Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Pulla mükafatlandırmanın təhlili



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   73
Pulla mükafatlandırmanın təhlili. Pulların təşkilati müka-
fatlandırma sistemi çərçivəsində səmərə verməsi üçün bu sistem 
maksimal dərəcədə ədalətli və obyektiv olmalı və situasiyaya 
görə, işçinin istehsal fəaliyyəti üçün yüksək dərəcədə vacib olan 
davranış formalarını nümayiş etdirməsindən asılı olaraq, tətbiq 
edilməlidir. 
Dəstəkləyici amil kimi pulun mahiyyəti mürəkkəb oldu-
ğundan, hal-hazırda təşkilati mükafatlandırma sistemlərində qey-
ri-maddi stimullara getdikcə daha çox diqqət yetirilir. Eyni za-
manda, sosial kateqoriya və ya iş yerində layihələşdirmə ilə əla-
qədar olan mükafatlar xərc tələb etmədiyindən, daha səmərəli ola 
bilər. Eyni sözləri həvəsləndirmənin digər forması olan əks əlaqə 
haqqında da demək olar. Bu əlaqə forması cədvəldə əks et-
dirilməsə də, müasir təşkilatlarda qeyri-maddi həvəsləndirmə 
sisteminin qəbul edilmiş vacib parametri olmuşdur. 
Davranışın idarə edilməsi bixeviorist öyrənmə, xüsusilə 
də, operant şərtlənmə və dəstəklənmə nəzəriyyəsinin prinsipləri 
əsasında qurulmuşdur. Burada ətraf mühit, keçmiş təcrübə və 
onun nəticələri, eləcə də bu amillərin fəaliyyətinin səmərəliliyinə 
göstərdikləri təsir, işçilərin davranışı məsələsi diqqət mərkəzin-
dədir. Bildirməyə ehtiyac var ki, «Təşkilati davranışın modifi-
kasiyası» və ya TDM (Organizational Behavior Modification, 
OB Mod) termini Lyutens və Kraytner tərəfindən tətbiq edilmiş-
dir. Ondan fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə insan 
resurslarının idarəedilməsinə bixevioristik yanaşmanın tətbiq 
edilməsi üçün istifadə olunur. TDM-in tətbiqi mərhələləri şəkil 
5.3-də göstərilib. 
Mərhələ 1. Bu mərhələdə fəaliyyətə əhəmiyyətli təsir gös-
tərən əsas davranış formaları və ya davranış halları aşkarlanır (is-
tehsal, məhsulun satışı və ya müştərilərə xidmət). 


49 
Mərhələ 2. Davranış halları birinci mərhələdə aşkarlandıq-
dan sonra onlar ölçülür. İlkin səviyyə, bu şərtlərlə aşkarlanan 
davranışın təkrarlarının sayına görə müəyyən edilir (ya müşahidə 
və hesablama, ya da artıq mövcud olan yazıların təhlili əsasında). 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin