]
misal göstərilə bilər.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------140------------------------------------
Göründüyü kimi, roloynayan freymlərdə slotların adı
qismində sual sözləri, slotların qiyməti qismində isə
cavablar durur.
Əgər gətirdiyimiz misallarda və freym üçün verilən
ümumi ifadədə slotların qiymətlərini götürüb, yalnız slot
adlarını saxlasaq, müxtəlif mənbələrdə freym prototipi,
sadəcə freym, inrensional freym adlandırılan konstruksiya
alarıq. Konkret qiymətli slotları olan freymlər freym-
nümunələr və ya freym-nüsxələr adlanır.
Freymlər iç-içəlik xassəlidir. Bu o deməkdir ki, əhatə
edilən içəridəki slotun adı onu əhatə edən qıraqdakı
slotun qiyməti kimi çıxış edə biləndir. İç-içəlik xassəsi həm
də digər freymlərə iqtibas etmək imkanı yaradır. Bu,
freym dilinin strukturluluq tələbini ödədiyini və biliklərin
əlaqəliliyini təmin edən dil olduğunu göstərir. Həm
freymin, həm də slotun ada malik olması o deməkdir ki,
freymdə saxlanan biliklər iqtibas olunabiləndir və bu,
biliklərin daxilən şərhedilənliyini göstərir. Bu və ya digər
prosedurun icraya çağrılmas əmrlərinin slotlarda
yerləşdirilməsi imkanı proqramları mövcud biliklərə əsasən
aktivləşdirməyi mümkün edir.
Beləliklə, freym dili biliklərin şərhedilənlik,
strukturluluq, əlaqəlilik və aktivlik kimi dörd əsas
əlamətini təmin edir. Fundamental elmlərdə freym
dillərindən istifadə edilməsi daha ciddi anlayışlar aparatı
yaratmağa və freym formalizmləri ilə adi riyazi modelləri
kompleksləşdirməyə imkan verir. Təsviri elmlər üçün isə
freymlər azsaylı formallaşdırma üsullarından biri olub,
anlayışlar aparatı yaratmağı mümkün edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------141------------------------------------
BİLİKLƏRİN MƏNTİQİ MODELLƏRİ VƏ
MƏNTİQİ NƏTİCƏÇIXARMA SİSTEMLƏRİ
Biliklərin məntiqi modelləri – insan düşüncəsinin və
hökm verməsinin (nəticəçıxarmasının) əsasını təşkil
etməklə, münasib məntiqi hesablama ilə təsvir edilə
biləndir. Bu hesablamalara, ilk növbədə, Aristotel
sillogizmini aid etmək lazımdır ki, burada da biliklərin
məntiqi modelləri mülahizə və predikatların tətbiqi
hesablamalarının aksiomatikası rolunda çıxış edir.
2000 ildən artıq bir müddətdə dəyişməz qalan
Aristotel sillogizmi 20-ci əsrin 2-ci yarısından inkişaf
etməyə və mühüm praktiki tətbiq tapmağa başlamışdır.
Belə ki, hadisələrin şərtli və şərtsiz başvermə tezliklərini
əks etdirən qeyri-səlis kvantlaşdırıcılar daxil etmək
hesabına Aristotel sillogizmlərinin tezlik genişləndirilməsi
mümkün olmuşdur.
Məntiqi hesablamlar aşağıdakı formal sistem
şəklində təqdim edilə bilər:
М = <Т, Р, А, F>,
Burada: Т — baza elementləri çoxluğudur (məsələn,
hər-hansı əlifbanın hərfləridir); Р
— sintaksis qaydaları
çoxluğudur ki, bunların əsasında da T-dən düzgün
qurulmuş düsturlar tərtib edilir; А
– düzgün qurulmuş
düsturlar çoxluğudur ki, bunların da elementləri aksiomlar
adlandırılır; Р
— nəticəçıxarma qaydasıdır. Bu, A
çoxluğundan yeni düzgün qurulmuş düsturlar, yəni
teoremlər almağa imkan verir.
Formal M sisteminə nümunə kimi mülahizələr
hesablamaları və predikatlar hesablamaları göstərilə bilər.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------142------------------------------------
Deduktiv modellər. Mülahizələr hesablamalarında
fərz edilir ki, hər bir düzgün qurulmuş düstur
doğru və ya
yalan ola bilən mülahizədir. Məsələn, “Kərim zavodda
işləyir” mülahizəsi Kərimin
zavodda
işləyib-
işləməməsindən asılı olaraq doğru və ya yalan ola bilər.
“Arif 100 tonluq ştanq qaldırdı” mülahizəsinin təsdiqi isə
bəribaşdan yalandır.
Bu cür elementar mülahizələrdən məntiqi
bağlayıcılar yolu ilə daha mürəkkəb mülahizələr yaradılır
ki, bunlar da yalnız 2 qiymət ala bilir: D-“doğru” və Y-
“yalan”.
Bu bağlayıcılar aşağıdakı növlərə bölünür:
Konyunksiya (“VƏ”) -∧ kimi işarə edilir;
Dizyunksiya (“VƏ YA”) - ∨ kimi işarə edilir;
İmplikasiya (“ƏGƏR – ONDA”) - → kimi işarə edilir;
İnkar (“DEYİL”) - ~ kimi işarə edilir.
Yuxarıdakı bağlamalar üçün doğruluq cədvəli
aşağıdakı kimidir:
Cədvəl 1.
Birinci dərəcəli predikatlar müəyyən tip obyektlərə
aid edilən mülahizələrdir. Mülahizələr hesablamalarının
bütün baza elementləri predikat hesablamalarının baza
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------143------------------------------------
elementləri çoxluğuna daxildir. Predikat hesablamalarının
sintaksis qaydaları, aksiomlar və nəticəçıxarma qaydaları
mülahizələr hesablamalarının müvafiq qayda və
aksiomlarını tamamilə əhatə edir.
Predikatlar biryerli və çoxyerli olurlar. Biryerli (unar)
predikatlar müəyyyən obyektin və ya obyektlər sinfinin
xassələrini əks etdirir. Bunlar Р(
х) kimi yazılır. Burada Р -
predikat işarəsidir, xassəni göstərir,
х —predmet dəyişəni
isə obyekti göstərir. Р(х)
predikatı iki qiymət ala bilir:
D - əgər х obyekti Р xassəsinə malikdirsə
Y - əgər х obyekti Р xassəsinə malik deyilsə.
Unar predikata nümunə olaraq “kompüter lazımlıdır”
hökmünü göstərmək olar. Burada P -“
lazımlı olmaq”
xassəsini, x - isə qiyməti “
kompüter” olan dəyişəni
göstərir.
Çoxyerli (binar, ternar və s.) predikatlar elementlər
qrupu arasında mövcud olan münasibətləri yazmaq (təsvir
etmək) üçün istifadə edilir. Məsələn, “
x ədədi y ədədindən
böyükdür” hökmü
Q(х, у) binar predikatla təsvir edilir.
Buradakı predikat simvolu Q “böyükdür” münasibətini
ifadə edir.
Q(х, у) predikatı х > у olduqda, doğru (D), əks
halda yalan (Y) qiymət alır.
Predikat hesablamalarında, həmçinin (
f, g, h) kimi
predmet dəyişənləri çoxluğundan ibarət olan funksiya
simvollarından da istifadə edilir. Məsələn, əgər
х —
telefondursa, onda
g = f(х) verilmiş evdəki telefon olan
mənzili ifadə edə bilər.
Р(х, у, z, ...) ifadəsi predikat
hesablamalarında atomar düstur adlanır. Atomar düsturlar
bağlayıcıların köməyi ilə mürəkkəb düzgün qurulmuş
düsturlar yaratmağa imkan verir. Məsələn:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------144------------------------------------
)].
,
(
))]
(
(
[
)
(
~
x
y
R
y
g
Q
x
P
∨
∧
Əgər
x
və
y
dəyişənlərinin qiymətləri
göstərilməyibsə, bu düsturun doğru (D) və ya yalan (Y)
olması barədə heç nə demək mümkün deyildir.
Adətən, bu düsturun bütün obyektlər üçün və ya
əksinə, heç olmazsa, bir obyekt üçün doğru olub-olmadığı
maraq doğurur. Bütün obyektlər üçün doğru olmaq
ümumilik kvantoru (∀) ilə, heç olmazsa, bir obyekt üçün
doğru olmaq isə varlıq kvantoru (∃) ilə ifadə edilir və bu
işarələr düsturun başlanğıcında yazılır:
]]
,
(
))
,
(
(
[
)
(
[~
x
y
R
y
x
g
Q
x
P
y
x
∨
∧
∃
∀
Bu, o deməkdir ki, hər bir
x üçün y-in heç olmazsa,
bir D qiyməti varsa, düstur D qiymət alacaqdır.
Bütün dəyişənləri kvantorlarla bağlanmış düsturlar
qapalı düstur adlanır. Bu düstur özünü mülahizə kimi
təqdim edir.
Deduktiv modellər
Р
1
, Р
2
, …, Р
п
kimi bir sıra ilkin
şərtlərdən (aksiomlardan - bunlar həm də, mahiyyətcə,
düzgün qurulmuş düsturlardır) məntiqi cəhətdən doğru
olan hökmlər almaq üçün lazımdır.
Р
1
∧Р
2
... ∧ Р
п
ifadəsinin yalnız və yalnız doğru
qiymət aldığı halda
В doğru qiymət alırsa, onda B Р
1
, Р
2
,
..., Р
п
şərtlərinin nəticəsi hesab edilir.
Predikat hesablamalarının dili relyasiya bazalarına
sorğu dili kimi istifadə edilə bilər. Adi verilənlər bazaları
(məsələn, relyasiya bazaları) estensional verilənlər
bazalarıdır. Bu halda istifadəçi sorğusunu predikat
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------145------------------------------------
hesablarının müəyyən yarımdilində tərtib edir. Adi
verilənlər bazaları ilə yanaşı, deduktiv verilənlər bazaları
da vardır. Bunlar intensional və ekstensional hissələri
birləşdirməklə, əslində, verilənlər bazaları ilə biliklər
bazalarının kombinasiyası kimi fəaliyyət göstərir. Deduktiv
bazalarda aksiomdan fakt çıxarmaq üçün teorem isbatı
metodlarından istifadə edilir.
İnduktiv modellər. İnduktiv nəticəçıxarma
sistemləri
M – formal sistemləri sinfinə aiddir ki, burada
da nəticəçıxarma qaydası hissəvi hökmlər çoxluğundan
ümumi nəticə çıxarılması prosesində meydana çıxır.
İnduktiv nəticəçıxarma eksperimental müşahidələr
əsasında ümumi qanunauyğunluq aşkarlamağa imkan
verir. Bu cür qanunauyğunluqların alınmasının 2 üsulu
vardır:
•
Ehtimallı-statistik üsul;
•
Məntiqi üsul.
Ehtimallı-statistik üsul hadisə və ya müşahidə edilən
verilənlərin kifayət qədər çoxsaylı təkrarlananlığı halında
mümkün olur.
Lakin insan mühakiməsi praktikasında ehtimallı-
statistik metodlara hər zaman əsaslanmaq mümkün
olmur.
Bəzən bu və ya digər obyekt və ya xarici mühit
barədə müəyyən nümunələr və ya təzahürlərin üzərində
aparılan müşahidələr əsasında ümumi qanunauyğunluqlar
və ya gələcəkdə baş verə biləcək hadisələr haqqında
nəticələr çıxarmaq tələb olunur, başqa sözlə, xüsusidən
ümumiyə mühakimə yürüdüb nəticə çıxarmaq lazım gəlir
ki, induktiv metod da əslində elə budur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------146------------------------------------
İnduktiv mühakimə modellərini ilk dəfə Sokrat
qurmağa cəhd etmişdi. Sonra Aristotel sözügedən
nəticəçıxarma sxemini “populyar induksiya” adlandırmışdı.
1620-ci ildə F.Bekon induktiv nəticəçıxarmanı səbəblər
cədvəllərinin köməyi ilə formallaşdırmağa cəhd etmişdi.
F.Bekonun (1561-1626) ideyaları 1990-cı ildə D.S.Mill
tərəfindən inkişaf etdirilmiş və
oxşarlıq, fərqlənmə,
qalıqlar və müşayiətedici, (yanaşı baş verən) dəyişikliklər
kimi induktiv metodlar təklif edilmişdir. Sonrakı illərdə
D.S.Mill (1806-1873) metodları P.Qaek və V.K.Finn
tərəfindən, çoxqiymətli məntiqdən istifadə edilərək, DSM-
metod adlanan məntiiqi-riyazi aparat səviyyəsinə
qaldırılmışdır.
Frensis Bekon
Con Styuart Mill
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------147------------------------------------
Frensis Bekon (ingiliscə Francis Bacon) ingilis
flosofu, siyasətçisi, empirizmin banisi. 23 yaşında
parlamentə seçilir, lord-kansler, Verulam baronu və
Sent-Olban vikontu seçilmişdir. Birinci Yakovun və onun
oğlu Karlın rəhbərliyi dövründə görkəmli dövlət xadimi
olmuşdur.
Bekon peşəkar fəaliyyəti hüquqçu kimi başlayır.
Əsasən induktiv metodların elmi tədqiq olunması ilə
məşğul olmuşdur. Əksər hallarda elmi nəticəni “Bekon
metodu” da adlandırırlar. Alimin fikirinə görə induksiya
biliyi ətraf mühitdən eksperiment, müşahidə və
hipotezin yoxlanması nəticəsində alır. Öz zamanlarında
əlkimyaçılar metoddan geniş istifadə etmişlər. Bekon öz
elmi baxışlarını yazdığı “Yeni orqanon” traktaktında
ətraflı şərh etmişdir (orqanon - biologiyanın heyvan və
bitki orqanizmi üzvlərinin quruluşundan bəhs edən
şöbəsi). Bekon ikihərfdən ibarət şifr yaratmışdır, indiki
zamanda “Bekon şifri” kimi məşhurdur.
Ədəbiyyat aləmində qəbul edilməmiş elmi söhbətlər
mövcuddur, bu Bekonun yazdığı bütün mətnləri Şekspir
adı altında çap etdirməsi ilə bağlıdır.
Con Styuart Mill (ingiliscə John Stuart Mill) ingilis
flosofu, iqtisadçı və siyasi xadim. Ümumnəzəri,
politalogiya və siyasi iqtisad sahələrinə, həmçinin
liberalizm fəlsəfəsinə əhəmiyyətlə tövhələr vermişdir.
Fərdi azadlıq konsepsiyasının tərəfdarı kimi çıxışlar
etmişdir. Belə bir fikir vardır ki, C.Mill XIX əsr ingilis dilli
fəlsəfənin tanınmış şəxslərindən biridir. Uzun illər boyu
Britaniya Parlamentinin üzvü olmuşdur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------148------------------------------------
V.K.Finn
Finin Viktor Konstantinoviç 15 iyul 1933-cü ildə
Moskva şəhərində anadan olmuşdur, texnika elmləri
doktorudur. Linqvistika İnstitutunun intellektual sistem
şöbəsinin müdiri, elmi şuranın üzvü, doktorluq
dissertasiyası üzrə şuranın üzvü, “Elmi texniki
informasiya” jurnalının redaksiya heyyətinin üzvü,
Rusiya süni intellekt assosiasiyasının üzvü, əsas elmlər
üzrə ümumdünya assosiasiyasının üzvüdür.
Bu metod tədqiqatçı-eksperimentatorun induktiv
mühakimələrini modelləşdirir. DSM-metod informasiya
yetərsizliyi şəraitində verilənlərin məntiqi emalının yeni
vasitəsi olmaqla, qanunauyğunluq fərziyyələrini avtomatik
formalaşdırmağa imkan verir. Formallaşdırılmış induktiv
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------149------------------------------------
metodlar, o cümlədən, DSM-metod eksperimental
verilənlərdən çıxarılan nəticələrlə biliklər bazasını
avtomatik doldurmaq imkanları açır. DSM-metoddan
interaktiv rejimdə istifadə edilməsi elmi tədqiqatların
avtomatlaşdırılmasının olduqca səmərəli sistemlərini
qurmağa imkan verir.
Eksperimentlər DSM-metodun olduqca yüksək
səmərəlilik nümayiş etdirdiyini üzə çıxardı. Bu, xüsusilə
də, kimyəvi birləşmələrin yenidən sintezi zamanı bioloji
aktivliyin proqnozlaşdırılması məsələlərinin həllində özünü
qabarıq şəkildə göstərdi. Fərziyyənin yoxlanması üçün
deduktiv metodlardan istifadə edilməsi məqsədəuyğun
olduğundan, deduktiv və induktiv formalizmləri vahid
sistem alında birləşdirmək problemini həll etmək lazım
gəldi.
1975-ci ildə Q.Saymon BACOM adlı induktiv
nəticəçıxarma proqramını işləyib hazırladı ki, bu da süni
intellekt metodları ilə təbiət elmlərində qanunlar aşkar
etmək üçün nəzərdə tutulmuşdu. Sonra bu proqramın
təkmilləşdirilmiş variantı – BACOM-5 meydana çıxdı.
Maraqlı cəhət bu idi ki, BACOM proqramının köməyi ilə
eksperimental verilənlər əsasında ideal qaz qanunu, Kulon
(1736-1806) qanunu, Keplerin üçüncü qanunu, G.S.Om
(1789-1854) qanunu, rəqqas və sabit təcil üçün Qaliley
qanunları yenidən kəşf edildi.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------150------------------------------------
Şarl Oqyusten de Kulon
Georq Simon Om
Qalileo Qaliley
İohan Kepler
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------151------------------------------------
Psevdofiziki məntiqlər. Birinci dərəcəli predikatlar
(Yüksək dərəcəli məntiqlərdə kvantorlar yalnız
х, у, z
dəyişənləri üçün deyil, həm də predikatlara və
funksiyalara da tətbiq edilir) məntiqinin böyük imkanlara
malik olmasına baxmayaraq, bu, zaman, məkan,
səbəbiyyət və s. kimi mürəkkəb anlayışlarıdan söhbət
gedən hallarda biliklərin məntiqi təqdimatı üçün münasib
olmur. Bu hallarda psevdofiziki məntiqlər daha
münasibdir. “Psevdofiziki” termini fiziki gerçəkliyi olan
məntiqi münasibətlərin əks etdirilməsi ilə bağlıdır.
Psevdofiziki məntiqlərin tətbiqi aşağıdakılara imkan
verir:
-insanın ətraf fiziki dünya barədə qeyri-səlis
mühakimələrini, məsələn, hadisələrin zamanlı əlaqəliliyi,
obyektlərin məkanda yerləşməsi, fiziki hadisələr arasında
səbəb-nəticə əlaqələri, onların başvermə tezliyi və s.
haqqında mühakimələrini imitasiya (təqlid) etmək;
-nəticəçıxarma qaydaları əsasında yeni biliklərin
qenerasiyası (yaradılması). Bu biliklər təbii dildəki
mətnlərdən və ya sensor sistemlərdən alınmış
situasiyaların təsvirini tamamlayır və intellektual
sistemlərin yaddaşına daxil edilir.
Psevdofiziki məntiqlərin yaradılması münasibətlərin
semantikasını (zamanı, məkanı və s) nəzərə alan formal
sistem qurmağı və verilmiş psevdofiziki məntiqi təyin
edən fiziki gerçəkliyin modelini yaratmağı əhatə edir.
Məsələn, intellktual qurğu üçün zaman məntiqi
situasiyanın təsvirində əyani iştirak etməyən zamanlı
münasibətləri və bu münasibətləri bərpa edən deklarativ
təsvirləri hasil edən formal sistemlə təchiz edilmiş olur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------152------------------------------------
Psevdofiziki məntiqin əsas problemi elə məntiqlər
(fəzalı, zamanlı, kauzal (səbəblilik, hadisələr arasında
səbəb əlaqəsi), fəaliyyət məntiqləri) yaratmaqdan
ibarətdir ki, nəticədə insanın qeyri-səlis mühakimələrini
imitasiya etməyi bacaran tamfunksional intellektual
sistemi yaransın.
Produksiyalar. Burada produksiya dedikdə,
situasiya→hərəkət (iş, fəaliyyət, təsir), ilk şərtlər→rəy
(fikir,qərar), səbəb→nəticə və s. cütlüklərdən ibarət olan
qayda-produksiya nəzərdə tutulur. Bu cür qaydalar
müxtəlif bilik sahələrində və fəaliyyət növlərində rast
gəlinir. Gündəlik həyatımızda bizi müxtəlif davranış
qaydaları, küçə hərəkəti qaydaları, qrammatik qaydalar
əhatə edir.
Cinayət məcəlləsinin müddəaları da qayda kimi çıxış
edir ki, bunun da sol tərəfi dispozisiya (dispozisiya
dedikdə ya qoşunun döyüşə hazır vəziyyəti, ya da ki,
donanmanın əvvəlcədən təyin edilmiş plan üzrə müəyyən
yerdə hazır durması başa düşülür), sağ tərəfi sanksiyadır.
Əgər söhbət proqramlaşdırmadan gedirsə, onda
produksiya dedikdə,
produksiyanın adı, tətbiqolunma
şəraiti, operator üçlüyü nəzərdə tutulur. Bəzi hallarda
produksiya implikasiya (“əgər-onda”) anlamına yaxın
məna daşıyır. Odur ki, produksiya implikasiya şəklində,
yəni,
,
β
→
α
kimi işarə edilə bilər. Əgər tətbiqolunma
şəraitinin daha ətraflı açılması tələb olunursa, onda
,
2
1
B
P
P
P
n
→
∧
∧
∧
kimi yazmaq lazımdır. Burada
P
i
(
i = 1,2,..., n) konyunksiya formasında təzahür edən
tətbiqolunma şəraitidir;
B – rəy (fikir, qərar) olmaqla,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------153------------------------------------
bəzən hərəkət (iş, fəaliyyət, təsir) kimi mənalandırıla bilir
ki, bu da implikasiya produksiyasından əhəmiyyətli
dərəcədə fərqlənir.
Aşağıdakı 2 misala baxaq:
1.Avadanlığın
istismarı
sahəsindən qayda-
produksiya: “Əgər qazın temperaturu
Т ≥ 30° С və
təzyiqi 49⋅10
4
Pа-dırsa, onda rejim pozulub, buna görə də
sərinkeşi qoşmaq və mayeli nasosu söndürmək lazımdır”.
2.DENDRAL sisteminin produksiyasına misal:
,
)
(
)
(
)
(
)
(
4
4
3
3
2
2
1
1
B
x
P
x
P
x
P
x
P
→
∧
∧
∧
Burada:
х
i
(i = 1, 2, 3, 4) — atom ədədinin elektrik
yükünə nisbəti;
Р
1
, Р
2
, Р
3
— spektroqramdakı yüksək
piklər; Р
4
— spektroqramdakı hər hansı başqa pikdir.
Əgər
x
1
= 71,
x
2
= 43,
x
3
= 86 və
x
4
= 58 olarsa, onda
tədqiq edilən maddədə η — propilikten-3 maddəsi iştirak
etməlidir.
Əgər produksion sistem barədə danışarkən istifadəçi
nəzərə alınmırsa, onda bu sistem 3 moduldan (blokdan)
ibarət proqram sistemi kimi çıxış edir. Həmin modullar
müxtəlif cür adlanır:
•
Qlobal verilənlər bazası (sadəcə baza, və ya B-modul);
•
Qayda-produksiyalar çoxluğu (P-modul);
•
İdarəetmə sistemi (İ-modul).
Bu modullar arasındakı əlaqə aşağıdakı kimi dinamik
produksion sistem yaradır:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------154------------------------------------
Şəkil 3. Produksion sistem – dinamik sistem kimi
Qlobal verilənlər bazası (B-modul) ümumi qəbul
olunmuş anlamda olan verilənlər bazası kimi başa
düşülməməlidir. Bu, (B-modul), daha çox əsas verilənlər
bazasının hər hansı bir işçi zonasıdır ki, buna da qayda-
produksiyaların təsiri altında özünün
х(t) vəziyyətini
dəyişən dinamik sistem kimi baxılır.
Qayda-proquksiyalar (P-modul) çoxluğu sistemin
biliklər bazasını təşkil edir. İdarəetmə sistemi (İ-modul) P-
moduldan müəyyən strategiya üzrə lazımi produksiyaları
seçib qlobal verilənlər bazasına (B-modula) təsir edərək
onu
х(t) vəziyyətindən х(t+1) vəziyyətinə keçirir.
Produksion sistem ya terminal vəziyyətinə gələnədək
işləyir, ya da verilmiş situasiyada lazımi produksiyanın
olmaması üzündən dayana bilmir. Terminal vəziyyəti
məsələnin həllinin başa çatdığını ifadə edə bilər. Lakin
əgər terminal vəziyyəti əvvəlcədən təyin edilmiş
taktlardan az olan vəziyyəti əks etdirərsə, bu o demək
olacaq ki, produksion sistem məsələni həll edə
bilməmişdir. İdarəetmə sistemi (İ-modul) üçün qolbal
verilənlər bazasının (B-modulun)
х(t) vəziyyəti ilə terminal
vəziyyəti arasındakı fərq təsir stimuludur. Yəni, B-
İ-modul
P-modul
B-modul
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------155------------------------------------
modulun
х(t) vəziyyəti terminal vəziyyətinə çevrilənədək
İ-modulun təsiri altından çıxa bilmir.
Beləliklə, proquksion sistemin fəaliyyətini formal
şəkildə aşağıdakı kimi yazmaq olar:
х (t+1) = f (х(t), u(x)).
Burada:
u
i
∈ U, U — qayda-produksiyalar
çoxluğudur.
İndi də nümunə üçün “Səkkiz” oyununu nəzərdən
keçirək.
Bu oyunda qlobal verilənlər bazasının (B-modulun)
vəziyyəti 3×3 ölçülü 9 xanada yerləşən nömrələnmiş 8
fişkanın (fişka -müxtəlif oyunlarda işlənən daş, marka və
i. a.) cari yerləşməsindən ibarətdir. Bu halda, qayda-
produksiyalar kimi boş xananın hər hansı fişka ilə
yerdəyişməsindən ibarət olan alternativlər çıxış edəcəkdir.
Əgər boş xana kvadratın mərkəzindədirsə, fişkalarla
yerdəyişmə alternativi 4, qıraqdadırsa -3 olacaqdır.
Bu halda qlobal verilənlər bazasının (B-modulun)
х(t) vəziyyəti nömrəli fişkaların kvadratdakı cari
yerləşməsi olacaqdır. Dəyişmələrin tam mənzərəsini “VƏ
YA” qraf-ağacı ilə təsvir etmək olar ki, burada da qraf
təpələri sistemin hər vəziyyətdən bütün alternativlərdən
istifadə edərək keçdiyi bütün vəziyyətləri göstərəcəkdir.
Əgər indi müəyyən idarəetmə strategiyası -
U:(х)
seçilərsə, onda qrafda məqsəd (hədəf) təpəsinə aparan
yeganə yol əmələ gələr. Bu halda strategiya öz yerində
olmayan fişkaların üzərindəki nömrələrin cəmindən ibarət
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------156------------------------------------
olacaqdır. Hər dəfə boş xananın yerini elə dəyişmək
lazımdır ki,
U:(х) azalsın və ya artmasın. Bu strategiya
qrafda ilk vəziyyətdən məqsəd vəziyyətinə 4 aralıq
vəziyyətdən keçib gedən yeganə yolu göstərir.
İndi isə kommivoyajör (xarici ölkələrdə ticarət
agenti) məsələsinə baxaq. Fərz edək ki, ticarət agentinin
marşrutu ABCDE kimi 5 şəhərdən keçir. Bu halda qlobal
verilənlər bazasının (B-modulun)
х(t) vəziyyəti t
məqamına agentin gəldiyi şəhərlərin cari siyahısı
olacaqdır. Başlanğıc vəziyyəti
х(0) = А, məqsəd (hədəf)
vəziyyəti isə
х(5) = А olacaqdır. Çünki agent bütün
şəhərləri gəzdikdən sonra A məntəqəsinə qayıtmalıdır.
Bütün hərəkət alternativlərinin nəzərdən keçirilməsi
məqsəd təpələrinin sayı 4!=24 olan “VƏ YA” qrafına
gətirib çıxarır. Əgər hər hansı strategiya, məsələn, hər
dəfə yaxın şəhərə getmək strategiyası seçilərsə, onda
qrafda ABCDE təpələrinə müvafiq yeganə yol
yaranacaqdır.
Baxdığımız hər iki məsələdə seçilmiş strategiyada
qayda-produksiya
β
α
→
şəklində olacaqdır. Yəni, bu
qayda-produksiya - “əgər
t addımında cari vəziyyətlə
məqsəd vəziyyəti arasındakı fərq α-dırsa, onda β qərarını
qəbul et” - şəklində olacaqdır. Əgər hər bir vəziyyətdə
bütün
n idarəetmə alternativlərindən istifadə edilibsə və
buna uyğun “VƏ YA” qrafı qurulubsa, onda produksiya
.
2
1
n
β
∨
∨
β
∨
β
→
α
şəklində təsvir ediləcəkdir.
Lakin heç də həmişə qrafda yeganə yol təmin edən
strategiya seçmək mümkün olmur. Bu halda qrafın eninə
və dərininə, əgər lazımdırsa, əvvəlki vəziyyətə qayıtmaqla,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------157------------------------------------
axtarış həyata keçirilir. Axtarış prosesində həll edilən
məsələnin mahiyyətindən irəli gələn müxtəlif
evristikalardan (evristika - nəzəri tədqiqatın məntiqi və
metodik üsulları sistemi) istifadə edilir.
Baxdığımız misallarda produksiyalar başlanğıc
vəziyyətdən məqsəd vəziyyətinə düz istiqamətdə istifadə
edilmişdir. Bu produksiyalar düz (birbaşa) produksiya (D-
produksiya) adlanır. Lakin əks proses, yəni, əks
produksiyaların (Ə-produksiya) köməyi ilə məqsəd
vəziyyətindən başlanğıc vəziyyətə keçid də mümkündür.
Bu halda baş məqsəd ardıcıl olaraq hissəvi məqsədlərə
parçalanır. Bundan əlavə, ikiistiqamətli proses də
mümkündür. Lakin bu halda qlobal verilənlər bazasında
(B-modulda) həm vəziyyətlər, həm də məqsədlər təqdim
edilir.
Produksiyalar predikat hesablamaları ilə birləşdirilə
də bilər. Bu zaman qayda-produksiyalar əsasında
deduktiv metodun gerçəkləşdirilməsi üçün imkan açılır.
Başqa sözlə, çox hallarda mühakimələr yürütmək metodu
ilə müqayisədə daha səmərəli prosedur meydana çıxır.
Lakin, biliklər modeli olmaqla, predikat
hesablamaları barədə bir iradı da qeyd etməmək mümkün
deyildir. İş burasındadır ki, semantik şəbəkələr nəzərdən
keçirilərkən qeyd edilmişdi ki, bəzi şərtlərdə bunları
məntiqi nəticəçıxarma sistemi ilə əlaqələndirmək
mümkündür. Yəni
produksiyalı
predikat
hesablamalarından
semantik
şəbəkələrə
keçidin
mümkünlüyü sübut edilmişdir.
Artıq qeyd edildiyi kimi, freymlər öz slotlarında
produksiyaları saxlaya bilirlər.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------158------------------------------------
Beləliklə, hal-hazırda məlum olan müxtəlif biliklər
modelləri arasında dərin bir ümumilik müşahidə olunur.
Əslində, burada qeyri-adi heç nə yoxdur, çünki bu
modellərin hamısında söhbət münasibətlərdən gedir.
Dostları ilə paylaş: