Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə57/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   73
 
Üfüqi kommunikasiyalar 
Menecerin iş gününün xeyli hissəsini təşkilatın komanda 
zəncirlərini bir-biri ilə birləşdirən və onun müxtəlif şöbə və böl-
mələrinin qarşılıqlı əlaqəsini koordinasiya etməyə imkan verən 
üfüqi (çarpaz) kommunikasiyalar əhatə edir. 
Bundan əlavə, çox vaxt kampaniyanın əməkdaşları eyni 
səviyyəli instansiyaların formal zəncirinin şaquli kommunikasi-
yalarına nisbətən (çox vaxt rəhbərlik buna daha artıq dərəcədə 
əhəmiyyət verir) qeyri-formal ünsiyyətə üstünlük verirlər. 
 
Qeyri-formal ünsiyyət 
Kommunikasiyaların rəsmi formal sistemi ilə yanaşı qeyri-
formal sistem də mövcuddur. Qeyri-rəsmi informasiya, bir qayda 
olaraq, şifahi tərzdə yayılır, lakin kommunikasiyaların yazılı 
formasına da rast gəlmək olur. Qeyri-formal ünsiyyətin xa-
rakterik xüsusiyyətlərinə aşağıdakılar aiddir: 


104 
- bu ünsiyyət üzrə ötürülən informasiyanın çox hissəsi 
doğrudur və aktual ünsiyyət əks əlaqənin sarsılmaz kanalıdır. 
Onun vasitəsilə idarə edənlərə təşkilatın əməkdaşları və onların 
fəaliyyəti haqqında xeyli informasiya çatdırılır. O, həm də işçilə-
rə rəhbərliyin davranışını şərh etməyə imkan verir. Qeyri-formal 
ünsiyyətin əsas problemi - şayiələrin ötürülməsidir
Şayiə elə bir informasiyadır ki, onun dəqiqliyi sübut edil-
mədən yayılır. Şayiələr - informasiyaya olan maraq və situasiya-
nın qeyri-müəyyənliyinin nəticəsidir. Şayiələrin effektiv idarə 
edilməsindən ötrü menecerlərə aşağıdakı tövsiyələr verilə bilər: 
- şayiələrin yaranma səbəblərini aradan qaldırmaq; 
- ciddi şayiələrə müqavimət göstərilməsinə xüsusi diqqət 
yetirmək; 
- şayiələri faktlarla təkzib etmək; 
- şayiələrə mümkün qədər tez müqavimət göstərməyə baş-
lamaq; 
- faktların şəxsən təqdim edilməsinə xüsusi diqqət yetir-
mək, lazım gəldikdə onları yazılı formada təqdim etmək; 
- faktları etibarlı mənbələrdən istifadə edərək təqdim et-
mək; 
- şayiəni təkzib edərkən, onu təkrar etməkdən çəkinmək; 
-qeyri-formal və həmkarlar ittifaqı liderlərinin köməyini 
alqışlamaq (əgər onlar əməkdaşlıq etmək arzusunu bildirirlərsə); 
- şayiələrin mənasını başa düşmək üçün onların hamısına 
fikir vermək. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin