.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------60------------------------------------
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------61------------------------------------
SÜNİ İNTELLEKT: MƏNŞƏYİ,
İNKİŞAFI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ
Süni intellekt dedikdə, insan məntiqi ilə işləyən
texniki sistemlərin yaradılması sahəsində aparılan elmi
araşdırmalar sistemi nəzərdə tutulur. Süni intellekt
informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat,
optimallaşdırma, məntiq nəzəriyyəsi və bir sıra başqa
sahələrə
əsaslanan tədqiqat sahəsi olmaqla,
informatikanın xüsusi bölməsidir. Süni intellekt insan kimi
düşünən və insan kimi qərar qəbul edə bilən texniki qurğu
yaratmaq məqsədi daşıyır.
İntellktə malik olan maşınlar və digər qurğular
barədə yazılı məlumatlar hələ qədim yunan miflərində rast
gəlinir. Heron, Əl-Cəzəri, Volfqanq von Kempelen, Cabir
ibn Həyyan, Parasels və başqa ixtiraçılar intellektə malik
avtomatlaşdırılmış maşınlar yaratmışlar.
Süni intellekt düşüncəsinin əsasını təşkil edən
sillogizm - nəticələr nəzəriyyəsinin əsasını Aristotel
qoymuşdur. 1275-ci ildə
Raymond
Liull ”Ars Maqna” adlı
məntiq aparatı yaratmışdır. Bu aparat xristianlıq barədə
verilən suala insan müdaxiləsi olmadan avtomatik olaraq
cavab verə bilirdi.
Müasir anlamda, süni intellekt ifadəsi ilk dəfə 1956-
cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt
”maşınları intellektual etmək elmi və mühəndisliyi” kimi
təyin edilmişdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------62------------------------------------
Raymond Lulliy
(latınca Raymundus
Lillius, rus dilində
isə Raymond Lulliy,
Raymon Lulliy, Ray-
mon Lull, Ramon
Lyul) 1235-ci ildə
Palma-de-Malorkada
anadan olmuşdur,
1315-ci ildə Palma-
de-Malorkada
dünyasını dəyişmiş-
dir. Raymond Lulliy
katalan missioneri (missioner -
xristianlığı yaymaq üçün xristian olmayan xalqlar
arasına göndərilən təbliğatçı), şair, fəlsəfəçi və teoloq,
Orta əsr yahudi icmasının düşünən nüfuzlu şəxsidir.
Lulliy Avropa ərəbşünası və kombinasiya ilə məşğul
olan şəxslərdən biri sayılırdı.
Katalan (Valensi) dili roman dillərinin hindavropa
ailəsinə daxildir və oksitano-roman altqruppuna aiddir.
11 milyon insan bu dildə danışır. Katalan torpağına
İspaniya (Katalan avtonom birliyi, Valensiya, Balear
adaları), Fransa (Şərqi Pirenei departamenti), Andorre
və İtaliya (Sardiniya adasındakı Alqero şəhəri) daxildir.
Ümumiyyətlə, müasir süni intellektin yaranması
1943-1956-cı illərə təsadüf edir. Belə ki, bu illərdə, daha
doğrusu, 1943-cü ildə Makkalok (1898-1969) və Pits
(1923-1969) ”Sinir fəaliyyətinə xas fikrin məntiqi
hesablanması”, 1950-ci ildə Tyurinq ”Hesablama maşını
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------63------------------------------------
və intellekt” və K.Şennon (1916-2001) ”Şahmat oyunu
üçün kompüterin proqramlaşdırılması” adlı əsərlərlə çıxış
etmişlər.
Süni intellektin inkişafının
birinci mərhələsi 1956-
1960-cı illərin sonuna qədər olan dövrü əhatə edir. Bu
illərdə Makkarti ”LISP – süni intellektin proqramlaşdırma
dili”, A.Nyuell (1927-1992) və H.A.Saymon (1916-2001)
”Məsələlərin universal həlledicisi (GPS)” (1961), Kullian
”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr”
(1966) və Minski “Biliklərin təqdim olunması (freym) üçün
quruluş” (1975) adlı tədqiqat işlərini elmi ictimaiyyətin
müzakirəsinə təqdim etmişlər.
Allen Nyuell
Herbert Saymon
Allen Nyuell (ingiliscə Allen Newell) koqnitiv
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------64------------------------------------
psixologiya (insan psixikasının idrak prosesi) və süni
intellekt sahəsində
amerika alimidir.
IPL
proqramlaşdırma dilinin yaradılmasında, həmçinin
Herbert Saymon ilə müştərək olaraq
Logic Theory
Machine (1956) və General Problem Solver (1957)
proqramlaşdırma
dillərinin yaradılmasında iştirak
etmişdir. 1957-ci ildə H.Saymon ilə birlikdə “Süni
intellekt və
insanın
dərketmə
mexanizminin
psixologiyası” sahəsində apadıqları elmi işlərə görə Alan
Tyurinq adına mükafata layiq görülmüşdür.
Herbert Aleksander Saymon (ingiliscə Herbert A.
Simon) sosial, siyasi və iqtisad elmləri sahəsində
görkəmli amereika alimidir. Hyuell-Saymon hipotezinin
yaradıcılarından biridir.
1960-cı illərin ortalarından sonunadək sözügedən
inkişafın
ikinci mərhələsi sayılan ”Qeyri-səlis çoxluqlar
və qeyri-səlis məntiq” ideyaları meydana çıxdı. Belə ki,
1965-ci ildə Lütfi Zadənin ”Qeyri-səlis çoxluqlar” və 1969-
cu ildə ”Qeyri-səlis alqoritmlər” adlı elmi işləri və 1977-ci
ildə Mamdani tərəfindən hazırlanmış ”Qeyri-səlis məntiqin
linqvistik sintezin köməyi ilə təqribi müakimələrdə tətbiqi”
mövzusunda elmi əsəri çap edildi.
Üçüncü mərhələ - süni neyron şəbəkələrin
yaranması (1965-ci il və sonra) – C.C.Hopfildin (1933-
1982) ”Neyron şəbəkələr” (1982), T.K.Koxonenin ”Özü
düzələn topoloji xəritələr” (1982), D.Rumelhart (1942-
2011) və D.K.Makklellandın (1917-1998) “Verilənlərin
paralel email” (1986) adlı əsərləri ilə gerçəkləşmiş oldu.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------65------------------------------------
Ekspert sistemlərin yaranması və inkişafı (1970-ci
illərin əvvəli – 1980-ci illərin ortaları) süni intellektin
inkişafının
dördüncü mərhələsi Feygenbaum, Buhanan
və başqaları (Stenford universiteti): ”DENDRAL ekspert
sistemi”, Feygenbaum, Şortlif: ”MYCIN ekspert sistemi”,
Stenford araşdırmalar mərkəzi: ”PROSPECTOR ekspert
sistemi”, Kolmeroe, Kovalski və başqaları (Fransa):
”Məntiqi proqramlaşdırma dili PROLOG” kimi tədqiqat
işləri ilə formalaşdı.
Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci
illər və sonra) - Rehenberq: ”Təkamül strategiyalar –
bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimal-
laşdırılması”(1973), Holland: ”Təbii və süni sistemlərə
adaptasiya” (1975), Koza: ”Genetik proqramlaşdırma:
Təbii seçim vasitələri ilə kompüter proqramlaşdırması”
(1992) və Fogel: “Təkamül hesablama – maşın
intellektində yeni fəlsəfə istiqaməti” (1995) kimi
tədqiqatlarla xarakterizə olunur.
Altıncı mərhələ - Sözün köməyi ilə hesablama
(1980-ci illərin sonu və sonra) - Neyqoç: ”Ekspert və
qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və
qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür”
(1993), Yaqer və L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron
şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing)”
(1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və Lütfi
Zadə: “Sözlərin köməyi ilə hesablamalar” (1996) kimi
ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir.
Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların
həyata keçirilməsində süni intellektin rolu böyükdür.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------66------------------------------------
Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış
sahədir, onun çoxlu sayda sahələri vardır.
Çox zaman süni intellektin bir sahəsi digər sahəsi ilə
qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o
dərəcədə inkişafa nail olmuşdur ki, onlar artıq ayrıca bir
ixtisas kimi fəaliyyət göstərirlər.
İnsan intellektindən daha güclü bir intellektin
yaradılması süni intellektin əsas məqsədlərindəndir.
Süni intellektin nəyə aid edilməsi sualına birmənalı
cavab yoxdur. Odur ki, süni intellekt haqqında kitab yazan
hər bir müəllif, o elmin nailiyyətlərini nəzərə alaraq, süni
intellektə tərif verir.
Fəlsəfə insanın intellektinin obrazı və statusu
haqqında məsələni həll etmir.
Nyuell-Saymon fərziyyəsi,
yaxud
Tyurinq testi kimi bir sıra fərziyyələr irəli sürülmüş
olsa da, kompüterin "ağıllı maşın" səviyyəsinə gədər
inkişaf edə biləcəyi barədə hələlik konkret sübut yoxdur.
Bununla belə,
ən məşhur
süni
intellekt
sistemlərindən biri - insanın danışığını dərk edən və çox
saylı alqoritmlər sayəsində ehtimallı axtarış aparmaq kimi
bacarığa malik
IBM şirkətinin qabaqcıl inkişaf sistemi
olan
Watson, ABŞ-ın ”Jeopardy!” oyununda iştirak etmiş
və iki oyunun ikisində də qələbə çalmışdır. Bundan əlavə,
illik
RoboCup turnirində
futbolun sadələşdirilmiş
formasında robotların mübarizə apara bilməsi imkanları
nümayiş etdirilmişdir.
Süni intellektə aid elmi tədqiqat işləri hesablayıcı
texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki
istiqamətdə aparılmışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------67------------------------------------
Birinci istiqamət beyin fəaliyyətinin, onun
psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və
digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və
ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər idi ki, bu
da
bionika istiqaməti adlandırıla bilər.
Süni intellekt üzrə tədqiqatların ikinci istiqaməti
praqmatik istiqamətdir. Bu istiqamət insan beyninin
psuxofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur.
Burada EHM-ə alət kimi baxılır. Belə ki, məsələn, musiqi
aləti pis və ya yaxşı köklənmiş ola bilər, yaxud verilmiş
mövzuda yazılmış əsər pis və ya yaxşı ola bilər, ya da
həmin alətdə ifaçılıq pis və ya yaxşı ola bilər.
Bu istiqamətdə son 10 illiklərdə həm nəzəri, həm də
tətbiqi xarakterli vacib nəticələr əldə edilmişdir. Praqmatik
istiqamətdə aparılan tədqiqatlarda ”süni intellekt” termini
tamamilə metaforik mənada anlaşılır və tədqiqatçılar elə
proqramlar üzərində işləyirlər ki, EHM vasitələri insanın
idraki fəaliyyətinin nəticələri olan prosesləri gerçəkləşdirə
bilsin.
Təəssüf ki, olduqca tez-tez hesablayıcı texnikaya
yönəlik antropomorfizm ifadələri işlədilir. Belə ki, tez-tez
”maşın qərar qəbul etdi”, ”maşın plan tərtib etdi”, ”maşın
situasiyanı və ya obrazı tanıyır”, ”maşınlar insan üçün
stress yaradan şəraitdə və ya ciddi vaxt çatışmazlığı
şəraitində mürəkkəb təşkilati-texniki prosesləri idarə edir”,
”maşın şahmat oynayır, musiqi əsəri bəstələyir” və s. kimi
ifadələrlə rastlaşırıq. Bundan əlavə, ”ağıllı maşın”,
”düşünən maşın” kimi ifadələr də işlədilir ki, bu
ifadələrdəki ”ağıllı” və ”düşünən” sözləri hərfi anlamda
tamamilə boş, mənasızdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------68------------------------------------
Əslində isə nə baş verir?
Nümunə üçün şahmatı seçək.
Şahmatçı situasiyanı qiymətləndirib gediş seçərkən
presedentə (presedent; misal (keçmişdə olmuş və sonra
olan eyni tipli hadisələr üçün), keçmiş təcrübəyə,
bacarığa, intuisiyaya (duyuma), gümana, rəqibin
gələcəkdə edə biləcəyi gedişlərin variantlarını nəzərə
almağa, yoxsa tamamilə başqa şeyə, nəyə əsaslanır? Bir
sözlə, biz şahmatçının fikirləşmə prosesi barədə olduqca
az bilirik.
Lakin biz dəqiq bilirik ki, EHM-də nə baş verir. Maşın
şahmat ”oynayarkən” baş verənlərin təfəkkürə heç bir
dəxli yoxdur. Çünki EHM üçün hansı gedişi necə seçmək
barədə təlimat-proqramı insan tərtib etmişdir. Odur ki,
əslində, şahmatı nə maşın, nə də proqram oynayır.
Şahmatı oynayan həmin proqramı yazmış olan insandır.
Məhz o, EHM-in imkanlarından istifadə edərək şahmat
sahəsində topladığı bilikləri maşın proqramlarına
çevirmişdir. Maşın oyunun gedişində yaranmış vəziyyətə
uyğun olaraq lazımi məqamda lazımi proqramı işə buraxır.
Bu baxımdan, proqramların şahmat turniri, əslində,
şahmat proqramları yazmış riyaziyyatçı-proqramçılar
arasındakı yarışdan başqa bir şey deyildir.
Beləliklə, EHM-in qurulması və istifadəsi sahəsində
hansı problemi nəzərdən keçirsək, görürük ki, hər şeyin
arxasında insan dayanır.
Süni intellektin gələcək inkişafından danışarkən
xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti
daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və
tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------69------------------------------------
yaradılması,
idarəetmə
proseslərinin
intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis
neyron sistemlər və s. daha çox düşündürür. Real
həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll
edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır.
1960-cı illərə qədər idarəetmə və qərar qəbuletmə
nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı.
Lakin real həyat məsələlərində həmişə bu və ya digər
dərəcədə informasıya çatışmazlığı mövcud olur. Bu və ya
digər dinamik sistemə həyəcanlandırıcı təsir edən amillər
barədə informasiya azdırsa, elə idarəetmə qanunu
tapmaq lazımdır ki, idarə olunan sistem həmin təsirlərdən
asılı olmasın, başqa sözlə, sistem invariant olsun.
Mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik
elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir
dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında
ətraf mühitin qavranılması problemi, canlıların sərbəstlik
dərəcəsinə və çevikliyinə malik olan robotların
yaradılması, lazımi adekvatlığa malik olan iqtisadi
modellərin yaradılması və s. klassik elm, o cümlədən,
klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki
klassik riyaziyyat deterministik riyaziyyatdır. Qeyri-
müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi
yanaşma tələb olunur. Bu isə, mahiyyətcə, hesablama
intellekti yanaşmasıdır. Hesablama intellekti süni intellekt
və onun daha inkişaf etmiş formasıdır. Süni intellekt (ing.
Artificial intellegence) - informatikanın hesablama
sistemələri və digər süni qurğuların köməyi ilə fikir və
hadisələrin təminat imkanlarını öyrənən şöbəsidir. Süni
intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------70------------------------------------
yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan
qeyri-ənənəvi intellekt, tamamilə yeni bir idrak
kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır
və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot
insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını
verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin
robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır.
Süni intellektə malik robotsa insanın əsəbi olduğunu
görüb artıq hərəkətlərə, yersiz davranışa yol verməyən
robotdur ki, bu da hələ mövcud deyildir.
Son illər dünya ölkələrində olduğu kimi,
Azərbaycanda da, soft kompütinq, hesablama intellekti
məsələlərinə diqqət artırılıb, bu sahədə sanballı elmi
tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadə və Rafiq
Əliyev bu sahənin öncülləri kimi qəbul edilir. R.Əliyevin
invariantlıq nəzəriyyəsi sahəsindəki işləri neft emalı,
neftkimya sənayesində, intellektual robotlar
istiqamətindəki işləri metallurgiya və əlvan metallar
sənayesində,
banisi
olduğu
böyük
sistemlərdə
koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və istehsal
sistemlərinin qurulmasında, süni intellekt, hesablama
intellekti, soft kompütinq sahəsində aldığı elmi nəticələr
neftçıxarma, neftemalı, təbabət, təhsil, konfliktologiya,
biznes, iqtisadiyyat sahələrində, ALİ-1, ALİ-2, ALİ-3
məntiqləri isə kosmik obyektlərdə tətbiq olunub.
Coğrafiya baxımından bu tətbiqlər Azərbaycan, Rusiya,
Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan
və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin
yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan
təfəkkürünü, nəticə çıxartmaq mexanizmini başqa
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------71------------------------------------
məntiqlərə nisbətən daha dəqiq və dürüst yazır (Aristotel
məntiqi ikili (binar) məntiqdir, qeyri-müəyyənliyi,
ümumiyyətlə, nəzərə almır).
1996 və 1999-cu illərdə Rusiyanın strateji təyinatlı
raket
qoşunları
hərbi
akademiyasının
alimləri
eksperimental yolla bu üç məntiqin başqa məntiqlərdən
üstünlüyünü isbat etmiş və bu üç məntiq strateji səma
obyektlərinin idarə olunmasında və diaqnostikasında
istifadə olunmuşdur. Alimin sonrakı elmi işləri postmodern
hesablama və informasiya texnologiyalarının sinerjisinə
(qovuşmasına) əsaslanan və əsası dövrümüzün ən böyük
elm dühası olan professor Lütfi Zadə tərəfindən qoyulan
soft komputinq və ədəd əvəzinə, sözlə hesablama
nəzəriyyələrinin və texnologiyalarının yaranmasına və
inkişafına həsr olunub.
Artıq bir neçə ildir ki, “Zadə irsi və süni intellekt”
Assosiasiyası fəaliyyət göstərir. Bu assosiasiya indi əsasən
iki istiqamətdə iş aparır.
Birincisi, qeyri-səlis məntiq, soft kompütinq,
hesablama intellekti, sözlə və persepsiya ilə hesablama
sahəsində hər il beynəlxalq konfranslar və simpoziumlar
təşkil edir. Bu günədək Almaniya, İran, Türkiyə, İtaliya,
İspaniya və başqa ölkələrdə 10-dan çox belə konfranslar
təşkil olunub.
İkincisi, Azərbaycanda assosiasiyanın daimi elmi
seminarları keçirilir ki, bu seminarlarda dünyanın, o
cümlədən Azərbaycanın sanballı alimləri aldıqları orijinal
elmi nəticələrlə çıxış edirlər.
Məlum olduğu kimi, süni intellektin ən bariz
nümunəsi olan 5-ci nəsil kompüterlər qeyri-səlis məntiqə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------72------------------------------------
əsaslanır. Qeyri-səlis məntiq R.Əliyev tərəfindən obrazlı
şəkildə belə izah olunur: Aristotel məntiqi ilə mühakimə
yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə
qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə
qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili
məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli)
məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da
yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq
dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir
arasında) kəsilməz qiymətlər alır. Zadə məntiqində real
həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu
məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə
görə, bir adam ya dostdur, ya düşmən. Zadə məntiqinə
görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda
münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost
və s.). Formal məntiqi dildə desək, Zadəyə görə, 0 ilə 1
arasında çoxlu rəqəmlər vardır.
Albert Eynşteyn fizikada inqilab etdi, klassik
mexanika ilə kvant mexanikasının sərhədini göstərdi.
Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat)
yaratdı.
Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən
qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat
və başqa qeyri-səlis elmlər yarandı. Bu gün qeyri-səlis
məntiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər
il 100-dən artıq beynəlxalq konfrans və simpoziumlar
keçirilir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------73------------------------------------
Q E Y D L Ə R:
Lütfi Zadə (ingiliscə Loti Zadeh; əsl adı Lütfəli
Rəhim oğlu Ələsgərzadə) 4 fevral 1921-ci ildə Bakının
Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli
rus uşaq həkimi olan Fanya Koriman Ələsgərzadənin
ailəsində dünyaya gəlib. Lütfi ilk təhsilinə Bakıdakı 16
saylı məktəbdə başlayıb. Orta təhsilini tamamladıqdan
sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi
fakültəsinə daxil olub. 1944-cü ildə Amerikaya köçüb.
Təhsilini Massaçusets Texnologiya İnstitutunda davam
etdirib. 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------74------------------------------------
vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab
olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniya
ştatındakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar
bir qədər çətinliklər çəkən alim sonralar şəraitə
uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin
professoru olaraq qalır. Azərbaycanlı alim Lütfi Zadə,
süni intelellekt sahəsində qeyri-səlis məntiq
nəzəriyyəsinin banisi, ömürlük professor seçilmiş
yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor
təşkilatlarının fəxri sədridir. Lütfi Zadə bir çox xarici
ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər
cəmiyyətlərin və fondların mükafatlarına layiq
görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici
dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi
Zadə dünyada əsərlərinə ən çox istinad edilən
alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun
əsərlərinə
36000-dən
çox
istinad
edilmişdir.
Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologi-
yaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi
Zadə Azərbaycan Milli Elmlər
Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya
texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti
problemləri” jurnallarının fəxri baş redaktorudur. Bu
gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi
məlumdur. Hazırda onlar elm və istehsalatda geniş
şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran,
onun dünya elmində inqilab hesab olunan qeyri-səlis
məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası
olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-
səlis çoxluq. Elmə qeyri-səlis ölçünün daxil edilməsi
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------75------------------------------------
təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-
müəyyənliyini daha adekvat nəzərə almağa imkan
yaradır. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq
olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır.
Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti
tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində
yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu
unikal (nadir) nəzəriyyədən yararlanmaq qərarına
gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan
ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın
"Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo",
"Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis
məntiq nəzəriyyəsinə
əsaslanan foto ve
videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi
təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların,
sənaye proseslərinin idarə olunmasında geniş istifadə
edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq
nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın
elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda"
mükafatı ilə təltif olunub. Amerikalılar da bu
nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa
başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General
Motors", "General Electric", "Motorola", "Dupont",
"Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda
geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən
iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə,
fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə
problemlərində də istifadə olunur. Qeyri-səlis məntiq
nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir: "Təəssüratlar nəzəriyyəsi",
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------76------------------------------------
"Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter
nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" və "Soft
kompyutinq". Lütfi Zadənin elmdə Z-çevirmə kimi
tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və
kommunikasiya sistemlərinin yaradılmasının əsasını
qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər
fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə
olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını
təşkil
edir.
ABŞ-ın Milli Kosmik Tədqiqatlar
Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə
sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə
izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə
yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə
qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə
qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili
(binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz
qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya
doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir
müddəanın doğruluq dərəcəsi doğru və ya yalan
arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər
alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas
etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha
çoxdur. Lütfi Zadə nəzəriyyəsi
riyaziy-
yatın, kibernetikanın, informatika və hesablama texno-
logiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu
nəzəriyyə bütün dünyada elmə, texnika və
texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan
maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə,
minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------77------------------------------------
Getdikcə həmin nəzəriyyənin əməli gücü onun
mücərrəd mahiyyətini üstələmişdir. 2013-cü ilin 19-20
iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA
(Banco Bilbao Vizcaya Argentaria) fondunun elm və
mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların
təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən
İnformasiya-Kommunikasiya Texnologiyaları kateqori-
yasında Lütfi Zadə böyük məbləğdə mükafata layiq
görülüb.
Əliyev Rafiq Əziz oğlu (10 fevral 1942 - ci ildə
Ağdam şəhərinin Novruzlu kəndində anadan olmuşdur,
texnika elmləri doktoru, professor, AMEA-nın müxbir
üzvü,
Azərbaycan Dövlət Neft Akade-
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------78------------------------------------
miyasının “Avtomatlaşdılmış
idarəetmə
sistemləri
kafedrasının sabiq müdiri, MBA proqram direktoru,
ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA
Proqram direktoru, "Zadə irsi və süni intellekt"
Assosiasiyasının prezidentidir. 1998-ci ildən indiyə kimi
Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət
Universitetinin
(Atlanta,
ABŞ)
MBA
proqram
direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin
BBA proqram direktorudur. Azərbaycan və bir sıra xarici
ölkələrdə informatika və idarəetmə sahəsində elmi-
tədqiqat işlərinin təşkilində böyük rolu vardır.
Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-
dan çox elmlər namizədi, 25 elmlər doktoru
hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın
elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ,
Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət
göstərirlər. Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü
ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra
ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci
ildən başlayaraq hər iki ildən bir Özbəkstan
Respublikasının
Daşkənt
şəhərində
″Qeyri-səlis
sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən
başlayaraq hər iki ildən bir Türkiyənin Antalya
şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və
idarəetmədə sözlə işləyən kompüter və Soft
Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.
İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis
məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın
kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------79------------------------------------
Volfqanq fon
Kempelen (23 yanvar
1734-cü il Bratislava
şəhərində
anadan
olmuşdur, 26 mart
1804-cü ildə Vena
şəhərində
dünyasını
dəyişmişdir). Avstriya
və Macar ixtiraçısı,
avtomatik
maşının
yaradıcısı,
“İnsan
nitqinin mexanizmi”
traktaktının müəllifidir.
V.Kempelen fəlsəfə
elmini Bratislavada,
Dyerdə, Venada və
Rimdə görkəmli alimlərdən öyrənmişdir. Yeddi dil bilirdi.
“Mariya Tereza qanunları” külliyatını latın dilindən alman
dilinə tərcümə etmişdir. Bununla da saray əhli
tərəfindən marağa səbəb olmuş və nəticədə sarayın
məsləhətçisi seçilmişdir. Mariya Tereza Şarlotta
Fransuzskaya (1778-1851: Avatriya kralının qızı,
hersoginiya Anqulemski) onu 27 yaşında İmperiyanın
macar hissəsində və Kempelen ərazilərində olan duz
şaxtalarına işlər müdiri təyin edir. Çox qısa bir müddət
ərzində V.Kempelen duz şaxtalarında modernləşdirmə
işləri ilə məşğul olur. 1770-ci ildə “Cəngavər”, 1775-ci
ildə isə “baron de Pezmand” titulu alır. 1786-cı ilə
Macar-Transilvan dəftərxanasının
sədri seçilir.
V.Kempelena çoxlu sayda texniki tapşırıqlar verirdilər. O,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------80------------------------------------
Banata ərazisində kətan istehsal edən fabrikin tikintisinə
rəhbərlik
edir,
Budapeştin
qala
divarlarının
möhkəmlədirilməsi üçün xüsusi möhkəmləndirici
qurğular hazırlayır, İmperiyanın bir çox şəhərlərində su
kəmərinin qurulmasına rəhbərlik edirdi. 1788-ci ildə
Volfqanq fon Kempelen danışan maşın ixtira edir. Maşın
uzunluğu 1 metr, eni isə 0,5 metr olan dördbucaqlı
qutudan ibarət idi. Maşının daxilində çoxlu sayda
tuluqlar, klapanlar və ştiflər var idi. Maşın 3-4 yaşında
olan uşağın səsini çıxarırdı. 1828-ci ildə maşını Berlin
şəhərində yaşayan mexanik Poş daha da təkmilləşdirir.
Sonrakı illərdə V.Kempelen şahmat oynaya bilən
avtomat düzəldir (sonralar məlum olur ki, bu maşın
ullüziya imiş).
Mariya Tereza Şarlotta
Fransuzskaya
Avtomat şahmatçı
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------81------------------------------------
Avtomat kamod (siyirməli paltar şkafı) şəkilində
düzəldilmişdi. Kamodun üstündə şahmat lövhəsi
yerləşirdi. Lövhənin arxasında mexaniki insan fiquru
yerləşdirilmişdi. Fiqur turk keyimində idi. XVII əsrin
axırlarında və XIX əsrin ikinci yüz illiyində maşın
alimlərin diqqətini özünə çəkir və mübahisə obyektinə
çevrilir. Heç bir alim möcüzə fiqurun hərəkətlərini və
şahmat gedişlərinin həyata keçirməsini aydınlaşdıra
bilmir. İndiki zamanda hamıya məlumdur ki, kamodun
içərisində güclü şahmat oyunçusu gizlənibmiş. 1854-cü
ildə Filadelfiyada baş vermiş yanğın zamanı avtomat
maşın tamamilə yanıb məhv olur. Tarixdən məlumdur
ki, avtomat şahmatçı Fredrik II ilə oyun zamanı onu
məğlub etmişdir. 1808-ci ildə isə maşının Napalion ilə
keçirdiyi şahmat yarışmasında görkəmli sərkərdə
məğlubiyyətə uğramışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------82------------------------------------
Əbu Abdulla
Cabir ibn Həyyan əd-
Əzdi əs-Suft (721-
815) əslən Yəməndən
olan əczaçı Həyyan
əd-Əzdinin ailəsində
dünyaya göz açıb.
Orta əsrlərdə onu
Avropada Cabir
adlandırırdılar.
Əbu
Abdulla Cabir ibn
Həyyan tanınmış ərəb
əlkimyaçısı,
həkim,
əczaçı,
riyaziyyatçı,
astronomdur. Cabir
ibi Hayyan bu elmləri
Dostları ilə paylaş: |