Bixeviorist yanaşmanın kökləri tarixin dərinliklərinə, İvan
Pavlov və Con B.Uotsonun əsərlərinə gedib çatır. Bixeviorizmin
pionerləri və onların sələfləri olan psixoloqlar əlçatmaz ağlın
deyil, müşahidə edilən davranış formalarının öyrənilməsinin
vacibliyini qeyd edirdilər. Onlar, «stimul-reaksiya» (S-R) prin-
10
sipinə əsaslanan, insan davranışının izahı üçün dəqiq müəyyən-
ləşdirilmiş klassik eksperimentlərdən istifadə edirdilər.
Müasir bixeviorizm öz başlanğıcını B.F.Skinnerin əsərlə-
rindən götürür. O hesab edirdi ki, erkən bixevioristlər daha mü-
rəkkəb operant formalarını deyil, davranışın cavab formalarını
(stimullardan irəli gələn davranış formalarını) izah etməyə kö-
məklik göstərmişdirlər. Başqa sözlə desək, S-R yanaşması fiziki
refleksləri izah etməyə köməklik edir. Məsələn, əgər insanı san-
caqla iynələsən (S), o dik atılar (R), yaxud əgər onu diz qapa-
ğından azca aşağı astaca olaraq vursan (S), o ayağını uzadar (R).
Beləliklə, dəqiq müəyyənləşdirilmiş şərtlər üzrə keçirilmiş sı-
naqların köməyi ilə, Skinner aşkar etmişdir ki, nəticələr, davra-
nışın əksər formalarını onu yaradan stimuldan daha yaxşı izah
edə bilərlər. İstənilən nəticəni əldə etmək üçün orqanizm ətraf
mühitlə təmasda olmaq məcburiyyətindədir. Operant şərtlənmə
zamanı əvvəlki stimul müəyyən davranışı doğurmur; o, həmin
davranışı «daxil etmək» üçün bir siqnaldır. Skinnerə görə, davra-
nış onun öz nəticələrinin funksiyasıdır.
Burada qeyd etmək vacibdir ki, bixevioristik yanaşma mü-
hit haqqında təsəvvürlərə əsaslanır. Alim iddia edir ki, düşüncə,
gözləntilər və qavrama kimi koqnitiv proseslər mövcud ola bilər,
lakin onlar, davranışa nəzarət və onun haqqında qabaqcadan
xəbər vermək, eləcə də onu idarə etmək üçün vacib deyillər.
Lakin bəzi bixeviorist alimlər düşünürlər ki, bu cür yanaşma
çərçivəsində koqnitiv dəyərlərə də yer vardır. Belə ki, son illərdə
sosial öyrənmə ( social learning) yanaşması yaranmışdır ki,
burada həm koqnitiv, həm də bixevioristik yanaşma an-
layışlarından istifadə edilir.
Koqnitiv yanaşmanı - mentalistlikdə, bixevioristik yanaş-
manı isə determinizmdə günahlandırırdılar. Sosial öyrənmə ya-
naşması koqnitiv psixologiya və bixeviorizmin nailiyyətlərini
izah etməyə çalışır.
Qeyd etmək lazımdır ki, sosial öyrənmə yanaşması bixe-
vioristikdir. Ona əsasən, davranış təhlil edilə bilər. Buna baxma-
11
yaraq, sərt və ya radikal bixeviorizmdən fərqli olaraq, sosial öy-
rənmə yanaşması iddia edir ki, insanlar şüurludur və onların dav-
ranışları məqsədyönlüdür. Həmçinin, bu yanaşma çərçivəsində
ehtimal edilir ki, dəstəkləyən amillərin mövcudluğu üçün, insanlar
ətraf mühiti dərk edir, onu dəyişdirir və qururlar. Eləcə də qeyd
edilir ki, öyrənmə zamanı qaydaların və simvolik proseslərin
əhəmiyyəti boyükdür. Məşhur amerikan alimi Albert Banduranın
əsəri bu yanaşmanı daha yaxşı təsvir edir.
Bandura izah edir ki, «əsasən, məhz öz fəaliyyətləri
nəticəsində, insanlar ətraf mühitdə elə şərait yaradırlar ki, o, ca-
vab olaraq, insanların davranışına təsir edir. Davranışdan irəli
gələn təcrübə, həmçinin qismən də olsa, insanın kim olacağını və
nə edə biləcəyini müəyyən edir; bu da öz növbəsində, onun son-
rakı davranışına təsir edir».
Təşkilati davranış - elmin yeni və inkişafda olan bir sahəsi-
dir. O, qanuni şəkildə, eklektik formada insan davranışına artıq
mövcud yanaşmaların ən yaxşısını götürə bilər. Ənənəvi olaraq,
təşkilati davranış haqqında yazan müəlliflərin əksəriyyəti
humanist koqnitiv yanaşmanı qəbul edirdilər. Lakin son bir neçə
ildə təşkilati davranışa həsr edilən nəzəri və eksperimental təd-
qiqatlarda bixevioristik modellərdən daha çox istifadə olunur.
Bu nəzəri yanaşmaların təqdim olunması səbəbi ümumilikdə
insan davranışı adlanan mürəkkəb fenomenin qiymətləndirilməsi
ilə bağlı deyil, həmin proseslərin daha yaxşı dərk edilməsi ilə
əlaqəlidir. Təşkilatda insan davranışının dərk edilməsi - təşkilati
davranışın konseptual modeli qarşısında duran olduqca vacib bir
məqsəddir. Dərketmədən əlavə, iki arzuolunan məqsəd də vardır:
proqnozlaşdırma və nəzarət. Təşkilati davranış sahəsi insan
resursları üzrə müasir menecerlər üçün bazis rolunu oynayır.
Beləliklə, təşkilati davranış konseptual modelinin məqsədi -
insan resursları davranışının əvvəlcədən proqnozlaşdırılması və
idarə edilməsidir.
Təşkilati davranışın dərk edilməsi üçün ən vacib olanı koq-
nitiv yanaşmadır. Bixevioristik yanaşma da fənnin dərk edil-
12
məsinə yardım edə bilər, lakin ehtimal etmək olar ki, bu yanaş-
manın qabaqcadan xəbərvermə və nəzarət üçün “hazırladığı”
töhfə daha vacibdir. Məsələn, Eduard Torndayk tərəfindən aşkar
edilən klassik səmərə qanununa əsaslanan bixevioristik yanaş-
maya görə, pozitiv və dəstəkləyici nəticələri ortaya qoyan təşkilati
davranışın özünü biruzə vermək sürəti daha sonra güclənəcək,
neqativ nəticə və ya cəza gətirən təşkilati davranış isə, getdikcə
zəifləyəcək və ona daha nadir hallarda rast gəlinəcəkdir. Beləliklə,
təşkilati davranışı ətraf mühitin situasion amillərinin idarə
edilməsi əsasında, qabaqcadan görmək və ona nəzarət etmək olar.
Əgər təşkilati davranışın konseptual modelinin köməyi ilə
hər üç məqsədə, yəni anlama, qabaqcadan görmə və nəzarətə nail
olmaq tələb edilirsə, bu halda həm koqnitiv, həm də bixevioristik
yanşma həyati vacib əhəmiyyət kəsb edir. Bundan əlavə,
koqnitiv istiqamətlənmiş daxili səbəb amilləri və bixevioristik
şəkildə istiqamətlənmiş xarici mühit amilləri də mühümdür. Baş-
qa sözlə desək, həm koqnitiv, həm də bixevioristik konsepsiya-
ları özündə birləşdirən sosial təlim yanaşması təşkilati davranış
üçün yararlı konseptual model ola bilər ki, o da dərketmə, proq-
nozlaşdırma və nəzarətə köməklik edə bilər.
Təşkilati davranışda menecerlər vacib rol oynayırlar. Bildi-
yimiz kimi, menecerlər - təşkilatın qarşısında duran məqsədlərə
digər insanların vasitəsilə nail olan insanlardır. Menecerlər qərar
qəbul edir, resursları cəmləyir, başqalarının fəaliyyətini koordi-
nasiya edir və onu təşkilatın məqsədlərinə çatmaqdan ötrü
yönəldir. Eyni zamanda, təşkilatı ümumi məqsədlərə nail olmaq
üçün nisbətən daimi əsaslarla fəaliyyət göstərən iki və ya daha
çox insanın koordinasiya olunan ittifaqı kimi başa düşmək olar.
XX əsrin əvvəllərində fransız sənayeçisi Q.Fayol yazırdı
ki, bütün menecerlər beş əsas idarəçilik funksiyasını yerinə yeti-
rirlər. Onlar planlaşdırır, təşkil, rəhbərlik, koordinasiya və nəza-
rət edirlər. Hal-hazırda bu funksiyalar əsasən planlaşdırma, işin
təşkili, motivasiya və nəzarətdən ibarətdir.
13
1960-cı illərin sonunda Q.Mintsberq, menecerlərin işini
dərindən tədqiq edərək, belə nəticəyə gəlmişdi ki, onlar bir-biri
ilə sıx əlaqədə olan bir sıra rolları “ifa edirlər”. Menecerlər şərti
olaraq üç qrupa bölünürlər.
Dostları ilə paylaş: |