Təşkilati strukturun yaranma mərhələləri:
1. Təşkilatın üfüqi xətt üzrə geniş bloklara, şöbələrə, depar-
tamentlərə bölünməsi. Xətti və qərargah şöbələrinin müəyyən
edilməsi. Xətti şöbələr əsas fəaliyyət növlərinə aiddir (məsələn,
istehsal, marketinq, maliyyə). Qərargah şöbələri köməkçi fəaliyyət
növlərinə aiddir (məsələn, kadrlar şöbəsi, hüquq şöbəsi və s.).
2. Təşkilatın şaquli bölgüsü, müxtəlif vəzifələrin səlahiyyət
nisbətlərinin təyin edilməsi.
3. Vəzifə borclarının müəyyən edilməsi.
Səlahiyyətlər - təşkilatın ehtiyatlarından, resurslarından
məhdud istifadə, menecer vəzifəsinə xas olan əmrvermə və onun
yerinə yetirilməsini tələbetmə hüququdur. Həm xətti, həm də
qərargah səlahiyyətləri mövcuddur. Xətti səlahiyyətlər – bilava-
sitə müdirdən tabeçiliyində olan işçiyə ötürülən səlahiyyətlərdir.
Xətti səlahiyyətlərin ötürülməsi idarəetmə səviyyələrinin iye-
rarxiyasını yaradır. Bu proses sklyar proses adlanır.
Qərargah səlahiyyətləri bunlardır: tövsiyə edilən, mütləq
razılaşdırılan və parallel səlahiyyətlər.
Səlahiyyətlərin ötürülməsi - onların yerinə yetirilməsi
məsuliyyətini öz üzərinə götürən şəxsə vəzifə və səlahiyyətlə-
rin verilməsi deməkdir. Səlahiyyətlər ötürülə bilər, məsuliyyət
isə ötürülə bilməz. Rəhbər hər zaman yerinə yetirilən tapşırığa
17
görə məsuliyyət daşıyır. İdarəetmə səviyyəsi artdıqca,
məsuliyyətin həcmi də artır.
Vahid müdir prinsipi ondan ibarətdir ki, hər bir işçinin bir
müdiri olmalıdır.
İdarəetmə norması - menecerin səmərəli şəkildə rəhbərlik
edə biləcəyi işçilərin optimal sayıdır.
Təşkilati strukturlar
____________________________________________________
׀
׀
Mexaniki Orqanik
(
bürokratik) (adaptiv)
׀ ׀
(xətti) (divizional) (xətti-divizional) (layihə) (metrik) (edxokritik)
(partisipativ) (şəbəkəli)
׀
məhsul istehlakçı region
üzrə üzrə üzrə
Şəkil 2.1
Təşkilati strukturların inkişafında müəyyən meiylləri aşkar
etmək olar. Belə ki, bu zaman iyerarxik-piramidal strukturlardan
çevik-partisipativ strukturlara keçid baş verir. Təşkilati sis-
temlərin təkamülünün təhlili müəyyən tipizasiyanı nəzərdə tutur.
Bu məsələnin həllinə çoxsaylı yanaşmaların mövcud olmasına
baxmayaraq, fikrimizcə, aşağıdakı təsnifat formasını qəbul
etmək mümkündür. Bu təsnifat forması xarici mühitin təsiri ilə
də uzlaşır.
Hər bir təşkilat xarici mühitdə fəaliyyət göstərir və ondan
asılıdır. «Təşkilat - xarici mühit» modeli təşkilata elə xarici mü-
hitdən asılı olan bir sistem kimi yanaşır. Modelin əsas parametr-
ləri - bazar mühiti və təşkilatın texnoloji mühitidir. Təşkilatın
bazar və texnoloji mühitlə əlaqəsi nöqteyi-nəzərindən dörd növ
təşkilat seçilir: mexanistik, orqanik, bazar ominantasına və tex-
noloji dominantaya malik təşkilatlar.
|