Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Mövzu 1. Təşkilati davranışın mahiyyəti 
 
Təşkilati davranış - elmin nisbətən gənc sahəsidir. Bu sa-
hə 50 il əvvəl ABŞ-da yaranmışdır. Praktiki tədqiqatların ayrıca 
bir fənni kimi, təşkilati davranış, 1959-cu ildə R.Qordon və 
D.Hauell tərəfindən dərc edilən hesabatdan başlayır. Onların 
gəldiyi nəticəyə görə, psixologiya, bir akademik fənn kimi rəh-
bər işçilərin tələbatını ödəyə bilmir. R.Qordon və D.Hauell nəzə-
ri nəticələri təcrübədə tətbiq edərkən, bir sıra çətinliklərlə qarşı-
laşmışdılar. Ona görə də ayrı-ayrı insanların və qrupların təş-
kilatlarda davranışları sahəsində tədqiqatlar, qiymətləndirmə
proqnozlaşdırma, məsləhət təcrübələrinə əsaslanan yeni bir ya-
naşma tələb olunurdu. 
Təşkilati davranış öz-özlüyündə çox mürəkkəb fəndir, belə 
ki, o, digər fənlərin də (təşkilatçılığın nəzəriyyəsi, ümumi və 
sosial psixologiya, menecment, heyətin idarə edilməsi, sosiologi-
ya, psixologiya) prinsip və metodlarına istinad edir. 
Təşkilati davranışın mahiyyəti, ətraf mühitin təsirini nəzərə 
almaqla, təşkilatın fərdi davranışını və fəaliyyətini anlamaq, qa-
baqcadan proqnozlaşdırmaq və təkmilləşdirmək məqsədilə, fərd-
lərin, qrupların, təşkilatların davranışının sistematik şəkildə elmi 
təhlilə cəlb olunmasından ibarətdir. 
Bu fənnin qarşısında dörd vəzifə durur: 
-təsvir (əməklə bağlı müxtəlif situasiyalarda insanların dav-
ranışının sistematik təsviri); 
-dərketmə (müəyyən şəraitdə fərdlərin etdiyi hərəkətlərin 
izahı); 
-proqnozlaşdırma (vəziyyəti qabaqcadan görmək qabiliy-
yəti və menecerin peşəkar biliyi, habelə intuisiyası əsasında onun 
inkişaf etdirilməsi); 
-müəyyən hadisə və proseslərin idarə edilməsi (iş prosesin-
də insanların davranışının idarəedilməsi bacarığına yiyələnmə və 
onların fəaliyyətinin səmərəliliyinin artırılması yollarının 
axtarılması). 



Beləliklə, demək olar ki, təşkilati davranış - insanın əmək 
fəaliyyətinin səmərəliliyinin artırılması üçün əldə edilən biliklə-
rin praktiki istifadəsi məqsədilə, təşkilatlarda insanların (fərdlə-
rin və qrupların) davranışını öyrənən bir elmdir. 
Hal-hazırda, əvvəlki texnoloji imkanlar özlərini doğrult-
mur. Yuxarıda qeyd edildiyi kimi, bu fənnin qarşısında dörd və-
zifə vardır: təsviretmə; dərketmə; proqnozlaşdırma; müəyyən ha-
disə və proseslərin idarə edilməsi. Belə bir ehtimal var ki, bu ya-
naşma üsulu tətbiq edilərkən işçilərə daimi psixoloji təzyiq gös-
təriləcək, onların hüquq və azadlıqları pozulacaqdır. Lakin, eyni 
zamanda, rəhbər işçilərin özləri də daim ictimai nəzarət altında 
olurlar, təşkilati davranışın mahiyyəti isə - təşkilat və onun 
işçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin edilmə-
sidir. 
Təşkilatlar müxtəlif qüvvələrin qarşılıqlı əlaqəsi prosesində 
formalaşırlar. Bu qüvvələri ayrı-ayrı bloklar şəklində təqdim et-
mək olar (şəkil 1.1). 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin