Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   73
 
 
 
 
Şəkil 2.3 
Ümumilikdə, biznes paradiqmasının (əsas modelinin) də-
yişməsi haqqında da danışmaq olar. Belə ki, müəyyən vaxtda 
ona əlaqəli layihələr məcmusu nöqteyi- nəzərindən baxmağa 
başlayırlar. Belə yanaşma üsulu müasir biznesin digər xüsusiyyə-
tini də əks etdirməyə imkan verir. Bu zaman dəyişkən ətraf mü-
Yüksək 
Avtonom mövcudluq 
Yüksək dərəcə 
Aşağı 
Xidməti pil-
lələrə müvafiq 
olaraq 
Aşağı dərəcə 
Yuxarı təşkilatlara 
münasibət 
Qeyri-müəyyənlik 
şəraitində 
dayanıqlılıq 
Fərdilik 
Yüksək 
Avtonom 
mövcudluq 
Yüksək dərəcə 
Mexanistik 
Orqanik 
Aşağı 
Yüksək
Xarici qüvvələrin 
təsirinə 
məruzqalma 
Az 
əhəmiyyətli 
Peşəkar dəyərlərin 
rolu 
Əhəmiyyətli 
Rədd edilir 
Mürəkkəb 
məlumatlarla iş
Qəbul edilir 


21 
hitdə çevik davranış kimi əsas strateji rəqabət üstünlüyü mey-
dana çıxır. 
İdarəetmə strukturunun formalaşması zamanı insan amili-
nin həlledici rolunu yadda saxlamaq vacibdir. Fərdi və qrup ma-
raqlarını da unutmaq olmaz. 
Biz insan fəaliyyətinin bütün sahələrini əhatə edən, qlobal 
dəyişikliklər dövründə yaşayırıq. Dəyişikliklər bilavasitə biznes, 
təşkilatların fəaliyyəti, təşkilatın rəhbərliyi qarşısında tələblər, 
təfəkkür tərzinə aiddirlər. 
Dünyada mövcud olan bütün cəmiyyətlərin sosial-iqtisadi 
inkişafının əsas meyillərini göstərmək zəruridir. 
Məşğulluğun keyfiyyətinin dəyişməsi. Əvvəllər köməkçi 
və təminedici sayılan fəaliyyət növləri indi daha çox əsas fəaliy-
yət növlərinə çevrilirlər. Xidmətlərin yaradılması və təklif 
edilməsi üzrə işlər daha çox əhəmiyyət kəsb edir. 
İnnovasion xarakter daşıyan yüksək texnologiyalar və xid-
mət industriyası iqtisadi inkişafın təminatında daha boyük rol 
oynayırlar. Həm texnikada, həm də müştərilərə münasibətdə 
reallaşan yenilik imkanları iqtisadiyyatın əsas aparıcı qüvvəsi 
olaraq rasionallaşmanı əvəz edir. 
Təşkilatın mahiyyəti dəyişir, xidmət və inteqrasiya konsep-
siyası ön plana çıxır. Maddi resurslar, bazarların yaxınlığı və s. 
bu tipli amillər nou-xau, korporativ ruh, innovasiya qabiliyyəti 
və əməkdaşlıq kimi reallıqların müqabilində öz üstünlüklərini 
itirirlər. Yenilikləri və dəyişiklikləri qavramaq bacarığı üstünlük 
təşkil etməyə başlayır. Bu meyillər təşkilatın inkişaf məntiqi və 
idarəetməsində dəyişikliklər aparmaq ehtiyacının yarandığını 
dərk etməyə imkan verir. İndustrial və ya elmi məntiqin əvəzinə 
postindustrial menecment məntiqi gəlir ki, o da dörd elementlə 
xarakterizə olunur: 
1. Yenilik qabiliyyəti öz əhəmiyyətinə görə rasional real-
laşma qabiliyyətini üstələyir ki, bu da, təbii ki, insan resurslarına 
xüsusi münasibətin yaranmasını tələb edir. 
2. Keyfiyyət üstünlüyü. 


22 
3. İnsan resurslarının mərkəzi rolu. 
4. Təşkilatın innovasiya qabiliyyətinin qeyri-maddi investi-
siyaların keyfiyyəti və həcmindən asılılığının dərk edilməsi (hey-
ətə, rabitə sisteminə və s. qoyulan investisiyalar). Təhsil konsep-
siyası tədricən ön mövqeyə keçir. 
Texnoloji innovasiyaların həyata keçirilməsi üçün nəzəri 
biliklər həlledici əhəmiyyət kəsb etməyə başlayır. Bu biliklərin 
həcmi o qədər böyük olur ki, onlar artıq keyfiyyət sıçrayışını 
təmin edirlər. 
XX əsrin sonlarında bəşəriyyət özünün yeni inkişaf mərhə-
ləsinə - informasiya cəmiyyətinin qurulması dövrünə qədəm 
qoymuşdur. Yeni cəmiyyətin formalaşması zamanı maddi isteh-
sal, dünyagörüşü, məişət və təhsil, incəsənət və mədəniyyət kimi 
məfhumlar radikal dəyişikliklərə məruz qalırlar. Beləliklə, 
fəaliyyətin yalnız formaları deyil, mahiyyəti də dəyişir. 
XX əsrin ikinci yarısı və üçüncü minilliyin əvvəli mütəxəs-
sisləri təşkilata yeni tərzdə yanaşmağa məcbur etmişdir. Unikal 
şirkətlərin yaradılması probleminin həllinə yanaşma üsullarından 
biri təşkilatı əvvəlcədən təyin edilmiş qaydalar üzrə işləyən 
donmuş bir forma kimi deyil, canlı orqanizm, müəyyən bioloji 
sistemin bir təzahürü kimi qəbul etməyi nəzərdə tutur. Biznes 
transformasiyasının bioloji modeli təşkilatın bir sıra ele-
mentlərinə yönəldilmiş dörd əsas prosesin reallaşmasını nəzərdə 
tutur: 
1) Reyfreyminq - təşkilatın şüurunda dəyişikliklər, təşkila-
tın öz mahiyyətini və nəyə nail ola bilmək qabiliyyətini dərk et-
məsi. 
2) Restrukturizasiya - rəqabət üstünlüklərinə nail olmağa 
yönəldilib. Hər şeydən əvvəl, bu, xarici mühitin diqtə etdiyi 
kimi, təşkilatın davranış üslubunda ediləcək dəyişikliklərdir. 
3) Canlanma - ətraf mühitin inkişafı ilə birgə təşkilatın da 
inkişaf etməsini nəzərdə tutur. 
4) Yeniləşmə, şirkət əməkdaşlarının yeni biliklərə və baca-
rıqlara yiyələnməsi ilə əlaqədardır. 


23 
İnkişaf etdikcə təşkilatlar bir neçə mərhələdən keçərək 
dəyişir, ətraf mühitə adaptasiya olurlar. Səmərəli rəhbərliyin 
təmin edilməsi üçün rəhbər hazırda təşkilatın hansı mərhələdə 
olmasını bilməlidir. Məhz bu səbəbdən təşkilatın həyat mərhələ-
ləri haqqında anlayış geniş yayılmışdır. Hər bir təşkilatın özünün 
xarakterik mərhələləri vardır. Aşağıdakı variant B.Z.Milner tərə-
findən təklif edilmişdir: 
1) Sahibkarlıq mərhələsi (yaranma). Məqsədlər dəqiq 
deyil, resurslar məhduddur. Təşkilat xarici mühit üçün heç bir 
təhlükə yaratmır. İdarəetmə sistemi mövcud deyil, yalnız 
həvəs vardır. İmkanlar həyati təhlükədən üstündür. 
2) Kollektivizm mərhələsi (uşaqlıq). İnnovasiya prosesləri 
gedir, təşkilatın missiyası formalaşır, idarəetmə sisteminin yaran-
ma prosesi başlanır, resurs çatışmazlığı hiss olunur. Təşkilatın 
əsas məqsədi özünü qoruyub saxlamaqdır. 
3) İdarəetmənin formalizasiyası mərhələsi (gənclik). Təşki-
latın strukturu sabitləşir, həm innovasiya, həm də sabitlik xüsusi 
önəm kəsb edir, məhsulun çeşidi genişlənir, bazar seqmentlərinin 
tutulması və istehlakçıların cəlb edilməsi baş verir, planlaşdırma, 
büdcənin tərtibi, proqnozlaşdırma işləri qaydaya düşür, yeni 
mütəxəssislərin işə qəbulu artır. Əsasən xalis gəlirin həcminin 
ümumi məsrəflərə nisbəti ilə ölçülən səmərəliliyə diqqət yetirilir. 
4) Uzunmüddətli strukturun işlənib hazırlanması mərhələsi 
(yetkinlik). Məhsul buraxılışı artır, istehsalın tipi dəyişilir, yeni 
inkişaf imkanları üzə çıxır, rəqabət güclənir, təşkilat həddindən 
artıq irimiqyaslı struktura çevrilir. Artım templəri azalır, xarici 
təsirə məruz qalan təşkilat əvvəlcədən qarşıda qoyulan məq-
sədlərdən uzaqlaşır. 
5) Tənəzzül mərhələsi. Rəqabət nəticəsində təşkilatın isteh-
sal etdiyi məhsula, yaxud xidmətlərə olan tələb və onun bazarda 
payı azalır. Mərhələ bitir, lakin biznes-proses hələ də başa 
çatmır. Gəlirlilik və onun səmərəliliyi aşağı düşür, yüksək kadr 
axıcılığı, əsassız strategiya, qeyri-səmərəli motivasiya və nəzarət 
sistemləri, əməkdaşların yeni ideyaları qavramaması müşahidə 


24 
olunur. Əgər vaxtında müəyyən tədbirlər görülürsə, təşkilatın 
yenilənməsi və dirçəlişi mümkündür. 
Hər bir təşkilat xarici və daxili mühitin amillərinin təsiri al-
tında fəaliyyət göstərir. Daxili mühit dedikdə, təşkilatın həyat fəa-
liyyəti proseslərini müəyən edən bütün daxili amillərin məcmusu 
başa düşülür. Daxili mühit bütün təşkilat növləri üçün ümumi olan 
müxtəlif funksional sahələrdən ibarətdir. Təşkilatın daxili 
mühitinin funksional sahələri istehsalat funksiyası, maliyyə və 
uçot, kadrlar, ETTKİ, satış, logistika, məhsulun bazara çıxarılma-
sı, məlumatlandırma funksiyası, planlaşdırma və nəzarətdən 
ibarətdir. Daxili mühitin əsas amilləri məqsəd, struktur, texnolo-
giya, vəzifə və insanlardır. 
Hər bir təşkilat müəyyən mühitdə yerləşir və fəaliyyət gös-
tərir. Xarici mühit, təşkilatı resurslarla qidalandıran bir mənbədir. 
Təşkilat daim xarici mühitlə əlaqədə olaraq, özünün möv-
cudluğunu təmin edir. Lakin xarici mühitin resursları sonsuz deyil 
və onlara həmin mühitdə yerləşən digər təşkilatlar da iddialıdırlar. 
Ona görə də təşkilat, ola bilər ki, xarici mühitdən lazımi resursları 
ala bilməsin. Bu, onun potensialının zəifləməsi və bir çox neqativ 
proseslərin yaranması təhlükəsindən xəbər verir. Təşkilatın əsas 
vəzifəsi xarici mühitlə elə əlaqələr qurmaqdır ki, bu, onun 
potensialının açılmasına, qarşıda duran məqsədlərə çatmağa və 
uzun müddət ərzində müvafiq şəkildə fəaliyyət göstərməyə şərait 
yaratsın. Təşkilat mütəmadi olaraq dəyişən ətraf mühitə adekvat 
münasibətdə olmalıdır. Xarici mühit hər bir təşkilata bilavasitə və 
dolayısı yolla təsir göstərir. Bilavasitə təsir mühiti təchizatçı, 
material, kapital, insan, qanunverici və dövlət orqanları, istehlakçı 
və rəqiblərdən ibarətdir. Dolayısı təsirə malik mühitə texnologiya, 
iqtisadiyyatın vəziyyəti, sosial-mədəni və siyasi amillər, yerli əhali 
ilə münasibətlər daxildir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin