94
5.Dəyişikliklərin həyata keçirilməsi prosesinə əməkdaşların
cəlb edilməsi. Bu addım müqavimətin gərginliyini aşağı
salmağa yardım edə bilər.
6.Həyata keçirilən dəyişikliklərin əməkdaşlar üçün əlverişli
olması.Dəyişikliklər prosesinin uzunmüddətli proses kimi
nəzərdən keçirilməsi. “Dondan azad edilmə” və
“dondurulma” mərhələlərinə xüsusi diqqət ayrılması.
7.Dəyişikliklər prosesi zamanı həlli mümkün olmayan prob-
lemlərin identifikasiyası.
Təşkilati dəyişikliklərin idarə edilməsinin ən uğurlu və ge-
niş yayılmış modellərindən biri L.Geyner tərəfindən təklif edil-
mişdir (şək. 11.1). O, altı mərhələdən ibarətdir.
İlk mərhələdə təşkilat rəhbərliyi dəyişikliklər edilməsinin
vacib olduğunu başa düşməli və onların həyata keçirilməsinə
hazırlaşmalıdır.
Dostları ilə paylaş: