lazımdır.
Sözügedən situasiyalara nümunə olaraq ekoloji-
iqtisadi problemlər, mütəxəssis həkimlər tərəfindən
kompleks müayinə aparılması əsasında xəstəyə dəqiq
diaqnoz qoyulması problemi göstərilə bilər. Proqramçılar
kollektivi tərəfindən böyük proqram komplekslərinin
yaradılması üçün də paylanmış ekspert sistemləri mühüm
əhəmiyyətə malikdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------177------------------------------------
Hal-hazırda proqramın displeydə qrafik təqdimatına
imkan verən kollektiv proqramlaşdırma texnologiyası
işlənib hazırlanmışdır.
Paylanmış ekspert sistemləri həm çoxterminallı bir
hesablayıcı kompleksdə, həm də kompüter şəbəkələrində
gerçəkləşdirilə biləndir.
Dostları ilə paylaş: |