84
Mövzu 10. Təşkilatda münaqişələr
Münaqişə - hərəkət və məqsədlərin qavranılan ziddiyyəti-
dir. Münaqişəyə olan baxışlardan
biri ondan ibarətdir ki, onun
qarşısını almaq mümkündür. Başqa
bir nöqteyi-nəzər onu gös-
tərir ki, münaqişə qaçılmazdır və onun tamamilə aradan qaldırıl-
ması üçün heç bir üsul yoxdur. Üçüncü
nöqteyi-nəzərə əsasən
münaqişənin müəyyən səviyyəsi təşkilat üçün faydalı ola bilər.
Eyni zamanda münaqişənin həddindən artıq
yüksək səviyyəyə
çatması, yaxud tamamilə olmaması kampaniyanın
işinin
effektivliyinə mane olur. Münaqişənin müəyyən tiplərinə dəstək
verilməli, digərləri isə aradan qaldırılmalıdır.
Münaqişə - bir sıra mərhələlərdən
ibarət dinamik
prosesdir:
1. Fikir ayrılığının yaranması.
2. Münasibətlərdə gərginliyin artması.
3. İştirakçılardan heç olmazsa biri tərəfindən situasiyanın
münaqişə kimi dərk edilməsi.
4. Xüsusi münaqişə səciyyəli qarşılıqlı hərəkət.
5. Münaqişənin nəticəsi (həlli).
Bir qayda olaraq təşkilatda münaqişələrin aşağıdakı
növləri yaranır: şəxsiyyətdaxili, şəxsiyyətlərarası və qruparası.
Hər bir şəxsin timsalında adətən, rəqabətə rəvac verən tələ-
bat və rollar; təhrikedici motiv və rolların müxtəlif ifadə üsulları;
təhrikedici motiv və məqsəd arasında
yarana biləcək müxtəlif
baryerlər; arzu edilən məqsədlə bağlı
müsbət və mənfi hisslər
birləşir.
Bütün bunlar insanın uyğunlaşması
prosesini çətinləşdirir
və çox vaxt münaqişəyə gətirib çıxarır. Münaqişənin şəxsiyyət-
daxili formaları frustrasiya modelinin köməyi ilə, habelə məqsəd
və rollar kimi anlayışların əsasında təhlil edilə bilər.
Frustrasiya o zaman yaranır ki, təhrikedici motiv insan ar-
zu etdiyi məqsədə çatana kimi təcrid olunsun. 10.1
N-li şəkildə
bunun baş verməsi sxemi nümayiş etdirilir.