77
Cədvəl 9.1.
Menecerin xarakteristikası
Liderin xarakteristikası
İnzibati işlərlə məşğul olur
Stereotiplərə əməl edir
Dəstəkləyir
Sistemə əsaslanır
Nəzarətə güvənir
Qısamüddətli
perspektivi
nəzərdən
keçirir
“Nə zaman” və “harada” suallarını verir
Geriyə baxır
Təqlid edir
Status-kvonu qəbul edir
Klassik “yaxşı əsgər”
İşini düzgün yerinə yetirir
İnnovasiyaları həyata keçirir
Orijinaldır
İnkişaf etdirir
İnsanlara əsaslanır
Etibar əsasında fəaliyyət göstərir
Uzunmüddətli
perspektivi nəzərdən
keçirir
“Nə” və “niyə” suallarını verir
Perspektiv baxımdan hərəkət edir
Yaradır
Status-kvonu şübhə altına alır
İndividuallıq
Düzgün işlər həyata keçirir
zərdən keçirilir. Tədqiqat nəticəsində aydın olmuşdur ki, insanda
hər hansı bir spesifik liderlik keyfiyyətinin olması hələ onun
lider mövqe qazanması və uğurlu fəaliyyət göstərməsi üçün
kifayət deyil. İnsan, rəhbər mövqe tutmaq arzusunda olmalı və
təsirli fəaliyyət göstərməlidir. Alimlər belə nəticəyə gəlmişlər ki,
əgər müəyyən xüsusiyyətlər faktor sinifləri üzrə qruplaşdırılsa
idi, effektiv və qeyri-effektiv liderlər arasında
fərqləri müəyyən
etmək olardı. Liderin şəxsi keyfiyyətlərinin təyin edilməsi
zamanı ümumi meyarların potensial,
inkişafa meyiletmə,
məsuliyyət, ümumi işdə iştirak, status və situasiya ilə bağlı
vəziyyət kimi faktorlarından istifadə edilir.
Liderliyin öyrənilməsində davranış yanaşması həmin lide-
rin fəaliyyət effektivliyinin onun hərəkətləri ilə uzlaşdırılması
cəhdlərini əhatə edir. Bu sahədə Kurt Levin mühüm analitik iş
aparmışdır. Belə ki, Levin, liderin davranış klassifikasiyasını
işləyib hazırlamışdır.
Klassifikasiya, qərarın qəbul edilməsi za-
manı lider və tabeçilikdə olanlar arasında təsirin paylanmasına
əsaslanır. Alim, rəhbərliyin 3 növünü təyin edib: avtoritar, de-
mokratik, nominal (liberal). Levinin apardığı
təcrübə sübut etdi
78
ki, effektiv qrupların həm avtoritar, həm də demokratik liderləri
olub. Davranış yanaşmasının zəif cəhətlərindən biri situasion
faktorlara diqqət ayrılmamasıdır.
Liderlərin davranışına dair iki mühüm tədqiqat proqramı
Oqayo Dövlət Universiteti və Miçiqan ştatının Universitetində
icra edilib.
Oqayo Universitetinin tədqiqatı. Bu universitetin tədqiqat-
ları nəticəsində lider davranışının iki aspekti meydana çıxdı, yəni
tabelikdə olan şəxslərin fikrinin nəzərə alınması
və fəaliyyətin
strukturlaşması. Bir çox tədqiqatlar göstərir ki, fikirlərin nəzərə
alınması əməkdaşların məmnunluğu ilə sıx bağlıdır. Bu halda
fəaliyyətin keyfiyyəti ilə bağlılıq daha azdır.
Fəaliyyətin struk-
turlaşması işdən məmnunluq daha çox, yüksək istehsal və işdən
geriqalma hallarının azlığı iləsə nisbətən daha az dərəcədə
əlaqəlidir.
Miçiqan universitetində aparılan tədqiqat. Tədqiqat
nəticəsində
müəyyən edilmişdir ki, liderin davranışını iki para-
metrlə izah etmək mümkündür. Söhbət ondan gedir ki,
lider ya
istehsala, ya da əməkdaşlara daha çox diqqət yetirə bilər. Tədqi-
qatlar liderin davranışının 4 tipini müəyyən etməyə imkan ver-
mişdir: dəstək, qarşılıqlı əlaqə, məqsədə yönəlmə, işə yardım.
Yuxarıda haqqında bəhs edilən tədqiqatlar zamanı
formalaşmış ideyalar Robert Bleyk və Ceyn Mouton (1985)
modelində öz əksini tapmışdır. Model “liderlik cədvəli” adlan-
dırılmışdı və liderlərin iki istiqamətdə ( “istehsala diqqət”,
“insanlara diqqət”) fəaliyyət göstərməsi ehtimalına əsaslanırdı.