105
Əngəlləmə mənbələri müxtəlif ola bilər (şək. 7.4.2).
Şəxsi baryerlər –
göndərən, yaxud qəbul edənin şəxsi
xarakteristikaları ilə şərtlənən kommunikativ əngəllər.
Fiziki baryerlər – kommunikasiyaların
maddi mühitində
yaranan kommunikativ əngəllər.
Semantik baryerlər – kommunikasiyalarda
istifadə edilən
rəmzlərin mənasının düzgün başa düşülməməsi nəticəsində yara-
nan kommunikativ əngəllər.
Dil baryerləri – göndərən və
qəbul edənin dil fərqləri
nəticəsində yaranan kommunikativ əngəllər. Bu baryerin təza-
hürlərindən biri də qrupdaxili dildir.
Təşkilati baryerlər – hər hansı bir təşkilatın xarakteristika-
ları ilə şərtlənən kommunikativ əngəllər: idarənin sahə və dərə-
cələrinin sayı ilə, aralarındakı qarşılıqlı əlaqə tipii ilə, idarəetmə
sistemində hüquq, vəzifə və məsuliyyətin bölgüsü ilə.
Statusda fərq də kommunikasiya
yolunda baryerə çevrilə
bilər. İyerarxiyanın aşağı səviyyəsindəki şəxs, statusdakı fərqləri
hədə kimi qəbul edə bilər, bu isə ünsiyyətə
mane olur və hətta
ona son qoyur.
Mədəni baryerlər – göndərən və qəbul edən tərəfin mədəni
fərqlərini, milli adət və ənənələrini, ünsiyyət normalarını, mənəvi
dəyərlər sistemini bilməmək nəticəsində yaranan kommunikativ
əngəllərdir. Mədəni fərqlər həm verbal,
həm də qeyri-verbal
ünsiyyət zamanı təzahür edir.