Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Təyinatların dəyişdirilməsi



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   73
Təyinatların dəyişdirilməsi 
Bəzi hallarda menecer, əgər vəziyyət tələb edirsə, işçilərin 
təyinatlarını dəyişdirməyə cəhd göstərə bilər. Bu zaman mövcud 
olan maneələri nəzərə almaq lazımdır. Təyinatın dəyişdirilməsi 
yolunda olan maneələr bunlardır: 1) nəyisə dəyişdirmək cəhdi 
olmadan, müəyyən fəaliyyət tərzinin mövcudluğunun üstünlüyü; 
2) təyinatın dəyişdirilməsinə əsas ola biləcək kifayət qədər 
məlumatın işçiyə təqdim edilməməsi. 
Şəxsiyyətin təyinatlarının dəyişməsinə təsir edən üç qrup 
amil vardır: 1) xəbər verənə inam (onun prestijindən, ona olan 
hörmət və inamdan asılıdır), 2) məlumatın özünə inam (fərdin 
rəsmən açıqladığı mövqeyə sadiqliyi və inamı); 3) vəziyyət (ya-
yındırma və xoş mühit). 
Şəxsiyyətin təyinatının dəyişməsinin ən səmərəli üsullarına 
daxildir: qorxu vasitəsilə təsir edərək, yeni informasiyanın təq-
dim edilməsi; təyinat və davranış arasında uyğunsuzluğun aradan 
qaldırılması; dostların və ya iş yoldaşlarının təsiri; əməkdaşlığa 
cəlb edilmə; müvafiq kompensasiya. 
İşçilərin təyinatlarının dəyişdirilməsi olduqca mürəkkəb, 
lakin əhəmiyyətli dərəcədə üstünlüklərə malik olan bir məsələ-
dir. 
Koqnitiv dissonans. Təyinatın bütün komponentləri müəy-
yən uyğunluğa malik olmalıdırlar. Əks halda, şəxsiyyət psixoloji 
diskomfort (gərginlik) vəziyyətini hiss edə bilər ki, bunu da 
L.Festinger, koqnitiv dissonans adlandırmışdır. İnsan kompo-
nentlərin razılaşdırılması yolu ilə gedərək koqnitiv konsonansa 
nail olur və müxtəlif yollarla özünün bu vəziyyətindən azad 
olmağa çalışır. Koqnitiv dissonans - neqativ təsirli vəziyyətdir. 
Bu vəziyyət subyektin eyni zamanda bir obyekt haqqında 
psixoloji cəhətdən bir-birinə zidd olan iki «bilgiyə» (koqnisiya - 
baxış, anlayış) malik olması zamanı yaranır. Dissonans vəziyyəti 
subyektiv olaraq diskomfort kimi təsəvvür edilir və bu 


33 
vəziyyətdən ya dissonans informasiyanın bir elementinin dəyiş-
dirilməsi yolu ilə, yaxud yeni elementin tətbiq edilməsi ilə azad 
olmağa cəhd edilir. Biz tez- tez elə vəziyyətlə qarşılaşırıq ki, mü-
nasibətlərimiz və baxışlarımız bizim davranışımızla konfliktə 
girir. Dissonansın azaldılması - bizim dissonans hissindən və 
gərginlikdən azad olmaq üsuludur. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin