Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə10/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
12 
1.2. Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının 
normativ tənzimlənməsi
Maliyyə hesabatlarını düzgün tərtib etmək üçün qüvvədə olan qanun-
vericiliyin bütün tələblərini nəzərə alan informasiyalara malik olmaq la-
zımdır. Hazırda Azərbaycanda uçot və hesabatın tənzimlənməsinin dördsə-
viyyəli sistemi təşəkkül tapmışdır. Bu sistemin formalaşmasına ölkədə iqti-
sadi cəhətdən yenidənqurma, təşkilatların yeni bazar şəraitinə uyğunlaşması, 
habelə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında Milli Mü-
hasibat Uçotu Standartlarının hazırlanması və tətbiqi fəal rol oynamışdır. 
Birinci səviyyəyə
mühasibat uçotunu və hesabatı müstəqim və dolayı 
şəkildə tənzimləyən qanunlar, Respublika Prezidentinin sərəncamları və 
Nazirlər Kabinetinin qərarları aiddir. Bu səviyyədə başlıca normativ akt 2 
sentyabr 2004-cü ildə dərc olunmuş “Mühasibat uçotu haqqında” Azər-
baycan Respublikası Qanunu və onun tətbiqi haqqında Azərbaycan Res-
publikası Prezidentinin 7 fevral 2005-ci ildə imzaladığı fərman hesab 
olunur. Bu Qanun mühasibat uçotu və hesabatın hüquqi əsaslarını, dövlət 
tənzimlənməsi qaydalarını, tətbiq edilən uçot standartlarını, müxtəlif təsər-
rüfat subyektlərində maliyyə hesabatlarının tərtib olunmasının zəruriliyini, 
məlumatların məxfiliyinin qorunması şərtlərini, MHBS-na müvafiq surətdə 
mühasibat uçotunun islahat proqramlarını və əsas konsepsiyasını müəyyən-
ləşdirir. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublika-
sının Vergi Məcəlləsi, “Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Res-
publikası Qanunu və digər bu kimi qanunlar ölkəmizdə mühasibat uçotunu 
və maliyyə hesabatını qanunvericilik üzrə tənzimləyən normativ sənədlərə 
aid edilir. 
İkinci səviyyə
dedikdə, Respublika Maliyyə Nazirliyinin təşkilati və 
metodiki rəhbərliyi altında hazırlanmış olan Milli Mühasibat Uçotu 
Standartları (MMUS) başa düşülür. 2008-ci ildən qüvvədə olan Milli Müha-
sibat Uçotu Standartları “Mühasibat Uçotu haqqında” Azərbaycan Res-
publikası Qanununun əsas müddəalarını konkretləşdirir və konkret təsərrüfat 
əməliyyatlarının uçotu ilə bağlı müxtəlif metodoloji məsələləri nəzərdən 
keçirir. Hal-hazırda respublikada kommersiya təşkilatları üçün 37, büdcə 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin