121
Lakin aydındır ki, onun, insanın həyati funksiyaları və
sağlamlığına təsiri əvvəllər düşünüləndən qat-qat çoxdur.
Psixoloji simptomlar. Stress
bir çox hallarda məmnun
qalmamaq hissi ilə müşayiət olunur. Bu hiss də özünü gərginlik,
narahatçılıq, kədər, qıcıqlanma kimi formalarda büruzə verir. İşlə
birbaşa bağlı olan faktorlar bir sıra hallarda stresin psixoloji
simptomlarına səbəb olur. Bu faktorlara dəqiq müəyyən
edilməmiş
iş öhdəlikləri, onlara görə məsuliyyət hissi, həm də
eynitipli iş aid edilə bilər.
Davranış simptomlarına iş məhsuldarlığının azalması, işə
gəlməmək, alkoqol və digər toksik maddələrdən həddən artıq
istifadə, yuxunun pozulması və işin
keyfiyyət və kəmiyyətinə
mənfi təsir göstərən digər faktorlar aid edilir.
Qeyd etmək lazımdır ki, stres məqbul səviyyədə olduqda,
yəni normadan artıq olmadıqda işçi öz vəzifəsini daha yaxşı
yerinə yetirir. Onun ümumi reaksiyası yaxşılaşır, hərəkətlərinin
sürəti, əməyin intensivliyi artır. Yüngül stress vəziyyətində olma
ictimaiyyət qarşısında effektiv şəkildə çıxış etməyə yardımçı ola
bilər. Lakin stresin yüksək həddi
və xüsusilə, bu vəziyyətdə uzun
müddət qalma, iş göstəricilərinin kəskin surətdə pisləşməsinə
səbəb ola bilər.
Bir çox sənaye baxımından inkişaf
etmiş dövlətlərdə təşki-
latların stresə görə məruz qaldığı itkilərin sayı artmaqdadır.
ABŞ-da menecerlər stresin səbəblərini hakimiyyət
rıçaqlarının zəifləməsi, ayrı-ayrı rəhbərlərin səriştəsizliyi, təşkilat
daxilində bir-birinə etibarın olmamasında görürlər. Yapon
menecerləri stresin səbəbləri sırasında
ilk növbədə təşkilati
dəyişikliklərin, yeni texnologiyaların mənimsənilməsi ilə bağlı
yaranan gərginliyi vurğulayırlar. Alman menecerləri iş tempinin
artmasından şikayətlənir, stresi personalın kifayət qədər hazırlıqlı
olmaması ilə izah edirlər.
Bütün bu səbəblər təşkilatları stresi idarə etmək və fərdin,
stresin yaratdığı gərginliyə adaptasiya olunması üçün proqramlar
hazırlamağa vadar edir.
122
Stresə nəzarət həm təşkilat, həm də hər hansı bir fərd səviy-
yəsində həyata keçirilə bilər.
Təşkilat səviyyəsində stresin idarə edilməsi aşağıdakı istiqa-
mətlər üzrə aparıla bilər:
- kadrların seçilməsi və nizamlanması;
- konkret və yerinə yetirilən məsələlərin formalaşdırılması;
- işlərin layihələşdirilməsi;
- qarşılıqlı təsir vasitəsilə və qrup şəklində qərar qəbul
edilməsi;
- işçilərin sağlamlaşdırılması proqramları.
Dostları ilə paylaş: