Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73
Birinci qrupa, təşkilatda fərdlərarası münasibətlərin və 
işçilərin qarşılıqlı əlaqələrinin həyata keçirilməsi ilə əlaqədar 
olan rollar daxildir (tabeçilikdə olanların fəaliyyətinin motivasi-
yası, koordinasiyası, səlahiyyətlərinin ötürülməsi, formal nüma-
yəndəlik: mərasimlərdə, təltiflərdə iştiraketmə, və s.). 
İkinci qrupu lazımi informasiyanın toplanması, emalı və 
ötürülməsi ilə bağlı məlumatlandırma təşkil edir. 
Üçüncü qrupa isə bilavasitə idarəetmə qərarlarının qəbulu 
ilə əlaqədar olan rollar daxildir. Bir qayda olaraq, menecerlər 
yeni layihələrin və qərarların təşəbbüskarları kimi çıxış edir 
və onlar gözlənilməz dəyişikliklər və ya böhran yarandıqda, qə-
rarların dəqiqləşdirilməsinə, resurslardan istifadəyə görə məsu-
liyyət daşıyırlar. Menecerlər danışıqlarda iştirak edirllər və qəbul 
olunan qərarlara və onların yerinə yetirilməsinə görə də cavab-
dehdirlər. 
Menecerlərin işini xarakterizə etmək üçün onların, öz və-
zifə borclarını yerinə yetirməkdən ötrü malik olduqları peşəkar-
lıq keyfiyyətlərini araşdırmaq lazımdır. R.Kats bu peşəkarlıq 
keyfiyyətlərinin üç növünü ayırır: texniki ustalıq, ünsiyyət ustalı-
ğı, konseptual ustalıq. 
Beləliklə, menecerlərin yerinə yetirdikləri funksiyaların, 
onların təşkilatda rolunun və işi uğurla yerinə yetirmək üçün 
lazım olan ustalığının təhlili, bu mütəxəssislərin bilavasitə insan-
larla işləmək, onların hərəkətlərinin səbəblərini müəyyən etmək, 
gələcəkdə davranışlarını və onun sosial-iqtisadi nəticələrini 
proqnozlaşdırmaq baxımından olduqca vacibdir. 
Təşkilatda işçilərin davranışını təhlil etmək və proqnozlaş-
dırmaq bacarığı, menecerlərin səmərəli işi üçün ən vacib keyfiy-
yətdir. Son zamanlarda həmin sahədəki biliklərin əhəmiyyəti 
daha da artıb ki, bunun da bir sıra səbəbləri vardır. Müəssisələrin 


14 
sərt rəqabət şəraitində davam gətirmək, istehsalın sabit inkişaf 
perspektivlərini təmin etmək cəhdləri, onları yeni texnika və 
texnologiya, 
innovasiya 
proseslərinin 
tətbiqi haqqında 
düşünməyə məcbur edir ki, bu da insanlarla işi daim təkmil-
ləşdirməyin vacibliyini şərtləndirir. Yeni əmək motivasiyası və 
əxlaqının formalaşması, yeniliklərlə bağlı riskin sahibkarla bö-
lüşməyə hazırolma, daim dəyişən istehsal şəraitinə uyğunlaşmaq 
üçün kadrların perspektiv inkişafı məsələləri getdikcə daha 
böyük diqqət tələb edir. Təbiidir ki, insanların işini yeni əsaslarla 
qurmaq üçün peşəkar intuisiyaya malik olan və müxtəlif 
şəraitlərdə insanların davranış formalarını yaxşı bilən, hazırlıqlı 
mütəxəssislərə ehtiyac vardır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin