Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
Şəkil 3.2. Təyinatın tərkib hissələri arasında əlaqə 


31 
Şəxsiyyətin təyinatının dörd funksiyasını ayırırlar: 
1. Eqo-müdafiə funksiyası - rasionallaşdırma və ya müda-
fiə mexanizmləri vasitəsilə subyektə proyeksiya: a) öz daxili mü-
naqişəsi ilə bacarmağı təmin edir və özünün Mən-obrazını, Mən-
konsepsiyasını müdafiə etməyə imkan verir; b) özü və ya onun 
üçün böyük əhəmiyyət kəsb edən obyektlər haqqında neqativ 
informasiyaya qarşı (məsələn, azlıq təşkil edən qruplar) duruş 
gətirmək imkanı verir; c) yüksək (aşağı) özünüqiymətləndirməni 
dəstəkləmək; d) tənqiddən qorunmaq (və ya tənqidə qarşı çıxış 
etmək) imkanı yaradır. 
2. Dəyər-ekspressiv funksiyası və özünü reallaşdırma funk-
siyasına emosional məmnuniyyət və özünütəsdiq daxildir. Şəx-
siyyətin öz davranışını dəstəkləmək və ya ona haqq qazandırmaq 
üçün müəyyən təyinatlara ehtiyac vardır. Koqnitiv dissonans 
tədqiqatçıları hesab edirlər ki, insan öz davranışına haqq qazan-
dırmaqdan ötrü təyinatlar formalaşdırır. 
3. İnstrumental, adaptiv və ya utilitar funksiya insana: a) 
arzuolunan məqsədlərə nail olmaq və arzuolunmaz nəticələrdən 
qaçmaqda; b) əvvəlki təcrübəyə əsaslanaraq, konkret məqsədlər 
və onlara nail olmaq üsullarının nisbətləri haqqında təsəvvür 
yaratmaqda; c) ətrafdakılara uyğunlaşmaqda köməklik edir. 
İnsanlar onların arzularını təmin edən obyektlərə qarşı müsbət 
təyinatlarını ifadə edirlər, frustasiya və ya neqativ təəssürat yara-
dan obyektlərə qarşı isə - neqativ təyinatlar ifadə edilir. 
4. Biliyin (idrakın) və ya iqtisadiyyatın sistemləşdirilməsi və 
təşkili insana elə normativ və başlanğıc nöqtəsini əldə etməyə 
imkan verir ki, o, ətrafdakı xaotik dünya haqqında özünün subyek-
tiv təsəvvürlərini anlamağa və strukturlaşdırmağa cəhd göstərir
yəni onu əhatə edən şəxsi dünyasını (obrazını, şəxsi baxışını) 
konstruksiya edir. 
Təyinatlar fərdə planlaşdırılmış davranışın məqsədli forma-
da yerinə yetirilməsində, onun tələbatlarının ödənilməsində böyük 
köməklik göstərirlər. Təyinat insanın ətraf mühitə uyğunlaşması 


32 
və konkret ehtiyaclardan asılı olaraq, bu mühitin dəyişdirilməsi 
üçün psixoloji əsas yaradır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin