Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə15/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

haqqında məlumat 
İstifadəçilər 
İnformasiyalar 
İnvestorlar və onların nümayəndələri 
1.
Risklər və investisiyaların gəlirliliyi 
2.
İnvestisiyalara sərəncam verilməsi imkanları və 
məqsədəuyğunluğu 
3.
Təşkilatın dividend ödəmək bacarığı 
İşçilər və onların nümayəndələri 
1.
İşverənlərin stabilliyi və mənfəətliliyi 
2.
Təşkilatın əmək ödənişinə zəmanət vermək və 
iş yerlərini saxlaya bilmək bacarığı 
Malsatanlar və podratçılar 
Çatası məbləğlərin vaxtında ödənilməsi 
Malalanlar və sifarişçilər 
Fəaliyyətin davam etdirilməsi haqqında 
informasiyalar 
Hakimiyyət orqanları 
Müəssisənin fəaliyyəti haqqında informasiyalar 
Təşkilatın rəhbərliyi mühasibat informasiyalarının başlıca istifadəçiləri 
hesab olunur. Təşkilatın rəhbəri onun fəaliyyətinin praktik olaraq bütün 
tərəflərini əhatə edən qərarlar qəbul edir. Ümumiyyətlə, rəhbərlik üçün istə-
nilən mühasibat informasiyası faydalı sayılır. Mühasibat hesabatı, xüsusən 
də mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat daha çox 
maraq doğurur. Belə ki, əsas hesabat formalarında nəinki ötən dövrün, həm 
də əvvəlki hesabat dövrlərinin məlumatları verilir. Hesabatla tanışlıq əsas 
göstəricilərdəki dəyişiklikləri təhlil etməyə imkan yaradır. Məsələn, təşki-
latın rəhbərliyini maraqlandırır: bank hesablaşma hesablarında, kredit 
hesablarında və təşkilatın kassasında olan pul vəsaitlərinin məbləği; təşki-
latın götürdüyü mənfəətin məbləği; debitor borclarının dəyişilməsinin dina-
mikası; işçilərə olan borclar haqqında məlumatlar və i.a. Təşkilatın rəhbər-
liyi idarəetmə və inzibatı fəaliyyətlərində təkcə təşkilatın maliyyə vəziyyəti 
haqqında hesabat məlumatlarından deyil, həmçinin istehsal prosesinin 
vəziyyəti haqqında məlumatlardan da istifadə edir. Başqa sözlə, istifadə-
çilərin həmin qrupu üçün təkcə mühasibat uçotunun deyil, həm də operativ 
və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir. 
Təşkilatın maliyyə təhlili ilə məşğul olan bölmələri özlərinin işində 
adətən mühasibat hesabatının məlumatlarından istifadə edirlər. İstifadəçi-
lərin həmin kateqoriyası üçün məlumatların tərkibi təhlilin məqsəd və 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin