Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   73
yüklənməsinin artmasına səbəb oldu (fəhlənin yerinə yetirdiyi 
əməliyyatların sayının artması, yəni ixtisasdan kənar işlərin 
icrası). İş yerlərinin rotasiya proqramları isə tapşırıqların yerinə 
yetirilməsi zamanı yeknəsəqlik və ürək sıxıntısı kimi amilləri 
əhəmiyyətli dərəcədə aşağı saldı. Bunun ardınca 1960-cı illərin 
sonunda işçilərin narazılığı və əməyin məhsuldarlığının aşağı 
düşməsi səbəbindən təsviş və narahatlıq güclənməyə başladı. 
 
Şəkil 7.1. İş yerinin layihələşdirilməsinə müxtəlif yanaşmalar 
 
 
Əməyin elmi təşkili 
Elmi menecment 
Erqonomika 
Mühəndis psixologiyası 
Əməyin 
zənginləşdiril-
məsi 
Böyük 
məsuliyyəti təmin 
etmək məqsədilə 
iş yerinin vertikal 
yüklənməsinin 
artırılması 
Əmək həyatının 
keyfiyyəti 
Kollektivdə ümumi 
iqlimin, ictimai texniki 
layihələşdirilmə və qrup 
metodlarının əhəmiyyə-
tini nəzərə almaqla ilkin 
şərtlərin geniş dairəsinə 
əsaslanan yanaşma 
Sosial (ictimai) 
informasiyanın işlənməsi 
Sosial informasiyanın, 
yaxud işləyənə təsir edən 
siqnal sisteminin 
əhəmiyyətini nəzərdə tutan 
kompleksli nəzəri model 
yerinin
xarakteristikaları 
İş vərdişləri 
müxtəlifliyinin forma-
laşdırılması, tapşırığın 
müəyyənliyi, tapşırığın 
əhəmiyyəti, muxtariyyəti 
və qurulmuş əks-əlaqə 
 
 
İş yerinin 
layihələş-
dirilməsi 


61 
Əməyin zənginləşdirilməsi 
Əməyin zənginləşdirilməsi iş yerinin rotasiya və funksio-
nal genişləndirilməsinin erkən və sadə texnologiyalarının inkişafı 
deməkdir. Bu metodika bilavasitə Gersberqin ikifaktorlu moti-
vasiya nəzəriyyəsinin inkişafı olduğu üçün o, belə bir fərziyyə ilə 
bağlıdır: personalı həvəsləndirmək üçün iş yeri elə layihələş-
dirilməlidir ki, işçilər müvəffəqiyyət qazanmaq, tanınmaq, 
inkişaf edib irəliləmək üçün imkan əldə etsinlər. Metodika, iş 
yerinin belə «zənginləşdirilməsini» nəzərdə tutarkən göstərilən 
faktorlara istinad edir. Xüsusilə, əməyin zənginləşdirilməsi (job 
enrichment) iş yerlərinin formalaşdırılması üçün mühüm 
əhəmiyyət kəsb edir. Belə iş yerlərində həyata keçirilən fəaliyyət 
zəngin məzmunu ilə xarakterizə olunur və dərin bilik və bacarıq 
tələb edir. Bundan əlavə, fəhlələr planlaşdırma, idarəetmə və öz 
fəaliyyəti üzərində nəzarəti əhatə edən müstəqillik və 
məsuliyyətin yüksək səviyyəsinə malik olmalıdırlar. Bu tipli iş 
yerləri şəxsi planda irəliləmə və əhəmiyyətli əmək təcrübəsinin 
əldə edilməsi üçün böyük imkanlar yaratmalıdırlar. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin