Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə11/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
13 
təşkilatları üçün 24, qeyri-hökümət təşkilatları üçün 1 standart olmaqla
cəmi 62 Milli Mühasibat Uçotu Standartı fəaliyyət göstərməkdədir. 
Müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin yeni hesablar planı da 
Milli Mühasibat Uçotu Standartlarının tərkib hissəsi ollmaqla, ikinci sə-
viyyəyə aid edilir. 
Üçüncu səviyyə
müxtəlif təyinatlı normativ sənədləri birləşdirir və 
tövsiyə xarakteri daşıyır. Bunlara təlimatlar, şərhlər, Respublika Maliyyə 
Nazirliyinin və digər müvafiq nazirliklərin uçotun ümumi metodologiyasını 
konkretləşdirən məktubları və digər bu kimi normativ sənədlər aid edilir.
Dördüncü səviyyə
təşkilatın özünün hazırladığı əmrlərdən, göstəriş-
lərdən və təlimatlardan ibarətdir (məsələn, müəssisənin uçot siyasəti, işçi
hesablar planı və s.). 
Uzun illər ərzində bazar ənənələri əsasında fəaliyyət göstərən ölkələrdə 
(Fransa, İtaliya, Almaniya, ABŞ) mühasibat uçotu və hesabatın tənzimlən-
məsi sistemi biri-digərindən fərqlənir. Həmin ölkələrdə bu sahədə mövcud 
olan praktika Azərbaycandan da ciddi şəkildə fərqlidir. 
Fransada
uçot və hesabatın tənzimlənməsinin əsasını Kommersiya 
Kodeksi təşkil edir. Bu sənəddə mühasibat uçotunun təşkili və hesabatın ha-
zırlanmasının başlıca şərtləri öz əksini tapmışdır. 
Almaniyada
mühasibat işinin çox qədim ənənələri mövcuddur. Bu 
ölkədə uçot və hesabatın qanunvericilik əsası Ticarət Kodeksi hesab olunur. 
Adı çəkilən sənəd mühasibat uçotunun digər məsələləri ilə yanaşı, hesabatın 
tərtib olunması qaydalarını da tənzimləyir. Burada balansın, mənfəət və 
zərərlər haqqında hesabatın məzmunu və tərtib olunması ilə bağlı qaydalar
ətraflı şəkildə araşdırılır. Almaniyada vahid hesablar planı qüvvədədir və 
onun əsasında sənaye, ticarət və maliyyə sferasının təşkilatları üçün ayrı-
ayrı sahələr üzrə mühasibat uçotunun hesablar planı hazırlanmışdır.
Müxtəlif alman mənbələrinə nəzər salsaq, görərik ki, bu ölkədə mü-
hasibat uçotu və hesabatın aparılmasını tənzimləyən aşağıdakı sənəd qrup-
larını fərqləndirmək olar: 

kommersiya normativ aktları; 

vergi qanunvericiliyi; 

vergi təlimatları; 

uçot siyasətinin materialları; 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin