Hibrid ekspert sistemləri. Hibrid ekspert
sistemləri məntiq-linqvistik modellərə əsaslanan ənənəvi
ekspert sistemlərindən fərqli olaraq həm də riyazi
modellərə əsaslanır. Ənənəvi avtomatlaşdırma sistemləri
(Layihələşdirmə işlərinin avtomatlaşdırılması sistemləri,
Avtomatlaşdırılmış planlaşdırma sistemləri və Elmi-
tədqiqatların avtomatlaşdırılmış sistemləri) riyazi modellər
üzərində qurulmuşdur. Buna görə də bu sistemlərdə
layihələşdiricilərin, planlaşdırıcıların, tədqiqatçıların və s.
qeyri-formal (düsturla ifadə edilməmiş) xüsusi biliklərini
nəzərə almaq mümkün deyildir. Odur ki, riyazi modellərlə
məntiq-linqvistik modelləri birləşdirmək çox vacibdir.
PRİZ və MAVR sistemlərindən istifadə edilərkən,
məsələn, avtomatlaşdırılmış layihələşdirmə sisteminin
girişində layihələşdiricinin tərtib etdiyi texniki model
variantı meydana çıxa bilir. PRİZ və ya MAVR
sistemlərindən kənarda həyata keçirilən texniki modelin
formalaşdırılması zamanı layihələşdiricilərin xüsusi
biliklərindən və təcrübəsindən istifadə edilir. Texniki
modelin formalaşdırılması üçün ekspert alt sisteminin
yaradılması və onun avtomatlaşdırılmış layihələşdirmə
sistemi ilə birləşdirilməsi nəticəsində hibrid ekspert sistem
alınır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------178------------------------------------
Ümumiləşdirilmiş
tətbiqi intellektual
sistemlər. Bunlar ekspert alt sistemləri ilə tamamlanmış
hesablama-məntiq sistemləri və ya güclü hesablayıcı
komponenti olan paylanmış ekspert sistemləridir.
İntellektual sistemlərin bütün növləri mövcud EHM və
kompüterlər üzərində gerçəkləşdirilir. Bu, intellektual
sistemlərin tətbiqi sahəsində ilkin nəticələr almaq və
təcrübə toplamaq üçün lazımdır. Lakin daha böyük
səmərə EHM-in daxili intellektuallaşdırılmasından istifadə
edildikdə alınır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------179------------------------------------
ELEKTRON HESABLAMA
M
AŞINLARININ DAXİLİ
İNTELLEKTUALLAŞDIRILMASI
EHM-in daxili intellektuallaşdırılmasının məqsədi, bir
tərəfdən, elə arxitekturalı EHM yaratmadan ibarətdir ki,
informasiya emalının paralelləşdirilməsi hesabına daha
böyük məhsuldarlığa nail olmaq mümkün olsun, digər
tərəfdən də, süni intellektin spesifik məsələlərinin həllinə,
o cümlədən, yüksək səmərəli ekspert sistemləri yara-
dılmasına istiqamətlənmə həyata keçirilsin.
YÜKSƏK MƏHSULDAR EHM-LƏR
Paylanmış yaddaşı və yüksək paralel inormasiya
emalı imkanı olan bütün hesablayıcı sistemlər praktiki
olaraq MKMD (Множество потоков Команд - Əmrlər
axını çoxluğu-Verilənlər axını çoxluğu) sinfinə aid
arxitekturaya malikdir.
Bu sinif sistem yaradılarkən aşağıdakı qarşılıqlı
əlaqəli 3 problem meydana çıxır:
•
Hesablamalar modeli;
•
Hesablamalar modelində idarəetmə sxemi;
•
Konkret MKMD arxitekturası.
Hesablamalar modeli proqramı əmələ gətirən və
verilmiş məqamda icrası tələb olunan operatorların
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------180------------------------------------
seçilməsi prinsipini təyin edir və aşağıdakı modelləri
fərqləndirməyə imkan verir:
-
ardıcıl hesablamalar modeli (Con fon Neyman
prinsipi) – operatorlar proqramçının verdiyi ardıcıllıqla icra
edilir;
-
verilənlər axınları ilə hesablamalar modeli (hər bir
operator bütün arqumentlərin hazır olduğu məqamda icra
edilir);
-
reduksion (Azaldılmış, ixtisar edilmiş) (rekursiv
(Özü-özünü çağıran funksiya)
hesablamalar modeli –
icrasını hər hansı başqa operator tələb etdikdə hərəkətə
gələn operator;
-
obyekt-istinad hesablamalar modeli (operator –
müraciət (sorğu) yönəldildikdə fəallaşan obyektdir. Bu
halda proqram müəyyən obyektlər şəbəkəsi kimi təsəvvür
edilir).
Hesablamalar modelləri üçün aşağıdakı idarəetmə
sxemlərindən istifadə edilir:
-
operatorların icrasının idarə edilməsi sxemi
(məcburi ardıcıl və ya paralel icra);
-
verilənlərdən çıxış etməklə idarəetmə sxemi
(hesablamalar modelinin bu və ya digər fraqmentinin
fəaliyyətini verilənlər təyin edir);
-
sorğuların idarə edilməsi sxemi (daxil olan sorğu bu
və ya digər operatorun aktivliyini təyin edir).
MKMD kompüterlərinin arxitekturaları.
Universal arxitekturalı və xüsusi əlaqələri olan arxitekturalı
MKMD kompüterləri mövcuddur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------181------------------------------------
Universal arxitekturalı MKMD kompüterləri ümumi
şinli və bütün proseslər arasında əlaqə təmin edən
kommunikasiyalı şəbəkəyə malik arxitekturalı sistemlərdir.
Xüsusi
əlaqələri
olan
arxitekturalı
MKMD
kompüterləri isə ikiölçülü, üçölçülü və s. şadara (iri qəlbir)
tipli ağacşəkilli arxitekturaya malikdir.
Əlaqələrin təşkili baxımından, bu arxitekturaları 2
növə ayırmaq olar:
•
Bilavasitə universal əlaqələri olan sistemlər;
•
Tranzitiv universal əlaqələri olan sistemlər.
Makrokonveyerli hesablayıcı kompleks. Bu,
paylanmış yaddaşı və universal rabitə sistemi (“hər birinin
hər biri ilə” paralel informasiya mübadiləsini təmin edən
kommunikasiya şəbəkəsi nəzərdə tutulur) olan MKMD tipli
çoxprosessorlu
hesablayıcı
sistemdir.
Maksimal
konfiqurasiyada (Hər biri saniyədə 0,5 milyon əmr icra
edə bilən 256 prosessor və hər prosessora 0,5 Meqabayt
yaddaş cəmləşdirilmiş hesablayıcı sistem nəzərdə tutulur)
bu sistem saniyədə 100 milyon əmr icra edə bilir.
Makrokonveyer hesablamalarının mahiyyəti ondan
ibarətdir ki, biliklərin prosessorlar arasında paylanması
zamanı hesablamaların növbəti addımında hər prosessora
elə tapşırıq verilir ki, onun icrası prosessorlararası qarşılıqlı
fəaliyyət olmasını tələb etməsin.
QEYD: Makrokonveyr - proqram və aparat
dəstəyinə malik olan, makrokonveyr prinsipinə
əsaslanaraq hesablamanın təşkil olunmasını yerinə
yetirə bilən bölüşdürülmüş çoxprosessorlu sistemdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------182------------------------------------
Prinsip 1978-ci ildə sovet riyaziyyatçısı V.M.Qluşkov
tərəfindən təklif olunmuşdur.
Hesablamaların makrokonveyer təşkili məsələnin həll
alqoritmini həyata keçirən
proqramların
dövri
strukturlarının təhlili nəticəsində mümkün olur. Yəni,
informasiya emalının paralelləşdirilməsinin əsas obyektləri
proqramlardakı dövrlər, xüsusilə də iç-içə olan dövrlərdir.
Həm də bu zaman iş elə təşkil edilir ki, dövrlərin emalı
nəticələri bir prosessordan digərinə yubanmadan
ötürülsün. Beləliklə, burada işin təşkili xətti konveyerdəki
təşkiletməyə bənzəyir. Bu sözdəki “makro” onu göstərir
ki, işin paralelləşdirilməsi mikro əmrlər səviyyəsindəki
dövrlərdə deyil, xarici dövrlərdə baş verir.
İkiqat
və
ya üçqat dövrlərin
icrasının
paralelləşdirilməsi müvafiq olaraq ikiölçülü və ya üçölççülü
makrokonveyer sistemlərinin təşkilinə gətirib çıxarır.
Makrokonveyerli
hesablayıcı
sistemdə
hesablamaların idarə edilməsi paylanmış əməliyyat sistemi
(PƏS) tərəfindən həyata keçirilir ki, bu da müxtəlif tip
makrokonveyer hesablamalarının təşkilini və həll edilən
məsələdən asılı
olaraq
sistemin
dinamik
rekonfiqurasiyasını təmin edir.
Kompleksin tərkibinə idarəedici prosessorlar, 64 və
128 mərtəbəli üzən vergüllü, vektor əməliyyatlı hesabi
prosessorlar daxildir. Bunların sonrakı inkişafı real vaxt
prosessorları və məntiqi nəticəçıxarma prosessorlarına
keçidlə bağlı olacaqdır.
Makrokonveyerli
hesablayıcı
kompleks
üçün
ümumsistem və tətbiqi proqramların işlənib hazırlanması
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------183------------------------------------
paralel proqramlaşdırmadan ötrü yaradılmış MAYAK adlı
xüsusi dildən istifadə edilir. Bu, paylanmış çoxprosessorlu
sistemlər üçün yaradılmış yüksək səviyyəli alqoritmik
dildir. MAYAK dili FORTRAN və ya PASKAL kimi ənənəvi
ardıcıl proqramlaşdırma dilləri ilə yaxşı uyuşan dildir. Bu
dil müxtəlif prosessorlarda icra edilən proqram
modullarının hazırlanmasında istifadə edilir.
Dinamik arxitekturalı maşın. Hesablamalar
modelləri baxımından yüksək intellekt səviyyəsinə malik
bu hesablayıcı struktur obyekt-istinad modelləri sinfinə
aiddir ki, bunun da təməlində dinamik avtomat şəbəkələr
durur. Həmin şəbəkələr ixtiyari məsələni dinamik struktur
kimi, başqa sözlə, bir-biri ilə müəyyən münasibətlər üzrə
əlaqəli olan və informasiya mübadiləsi edən obyektlər
çoxluğu şəklində təqdim edir.
Həm obyektlər, həm də münasibətlər özlərini
struktur kimi təqdim edə bilirlər. Strukturun dinamizmi
odur ki, o, özünü dəyişdirmək qabiliyyətinə malikdir,
başqa sözlə, strukturun tərkibində elə elementlər vardır
ki, onu dəyişdirə bilir.
İlkin proqrama müəyyən başlanğıc struktur
uyğundur ki, bunu da məsələ həlli transformasiyaya
uğradır. Yəni məsələ o halda həll edilmiş sayılır ki,
proqram strukturunda başlanğıc strukturu dəyişdirə
biləcək heç bir element qalmasın.
Baxılan bu, dinamik arxitekturalı maşın modelində,
həm verilənlərdən çıxış edərək idarəetmə sxemindən,
həm də sorğuların köməyi ilə idarəetmə sxemindən
istifadə edilir. Bu arxitektura tərkibinə hesablayıcı və
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------184------------------------------------
kommutasiya modulları daxil olan kommutasiya sistemləri
əsasında qurulmuş universal rabitəli arxitektura tipidir.
Dinamik avtomat şəbəkədə strukturun hər bir
elementinə bir müvafiq sonlu avtomat vardır.
Sonlu avtomat digər avtomatların çıxışındakı
siqnalları özünün giriş siqnallarına çevirməklə yanaşı, həm
də avtomatlararası rabitəni təmin edən kommutasiya
mühitinə təsir edərək bu avtomatın digər avtomatlarla
mövcud olan əlaqələrini dəyişdirə bilir, bütün mövcud
əlaqələri ləğv edə bilir, başqa sözlə, avtomatın özünü
məhv edə bilir, şəbəkəyə yeni avtomatlar daxil edə bilir,
yəni şəbəkənin inkişafını təmin edə bilir.
İxtiyari dinamik avtomat şəbəkəni virtual maşın
saymaq olar. Çünki virtual maşının arxitekturası da
məsələnin həlli gedişində şəbəkədəki struktur dəyişikliyinə
müvafiq olaraq dinamik dəyişikliyə məruz qalır.
Texnologiyanın bugünkü inkişaf mərhələsində
gerçək hesablayıcı modulu tək bir avtomat kimi deyil,
avtomatlar
çoxluğu
kimi
təsəvvür etmək
məqsədəuyğundur. Məsələn, əməliyyat avtomatları
çoxluğu hesablayıcı modulda yerləşdirildiyindən, hər bir
modul özünü prosessoru, operativ və xarici yaddaşı,
həmçinin giriş-çıxış kanalları olan hesablayıcı maşın kimi
təqdim edir. Yəni burada əməliyyat avtomatı prosessor
kimi, avtomatın daxili və xarici təsvirlərinin saxlanması
operativ və xarici yaddaş kimi, avtomatın öz ətraf mühiti
ilə qarşılıqlı fəaliyyəti periferiya qurğularının idarə edilməsi
kimi nəzərə gəlir. Kommutasiya avtomatları çoxluğu
kommutasiya modulunun təşkilediciləridir ki, bu modulun
da özünəməxsus prosessoru vardır və bu prosessor icra
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------185------------------------------------
etdiyi funksiyalar baxımından hesablayıcı şəbəkələrdə
istifadə edilən rabitə prosessoruna yaxındır.
Müasir maşınların daxili dili prinsipial surətdə fərqli
olan iki sinfə aid elementləri - əmrləri və verilənləri
əhatə edir. Məsələnin həll alqoritmini təyin edən proqram
həllin gedişində heç bir dəyişikliyə uğramayan müəyyən
əmrlərin ciddi ardıcıllığından ibarətdir. Verilənlər isə
dəyişdirməyə məruz qalan obyektlərdir və onlar proq-
ramın tərkibinə bilavasitə daxil olmurlar. Bu cür fərqli
olmalarına baxmayaraq, nə verilənlərdə, nə də əmrlərdə
onları bir-birindən fərqləndirəcək heç bir əlamət yoxdur.
Dinamik arxitekturalı maşındakı daxili dil (DAR dili)
həm quruluşca, həm də icra baxımından bir-birinə çox
yaxın olan proqram elementlərindən təşkil edilmişdir ki,
bu elementlərin hər biri də dinamik avtomat şəbəkənin
avtomatına uyğundur. İstənilən proqram elementi həm
icra oluna bilən, həm də dəyişikliyə məruz qalan obyekt
ola biləndir.
Dinamik arxitekturalı maşındakı proqram proqram
elementləri şəbəkəsinə uyğundur və məsələ həlli
prosesində ilkin şəbəkədən məsələnin həlli nəticəsinə
uyğun gələn son şəbəkəyə çevrilir.
Sonda qeyd edək ki, makrokonveyerli hesablayıcı
kompleksdə MAYAK adlı proqramlaşdırma dilindən,
dinamik arxitekturalı maşında isə RYAD dilindən istifadə
olunur.
Dinamik
arxitekturalı
maşınların
nəzəri və
eksperimental tədqiqi göstərmişdir ki, onlardan istifadə
edilərkən sistem və tətbiqi proqram təminatlarının həcmi
bir rəqəm mərtəbəsi qədər, yəni 10 dəfə kiçilir və bununla
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------186------------------------------------
yanaşı, standart element bazasından istifadə edilməsinə
baxmayaraq, səmərəli məhsuldarlığı 1-2 rəqəm mərtəbəsi
qədər, yəni 100 dəfəyə yaxın artır. Bu, eyni zamanda
(paralel) işləyən prosessorların sayının artırılması
hesabına mümkün olur. Dinamik arxitekturalı maşında,
mahiyyətcə, insan kollektivində olduğu kimi, ümumi
məsələnin nisbətən sərbəst alt məsələlərə parçalanması
(dekompozisiyası) və bunların paralel icrası baş verir.
FUNKS
İONAL YANAŞMA ƏSASINDA DAXİLƏN
İNTELLEKTUALLAŞDIRILMIŞ SİSTEM
Funksional yanaşma ideyası analoq və rəqəmsal
hesablamaların
müqayisəsi nəticəsində
meydana
atılmışdır.
Misala baxaq. Fərz edək ki, aşağıdakı funksiyanı
hesablamaq qələb olunur:
F(x) = H (G(x), K(x)).
P(x) funksiyasına xas olan “təbii paralelizm” P(x)
paralel hesablamaları üçün idarəetmə sxemini aşağıdakı
şəkildə olduğu kimi təsəvvür etməyə imkan verir.
Analoq hesablamalarında
P(x) funksiyası keçici
proseslərdəki dəqiqliklə
G, K və H bloklarının hər üçündə
eyni zamanda paralel hesablanır.
Rəqəmsal maşınlarda isə hesablama prosesi, ideyası
struktur proqramlaşdırma metodologiyasına söykənən,
ciddi iyerarxik xarakterli ardıcıl hesablama aktlarından
təşkil olunur.
G, K və H bloklarında baş verən hər bir
hesablama aktından sonra nəticə digər blokun girişinə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------187------------------------------------
ötürülür. Analoq hesablamalarında da iyerarxiklik
mövcuddur, lakin bu, funksional xarakter daşıyır.
Şək.4. P(x) funksiyasının paralelləşdirilməsi
Rəqəmsal sistemlərdə, analoq maşınlarında əldə
edilmiş hesablamaların paralelləşdirilməsinə yaxın olan
paralelləşməyə nail olmaq üçün freym anlayışından
istifadə edilir. Freym tam müəyyənləşmiş strukturu
olmayan və dinamik qiyməti ilə xarakterizə olunandır.
Çünki sistemin işləməsi prosesində freym dəqiqləşdirilə
biləndir. Bu yanaşma, giriş verilənlərin tamamilə təyin
edilmədiyi halda da proqramın işləməsinə, yəni məsələni
həll etməsinə imkan verir. Bu, qarışıq hesablamaları yada
salır.
Baxdığımız, verilənlərdən çıxış etməklə qurulmuş
idarəetmə sxemli hesablamalar modeli obyekt-istinad
modelləri sinfinə aiddir.
H
G
K
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------188------------------------------------
Sistem iki səviyyəlidir. Yuxarı səviyyədə məsələlərin
və sorğuların (icra tapşırıqlarının) situasion təsvirinin
relyasiya dili gerçəkləşdirilir. Aşağı səviyyə isə hes-ablayıcı
model səviyyəsidir. Bu səviyyədə əsas anlayış obyekt
anlayışıdır. Obyektlər 2 tipdir: 1) atomlar (bunlar
hesablama prosesində dəyişməyən statik obyektlərdir), 2)
freymlər (bunlar dinamik obyektlərdir). Statik obyektlərin
ən kiçik yığımı 2 atomdan ibarətdir:
T (doğru) və P
(yalan).
Sistem fəaliyyət göstərərkən atoma iqtibas o atomun
şəklinə göstərişdir. Freymə iqtibas isə həmin freymin
saxlandığı gerçək yaddaş elementinin ünvanıdır. Digər
prosessorlardan asılı olmayaraq verilmiş yaddaş
elementində lokal dəyişiklikləri icra etmək üçün sifariş
qəbul edib işləyə bilən mücərrəd prosessor yaddaş
elementləri ilə əlaqəlidir. Bu mücərrəd prosessor sifarişin
icrası zamanı yeni sifarişlər doğurub, onları digər
prosessorlara göndərə bilir. Konkret prosessora daxil olan
sifarişlər ardıcıl icra olunur. Qeyd olunmuş (sabit) əmrlər
yığımı mövcuddur ki, bunlar da sifarişlərlə birlikdə ötürülə
bilir.
SİMVOL DƏYİŞDİRMƏLƏRİNƏ (EMALINA)
YÖNƏLDİLMİŞ EHM-LƏR
Yeni nəsil EHM-lərin meydana çıxması mətnlərin
emalı, axtarışı və çeşidlənməsi məsələlərinin həllinin
məğzini təşkil edən simvol dəyişdirmələrinə olan tələbatın
artması ilə bağlıdır. Simvol dəyişdirmələri həm də biliklərin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------189------------------------------------
manipulyasiyası ilə bağlı məsələlərin məğzini təşkil edir.
Müasir EHM-lərin arxitekturası hesablamaların avto-
matlaşdırılmasına
yönəldildikdən sonra simvol
dəyişdirmələri ilə müqayisədə hesabi işlənmələrin xüsusi
çəkisi sürətlə azaldı. Bu, EHM-dən istifadənin
səmərəliliyinin azalmasına
və
məsələlərin həllə
hazırlanması və proqramlaşdırılmasının mürəkkəbləş-
məsinə
səbəb oldu. Digər tərəfdən də,
proqramlaşdırmanın öyrənilməsi zərurəti EHM-in kütləvi
tətbiqini ləngidirdi. Bu şərait kütləvi istifadəçilər üçün
nəzərdə tutulan və daha çox simvol emalına yönəldilmiş
yeni nəsil EHM-lərin yaradılmasını zəruri etdi.
İnformasiya-hesablayıcı
məntiqi sistem
(İHMS) yeni nəsil EHM-lər sinfinə aiddir. Bu sistem 5 əsas
blokdan ibarətdir:
•
İşçi yaddaş sahəsi olan həlledicilər;
•
BBİS (BB və VB ilə birlikdə - BBİS-biliklər bazasının
idarəetmə sistemi, BB –biliklər bazası, VB-verilənlər
bazası);
•
Ünsiyyət prosessoru (linqvistik prosessor);
•
İzahetmə alt sistemi;
•
Etibaretmə alt sistemi.
Biliklər bazasında mürəkkəb strukturlaşdırılmış
informasiya semantik şəbəkə şəklində saxlanılır ki, bu
şəbəkənin də təpələri (informasiya vahidləri) öz aralarında
adlandırılmış münasibətlər sistemi ilə əlaqələndirilmişdir.
Biliklərlə aparılan bütün əməliyyatlar informasiya
vahidlərində (freymlərdə, siyahılarda, ssenarilərdə və s.)
saxlanan informasiyanın emalı üzrə semantik şəbəkələrdə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------190------------------------------------
icra edilir. Məsələn,
К
i
qiymətli Ф
i
freymində
S
i
adlı
slotlarda (yuvalarda) saxlanan informasiya həm sabit
(konstant), həm də xüsusi yaradılmış faktların bitkin
toplusu ola biləndir. Bəzi slotların qiyməti bitkin bir
Р
1
, P
2
,
...,
Р
п
kimi sabit faktlar cədvəli ilə bağlı ola bilir. Odur ki,
verilənlər bazası daha mürəkkəb strukturun, yəni biliklər
bazasının tərkibinə daxil olur. Biliklər üzərində aparılan
bütün əməliyyatlar, yəni semantik şəbkələrdə axtarış
(naviqasiya), şəbəkələrin yenidən qurulması, informasiya
vahidlərində saxlanan informasiyanın emalı, biliklərin
emalı, bütün bunlar məntiqi nəticəçıxarma prosedurları ilə
sıx
bağlıdır.
Bu
sistemdə
biliklər
bazasının
zənginləşdirilməsi və bilik axtarışı zamanı zəruri olan
deduktiv nəticəçıxarma prosedurları bazada saxlanan ayrı-
ayrı müşahidələr və faktlar əsasında yeni informaiya
alınması üçün istifadə edilən gerçəyəbənzər nəticəçıxarma
prosedurları ilə birlikdə tətbiq edilir.
Linqvistik prosessorlarda şəbəkə tipli qrammatikadan
(Vuds, Konvey sxemlərindən, genişləndirilmiş keçidlər
şəbəkələrindən) geniş istifadə edilir. Bu qrammatikadakı
prosedurlar açıq-aşkar produksion xarakter nümayiş
etdirir ki, bu da hökmən məntiqi nəticəçıxarma
problemlərinə
gətirir. Produksion tipli ekspert
sistemlərinin
informasiya-hesablayıcı məntiqi sistem kimi
gerçəkləşdirilməsi zərurəti məntiqi nəticəçıxarma
mexanizmlərinin yaradılması vəzifəsini irəli sürür.
İnformasiya-hesablayıcı məntiqi sistemdə cürbəcür
məntiqi nəticəçıxarma mexanizmləri gerçəkləşdirilmişdir
ki, bunlar da aşağıdakı məsələləri həll etməyə imkan
verir:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------191------------------------------------
-problem oblastının müəyyən anlayışlar və bu
anlayışlar arasındakı münasibətlər sistemi (bu sistem həm
də təsvirlərin avtomatik zənginləşdirilməsini təmin edir) ilə
təsviri;
-təsvirlərin dəyişdirilməsinin müxtəlif proseslərinin və
funksional məntiqlər əsasında funksional asılılıqların
təhlili;
-problem oblastındakı qanunauyğunluqlar barədə
gerçəyəbənzər nəticəçıxarmalara gətirən məntiqi
quraşdırıcı tipli prosedurlar əsasında problem oblastında
yeni obyektlərin quraşdırılması və onların münasibətlər
sisteminə daxil edilməsi.
İnformasiya-hesablayıcı məntiqi sistem işlənib
hazırlanarkən məntiqə “dil-hesablama” cütlüyü, bu
cütlükdəki dilə isə “sintaksis-semantika” cütlüyü kimi
baxılır.
Bu yanaşma problem oblastını və həmin oblastda
məsələ həlli ilə bağlı bütün prosedurları təsvir etməyə
imkan verir. Bu yanaşma göstərir ki, EHM arxitekturasının
qurulmasının ənənəvi üsuluna alternativ mövcuddur.
İnformasiya-hesablayıcı məntiqi sistemin əsas xüsusiyyəti
odur ki, burada qarşılıqlı fəaliyyət göstərən məntiqi
sistemlər bir-birinə qətiyyən bənzəmir.
Sonda göstərək ki,
informasiya-hesablayıcı məntiqi
sistem aşağıdakı ampulalarda istifadə edilə bilər:
-çox güclü biliklər bazası və ya geniş inkişaf etmiş
vasitələrə malik, o sıradan, inkişaf etmiş birbaşa və dolayı
sorğular dili olan, sonrakı versiyalarında isə şifahi (səs dili
ilə) giriş-çıxışlı və qrafik interfeysli intellektual interfeys;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------192------------------------------------
-ekspert sistemi və ya biliklərə əsaslanan ixtiyari
başqa intellektual sistem;
-hibrid sistem. Bu o halda mümkündür ki,
informasiya-hesablayıcı məntiqi sistem tətbiqi proqram
paketləri ilə işləyən EHM-lə birləşdirilsin.
Dostları ilə paylaş: |