Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə16/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
19 
vəzifələrindən asılıdır. Məsələn, strateji idarəetmə məqsədləri üçün aparılan 
təhlil üçün təkcə son iki ilin deyil, həmçinin ardıcıl bir neçə ilin məlumatları 
da tələb oluna bilər. 
İstehsalat, yaxud idarəetmə məqsədləri üçün mühasibat informa-
siyalarından istifadə edən 
bölmələrə misal olaraq, təşkilatın plan-iqtisad 
şöbəsini, marketinq şöbəsini və i.a. göstərmək olar. Konkret olaraq, 
marketinq xidmətini, hər şeydən əvvəl, təşkilatın anbarlarında olan hazır 
məhsulların və malların hərəkəti haqqında məlumatlar maraqlandırır. 
Müəssisə əmlakının mülkiyyətçiləri
mühasibat informasiyalarından 
istifadəçilərin ayrıca qrupunu təşkil edir. Belə ki, bəzi hallarda müəssisənin 
təsisçiləri və iştirakçıları mülkiyyətçi hesab olunmurlar. Əmlak mülkiyyət-
çiləri onlardan daha effektiv istifadə olunmasında maraqlıdırlar. Əmlakın 
effektivliyinin təhlili üçün mühasibat hesabatının məlumatlarından istifadə 
olunur. 
Təşkilatın işçi heyətini
müvafiq hesabat ilində alınan mənfəətin 
kütləsi, maddi maraq və digər fondların ölçüsü və s. maraqlandırır. 
Təsisçilər, səhmdarlar və təsərrüfat cəmiyyətinin
iştirakçıları
qoyduqları vəsaitdən nə qədər effektiv surətdə istifadə olundüğunu bilməyi 
arzulayırlar. Buna görə də onlar üçün başlıca informasiya bir səhmə düşən 
ümumi mənfəətin həcmi, həmçinin təşkilatın aktivlərinin strukturu hesab 
olunur. 
Təşkilatın investorlarını
onun maliyyə sabitliyi (cari və uzunmüd-
dətli öhdəlikləri vaxtında ödəyə bilmək bacarığı) maraqlandırır. Bu zaman 
borcların strukturu və aktivlərin strukturu əsas rol oynayır. Eyni zamanda 
investorları əlavə informasiyalar da maraqlandırır: məsələn, təşkilatın 
fəaliyyətinin fəal dövru, bağlanılan və icra olunan müqavilələrin sayı, məh-
sul buraxılışının həcmi, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin 
həcmi və s. 
Kreditorlar
üçün təşkilat tərəfindən cari öhdəliklərin nə qədər ope-
rativ və tam ödənilə bilinməsi haqqında məlumatlar birincidərəcəli əhəmiy-
yətə malikdir. Müvafiq surətdə kreditorlar üçün elan olunmuş nizamnamə 
kapitalının, xüsusi kapitalın, habelə təşkilatın xalis aktivlərinin ölçüsü haqda 
informasiyalar çox böyük əhəmiyyət kəsb edir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin