NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA”
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR
”Kseroks” firmasının əməkdaşı E.Berlin uzunluğu 1
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində
müxtəlif informasiya vericiləri, enerji mənbəyi,
mikroprosessor və radiostansiya yerləşdirmək nəzərdə
tutulur. Çətir həm antenna, həm də paraşüt funksiyasını
yerinə yetirəcək. Təyyarədən havaya buraxılan bu ”iynə”
buludcuğazı saniyədə 3 sm-ə yaxın sürətlə yerə enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə çatana
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və
bu süni buludcuğazın komponentləri olan iynələr öz
aralarında informasiya mübadiləsi edərək verilmiş
məqamda atmosferin vəziyyəti barədə ümumi rəy
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə
ötürəcəkdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------43------------------------------------
E.Berlin təsdiq edir ki, bu mikrocihazı qurmaq üçün
lazım olan bütün detallar artıq mövcuddur. Onları yığıb
”şüurlu toz” yaratmaq yaxın 5 il ərzində mümkün
olacaqdır. ”Şüurlu toz”u hazırlamaq üçün hal-hazırda
mövcud olan mükəmməl mikroelektronika metodları
kifayətedicidir.
Bundan əlavə, elektrostatik qüvvələrlə olduqca xırda
detalları yığan bütöv avtomat xətlər hazırlanmaqdadır.
Amerika mühəndisləri həmin metodlarla təyyarə qanadları
üçün aktiv səth düzəltmək fikrindədirlər. Artıq həqiqi
təyyarədən 7 dəfə kiçik olan eleronsuz, yəni, qanadlarında
hərəkət edən hissə olmayan aviamodel düzəldilmişdir ki,
bu da 0,8 saniyəyə 180
0
dönə bilir. İş burasındadır ki,
həmin aviamodelin qanadlarının səthinin bir hissəsi
miniatür pulcuqlarla örtülmüşdür. İdarəedici siqnallara
cavab olaraq ölçüsü 1 kv. mm. olan həmin pulcuqlar
”pırpız”lana və ya ”yata” bilir ki, bu da qanadı kəsən hava
axınını dəyişir. Nəticədə heyranedici manevr qabiliyyəti
yaranır. Bu modeli düzəldən Kaliforniya universitetinin
mütəxəssisləri gələcəkdə qanadın səthini içi maye ilə
doldurulmuş milyonlarla plastik ”qovcuqlar”la örtməyə
üstünlük verirlər. Maye qızdırıldıqda ”qovcuq” şişir,
soyudulduqda isə qovucuqlar ”soğulub” yox olur. Bu
variantda alınan nəticə miniatür eleronlarla əldə edilən
nəticə ilə eynidir. ”Qovcuq”lardan əlavə, hava axınları
burulğanlarının dəyişməsinə cavab olaraq qanadın
”çopuru”nu avtomatik idarə etmək üçün qanadın səthində
miniatür informasiya vericiləri də quraşdırılacaqdır.
Amerika və Yaponiya mühəndisləri hal-hazırda
”kirpikcik”lərin köməyi ilə ancaq mikroskopla görünə bilən
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------44------------------------------------
birhüceyrəli orqanizm olan infuzoriyanın hərəkət üsulunu
modelləşdirməyə çalışırlar. Mikrosxem istehsalında tətbiq
edilən mikrolitoqrafiya metodlarından istifadə edərək
silisium lövhəsi üzərində dörd ”kirpikcik”dən ibarət qrup
yaradıb, onları bu və ya digər elektrik yükü ilə yükləyib,
”pırpızlamaq” və ya ”yatırtmaq” istəyirlər. Arası 1 mm-dən
az olan həmin ”dördlükləri” idarə etməklə lövhəni
yeritmək, yaxud lövhəni arxası üstə çevirib üstünə yüngül
predmet qoymaqla, onu ”kirpikciklərlə” hərəkət etdirmək
olar. Hər iki halda hərəkət sürəti saniyədə 0,2 mm,
yerdəyişmə dəqiqliyi isə bir neçə mikron (
m və ya
mm [8, s.557]) təşkil edir. Bu qurğu dəqiq mexanikada
külli miqdarda tətbiq sahəsi tapacaq, biologiyada isə ayrı-
ayrı hüceyrələri çeşidləmək (yerlərini dəyişmək) üçün
istifadə edilə bilər.
Lakin alim və mühəndislərin fikri mikrotexnikadan
daha xırda texnikaya - nanotexnikaya, ayrı-ayrı molekullar
və hətta atomlar səviyyəsində işləyən maşınlara
yönəlmişdir. Nanotexnologiya – 100 nanometrə (
mm)
yaxın miqyasda material və strukturlar istehsalıdır.
Texnikanın hələ mövcud olmayan bu sahəsini amerikan
fiziki Erik Dreksler artıq 20 ildir təbliğ edir. O, Riçard
Feynman (1818-1988) və Con fon Neymanın ideyalarını
birləşdirmişdir. Belə ki, R.Feynman 1959-cu ildə demişdi
ki, insanlar indi bolt və qaykalarla necə işləyirlərsə, vaxt
gələcəkdir, ayrı-ayrı atomlarla da eləcə iş görəcəklər. C.
fon Neyman isə müharibə qurtaran kimi öz-özünü təkrar
istehsal edən maşınlar nəzəriyyəsini işləyib hazırlamışdı.
Bu maşın (düzdür, hələ də xalis nəzəriyyə olaraq qalır)
6
10
−
3
10
−
4
10
−
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------45------------------------------------
özünə lazım olan detalları mövcud xammaldan istehsal
edib özünün tam nüsxəsini yığmağa qadirdir.
Kim Erik Dreksler 25 aprel 1955-ci ildə Amerikanın
Kaliforniya ştatındakı Oklend şəhərində anadan
olmuşdur.
Məşhur
amerika
alimidir,
”nanotexnologiyanın
atası”dır.
Nanotexnologiya
mexasintezi və ”boz selikli qişa” konsepsiyalarının
(konsepsiya - hər hansı bir hadisə haqqında görüş, əsas
fikir) müəllifidir, molekulyar nanorobotların ilk nəzəri
yaradıcısıdır.
Ayrı-ayrı atomlarla manipulyasiya etmək yalnız
1981-ci ildə mümkün oldu. İsveçrə alimləri Bininq və
Rorer elektron tunel mikroskopu yaratdılar ki, bu da sonra
Nobel mükafatına layiq görüldü. Bu qurğunun iş prinsipi
ona əsaslanır ki, son dərəcə nazik iynə hər hansı bir
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------46------------------------------------
elektrik keçirici materialın üzəri ilə təxminən 1 nanometrə
(
mm) yaxın məsafədə hərəkət edir (”Наука и жизнь”
№ 6, 1986 г.). Əgər iynə bu və ya digər elektrik yükü ilə
yüklənərsə, materialın səthindən ayrıca atomu çəkib
çıxarmaq və başqa yerə qoymaq, sonra isə elektrik
yükünün işarəsini dəyişib həmin atomu yenidən səthə
qaytarmaq olar.
1986-cı ildə isə atom-qüvvə mikroskopu yaradıldı.
Bunun iş prinsipi elektrostatik qüvvələrə deyil,
atomlararası cazibəni təmin edən qarşılıqlı fəaliyyət
qüvvələrindən isifadəyə əsaslanır (“Наука и жизнь” № 9,
1991 г.). Artıq az saylı atomlardan yığılmış
nanotranzistorların və ya elektron dəyişdirici açarlarının ilk
nümunələri düzəldilmişdir.
Nəzəriyyəçilər isə daha uzaq gələcəyə baxırlar. Yaxın
vaxtlarda nanotexnologiyadan istifadəyə əsaslanan
istehsala – ilk növbədə, kompüterlər və digər elektronika
məmulatları üçün nanokomponentlər buraxılışına başlana-
cağı gözlənilir.
E.Dreksler inanır ki, uzaq perspektivdə... atom-
qüvvə mikroskopunun iynəsi ilə maye qarışığında üzən
nisbətən sadə molekullardan öz nüsxəsini yarada bilən
DNK kimi öz-özünü istehsal edən ilk molekulyar
nanomaşın yaradılacaqdır. Sonra isə elə nanomaşınlar
yaradılacaq ki, onlar nəinki özünü təkrar istehsal
edəcəkdir, həm də kənardan verilən siqnallarla idarə
edilərək insanın istədiyini yığacaqdır. E.Dreksler bu
maşının adını assembler (yığıcı) qoymuşdur. E.Drekslerin
fikrincə, inkişaf eyni zamanda 2 istiqamətdə gedə bilər.
Biri budur ki, trilyonlarla assemblerlər heç kimə lazım
6
10
−
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------47------------------------------------
olmayan ucuz atom və molekullardan, deyək ki,
palçıqdan, dəniz suyundan, xəzəldən və s. ixtiyari sifarişi
(makroskopik obyektləri): almazları,
bifşteksləri,
televizorları, xəz mantoları, hər cür maşın detallarını yığa-
caqlar. Özü də bəzi detalları əvvəlcədən almaz qəfəsinə
çevirdikləri kömür atomlarından yığıb onların az qala
əbədiliyini təmin edəcəklər.
Riçard Fillips Feynman (ingiliscə Richard Phillips
Feynman) görkəmli amerika alimidir. Əsas nailiyyətləri
nəzəri fizika sahəsində əldə etmişdir. Kvant
elektrodinamikanın yaradıcılarından biridir. 1965-ci ildə
fizika elmi sahəsində Nobel mükafatına layiq
görülmüşdür. Bununla yanaşı çoxlu sayda mükafatlarda
almışdır (məsələn, A,Eynşteyn adına mükafat, Nils Bor
qızıl medalı və s.). Nəzəri fizika ilə yanaşı biologiya
sahəsində də məşğul olmuş, bu sahəyə öz tövhələrini
vermişdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------48------------------------------------
İnkişaf həm də mikroaləmə doğru gedə bilər:
assemblerlər mikronun cüzi hissəsi boyda
nanosubmarinalar (sualtı qayıqcıqlar) yaradacaqdır ki,
bunları da şprislə insan orqanizminə yeridib qan damarları
ilə axıdaraq xolesterin topalarını ləğv etməyə, yaşla
əlaqədar olaraq qocalmaya səbəb olan DNK
molekullarındakı səhvləri düzəltməyə və insanı az qala
ölümsüz etməyə yönəldiləcəkdir. Digər nanomaşınlar
insan orqanizminin bütün künc-bucaqlarına daxil olub,
xərçəng hüceyrələri törədən mikrobları axtarıb məhv
edəcəkdir. E.Dreksler təbiətdə nadir rast gələn və çətin
əldə edilən ixtiyari molekul birləşmələrinin də kütləvi
istehsalının mümkün olacağına inanır. Yəni, bir sıra
xammal növlərini daha dəniz dibindən çıxarmaq lazım
gəlməyəcək, laboratoriyalarda istehsal ediləcəkdir.
Müəyyən məqsəd üçün xüsusi tərkibdə layihələşdirilən və
təbiətdə mövcud olmayan molekulları da istehsal etmək
mümkün olacaqdır.
E.Dreksler
öz
kitablarının
bir
çoxunda
nanotexnologiya mövcud olan dünyanı təsvir edir. O,
göstərir ki, nanoyığıcıların istehsal etdikləri şeylər olduqca
ucuz olacaqdır. Çünki, bunun üçün həmin texnoloji
avadanlığı yalnız işə buraxmaq kifayətdir. O zaman iqtisad
elminə ehtiyac qalmayacaq. Çünki E.Drekslerə görə,
iqtisad elmi defisitlər və onların aradan qaldırılması
haqqında elmdir. Heç bir şey defisit olmayacaq. Hər evdə
mikrodalğalı soba boyda sintezator olacaq. Bir vedrə suyu
həmin sintezatora töküb, 1 saatdan sonra kompüter, təzə
kostyum və ya hazır xörək çıxarmaq mümkün olacaq.
Kənd təsərrüfatı tamamilə dəyişəcəkdir. Məsələn, ”karbon
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------49------------------------------------
qazı üstəgəl torpağın mineral maddələri – ot – inək - süd”
zəncirindən bütün artıq həlqələri çıxarıb havadan süd
almaq mümkün olacaq. Çünki süd molekullarını törədən
atomlar havada vardır. Lakin bu cəsarətli müəllif həmin
gözəl dünyada bəzi təhlükələr də görür. Məsələn, istənilən
adam istədiyi silahı, o cümlədən, atom bombasını istehsal
edə bilər. Zərərli sənaye tullantılarını atomlara qədər
parçalamaq üzrə ixtisaslaşan nanomaşınlar qrupu bu və
ya digər səbəbdən nəzarətdən çıxa və faydalı olan hər
şeyi palçığa və toza çevirə bilər.
Alimlərin çoxu E.Drekslerin quraşdırmalarına qeyri-
elmi fantastika kimi baxsalar da, artıq müasir komüter
displeylərində
gələcək molekulyar mexanizmlərin
çertyojları meydana çıxmaqdadır. Amerikanın 2
maliyyəçisi isə atomu ”tutub yerini dəyişə bilən əl” və
assembleri idarəedən qurğu yaratmaq üçün 250 min
dollar mükafat təsis etmişdir [80].
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------50------------------------------------
Q E Y D L Ə R:
Şərq dünyasının ən məşhur musiqiçi və
musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn
Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət
mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur.
İbtidai təhsilini öz vətənində almış, musiqi
savadının əlifbasını və udda çalmağı da burada
öyrənmişdir.
Sonradan Ərəb Xilafətinin paytaxtına,
bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi
olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən
yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də
təhsilini davam etdirmişdir. O, burada fəlsəfənin,
məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin
əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə
davam edən Səfiəddin xəttatlıqda da böyük uğur
qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində
deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin
son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət
olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan
sənətkar bir müddətdən sonra saray kitabxanasının
rəhbəri və baş xəttatı təyin olunur. Kitabların üzünü
köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi
təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin
kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı
qəbullar zamanı ud çalması ilə hamının rəğbətini
qazanır.
Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi
tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad
çıxarmış bir çox musiqişünaslar onun şagirdləri
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------51------------------------------------
olmuşlar.
Səfiəddin iki yeni musiqi aləti yaratmışdı - "Nüzhə"
və "Müğni". Nüzhə müasir arfa (çəng) və kanona
bənzəyirdi.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------52------------------------------------
1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın
sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur.
Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600
illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları
axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi.
Hülakü xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış
tarixçi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz
himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin
tərbiyəsini ona həvalə edir.
Səfiəddin ömrünün son illərini yoxsulluq içində
keçirir və 1294 -cü ildə Bağdaddakı
borclular
həbsxanasında dünyasını dəyişir.
Səfiəddin hələ Bağdadda sarayda ikən 1252-ci ildə
"Kitab-əl Ədvar" adı ilə məşhur olan musiqi risaləsini
tamamlayır. Kitab ərəb dilində yazılmış və on beş
fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan
musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını
itirməyib.
Avropanın iki məşhur musiqişünası R. Erlanju və
C. Fermer bir -birlərindən xəbərsiz olaraq Urməvinin bir
rübai üzərindəki not yazısını müasir not yazısına köçürə
bilmişlər. Yeddi yüz ildən bəri susan melodiyalar
yenidən səslənmişdir.
Artıq VII-VIII əsrdir ki, Şərqin və Qərbin bir sıra
alimləri böyük musiqişünas Səfiəddin Urməvinin "Kitab
əl Ədvar", eləcə də "Şərəfiyyə" risaləsində verilən çox
qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi
"bir sıra şeylərə vaqif olurlar" və Urməvinin ölməz
ənənələrini davam etdirirlər.
Urməvinin risalələri orta əsrin qaranlıqlarını
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------53------------------------------------
yararaq, unikal elmi əsərlər kimi bu gün də yaşayır və
dünyanın bir sıra şəhərlərinin kitabxanalarında: (Nyu-
York,
Paris, Berlin,
Vyana, Qahirə, İstanbul, Sankt-
Peterburq, Tehran, Bakı və s.) qiymətli əlyazmalar kimi
saxlanılır.
Yeddi əsr sonra, yəni XX əsrin ortalarında məşhur
Azərbaycan bəstəkarı, milli operanın yaradıcısı Üzeyir
bəy Hacıbəyli özünün "Azərbaycan xalq musiqisinin
əsasları" kitabında yazırdı: "Yaxın Şərq xalqları
musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri
dunyada məşhur olan iki nəfər Azərbaycan alimi,
nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin
ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağai
(XIV əsr)".
Əbülhəsən
Bəhmənyar
Azərbaycani (farsca ﻥﺎﺑﺯﺮﻣ
ﻦﺑ
ﺭﺎﻴﻨﻤﻬﺑ
ﻦﺴﺤﻟﺍﻮﺑﺍ )
Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri,
Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın
şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə
bir qayda olaraq "əl-Azərbaycani" olaraq xatırlanır və
Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin
əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə
qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüştü
olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd
edirlər. Bəhmənyar
Azərbaycani
əksər
şərq
peripatetikləri
kimi
öz
əsərlərini ərəb
dilində
yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq
fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik
olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------54------------------------------------
məktəbini yaratmışdır.
Bəhmənyar parlaq istedadı və
çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır.
Müəllim sonralar öz şagirdi haqqında iftixarla
yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona
təlim–tərbiyyə vermiş və bu səviyyəyə gətirib
çıxarmışam".
Bəhmənyar əl-Azərbaycani
"Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi
yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram
ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb
dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma
nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə,
London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma
fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971–ci
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------55------------------------------------
ildə Tehranda nəşr edilmişdir. Bəhmənyar İbn Sina ilə
apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin
quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi
sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq
gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq"
("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə")
və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl –
maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq
peripatetizminin əsasən nəzəri hissəsini fadə edir.
Müəllif
"Təhsil"
əsərində
Aristoteldən
başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və
antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş,
onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi
problemlərin qoyuluşunda və həllində İbn Sinanın
əsərlərindən,
ümumiyyətlə
fikirlərindən
geniş
bəhrələnərək müəlliminin yolunu ardıcıl davam
etdirmişdir.
"Təhsil" orta əsrlərdə məntiq, metafizika və
təbiyyəti öyrənmək üçün mühüm mənbələrdən biri
olmuşdur.
Görkəmli
ərəb
filosofu Əbdüllətif
Bağdadi (1163 – 1231) peripatetizmə dair başqa
əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd
etmişdir.
Aristotel (yunanca
Ἀριστοτέλης
deyilir)
bəzən Ərəstun kimi tanınır (bizim eradan əvvəl 384-cü
ildə anadan olmuşdur, 322-ci ildə dünyasını
dəyişmişdir). Qədim yunan filosofudur. Aristo-
tel fəlsəfə, məntiq, psixologiya, fizika, biologi-
ya, tarix, etika, estetika və siyasət kimi fundamental
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------56------------------------------------
məsələləri də tədqiq etmişdir. Staqiratda anadan
olmuşdur (buna görə də onu çox zaman "Staqirit"
çağırırdılar). Məşhur filosof Platonun Akademiyasının
tələbəsi, Makedoniyalı
İsgəndərin
tərbiyəçisi və
Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Bəzi
əfsanələrə görə İsgəndərin ölümündə onun rolu var
(Əfsanəyə görə İsgəndərin atası, Makedoniya çarı Fillip
Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel
bununla İsgəndərdən ailəsinin intiqamını almışdır).
Hələ Platondan təhsil alarkən Aristotel onun
varlıqlara münasibətində ideyaların ilkin olması
nəzəriyyəsini tənqid edirdi (Bununla əlaqədar
Aristotelin belə bir deyimi var - "Platon mənim
dostumdur, amma həqiqət daha vacibdir"). Ərəstun
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------57------------------------------------
göstərirdi ki, belə yanaşma dünyanı anlatmır, ancaq
cismlərin izahatı lazım gələn kəmiyyəti göstərir. Böyük
filosof hesab edirdi ki, mahiyyəti olduğu "varlıqdan"
ayırmaq olmaz: əgər varlıqlar duyğulu dərk edilən
aləmdə varlarsa, onda mahiyyət ideal axirət aləmində
qala bilməz.
Aristotel maddi aləmin obyektiv varlığını qəbul
edir və hisslərə, anlayışlara və təsəvvürlərə real
şeylərin törəmələri kimi baxırdı. Aristotel varlığın
mahiyyətini varlığın özündə axtarırdı. Lakin maddədə o
yalnız passiv başlanğıc görürdü. Onun fikrincə bu
başlanğıc xüsusi aktiv başlanğıca - "formaya" tabe idi
və bütün "formaların forması"nın ən yüksəyi Allahdır.
Aristotelin materializm və idealizm arasındakı
tərəddüdləri onun dialektika ilə metafizika arasındakı
tərəddüdləri ilə müşahidə edilirdi. O, təbiətdə və
cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif
növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı,
azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə)
mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı
əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərdən
asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini
tədqiq edirdi. Bununla bərabər hərəkətin mənbəyini -
"birinci mühərriki"n Allah olduğunu göstərirdi.
Aristotelə görə İlahi varlıq maddədən kənarda qalır və
özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə
gətirir. Aristotel Allahı bütün varlıqların inkişafının
sonuncu səbəbi, ən yüksək məqsədi sayır və bunu
"entelehiya" adlandırırdı. Ümumi ilə təkin arasında olan
nisbəti məsələsinə isə Aristotel toxunmurdu. Formal
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------58------------------------------------
məntiqin inkişafında, xüsusilə “Nəticələr nəzəriyyəsi”nin
(“Sillogizm”) işlənməsində onun böyük xidməti vardır.
Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriy-
yəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini
sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu
nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır.
Aristotel öz tədqiqatlarında Biologiyaya da yer
ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib
onların təsnifatına cəhd göstərmişdir. Aristotelə görə
həyatın maddəsi vücud, forması isə ruhdur. Öz
sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür:
insan, bitki və heyvan.
Aristotel
estetikanın
tarixində
incəsənətə
gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə
o öz müəlliminin - Platonun əsərini ("İdeyalar ideyası"
əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi
həyatla əlaqəsizdir və etika məsələləri insanların ictimai
vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır.
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid
bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola
bilməzlər, onlar pozğundurlar. Aristotel qulu ağasının
"danışan alət"i simasında görürdü. Buna görədə
Aristotelin ictimai-siyasi və fəlsəfi görüşləri onun "ən
mükəmməl sistem" saydığı Quldarlığın möhkəmlənmə-
sinə yönəlmişdi.
Ərəstun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin
sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun
təlimi iki istiqamətdə: mistik idealizm və digər
tərəfdən materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi
qida mənbəyi
olmuşdur.
Aristotelin Qərb
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------59------------------------------------
fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan
fəlsəfəsinin inkişafına də çox ciddi təsiri olmuşdur.
Dostları ilə paylaş: |