Maliyyə hesabatı
16
bilər: 1) Kommersiya Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartla-
rına uyğun şəkildə; 2) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun şəkildə.
Qeyri-kommersiya təşkilatları maliyyə hesabatlarının tərtib olunması
qaydalarına görə iki qrupa bölünür: 1) Büdcə təşkilatları, bələdiyyə orqan-
ları, büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər; 2) Qeyri-
hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün
Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun,
eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda gös-
tərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat sub-
yektlərində maliyyə hesabatının tam məcmusu aşağıdakılardan ibarətdir:
1.
Mühasibat balansı;
2.
Mənfəət və zərərlər haqqında hesabat;
3.
Kapitalda dəyişikliklər haqqında hesabat;
4.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5.
Uçot siyasəti və izahlı qeydlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 may 2010-cu ildə
“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri
və dərc edilməsi qaydalarının təsdiq edilməsi” haqqında 97 saylı Qərar
qəbul etmişdir. Bu Qərarda maliyyə hesabatının yuxarıda göstərilən tərkibi
bir daha öz əksini tapmışdır. Kommersiya təşkilatları üçün MMUS yalnız
kommersiya təşkilatlarının maliyyə hesabatına tətbiq edilir. Ümumiyyətlə,
maliyyə hesabatının hər bir tərkib hissəsi dəqiq müəyyən edilməlidir.
Dostları ilə paylaş: