34
Mövzu 4. Qavrama və atribusiya prosesi
Hər bir insanın individual fərqləri əksər hallarda koqnitiv
proseslərin xüsusiyyətlərinin nəticəsidir. Belə hesab edirlər ki,
mövcud koqnitiv proseslərin sırasında (təxəyyül, qavrama, hətta
təfəkkür) qavrama prosesi ən mühüm halqalardan biridir. O,
vəziyyətin anlaşılmasını və fərdin davranışını formalaşdırır. Ona
görə də qavrama bilavasitə təşkilati davranışın
öyrənilməsi ilə
əlaqədardır.
Qavrama prosesinin anlanılması üçün bilmək lazımdır ki,
anlamada əsas məsələ - vəziyyətin unikal təsviridir, lakin dəqiq
əksi deyil. Başqa sözlə desək, anlama
kifayət qədər mürəkkəb
proses olaraq, dünyanın unikal mənzərəsini formalaşdırır, lakin
bu mənzərə reallıqdan xeyli uzaq ola bilər. Anlama prosesini –
seçim, sistemləşdirmə və təfsir proseslərinin mürəkkəb qarşılıqlı
əlaqəsi kimi xarakterizə etmək mümkündür. Anlama əksər halda
«çiy» məlumatların alınması mənbəyi olan hissiyyat orqan-
larından asılı olsa da, idrak prosesi onları filtrləmək, modifika-
siya etmək, hətta ilkin məlumatları
tamamilə dəyişdirmək
iqtidarındadır. Qavrama prosesinin ümumi sxemi şəkil 5.1-də
göstərilib. Qavramanın hər bir mərhələsinin nəticəsinə həm xarici,
həm də daxili amillər əhəmiyyətli dərəcədə təsir göstərirlər.
Qavramaya təsir edən xarici amillər burada sadalanır:
-Həcm. Xarici amilin həcmi nə qədər böyük olsa, onun qə-
bul edilmə ehtimalı da bir o qədər çoxdur.
-İntensivlik. Xarici amilin intensivliyi nə qədər çox olsa,
onun da qəbul edilmə ehtimalı bir o qədər böyükdür (
parlaq işıq,
yüksək dərəcədə səs-küy və s.
).
-Ziddiyyət. Ətrafdakılarla ziddiyyətdə olan, yaxud insanların
gözlədiklərindən fərqli xarici amillər,
çox ehtimal ki, qavra-
nılacaqdır.
-Hərəkət. Ehtimal var ki, hərəkət
edən amil hərəkətsiz
amildən, daha tez qavranılacaq.
35
-Təkraredilmə. Təkrar olunan amil tək amildən daha tez
qavranılır.
-Yenilik və tanınma. Ətraf mühitdə ya tanınan, ya da yeni
amil diqqəti cəlb edə bilər. Bu, şəraitdən asılıdır.
Dostları ilə paylaş: