36
Sosial qavramanın effektləri, «səhvləri» və
qanunauyğunluqlar
«Halo effekt» - qavramanın bütün «səhvləri» arasında ən
məşhurudur. Onun mahiyyəti ondan ibarətdir ki, insan haqqında
ümumi müsbət təəssürat həmin insanın məlum olmayan xüsu-
siyyətlərinin qiymətləndirilməsinə şamil
edilir və onlar pozitiv
şəkildə qəbul edilirlər. Bunun əksi də olur, yəni ümumi neqativ
təəssürat tanımadığımız xüsusiyyətlərin mənfi qiymətlən-
dirilməsinə yol açır. «Ardıcıllıq effekti» «ilkinlik effekti» kimi,
insan haqqında ilkin informasiyanın
güclü şəkildə yenidən
qiymətləndirilməsi meyillərindən,
onun sonradan daxil olan
digər informasiyaya qarşı dayanıqlı olmasından ibarətdir. Bu
effekt həmçinin «tanışlıq effekti» və ya «ilkin təəssürat effekti»
adlanır.
«Ardıcıllıq effekti» «yenilik effekti» kimi, əvvəlkindən
fərqli olaraq, tanımadığımız insanın deyil, artıq tanış olan insanın
qavranmasına aiddir. Yaxın insanlar haqqında
söhbət gedəndə
isə vəziyyət əksinə olaraq dəyişir, lakin nədənsə son,
yəni yeni
informasiya daha etibarlı olur.
Son, yəni ikinci etibarlılıq effekti ümumi psixoloji
mexanizm olan stereotipizasiya mexanizmi ilə şərtləndirilib.
Bununla şərtlənən bütün fenomenləri bəzən ayrıca qrup halında
birləşdirərək «stereotipizasiya effektləri» qrupu yaradırlar.
Dostları ilə paylaş: