Sifariz Səbzəliyev
15
Kommersiya təşkilatları da öz növbəsində üç qrupa parçalanır. On-
lardan birincisi ictimai əhəmiyyətli qurumlar, ikincisi kiçik sahibkarlıq sub-
yektləri, üçüncüsü isə digər kommersiya təşkilatlarıdır ki, onlar da Qanunda
və onun əsasında hazırlanmış normativ-hüquqi sənədlərdə “ictimai əhəmiy-
yətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya
təşkilatları” kimi adlanır. Biz isə onları “adi kommersiya təşkilatları” adlan-
dırmağı məqsədəuyğun hesab edirik.
Qanunda “qeyri-kommersiya təşkilatları” dedikdə, büdcə təşkilatları,
bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları
və qeyri-hökumət təş-
kilatları nəzərdə tutulur.
Göstərilən qruplara aid edilən müəssisə və təşkilatlarda maliyyə he-
sabatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun
aşağıdakı ayrı-ayrı maddələri üzrə tənzimlənir:
Dostları ilə paylaş: