88
Cohari Pəncərəsi” yalnız şəxsiyyətlərarası
ünsiyyətin
mümkün üslublarını göstərir. O, dəqiq təsvir vermir, yalnız baş
verə biləcək münaqişələri təhlil etməyə kömək edir.
Münaqişənin həlledilmə strategiyaları cavab reaksiyaları
kateqoriyalarının hər biri ilə bağlıdır. Söhbət güc tətbiq etmək-
dən, uyğunlaşmaqdan, xilas olmaqdan, kompromis və əməkdaş-
lıqdan gedir.
Əslində bu, “uduzma-uduzma”, “udma-uduzma” və “ud-
ma-udma” strategiyalarıdır. “Udma-udma”
ən effektiv strategi-
yadır. QMRN-in (qrup münaqişəsinin realistik nəzəriyyəsi) əsas
tezisi ondan ibarətdir ki, qruplararası düşmənçilik münaqişə edən
məqsədlərin (rəqabət) mövcudluğu nəticəsində meydana çıxır.
Yüksəksəviyyəli məqsədlər olduqda isə o zəifləyir. Hamı bu
məqsədlərə nail olmağı arzulayır və bu arzu yalnız qrupdaxili
əməkdaşlıq zamanı mümkün olur.
Həmin nəzəriyyəyə əsasən
rəqabət disfunksional münaqişəyə gətirib çıxara bilər, halbuki
əməkdaşlıq onu yumşaldır və
ümumi məqsədlərə çatmaqda
təşkilata kömək edir.
Qruplararası münaqişənin səbəbləri bunlardır: resurslara
görə mübarizə, məsələlərin qarşılıqlı asılılığı, səlahiyyət sferasın-
da qeyri-müəyyənlik, statusa görə mubarizə.
Münaqişə vəziyyətində olan qrupların aşağıdakı xarakterik
cəhətlərini qeyd etmək olar:
“Biz” (qrup daxilində) və “Onlar” (qrupdan kənar) kate-
qoriyalarında dəqiq ayrılma müşahidə edilir və onların müqayi-
səsi aparılır.
Başqa bir qrupla münaqişədə
olduğunu bilən qrup daha
möhkəm birləşir və rəqibi vahid cəbhədə məğlub etmək üçün sıx
əməkdaşlıq şəraitində çalışır.
Qrup daxilində müsbət hisslər və birlik nişanələri qrupa
daxil olmayan adamlara şamil edilmir.
Təhlükəni hiss edən qrup üzvləri özlərini başqalarından
daha üstün hesab edirlər. Onlar öz qüvvələrini çox
yüksək qiy-
89
mətləndirərək, başqa bir qrupun üzvlərinin imkanlarına lazımın-
ca qiymət vermirlər.
Münaqişə şəraitində olan qruplar arasında ünsiyyət zəif-
ləyir. Ünsiyyət zərurətə çevriləndə, o, neqativ atmacalar və düş-
mənçilik meyillərinin təzahür etməsi ilə müşayiət olunur.
Əgər qrup, münaqişədə uduzursa, üzvlər arasındakı
birlik, demək olar ki, dağılmaq üzrədir və onlar bir-biri ilə ünsiy-
yətdə olaraq, getdikcə artan gərginliyi hiss edirlər. Qrup üzvləri
“qapazaltı” etməyə adam axtarır və uğursuzluğun səbəbini onun
boynuna qoymaq istəyirlər.
Qruplararası münaqişə və onun nəticəsində yaranan düş-
mənçilik qrupun ayrı-ayrı üzvlərinin nevrotik pozulmalarının
nəticəsi deyil. Əslində bu, qrupda qarşılıqlı əlaqənin məhsuludur.
Bu halda qrup üzvlərinin tamamilə normal və müvazinətli olması
da rol oynamır. Müşahidələrdən əldə
edilən nəticələr təşkilatda
münaqişə şəraitində olan qrupların qavranılmasını təsvir və dərk
etməyə kömək edir. Buradan da bir sıra strategiyalar meydana
gəlir və onlardan münaqişə səviyyəsini aşağı
salmaq üçün
istifadə etmək olar. Həmin strategiyalar dörd əsas kateqoriyaya
bölünə bilər.
Dostları ilə paylaş: