9
Nəzəri koqnitiv yanaşmanı nümayiş etdirmək üçün Eduard
Tolmenin klassik əsərindən istifadə etmək olar. Tolmen deyirdi
ki, davranış təhlilin bir elementi ola bilər,
lakin o başa düşürdü
ki, davranış məqsədə doğru istiqamətlənib, yəni hər hansı bir
məqsədə nail olmağa yönəldilib.
Laboratoriya şəraitində
təcrübələr aparan Tolmen belə bir nəticəyə gəlmişdir ki, hey-
vanlar hadisələri müəyyən ardıcıllıqda gözləməyə vərdiş edirlər.
Məsələn,
müəyyən siqnala cavab olaraq, heyvanlar özlərini elə
aparırlar ki, sanki onlar yemək gözləyirlər.
Tolmen bunun nəticəsi olaraq ehtimal etmişdir ki, öyrədil-
mə prosesi elə bir gözləmədir (
expectancy) ki,
onun sonunda
müvafiq hadisə baş verir. Belə koqnitiv gözləmə konsepsiyasına
əsasən, heyvan məqsəd haqqında düşünür, onu tanıyır, bilir və
dərk edir. Beləliklə, Tolmen və koqnitiv yanaşma tərəfdarı olan
digər alimlər hesab
edirlər ki, davranış belə idrak aktları ilə daha
yaxşı izah edilir.
Müasir psixoloqlar xüsusi olaraq qeyd edirlər ki, koqnitiv
konsepsiyalar beyində baş verənlər haqqında açıqlamalardan iba-
rət deyil; onlar yalnız davranışı təsvir etmək üçün istifadə edilən
terminlərdir.
Başqa sözlə desək, koqnitiv və bixeviorist nəzə-
riyyələr, ilk baxışdan göründüyü
və bəzən təqdim olunduğu
kimi, bir-biri ilə bir o qədər də ziddiyyət təşkil etmirlər.
Həm nəzəri inkişafda, həm də eksperimental tədqiqatlardakı
uğurlar nəticəsində psixologiyada, bəzilərinin «koqnitiv part-
layış» adlandırdıqları bir hadisə baş vermişdir.
Təşkilati dav-
ranışa tətbiq edildikdə, koqnitiv yanaşma, ənənəvi olaraq, təhlilin
qavrama, şəxsiyyət və münasibətlər,
motivasiya və məq-
sədyönlülük kimi sahələrində üstünlük təşkil edir.
Dostları ilə paylaş: