25
Mövzu 3. Şəxsiyyətin təşkilatda inkişafı
Şəxsiyyət - fərdin bütün xarakteristikalarının nisbətən sabit
təşkilati forması, onun unikallığını müəyyənləşdirən xüsusiy-
yətlər sistemidir. Şəxsiyyət dedikdə, insana dünyanı aktiv dərk
edib, dəyişmək imkanı verən, əlaqəli, dayanıqlı keyfiyyətlər
sistemi başa düşülür. Bu keyfiyyətlərin bir hissəsi anadangəlmə,
digərləri isə sonradan əldə edilən keyfiyyətlərdir.
Şəxsiyyət özünü davranış vasitəsilə ifadə edir. İnsanın dav-
ranışı xasiyyət etibarilə sabit və ya qeyri-sabit (nevrotik) olur.
Özünə və öz daxili aləminə (introversiya), yaxud da ətrafdakılara
(ekstraversiya) istiqamətlənmiş vahid davranış xüsusiyyətləri
dörd temperament növünü əmələ gətirir: xolerik, sanqvinik,
fleqmatik və melanxolik. Adətən, temperamenti – psixikanın
xarakterini müəyyən edən, anadangəlmə xüsusiyyətlərlə bağlı
olan tarazlıq dərəcəsi, emosional çeviklik kimi başa düşürlər.
Xolerik - çılğın, hövsələsiz bir insandır. O, çox çevik,
təşəbbüskar və özündən əmindir. İstehsalat fəaliyyəti zamanı
baş verən uğursuzluqlar zamanı aqressiyaya meyillidir, işləri
düz gətirəndə isə fəal və işgüzardır. Onun üçün fəaliyyət
növünü dəyişdirmək arzuolunandır.
Sanqvinik - təmkinlidir və özünü ələ ala bilir. Çevikdir, li-
derliyə meyillidir. Əgər maraqlı işi varsa, o, həvəslə və böyük
ruh yüksəkliyi ilə işləyir, əks halda, çox darıxacaq.
Fleqmatik - sakitdir, təmkinlidir, onu özündən çıxartmaq
çox çətindir, uzun müddət və eyni həvəslə işləməyə qadirdir. Ən
əsası odur ki, onu tələsdirməyəsən.
Melanxolik - qətiyyətsiz, özünə əmin olmayan, ətrafdakılar-
la yaxınlıq edə bilməyən, zəif tipdir. Lakin eyni zamanda, lazım
olan şərait yaradılarsa, dəqiq instruksiyalar verilərsə və dəstəklə-
nib mükafatlandırılarsa, o, çox yaxşı işləyəcək.
İnsanlarda, çox vaxt bir xalis temperamentə rast gəlmək
mümkün deyil. Buna görə də temperamentin strukturu haqqında
danışmaq daha düzgün olardı. Bu struktura bütün tiplər daxil
26
olur və insanın tam dolğun psixoloji xarakteristikasını verməyə
imkan yaradır.
Xasiyyət də şəxsiyyətin vacib xüsusiyyətlərindəndir,
yəni, nisbətən daimi olan aydın ifadə edilmiş psixoloji
amillərin məcmusudur. Xasiyyət təbii və sosial təsirlər altında
formalaşır. Xasiyyət - emosionallıq, aktivlik, ilkinlik və ya
ikincilik kimi tərkib hissələrindən ibarətdir. Emosionallıq
güclü və ya zəif olur, situasiyanın yenidən dərk edilib
yaşanmasında təzahür edir, insanın daxili və xarici
qıcıqlanmalara subyektiv reaksiyasını əks etdirir. Aktivlik -
insanların davranışının dinamikasında özünü büruzə verən,
fəallığa yönələn meyildir. İlkinlik və ikincilik bu və ya digər
psixoloji vəziyyətin insanları hansı müddət ərzində
həyəcanlandıra biləcəyini göstərir. Xarakterləri ilkin xüsu-
siyyətli insanlar yüksək çeviklyə, lakin aşağı dərəcəli güc və
tarazlığa malikdirlər. Xarakterləri ikincilik üzərində köklənən
insanlar isə, əksinə, güclü və mütənasib davranışa malikdir,
lakin az hərəkətlidirlər.
Fəaliyyət zamanı müxtəlif situasiyaların dərk edilməsi və
idarə olunması üçün şəxsiyyət konsepsiyası böyük əhəmiyyət
kəsb edir. Şəxsiyyət iş və karyeraya münasibətdə, stressin aradan
qaldırılmasında, motivasiyanın hərəkətverici qüvvəsi kimi, fərd-
lərarası münasibətdə isə əsas amil kimi çıxış edir.
Şəxsiyyətin formalaşması və inkişafı prosesi üç kompo-
nentdən ibarətdir: determinantlardan, mərhələlərdən və şəxsiyyə-
tin xüsusiyyətlərindən. Şəxsiyyətin determinantları – onun
formalaşmasını və inkişafını müəyyən edən amillər qrupudur.
Daha çox tədqiq olunan determinantlar - bioloji (irsi, genetik və
fizioloji), sosial (valideynlər, ailə, yaşıdlar, qonşular, dostlar,
Mən konsepsiyası, arxaik tiplər) və mədəni determinantlardır.
Qeyd etmək lazımdır ki, şəxsiyyətə situasya amillərı (hal amil-
ləri) də təsir göstərir, özü də onları çox vaxt əvvəlcədən nəzərə
almaq olmur. Onlar şəxsiyyətin yalnız xüsusi situasiyalarda özü-
27
nü göstərən cizgilərini (məsələn, spontan qəhrəmanlıq, yaxud,
cinayətlə bağlı hallarda təzahür edən) üzə çıxara bilərlər.
Şəxsiyyətin formalaşması və inkişafına əsas yanaşmaların
nisbəti haqqında təsəvvür əldə etmək üçün şəkil 4.1-ə diqqət ye-
tirmək lazımdır.
Dostları ilə paylaş: |