74
nışı və fəaliyyətinin nəticələrinə görə tam şəkildə məsuliyyət da-
şıyır.
Özünüidarəedən komandaların əsas fərqi hakimiyyət səla-
hiyyətlərinin verilməsi və planlaşdırılmasından,
idarəetmə, mo-
nitorinq və şəxsi fəaliyyət üzərində nəzarət məsələlərində öyrət-
məyi nəzərdə tutan kombinasiyalardan,
müstəqillik və hərə-
kətlərin əhəmiyyətli dərəcədə sərbəstliyindən,
idarəetmə funk-
siyasının yerinə yetirilməsi imkanından ibarətdir. Özünüida-
rəedən komandalar formal olaraq kompaniyanın (şirkətin) rəh-
bərliyi tərəfindən yaradılır. Bu
zaman komanda fəaliyyətinin
ümumi istiqaməti müəyyənləşdirilir. Bu komandalara rəhbər tə-
yin edilmir.
Özünüidarəedən komanda müstəqil olaraq:
öz işini planlaşdırır;
hər biri işçinin vəzifəsini müəyyənləşdirir və razılaşdırır,
tapşırığı yerinə yetirmək və qərarlar qəbul etmək üçün səlahiy-
yətlər verir, qrafikin tərtib edilməsi
yolu ilə komanda əmək-
daşlarının işini təşkil edir;
komandaya daxil olan əməkdaşların işini, eləcə də təşki-
latda funksional şöbələrlə birgə bütün komandanın fəaliyyətini
koordinasiya edir;
öz əməkdaşlarını tapşırıqların effektiv yerinə yetirilməsi-
nə təhrik edir;
yeni əməkdaşları işə qəbul edir;
öz əməkdaşlarına uyğun peşələri öyrədir;
onun fəaliyyətinə mane olan potensial və real problemləri
aşkar və həll edir;
tapşırığın yerinə yetirilməsi məqsədilə yeni yaradıcı üsul-
lara dair hər bir əməkdaşın –
komanda üzvünün təşəbbüsünü
dəstəkləyir;
keyfiyyət standartlarını nəzərə alır;
işin əldə edilən nəticələrinə görə kollektiv məsuliyyət
daşıyır.
75
Beləliklə, özünüidarə edən komandalar yalnız
real işi de-
yil, həm də idarəetmə funksiyalarını yerinə yetirirlər.
8.2 №-li cədvəldə özünüidarə edən komandaların üstünlük
və qüsurları göstərilir.
Dostları ilə paylaş: