Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   73
Mövzu 5. Öyrənmək 
 
Davranışın öyrənilməsi insanın hərəkətlərini əks etdirən 
təcrübə və ətrafdakıların bu hərəkətlərə reaksiyası əsasında insan 
davranışının müəyyən bir zaman çərçivəsi daxilində kifayət 
qədər dayanıqlı, sabit, dəyişməyən bir proses kimi qiymətlən-
dirilməsindən ibarətdir. 
Öyrənmə həm şəxsi, həm də digər insanların təcrübəsi üzə-
rində qurula bilər. Əvvəla, iş yoldaşlarınızın davranışının nəti-
cələrini təhlil etmək kifayətdir ki, onların hərəkətlərinin müvafiq 
olub-olmaması haqqında nəticə çıxara biləsiniz. 
İkincisi, davranışda dəyişikliklər nisbətən daimi xarakter 
daşımalıdır. Müvəqqəti dəyişikliklər reflektor səviyyədə baş verə 
bilər və onlar bir o qədər də böyük maraq kəsb etmirlər. Məsə-
lən, davranışda bəzi dəyişikliklər yorğunluq və ya qeyri-adi 
şəraitlə əlaqədar yarana bilər. 
Üçüncüsü, öyrənmə insan davranışının dəyişməsində əks 
olunur. İnsanın fikirlərində və ya meyillərində baş verən dəyişik-


43 
liklər davranışın dəyişməsi ilə müşayiət olunmursa, bunu öyrən-
mə adlandırmaq qeyri-mümkündür. 
Davranışın dəyişmə prosesini izah edən üç nəzəriyyə möv-
cuddur. 
Bixevioristik və koqnitiv yanaşmalar, eləcə də inkişaf et-
məkdə olan sosial öyrənmə nəzəriyyəsi daha geniş yayılmışdır. 
Bu üç nəzəriyyənin dərk edilməsi təşkilati davranış öyrənilməsi 
üçün vacibdir. 
Daha çox ənənəvi və tədqiqatlar vasitəsilə əsaslandırılmış 
nəzəriyyə psixologiyanın bixevioristik məktəbinə aiddir. Rus 
fizioloqu İvan Pavlov və amerikalı Con B.Uotson kimi klassik 
bixevioristlər öyrənmə prosesini assosiasiya və ya stimul - S və 
ona olan reaksiya - R arasında əlaqə ilə bağlayırdılar. Operant 
(latın sözü operatio - hərəkət) bixevioristlər və xüsusilə də geniş 
tanınmış amerikan psixoloqu B.F.Skinner davranışın nəti-
cələrinin və ya stimul - reaksiya (S - R) tipli əlaqənin öyrənmə 
prosesində oynadıqları rola xüsusi diqqət yetirirlər. S - R tipli 
əlaqə klassik və ya reaktiv şərtlənməni müəyyən edir, R- S tipli 
əlaqə isə - instrumental yaxud operant şərtlənməni müəyyən edir. 
B.Skinnerin tədqiqatları nəticələrindən asılı olaraq tətbiq edilən 
(operant şərtlənmə) davranış nəzəriyyəsinin yaranmasına xidmət 
etmişdir. Bu nəzəriyyənin mahiyyəti aşağıda şərh olunur. Əgər 
insan görsə ki, onun davranışı əlverişli nəticələrə gətirib çıxarır, 
o bu davranışı davam etdirəcəkdir. Lakin nəticələr neqativ 
olduqda, analoji şəkildə davranma əhəmiyyətli dərəcədə 
əhəmiyyətini itirəcəkdir. Beləliklə, insanın davranışı onun əv-
vəlki davranışın nəticələrinin şüurlu surətdə qavranılmasının kö-
məyi ilə təyin edilir. 
Məsələn, əgər insan bilavasitə arzu edilən davranışın 
ardınca mükafat alırsa, həmin davranış daha səmərəli olur. 
Əksinə, davranış mükafatlandırılmadıqda və ya onunla əlaqədar 
hətta cəza tətbiq edildikdə, bu davranış formasının təkrar edilmə 
ehtimalı xeyli aşağı enir. Operant şərtlənmə klassik şərtlənməyə 


44 
nisbətən insanın öyrənməsinə, təcrübəsinin genişlənməsinə daha 
böyük təsir göstərir. 
Koqnitiv yanaşmanın əsasını qoyanlardan biri olan Eduard 
Tolmen hesab edirdi ki, koqnitiv öyrənmə (cognitive learning
xarici mühitin koqnitiv siqnalları və gözləmələr arasında 
əlaqənin təyin olunmasından ibarətdir. O, həmin nəzəriyyəni xü-
susi eksperimentlər yolu ilə işləyib hazırlamış və sınaqdan ke-
çirmişdir. Tolmen müəyyən etmişdir ki, siçovul siqnallara və 
məqsədə (qidaya) doğru istiqamətlənərək, mürəkkəb labirinti 
keçməyi öyrənməyə qadirdir. Tolmen müşahidə etmişdir ki, labi-
rintin istiqamət seçmək lazım olan hər bir nöqtəsində gözləmə 
anı yaranırdı. Başqa sözlə, siçovulda son nəticədə qidaya gətirib 
çıxara biləcək istiqamətin seçimi ilə əlaqədar müəyyən koqnitiv 
siqnalların gözlənilməsi vərdişləri yaranır. Əgər siçovul qida 
alırdısa, siqnal və öyrənmə arasında əlaqə güclənir və öyrənmə 
prosesi baş verirdi. S-R və R-S sxemləri üzrə öyrənmədən fərqli 
olaraq, Tolmenin yanaşmasını S-S (stimul-stimul) sxemi, yəni 
siqnal və gözləmə arasında əlaqəyə əsaslanan öyrənmə ilə təsvir 
etmək olar. 
Tolmenin S-S (stimul-stimul) sxeminə əsaslanan koqnitiv 
nəzəriyyəsi insan münasibətləri konsepsiyasının ilkin inkişaf 
mərhələsinə böyük təsir göstərmişdir. 1940-50-ci illərdə ABŞ sə-
nayesində tədris proqramları əksər hallarda Tolmenin ideyalarına 
söykənirdilər. İdeya ondan ibarət idi ki, tapşırığın və ya gös-
tərişin yerinə yetirilməsi və öz səylərinə görə maddi mükafat-
landırma arasında əlaqənin formalaşdırılması yolu ilə fəhləyə da-
ha yüksək məhsuldarlığa nail olmağı öyrətmək mümkündür. 
Davranışa vərdişetmənin üçüncü mərhələsi - həmin davra-
nış əsasında öyrənmədir. Onun bu tipi social-öyrənmə nəzəriy-
yəsi adlandırılmışdır. Sözügedən nəzəriyyə klassik və operant 
şərtlənmə proseslərini qəbul edir, lakin iddia edir ki, onların 
təsviri tam deyil və buraya imitasiyanı və özünə nəzarət prosesi-
ni, eləcə də şəxsiyyətin özünəyetkinliyi (self-efficiency) kimi 
koqnitiv fərdi parametri də əlavə etmək lazımdır. 


45 
Sosial öyrənməyə görə, insan çox zaman bu və ya digər 
davranış vərdişlərini, müşahidə və sosial kontekstdə digərlərinin 
hərəkətlərini təkrarlama yolu ilə əldə edir. Davranış müəyyən 
dərəcədə mükafat və cəza sistemi vasitəsi ilə dəyişdirilə bilər. 
İnsanların nümayiş etdirdikləri davranış formalarının əksəriyyəti 
- şüurlu və ya şüursuz olaraq, hər hansı bir nümunənin təsiri 
altında əldə edilib. Bu nəzəriyyənin ideyaları Albert Banduranın 
əsərlərində izah edilib. Bandura insanların digər insanlardan 
öyrənə bilməsi kimi kifayət qədər aşkar olan bir faktı təsdiqləyən 
çoxlu sayda tədqiqatlar aparmışdır. Belə öyrənmə prosesi iki 
mərhələdən ibarətdir. Birinci mərhələdə insan digərlərinin 
hərəkətlərini müşahidə edir, sonra isə bu hərəkətlərin 
mənzərəsini və onların nəticələrini (mükafat və cəza) öz 
daxilində formalaşdırır. İkinci mərhələdə insan mənimsənilən 
hərəkət tərzini əks etdirir və nəticələr pozitiv olduqda, həmin 
davranış sxemini gələcəkdə də təkrar edir. Əgər nəticələr neqativ 
olarsa, insan bu hərəkətləri bir daha təkrar etmir. Burada, sözsüz 
ki, operant nəzəriyyə ilə əlaqə görünür. Lakin, bu, o halda baş 
verir ki, yeni davranış forması əldə edildikdə, «reaksiya-nəticə» 
tipli əlaqələr əvəzinə, modelləşdirilmiş fəaliyyət haqqında 
koqnitiv, simvolik təsəvvür yaranır, təkrarlama operant 
yanaşmanın verdiyi izahın çərçivələrindən kənara çıxır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin