Maliyyə hesabatı 20
Debitorların əsas marağı təşkilatın ödəmə qabiliyyəti haqqında infor-
masiyaları əldə etməkdən ibarətdir.
Qarşılıqlı əlaqəsi olan təşkilatların qrupu üçün bütün qrupun
daxilində mövcud olan hesablaşmaların vəziyyəti haqqında informasiyalar
daha vacibdir.
Vergi orqanlarını vergilərin müxtəlif növləri üzrə vergi bazasının
vəziyyəti və olçüsü haqqında məlumatlar maraqlandırır. Bu orqanlar müha-
sibat hesabatlarının göndərildiyi rəsmi ünvanlardan biridir.
Statistika orqanları dövlət səviyyəsində qərarların qəbulu üçün
zəruri sayılan informasiyaları formalaşdırır və təqdim edir.
Hüquq-mühafizə orqanları təşkilatların təsərrüfat-maliyyə fəaliyyə-
tinin müxtəlif məsələlərinin yoxlanılmasını həyata keçirir. Onların diqqət
yetirdiyi obyekt dedikdə, təşkilatların hesabat-maliyyə göstəriciləri başa
düşülür.
Auditor firmasının, yaxud müstəqil auditorların diqqət obyekti
təşkilatın bütün təsərrüfat- maliyyə fəaliyyətinin araşdırılması ilə xarakterizə
olunur.
Beləliklə, mühasibat hesabatları formalaşdırıldıqda, onlarda məlumat-
ların konkret istifadəçilərin tələblərinə uyğun olaraq qruplaşdırılması və
detallaşdırılması metodlarını tətbiq etmək lazımdır.
1.5. Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi Son 20 ildə dünya miqyasında mühasibat uçotu və hesabatın beynəl-
xalq səviyyədə unifikasiyası və standartlaşdırılması problemlərinin həllinə
çox böyük diqqət yetirilir. İqtisadi sferada beynəlxalq inteqrasiyanın rolu-
nun güclənməsi ilə müşayiət olunan biznesin inkişafı müxtəlif ölkələrdə
mənfəətin hesablanması, vergiyə cəlbolunma bazası, investisiya şərtləri,
qazanılan vəsaitlərin kapitallaşdırılması və s. üzrə prinsiplərin və alqo-
ritmlərin formalaşmasının vahid və anlaşıqlı qaydada aparılması qarşısına
müəyyən tələblər qoyur. İdarəetmə qərarlarının qəbulu üçün informasiya
bazası sayılan mühasibat hesabatı bütün istifadəçilərin ( o cümlədən xarici
istifadəçilərin) tələbatını maksimum ödəməlidir. Lakin uçot və hesabatın