.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------1------------------------------------
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
İNTELLEKTUAL SİSTEMLƏR
VƏ TEXNOLOGİYALAR
Dərs vəsaiti kimi tövsiyyə edilmişdir.
B A K I – 2 0 1 6
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------2------------------------------------
Elmi redaktor:
f-
r.e.d., İsayev Fəxrəddin Qurban oğlu
R
əyçilər:
t.e.n., dosent, Əliyev Elman Bəhmən oğlu
i.e.n., dosent, Əskərov Həmdulla Əbil oğlu
i.e.n., dosent, M
əmmədova Arzu İmanverdi qızı
i.e.n., dosent, Salmanova Mahil
ə Əlif qızı
Dizayner:
Əliyev Zaur Nəsrəddin oğlu
T
əshihçilər:
Mayılov Mayıl Valeh oğlu
Z
ərbaliyev Vahid Zahid oğlu
Naşir:
Mayılov Valeh Bayram oğlu
BALAYEV RƏSUL ƏNVƏR OĞLU
ƏLİZADƏ MƏTLƏB NURUŞ OĞLU
MUSAYEV İSA KƏRİM OĞLU
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR,
Bakı 2016, “MSV NƏŞR“ nəşriyyatı, Dərs vəsaiti,
şəkilli, 256 səhifə.
© Balayev R.Ə., Əlizadə M.N., Musayev İ.K., 2016
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------3------------------------------------
M Ü N D
Ə R İ C AT
Giriş
5
Təbii intellektual sistem - İnsan və onun baş
missiyası...............................................................
7
İnsanın fəlsəfi-assosiativ mahiyyəti...................... 7
İnsanın baş missiyası......................................... 16
Nanotexnologiya: ”insani texnika” üzrə axtarışlar
və perspektivlər.................................................
42
Süni intellekt: mənşəyi, inkişafı, məqsədi, vəzifələri.. 61
İntellektual sistem: mahiyyəti və təsnifatı……………… 101
İntellektual sistemlərin inkişafında süni intellektin
rolu……………………………………………………………………
105
Süni intellekt - yeni informasiya texnologiyasının
əsasıdır.................................................................
119
İnformatika və süni intellekt................................... 125
Biliklərin təqdim edilməsi........................................ 131
Semantik şəbəkələr............................................ 135
Freym modelləri (dilləri)..................................... 138
Biliklərin məntiqi modelləri və məntiqi
nəticəçıxarma sistemləri.....................................
141
Yaradıcılıq proseslərinin modelləşdirilməsi............ 158
Süni intellektli dialoq sistemləri........................... 165
İntellektual informasiya-axtarış sistemləri............ 166
İntellektual tətbiqi proqram paketləri................... 167
Hesablama-məntiq sistemləri.............................. 169
Ekspert sistemləri............................................... 170
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------4------------------------------------
EHM-in daxili intellektuallaşdırılması........................ 179
Yüksək məhsuldar EHM-lər................................. 179
Funksional yanaşma əsasında daxilən
intellektuallaşdırılmış sistem................................
186
Simvol dəyişdirmələrinə (emalına) yönəldilmiş
EHM-lər.............................................................
188
İntellektual sistemlərin quruluşu və layihələşdirilməsi 195
Biliklər bazasının (BB) layihələşdirilməsi................... 201
Biliklər bazasının quruluşu və onun intellektual
sistemlərin digər komponentləri ilə qarşılıqlı əlaqəsi..
203
Biliklərin təqdimatı və modelləşdirilməsi................... 207
İntellektual sistemlərin layihələşdirilməsi mərhələləri 211
Predmet oblastı və biliklərin əldə olunması
metodlarının təhlili.................................................
217
Tələb və təklifin öyrənilməsində intellekyual
sistemlərdən istifadə imkanları................................
229
Ekspert sistemlərinin qurulması texnologiyası........... 231
Ədəbiyyat………………………………………………………… 239
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------5------------------------------------
GİRİŞ
Bizim anlamımızda, İnsanın baş missiyası düşünən
alət yaratmaqla, bütövlükdə Kainatın dərkinə nail
olmaqdan ibarət olduğundan, süni intellekt, intellektual
sistemlər və texnologiyalar sahəsində bu günədək
aparılan çoxcəhətli elmi-tədqiqatlar az qala sonsuzluğa
qovuşan uzun yolun ilk addımlarıdır.
Süni intellekt, bir elmi istiqamət olaraq, müxtəlif elm
sahələrinin inteqrasiyasına əyani nümunədir.
Süni intellekt – riyaziyyat və məntiq sahəsində əldə
edilmiş nailiyyətlər nəticəsində və bəşəriyyətin canlı və
cansız təbiət barədə topladığı biliklər əsasında
formalaşmış sərbəst elmi tədqiqat sahəsidir.
Bir qərarlaşmış elmi biliklər sahəsi olaraq süni
intellekt XX əsrin ortalarında formalaşsa da, bu sahədə ilk
cəhdlərin həm çox qədimlərdə, həm də orta əsrlərdə
edildiyi məlumdur.
Praktiki olaraq, əzəl-başdan bu yeni biliklər sahəsi ilə
məşğul olan alimlər təfəkkürün konstruktiv təyini və
modelləşdirilməsi üçün xüsusi məsələlərdən çıxış etməyi
və bu məsələlərin həllindən ötrü bir mexanizm kimi “süni
intellekt” anlayışından istifadə etməyi məqsəduyğun
saymışlar.
Beləliklə, müasir anlamda, süni intellekt – müxtəlif
mürəkkəb tətbiqi məsələlərin həlli üçün insan düşüncəsinə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------6------------------------------------
və ya canlı və cansız təbiətdə gedən proseslərə analoji
prinsip və yanaşmalardan istifadə edilməklə işlənib
hazırlanmış metodlar və instrumentlər məcmusudur.
Buna baxmayaraq, hal-hazırda süni intellektə
hamının qəbul edə biləcəyi vahid tərif verilməmişdir.
Burada qeyri-adi heç nə yoxdur. Çünki təbii intellektin –
insan təfəkkürünün də universal tərifi yoxdur.
Bu günədək süni intellekt sahəsində aparılan
tədqiqatlar müxtəlif, məsələn, biliklərin təqdimatı,
mühakimələrin modelləşdirilməsi, biliklərin əldə edilməsi,
maşınlı öyrənmə və avtomatik fərziyyələr törədilməsi,
verilənlərin intellektual təhlili və obraz informasiyasının
emalı, qərar qəbulunun dəstəklənməsi, proseslərin və
sistemlərin idarə edilməsi, dinamik intellektual sistemlər,
planlaşdırma və s. istiqamətlərdə getmişdir.
Nisbətən daha fəal inkişaf etdirilən yanaşmalar və
süni intellekt metodları aşağıdakılardan ibarətdir:
•
Süni neyron şəbəkələri;
•
Təkamül hesablamaları;
•
Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar
nəzəriyyəsi;
•
Ekspert sistemləri;
•
Hüceyrəvi avtomatlar;
•
Çoxagentli sistemlər.
Məsələn, diferensial təkamül metodu çoxölçülü
optimallaşdırma məsələlərinin həlli üçün nəzərdə tutulmuş
təkamül modelləşdirməsi metodlarından biridir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------7------------------------------------
TƏBİİ İNTELLEKTUAL SİSTEM -
İNSAN VƏ ONUN BAŞ MİSSİYASI
İNSANIN FƏLSƏFİ-ASSOSİATİV MAHİYYƏTİ
İnsanın onu əhatə edən dünyaya münasibəti ilə
əlaqədar qarşıya çıxan, ciddi həyati əhəmiyyət kəsb edən
dünyagörüşü xarakterli suallara cavab tapmaq işi
fəlsəfənin problemi olsa da, biz belə hesab edirik ki, bu,
həm də hər bir elm sahəsinin baş hədəfidir. Odur ki,
assosiativ duyum və dərketmə elementləri ilə zəngin olan
kibernetikanın, o sıradan, informatikanın da cavab
verəcəyi ən vacib suallardan biri və bəlkə də birincisi
İnsan problemidir. Bu problemin mərkəzində isə
dünyagörüşü dayanır.
Elmi, fəlsəfi, ümumbəşəri, milli, sosial-sinfi, siyasi,
mənəvi, dini, ateist, estetik və i.a. çalarları olan və
mifoloji, dini, elmi və fəlsəfi növlərə bölünən dünyagörüşü
– mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli
sosial-mənəvi və emosional-psixoloji fenomen olmaqla,
insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə
və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və
mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar,
baxışlar, inam və prinsiplər sistemidir.
Mifoloji dünyagörüşünün mayasını qan yaddaşının
birbaşa nəticəsi olan assosiativ duyum təşkil etdiyindən,
qədim insanalara, o cümlədən, hindlilərə və oğuzlara görə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------8------------------------------------
kainat göy və yerin evlənməsindən əmələ gəlmişdir.
Çinlilər isə, elə hesab etmişlər ki, dünyada ”qayda-qanun
yaradan” iki ruh vardır: kişi ruhu göyü, qadın ruhu yeri
idarə edir [71, s.33]. Kişi ruhu dinamika, qadın ruhu
statika, kişi ruhu quruluş, qadın ruhu təşkilat
(təşkilolunma), kişi ruhu sahə, qadın ruhu cisim kimi
götürülərsə, həmin izahın müəllifləri nədə səhv etmişlər
ki?
Antik filosoflar kosmosa mütləq, əbədi vahid tam
kimi baxırdılar və bütün mövcudatın maddi başlanğıcını
”qeyri-müəyyən maddə” hesab edirdilər [71, s.37]. Müasir
elm sübut edir ki, Kainatın başlanğıcında qeyri-müəyyən
dinamik tarazlıq mühiti var ki, bu da mahiyyətcə təsadüfi
paylanmada mövcud olan enerjidən ibarətdir [95].
Anaksimandr, Demokrit və Epikur təşkilolunmanı
sezmişdilərsə, Platon və Aristotel də quruluşu sezmişdi.
Məhz bunun məntiqi nəticəsi idi ki, XI əsrdə yaşamış
böyük Azərbaycan filosofu Bəhmənyar indi ”inteqrasiya”
anlayışına yüklənən mənaya çox yaxın olan fikirlər
söyləmişdir. Belə ki, o, səbəb və nəticənin vəhdətdə, eyni
zaman daxilində mövcudluğu ideyasını, varlığın
mövcudluğunun əsas şərtinin hərəkət, məkan və zaman
vəhdətinin, onların bir-birindən ayrılmazlığının olmasını
irəli sürmüşdür. XIII əsr Azərbaycan filosofu S.Urməvi
göstərir ki, ”Başçılar ilə rəiyyət üzvi vəhdət halında
olmazsa, cəmiyyət yaşaya bilməz. Onların nisbəti başın
bədənə nisbəti kimidir”. Bu fikir indi kibernetikada
”idarəedicinin idarəolunana mütənasibliyi” və ”zəruri
müxtəliflik” qanunlarında öz əksini tapmışdır. S.Urməvinin
başçılar, vəzifəli şəxslər ”rəiyyətə xidmət etməlidirlər” [71,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------9------------------------------------
s.56-61] tezisi ilə kibernetik sistemlərdə idarəedici və
idarəolunanın qarşılıqlı bir-birinin bütövlüyünü qorumağa
borclu olması zərurəti arasında sıx bağlılıq vardır.
Anaksimandr
Demokrit
Epikur
Aristotel
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------10------------------------------------
Platon
Səfiəddin Urməvi
Göründüyü kimi, bir sıra ideyalar öz elmi sübutunu
uzun müddət gözləməli olmuşdur. Bunun bir sıra
səbəbləri vardır və bizim fikrimizcə, həmin səbəblərdən
biri də ənənəvi elmi metodologiyada ”hər bir kateqoriya
digər kateqoriyalardan heç birinin əhatə etmədiyi xüsusi
məzmunu ifadə edir” [71, s.131] -tezisinin rəhbər
tutulmasıdır. Bu, qətiyyən doğru deyil, çünki, hər bir
kateqoriyada digər kateqoriyalar barədə hökmən minimal
informasiya vardır. Həmin informasiya olmazsa, dünyanın
vahid mənzərəsini təsəvvür etmək qeyri-mümkündür.
Belə ki, bütün anlayış və kateqoriyalar sistemi qapalı, yəni
inteqrasiya edilmiş bir zəncir təşkil edir. Zəncirin ümumi
uzunluğu isə onu təşkil edən həlqələrin uzunluqları
cəmindən həmişə qısadır.
Bu cəhətdən ən maraqlısı varlıq kateqoriyasıdır.
Çünki, Hegel (1770-1831) göstərir ki, ”əgər biz dünyanı
nəzərdən keçirərkən yalnız ”o mövcuddur”- deyib, artıq
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------11------------------------------------
heç nə əlavə etmiriksə, onda biz bütün müəyyən olanı
nəzərdən qaçırır və deməli, mütləq dolğunluq əvəzinə,
mütləq boşluq əldə edirik” [37, с.222]. Yəni, varlıq
mövcud olan hər şeyi, o cümlədən, yoxluğun özünü də
əhatə edir. Varlığın mahiyyətinin ən dərin qatında qeyri-
müəyyənlik dayanır. Bu, Birçil kürə anlayışını daxil
etməklə, Kainatın başdan-başa enerji kürəsi olması və bu
enerjinin təsadüfi və dinamik paylanmada mövcud olması
ideyasını irəli sürməyə imkan vermişdir [90].
Georq Vilhelm Fridrix Heqel (almanca
Georg
Wilhelm Friedrich Hegel
) alman flosofu, alman klassik
fəlsəfəsinin yaradıcılarından biri.
Assosiativ təfəkkür prizmasından böyük prinsipial
əhəmiyyəti olan kateqoriyalar sırasında ilk yerlərdən biri
məkan və zamana aiddir. Müasir qabaqcıl fəlsəfəyə görə,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------12------------------------------------
məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer
tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə
yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin
müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər,
mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Lakin
informasiyanın saxlandığı yaddaş da məkandır. Virtual
yaddaşın mövcudluğu isə göstərir ki, məkanın başqa
xassələri də vardır. Bu baxımdan, kod da, informasiya
daşıyıcısı (yaddaş) olmaqla, məkan xassəsi nümayiş
etdirir. Kod - məkan mövqeyindədirsə, informasiya da
zaman mövqeyindədir. Məhz bu baxımdan əks-əlaqələr
kompleksi məkan-zaman şəbəkəsi yaradır. Koddakı bolluq
xassəsinə əsaslanmaqla, hökm etmək olar ki, məkanın
doluluq dərəcəsi vardır. Bu mənada, “birçil-sıfırçıl kürələr”
assosiasiyası mütləq böyük, dolu, virtual məkan, “sıfırçıl-
sıfırçıl kürələr” assosiasiyası isə mütləq kiçik, boş, virtual
məkandır. Real assosiasiyaların ən böyüyü Kainat – nöqtə
assosiasiyası, ən kiçiyi isə iki nöqtə arasındakı
assosiasiyadır. Birçil kürəsiz sıfırçıl kürənin qeyri-
mümkünlüyü sıfırçılın birçildən, yoxluğun varlıqdan
törəmə olmasını göstərir. Çünki, sıfırçıl – birçilin, yoxluq
isə varlığın tamamlayıcısı və sərhədləridir.
Assosiasiya – iki element arasındakı hər cür əlaqə və
münasibətlər məcmusu olduğundan, bu münasibətlərin
yaratdığı məkan virtualdır. Bu isə o deməkdir ki, nəqliyyat
və rabitə də virtual məkandır. Odur ki, assosiativ
idarəetmə yalnız virtual məkanda baş verən prosesdir.
Yəni, virtual idarəetmə assosiativ idarəetmənin gerçək-
ləşən xüsusi halıdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------13------------------------------------
Materialist fəlsəfəyə
görə, məkan-zaman
obyektivdir, insan şüurundan asılı deyildir. Lakin şüur da
məkan-zaman xaricində deyildir və buna görə də məkan
və zamanın yalnız maddi olana aid edilməsi düzgün deyil.
Çünki məkan və zaman tamamilə və bilavasitə
informasiyaya da aiddir. Bununla belə, informasiyanın
miqdarı ləğv edilən qeyri-müəyyənliklə ölçüldüyündən,
məkan və zamanın qeyri-müəyyənliklə mahiyyət
bağlılığının şahidi oluruq.
Müasir elmi təsəvvürdə zamanın yalnız bir ölçüsü
vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru
bir istiqamətdə hərəkət edə bilərlər. Halbuki fikir də
məkan və zaman xaricində olan şey deyildir. Deməli, fikrin
keçmişə yönəlməsi məkan və zamanın virtuallıq nümayiş
etdirəbilən olmasından xəbər verir. Bundan əlavə, mütləq
məkan bolluğu və mütləq zaman bolluğu sıfra bərabər
olduğundan, məkan və zaman bolluğu məkan və zaman
boşluğu kimi nəzərə gəlir. Bu baxımdan, şüur özünü bir
tərəfdən - virtual məkan, digər tərəfdən də virtual zaman
kimi təqdim edir.
Ənənəvi təsəvvürə görə zaman qayıtmazdır, keçmişi
qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət
edir. Lakin zamanın irəliyə hərəkəti nə deməkdir? Axı
A.Eynşteynə (1879-1955) görə, zaman anlayışı ölçmə
prosesindən (saatlardan) kənarda məzmunsuzdur; hər
hansı prosesin ölçmə əməliyyatından kənarda öz-
özlüyündə heç bir müddəti yoxdur və nisbilik nəzəriyyəsi
vaxtın ölçülməsi nəticələrinin ölçmə üsulundan asılı
olmaması haqqındakı klassik konsepsiyanın kökündən
yanlış olduğunu sübut etmişdir [71, s.148-149].
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------14------------------------------------
Albert Eynşteyn (almanca
Albert Einstein)
nəzəriyyəçi fizik, müasir fizika nəzəriyyəsinin
yaradıcılarından biri, Nobel mükafatı laureatı, siyasi
xadim, humanist insan, 20-dən çox aparıcı
universitetlərin fəxri doktoru, çoxlu sayda Elmlər
Akademiyasının üzvü.
Bizim anlamımızda, zaman bir fəlsəfi kateqoriya
olaraq mənsəbindən mənbəyinə doğru can atan çay
yatağına bənzəyir. Yəni, zaman bir tərəfdən formadır -
tərsinə də olsa, axar su dolu çay yatağıdır, digər tərəfdən
isə prosesi - axını ifadə edir. Zamanın birinci aspekti
fəlsəfi, ikinci aspekti isə fiziki mahiyyət daşıyır. Bununla
yanaşı, informasiyanın antipodu olan qeyri-müəyyənlik
problem mühiti olaraq, həm də gerçəklik məkanı kimi çıxış
etdiyindən, qeyri-müəyyənliyin məkan xassəsinin olduğu
da aydınlaşır. Bu da bir daha göstərir ki, informasiyanın
zaman xassəsi mövcuddur. Digər tərəfdən isə,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------15------------------------------------
informasiya mahiyyətcə, inkar edilən qeyri-müəyyənlikdir.
Deməli, zaman - inkar edilən məkandır. Bu məntiqlə
məkan da – inkar edilən zamandır. Yəni, zaman məkanın,
məkan isə zamanın törəməsidir.
Zaman – kanaldır (Canalis - latınca, boru, nov
deməkdir [7, s.244]). Çünki kanal onda baş verən
dəyişikliyin məzmununa laqeyddir. Bütün dəyişikliklər,
yəni hər cür hərəkət bu kanalda baş verir. Lakin kanal
olaraq zamanın əsas xüsusiyyəti odur ki, bu kanaldakıların
hərəkəti yalnız geriyə sürüşmədən ibarətdir. Bu baxımdan
bütövlükdə Kainat mahiyyətcə həm də zamandır. Kainat
məhz zaman olduğu üçün məkandır.
Zaman kanal olmaq etibarı ilə çoxnaqillidir. Burada
naqillərarası assosiativ keçidlər, dizyunktiv düyünlər və
radial şaxələnmələr mövcuddur. Odur ki, zaman ən
müxtəlif hərəkətlərin baş verməsini mümkün edə bilir.
Kanal həm də mahiyyətcə təsir ötürücüsüdür. Deməli,
zaman həm də təsir ötürücüsüdür. Ötürücüdürsə, zaman
dildir. Dildirsə, zaman informasiya ötürücüsüdür.
İnformasiya ötürücüsüdürsə, zaman qeyri-müəyyənlik
daşıyıcısıdır. Daşıyıcıdırsa, zamanın məkan olmaq xassəsi
vardır. Odur ki, gerçəklik tədricən, ardıcıl, ziddiyyətli dərk
edilir.
Beləliklə, fəlsəfi mənada, zamanın sürəti ilə
zamandakıların sürətini eyniləşdirmək və ya qarışıq
salmaq yolverilməzdir.
Mövcud təsəvvürlərə görə, İnsan nə yaratmışdırsa,
hamısı onun şüurlu fəaliyyətinin məhsuludur və bu
səbəbdən də ta qədimlərdən şüur ilahiləşdirilib,
mütləqləşdirilib. Şüura “ruh”, “mənəvi varlıq”, bədəndən
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------16------------------------------------
kənarda mövcud olan “gözəgörünməz qüvvə” kimi baxan
ibtidai insan ona sitayiş etmişdir [71, s.150]. Fəlsəfi
ədəbiyyatda şüura materiyanın - insan beyninin xassəsi,
gerçəkliyin ancaq insana məxsus məqsədli inikası kimi
baxılır. Lakin artıq heç kimə sirr deyil ki, süni intellekt
yaratmaq mümkündür. Bu, şüurun tədricən insandan
alətə keçidi demək deyilmi? Axı şüur həm də davranışın
keyfiyyət göstəricisidir! Bu halda yüksək davranış
nümunəsi nümayiş etdirə biləcək texnikaya şüursuz
demək nə dərəcədə məqbul sayıla bilər?
Bizim fikrimizcə, şüur fenomeni insan beyninin bir
informasiya sistemi olmaqla kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişməsinə keçməsi hadisəsinin birbaşa
məhsuludur. Çünki informasiya sistemində toplanan
informasiyanın miqdarı müəyyən həddi keçdikdə
informasiya sistemi tamamilə yeni keyfiyyətlər nümayiş
etdirmək qabiliyyəti qazana bilir. Belə ki, yaddaş yalnız
müəyyən tezaurus səviyyəsinə çatdıqda yaradıcılıq imkanı
yaranır [89, s.120].
Dostları ilə paylaş: |